118
Son orta əsrlər
Avropada İntibah mədəniyyəti
Avropada ilk manufakturalar hələ XIV əsrdə İtaliyada meydana gəlmiş-
di. Yeni yaranan müəssisələrin sahibləri, yəni burjuaziya elm və texnika-
nın inkişafına maraq göstərirdi. Şəhərlər böyüyür və gözəlləşirdi. Savadlı
adamlara ehtiyac var idi. Şəhərlərdə zehni əməklə məşğul olan adamlar
qrupu – zıyalılar meydana gəlirdi.Yeni mədəniyyətin nümayəndələrini din
deyil, ilk növbədə insan maraqlandırırdı. Buna görə də onları humanistlər
adlandırırdılar. Humanistlər isə qədim Yunanıstan və Roma mədəniyyətinə
maraq göstərirdilər. Bu maraq unudulmuş mədəniyyəti yenidən dirçəldirdi.
Ona görə də yeni mədəniyyətin yarandığı dövr İntibah (Renessans) dövrü
adlanır.
Rişelye hansı tədbirlər vasitəsilə mərkəzi hakimiyyəti möhkəmləndirdi?
Cavablandırın
möhkəmləndirilməsində kral XIII Lüdovikin baş naziri və katolik kilsəsi-
nin başçısı – kardinal Rişelyenin müstəsna xidməti olmuşdur. O, mərkəzi
hakimiyyətə tabe olmayan əyanların ən tanınmışlarını belə məhv edirdi.
Zadəganlar arasında təkbətək vuruşmanı, yəni dueli qadağan edən Rişelye
deyirdi ki, bundan sonra zadəganlar ancaq kral uğrunda qan tökə bilərlər.
119
Avropa ölkələrində Renessans:
• Avropada İntibah mədəniyyəti ilə Ərəb xilafətinin mədəniyyətini müqayisə
edin. Oxşar və fərqli cəhətləri müəyyən edin.
• Nə üçün son orta əsrlərdə Avropada elm və mədəniyyət yüksək inkişaf etdi?
Cavablandırın
• İngilis dəniz qulduru Frensis Dreyk Magellandan sonra ikinci Dünya
səyahəti etmiş, kraliça Yelizaveta tərəfindən cəngavər rütbəsi almışdı.
• Leonardo da Vinçi paraşüt və vertolyotun, sualtı qayıq və dalğıc
geyiminin quruluşunu onların meydana gəlməsindən 300 il öncə işləyib
hazırlamışdı.
• 1566-cı ildə Niderlandda baş vermiş xalq üsyanı dünya tarixində ilk burjua
inqilabı olmuşdu. Bu ərazidə yerləşən Narıncı knyazlığının qrafı Oranlı
Vilhelm bir müddət inqilaba başçılıq etmişdir. İnqilab dövründə tarixdə ilk
burjua respublikası
– Hollandiya yaranmışdı.
Öyrənin
Axtarın
“Varfolomey gecəsi”, Kardinal Rişelye, Humanistlər
Avropa dünyası
İtaliya
Bir çox abidələr, rəsmlər və sənət əsərləri yaradıldı. Xüsusilə
Leonardo da Vinçinin“Mona Liza” portreti, Romada Müqəddəs
Pyotr kilsəsi və s. bu dövrün yadigarlarıdır.
Almaniya
Reformasiya hərəkatı Renessansın inkişafına təkan verdi. Albrext
Dürerin qravürləri İntibah dövrünün parlaq nümunələridir.
İngiltərə
Ədalətli quruluş arzulayan Tomas Mor və “Hamlet”,”Otello”,
“Romeo və Cülyetta” faciələrini yazan Uilyam Şekspir məşhur
nümayəndələridir.
Fransa
Ən məşhur nümayəndəsi “Qarqantua və Pantaqruel” romanını
yazmış satirik yazıçı Fransua Rabledir.
Polşa
Alimi Nikolay Kopernik səma cisimlərini müşahidə edərək Yerin
Günəş və öz oxu ətrafında fırlanmasını demişdir.
120
Son orta əsrlər
XVI əsrin əvvəllərində, III Vasilinin hakimiyyəti
illərində rus knyazlıqlarının Moskva ətrafında bir-
ləşdirilməsi başa çatdı. Böyük Moskva knyazı IV
İvan Qroznı 1547-ci ildə rus hökmdarları içərisində
ilk dəfə olaraq çar titulunu qəbul etdi və dövləti
gücləndirmək üçün bir sıra tədbirlər gördü. O, 1549-
cu ildə dövlət məsələlərini həll etmək üçün Z emst-
vo yığıncağı çağırdı, yığıncaqda dövlətin xarici və
daxi li siyasəti ilə bağlı məsələlər müzakirə olundu.
