49
• Bizansda ordu muzdlu əsgərlərdən
ibarət olduğu halda, nəyə görə donanma
üzvləri azad əhalidən seçilirdi?
• Erkən orta əsrlərdə Qərbi Avropa və Bizans imperiyası arasında hansı oxşar
və fərqli cəhətlər olmuşdur? Müqayisəni Venn diaqramı əsasında aparın.
Cavablandırın
“Yustinian həm sərkərdə, həm islahatçı idi. Onun hakimiyyəti antik dövrdən
orta əsrlərə, ənənəvi Roma idarəçiliyindən yeni Bizans idarəçiliyinə bir keçid
idi. O, həmişə qarşısına qoyduğu məqsədlərə çatmağı bacarırdı. Təkcə Roma
imperiyasını bərpa etmək istəyi yarımçıq qaldı”
Vasilyevin “Bizans imperiyasının tarixi” kitabı
Müzakirə edin
Mənbə əsasında Bizans imperatoru Yustinianı bir şəxsiyyət kimi xarakterizə
etməyə çalışın.
Avropa dünyası
müdafiəsində donanma mühüm əhəmiyyət kəsb edirdi. Bizans imperiyası
özünün ən qüdrətli dövrünü
Yustinianın (527-565) zamanında yaşamışdır.
Yustinian Roma imperiyasının əvvəlki sərhədləri daxilində bərpasına
çalışdı və apardığı müharibələrdən sonra o, Şimali Afrikadakı
Vandal
krallığını və İtaliyadakı
Ostqot krallığını işğal edə bildi. İspaniyanın cənub
hissəsi isə
vestqotların əlindən alındı. Yustinianın ölümündən sonra imperiya
Qərbdə işğal etdiyi ərazilərin, demək olar ki, hamısını itirdi. Bizans zaman-
zaman əvvəlcə
ərəblər, sonra isə
səlcuqlarla mübarizədə də ərazisinin xeyli
hissəsini itirdi və zəiflədi.
50
Erkən orta əsrlər
Slavyanlar Mərkəzi və Şərqi
Avropada yaşayırdılar. Baltik
dənizindən Qara dənizə qədər əra-
zilərdə məskunlaşmış slavyanlar
3 qrupa bölünürdülər:
Şərq (rus,
Ukrayna, belorus),
Qərb (çex, slo-
vak, polyak),
Cənub (bolqar, serb,
xorvat).
VI əsrin ortalarından etibarən
slavyanlar Bizans imperiyasının
ərazisinə basqınlara başladılar. Onlar Balkan yarımadası ərazisində möh-
kəmləndilər. Slavyan yürüşləri zamanı çoxlu quldar malikanələri dağıdıldı
və bu, Bizansda quldarlıq quruluşundan feodalizmə keçidi sürətləndirdi.
Slavyanların Balkan yarımadasında məskunlaşması
“Xalqların böyük
köçü”nü də başa çatdırmış oldu.
• “Xalqların böyük köçü” hansı dövrü əhatə etmişdir?
• Hansı hadisə Bizansda feodalizmə keçidi sürətləndirdi?
• Slavyanlar hansı qruplara bölünürdülər?
• Ərəb, alman və slavyan tayfalarının hansı oxşarlıqları var?
Cavablandırın__Slavyanlar_yürüşdə_Slavyan_dövlətlərinin_yaranması'>Cavablandırın
Slavyanlar yürüşdə
Slavyan dövlətlərinin yaranması
Feodalizmə keçidlə əlaqədar olaraq slavyanlarda dövlətlər yaranmağa
başladı. IX əsrdə şərq slavyanlarının ilk
dövləti
–
Kiyev knyazlığı yarandı.
X əsrin əvvəllərində qərb slavyanlarının ilk dövləti olan
Çexiya, X əsrin
ortalarında isə
Polşa dövləti yarandı. Slavyanların şərq qonşuları olan
ma-
carlar IX əsrdən başlayaraq Ural dağlarının ətəklərindən Avropaya yürüşə
başladılar. X əsrin sonunda macarlar öz dövlətlərini yaratdılar və qonşu
ölkələrə basqınları dayandı.
• Müasir dövrdə hansı slavyan dövlətlərini tanıyırsınız?
• Slavyanların Azərbaycana yürüşü nə zaman olmuşdur? Bu yürüşlər zamanı
hansı faciə baş vermişdir?