IV İvanın hakimiyyətə gəldiyi dövrdə ölkə tor-
paq larının böyük əksəriyyəti boyarların
votçinaları
sa yılırdı. Bu torpaqların vergi toxununlmazlığı hü-
qu qu var idi. İri votçina sahibi olan boyarlar, əs-
lin də, mərkəzi hakimiyyətlə hesablaşmırdılar. 1565-ci
Moskva çarlığı yoxsa, Reç Pospolita?
“Bizim başımıza nə
bəlalar gəlibsə, hər
biri cəngavərlərə görə
olub.”
IV İvan
(Rusiya çarı)
1. Şəkildə gördüyünüz əsgərləri şərh edin.
2. Necə fikirləşirsizniz,
nə üçün rus çarı bütün
bəlaların səbəbini cəngavərlərdə görə bilərdi?
3. Açar sözlərdən hansıları sizə tanışdır?
Düşünün
Rusiya çar IV İvanın dövründə
Çar
Opriçnina
Uniya
Romanovlar
Votçina
Açar sözlər
24
1. Qızıl Ordu dövlətinin tərkibinə hansı ərazilər daxil idi?
2. İspaniya krallığı nə zaman və necə yaranmışdır?
Yada salaq
Çar IV İvan
121
Moskva çarlığı yoxsa, Reç Pospolita?
“Biz ümid edirdik ki, Siz öz dövlətinizin hakimisiniz, biz düşünürdük ki, hər iki
dövlət bu yaxınlaşmadan gəlir götürəcək, bütün bunlar üçün biz danışıqlara
başladıq. Lakin görürük ki, Sizin dövlətdə hər kəs hakimiyyətə malikdir.
Tacirlər belə hüquq hakimidir, onlar özləri üçün gəlir mənbəyi axtarır. Siz isə öz
krallığınızda sadəcə adi bir qadınsınız.”
IV İvanın İngiltərə kraliçası I Yelizavetaya göndərdiyi məktub
Müzakirə edin
Rusiyada çar hakimiyyətinin mütləq gücə malik olduğunu necə görmək olar?
ildə IV İvan dövlət torpaq fondunu artırmaq üçün ölkədə
opriçninanın
yaradılması haqqında göstəriş verdi. Opriçninaya daxil olan torpaqlar
müsadirə edilirdi. Opriçnina nəticəsində mərkə-zi hakimiyyətə tabe olma-
yan iri votçina sahibkarlığı ləğv edildi. Qətl və qarətlərlə müşahidə olu-
nan opriçnina xüsusi amansızlıqla həyata keçirilir, kəndlilər və sənətkarlar
müflisləşir, ölkə təsərrüfatına böyük ziyan dəyirdi. Bu da feodalların yuxarı
təbəqəsində və xalqda narazılıq yaradırdı. Çıxılmaz vəziyyətdə qalan
IV İvan 1572-ci ildə opriçninanı ləğv etməyə məcbur oldu.
•
Votçina
– irsən keçən mülk, malikanə.
•
Opriçnina
– opriç sözündəndir. Qədim rus dilində başqa, savayı, özgə
sözlərinin sinonimidir. Yardım olaraq ölən döyüşçünün arvadına və uşağına
verilən torpaq.
XVI əsrin 50-ci illərində keçirilmiş islahatlar Rusiyanı xeyli möh-
kəmləndirdi, yeni işğalçılıq planlarını həyata keçirməyə imkan yaratdı. IV
İvan ilk diqqətini Volqaboyuna yönəltdi. O Volqaboyunda yerləşən Qazan
və Həştərxan xanlıqlarını ələ keçirdi. Bununla, Volqa-Xəzər ticarət yolu
Rusiyanın əlinə keçdi. Rusiya üçün Şərq ölkələri, o cümlədən, Azərbay-
canla sıx ticarət əlaqələrinin yaradılmasına şərait yarandı. Şərqdəki işğal-
ları genişləndirən Rusiya tezliklə Sibir xanlığının da varlığına son qoydu.
• Dövləti gücləndirmək üçün IV İvan hansı tədbirləri gördü?
• Sizcə Zemstvo yığıncağının dövlətə hansı xeyri dəyə bilərdi?
• Opriçninanı həyata keçirməklə IV İvan məqsədinə nail oldumu?
Cavablandırın
Rusiyanın Şərqdəki işğalları
Avropa dünyası
Lüğət
122
Son orta əsrlər
• Nə üçün Rusiya Volqa-Xəzər ticarət yolunun ələ keçirilməsinə əhəmiyyət
verirdi?