Cavablandırın
Slavyanlar
51
Elm və mədəniyyət
Orta əsrlərin başlanğıcında Bi-
zans Avropanın ən mədəni ölkəsi
idi. Bizans mədəniyyəti slavyanların
mədəniyyətinə, xüsusilə, böyük təsir
göstərmişdir.
Bolqarıstan, Serbiya
və Kiyev knyazlığı xristian dinini Bi-
zansdan qəbul etmişdir. Avropada ilk
ali məktəb
1045-ci ildə Konstanti-
nopolda açılmışdı. Neft və qətran qa-
rışığından düzəldilən
“Yunan odu” adlı yandırıcı maddə də Bizansda ixtira
edilmişdi. Onu xüsusi olaraq düzəldilmiş borulardan düşmən gəmilərinə,
qalalarına yönəldir və yandırırdılar.
Bizansda memarlıq yüksək səviyyədə inkişaf etmişdi. Memarlığın ən
gözəl nümunəsi Yustinianın zamanında Konstantinopolda tikilmiş
Müqəd-
dəs Sofiya məbədidir. Bu kilsəni
“möcüzələr möcüzəsi” adlandırırlar.
Məbədlərin və sarayların divarlarını
mozaikalar
–
müxtəlif rəngli xırda
daşlardan və şəffaf olmayan rəngli şüşə qırıqlarından düzəldilmiş təsvirlər
bəzəyirdi.
Yapışqandan istifadə etməklə əvvəlcədən çəkdiyiniz bir şəklin üzərini rəngli
xırda daşlarla bəzəməyə çalışın.
• Bizans sikkələri olan qızıl solid beynəlxalq pul rolu oynayırdı.
• Bizanslılar öz ölkələrini “Romeya”, avropalılar “Yunan imperiyası”, ruslar
isə “Yunan çarlığı” , Konstantinopolu isə “Çarqrad” adlandırırdılar.
• Almanlar, ərəblər və monqollar kimi slavyanlar da ibtidai icma
quruluşundan birbaşa feodalizmə keçdilər.
Öyrənin
Yaradın
Axtarın
Yustinian, Müqəddəs Sofiya məbədi, Kiyev rus dövləti
Aya Sofya məbədi
Avropa dünyası
52
Erkən orta əsrlər
1. Verilmiş doğru və yanlış fikirləri müəyyən edin.
2. Zaman xəttinə istinad edərək müəyyən edin.
• Abbasilər xilafəti ilə eyni zamanda mövcud olmuş dövlətləri
• Kiyev knyazlığı yarandığı zaman mövcud olmuş dövlətləri.
• Bizans imperiyasının müasiri olmuş türk-müsəlman dövlətlərini.
• Frank dövləti ilə eyni zamanda Avropada mövcud olmuş türk dövlətlərini.
• Daha uzunömürlü türk dövlətini.
3. Aşağıdakı açar sözlərdən istifadə etməklə A4 vərəqi həcmində kiçik
hekayə hazırlayın.
D Y
Məlumatlar
Min sülaləsi dövründə Çində Böyük kanal çəkilmişdir.
İranda feodal münasibətlərinin yaranması Sasanilər
imperiyasının zamanına təsadüf edir.
Əməvilər sülaləsi dövründə xilafətin sərhədləri Atlantik okean-
dan Hindistan və Çinə kimi uzanmışdır.
Ağ Hun dövləti Şimal-qərbi Hindistanı işğal etmişdi.
Göytürk dövlətində iudaizmin qəbul edilməsi hakim təbəqə ilə
xalq kütləsi arasında münasibətləri gərginləşdirmişdi.
Bizans imperiyası ərazisində slavyanların məskən salması
nəticəsində quldarlıq quruluşunun dağılması sürətləndi.
Frank kralı Xlodviq Roma şəhərində özünü imperator elan
etmişdi.
200 300 400 500 600 700 800 900 1000 1100 1200 1300
Şərqi Roma (Bizans) imperiyası
Qərbi
Roma
Sasanilər dövləti
Dunay Bulqar
Avropa Hun
Xəzər
Avar
Qəznəlilər
Volqa (İdıl) Bulqar
Qaraxanlı
Oğuz
Frank dövləti
Verden, Aaxen, Cəngavər, Feodal nərdivanı, Natural təsərrüfat, Hersoq,
Qraf, Baron
Özünü yoxla
Özünüzü yoxlayın