• Kazan, Həştərxan və Sibir xanlıqlarının süquta uğramalarının qarşısını necə
almaq olardı?
Cavablandırın
Livoniya müharibəsi (1558-1583)
Şərqdə aparılan
iş ğalçılıq yürüşləri
ilə yanaşı, Rusiya,
Bal tikyanı ərazilərdə
möv cud olan Livo-
ni ya ordeninin tor-
paq larını da ələ ke-
çir məyi düşünürdü.
Bu bölgələrin ələ ke-
çirilməsi nəticə sin də
Avropa ölkələri ilə
əlaqə saxlamaq üçün
əlverişli limanlara
sa hib olmaq olardı.
1558-ci ildə IV İvan Livoniya ordeni ilə müharibəyə başladı. Müharibənin
gedişində Rusiyanın təzyiqlərinə tab gətirməyən Livoniya ordeni dağıldı.
Litva, Polşa və İsveç Livoniya ordeninin ərazilərini ələ keçirmək üçün Rusi-
ya ilə müharibəyə başladılar. Müharibənin ilk illərində üstünlük Rusiyanın
tərəfində idi. Lakin müharibənin gedişində Litva ilə Polşanın vahid dövlətdə
birləşməsi, Krım xanlığının cənubdan aramsız hücumları, eləcə də opriçnina
nəticəsində ölkə zəiflədi. Rusiya məğlub oldu, Reç Pospolita və İsveçlə sülh
müqaviləsi bağladı. Baltik dənizinin Rusiyaya məxsus sahilboyu əraziləri
İsveçə keçdi. IV İvanın ölümündən sonra ölkədə hakimiyyət uğrunda
mübarizə qızışdı. Bundan istifadə edən Reç Pospolita, İsveç və Krım xanlığı
ölkəyə hücumlara başladılar. Belə şəraitdə 1613-cü ildə Zemstvo yığıncağı
Mixail Romanovu çar seçdi. Bununla da Rusiyada Romanovlar sülaləsi
(1613-1917) hakimiyyətə gəldi.
IV İvan Livoniya müharibəsində
Qərbi Sibir Rusiyanın tərkibinə qatıldı. Çarın fərmanı ilə ələ keçirilmiş
ərazilərə rus kəndliləri köçürülməyə, Volqaboyu və Sibir ruslaşdırılmağa
başlandı.
123
Reç Pospolita dövləti
Livoniya müharibəsi Litvanın vəziyyətini ağırlaşdırdı. Ölkənin yuxarı
dairələri Polşa ilə birləşmək qərarına gəldilər. 1569-cu ildə Lüblin şəhərin-
də Polşa ilə Litva arasında uniya bağlandı (əvvəlki uniya dağılmışdır –
müəllifdən). Bu uniyaya görə Litva və Polşa vahid Reç Pospolita dövlətində
birləşdilər. Reç Pospolitanı seymdə seçilmiş kral idarə edirdi. Bu dövlətin
ərazisinə Polşa, Litva torpaqları ilə yanaşı, Ukrayna və Belorusiya ərazilərinin
bir hissəsi də daxil idi. Rusiyada hakimiyyət uğrunda gedən mübarizədən
istifadə edən Reç Pospolita Yalançı Dimitri adlı şahzadələrin əli ilə Rusi-
yada hakimiyyəti ələ almaq istədi. Bu plan baş tutmadıqda Rusiyaya açıq
müdaxilə təşkil edildi, Moskva ələ keçirildi. Lakin xalqın inadlı müqavimə-
ti onları rus torpaqlarından geri çəkilməyə məcbur etdi.
• Livoniya müharibəsində Rusiyanın məğlubiyyətinin səbəbləri hansılardır?
• Livoniya müharibəsində Rusiyanın məğlubiyyətə uğramasında opriçninanın
nə kimi rolu oldu ?
Cavablandırın
Avropa dünyası
124
Son orta əsrlər
• IV İvanın Qazan xanlığının alınmasına böyük əhəmiyyət verdiyini sübut
edən fakt hansıdır?
• Nə üçün XVI əsrdə Rusiyada elm və mədəniyyət tərəqqi etmişdir?
Cavablandırın
• Rusiyaya ilk səyahət etmiş ingilis səyyahı Riçard Çensler olmuşdur. O,
IV İvanla görüşərək çardan ticarət imtiyazları almış və Londonda Moskva
şirkətinin yaranmasına dəstək olmuşdur.
• Çar IV İvan ingilis səfiri vasitəsilə kraliça I Yelizavetaya evlənmək
təklifi etmiş, lakin müsbət cavab almamışdır. Livoniya müharibəsi zamanı
kraliçanın çara dəstək verməkdən imtina etməsinə cavab olaraq ingilis
tacirlərinə verilən bütün imtiyazları ləğv etmişdir.
Öyrənin
Axtarın
Reç Pospolita, Opriçnina, IV İvan, Livoniya müharibəsi
Elm və mədəniyyət
Yetkin orta əsrlərdə olduğu kimi son orta əsrlərdə də Rusiyada əsas
memarlıq abidələri kilsə binaları idi. XVI əsr rus memarlığının zirvəsi
Moskvadakı Qızıl Meydanda Vasili Blajennı məbədi adı ilə məşhur olan
Pokrov kilsəsidir. Məbəd, Qazan xanlığının alınması şərəfinə IV İvanın
əmri ilə tikilmişdi. IV İvanın əmri ilə Moskvada xüsusi ikonaçılıq məktəbi
( ikona
–
taxta lövhə üzərində boyaq rəsmi) açılmışdı. XVI əsrin ortalarında
Moskvada dövlət mətbəəsinin açılması ölkədə kitab yayımına şərait yaratdı.
• Reç Pospolita dövlətinin yaranmasını tarixdə hansı dövlətlə müqayisə edə
bilərsiniz?
• Reç Pospolitanın Rusiyaya etdiyi müdaxilənin nəticəsi nə oldu?
Cavablandırın
Ölkədə tez-tez baş verən hakimiyyət böhranı, feodalların mübarizəsi,
qonşu dövlətlərlə müharibələr, Reç Pospolitanın zəifləyib tamamilə tarix
səhnəsindən yox olmasına şərait yaratdı.
125
1. Son orta əsrlər dövründə baş vermiş hadisələri müəyyən edin.
2. Zaman xəttinə istinad edərək aşağıdakıları müəyyən edin.
• Sultan Süleyman Qanuninin dövründə Osmanlı dövləti ilə eyni zamanda
mövcud olmuş dövlətləri
• Son orta əsrlərdə Şərqdə mövcud olmuş dövlətləri
• Bizans imperiyası süquta uğrayan zaman mövcud olan dövlətləri
• Teymurilər dövləti ilə eyni zamanda mövcud olmuş dövlətləri
1200
1250
1300
1350
1400
1450
1500
1550
1600
Şərqi Roma imperiyası (Bizans)
Bolqarıstan dövləti
Hülakülər dövləti
Qızıl Ordu dövləti
Ağqoyunlu
Teymurilər dövləti
Abbasilər xilafəti
Səfəvilər dövləti
Osmanlı dövləti
Qaraqoyunlu
dövləti
3. Açar sözlərdən istifadə etməklə A4 vərəqi həcmində hekayə hazırlayın.
Səlahəddin Əyyubi, Səlibçilər, Qüds, Aralıq dənizi, Roma Papası, Mü-
qəddəs torpaq
Özünü yoxla
Avropa dünyası
Özünüzü yoxlayın
Bəli Xeyr
Hadisələr
Fransada Jaklar üsyanının baş verməsi
Rusiyanın Livoniya müharibəsində məğlub olması
Böyük Moğol imperatorluğunun yaranması
İtaliyada ilk şəhər-respublikaların yaranması
Osmanlı tarixində “Fitret dövrü”nün baş verməsi
Niderland burjua inqilabının baş verməsi
Avropada reformasiya hərəkatının başlaması
126
Son orta əsrlər
5. Cədvəli tamamlayın.
4. Aşağıdakı hökmdarlardan hansıları yeni dövlətlərin əsasını
qoymuşdular?
6. Uyğunluğu müəyyən edin.
7. Məlumatların aid olduğu dövlətləri müəyyən edin.
1. Votçina
2. Kapitalist
3. Uniya
4. Tiran
a) Hakimiyyəti zor gücünə ələ
keçirmiş şəxs
b) Dövlətin bir monarxın
hakimiyyəti altında birləşməsi
c) İrsən keçən mülk
d) Müəssisə sahibi
Bu dövlət 1535-ci ildə
Osmanlı dövlətindən
“Kapitulyasiya”
hüququ almışdı
Reformasiya gedişində
bu ölkədə güclü kəndli
üsyanı baş verdi
XVI əsrin ikinci
yarısında bu dövlət
İspaniyanın dənizlərdə
əsas rəqibi idi
?
?
?
• Romanovlar
?
• Həştərxanın
işğalı
?
• Amerikanın
kəşfi
• Rekonkista
?
• “Varfolomey
gecəsi”
• “Duelin ləğv
edilməsi”
I Yelizaveta
Uluqbəy
Leonardo da
Vinci
Sultan
Suleyman
Babur şah
Martin Lüter
127
Ə D Ə B İ Y Y A T S İ Y A H I S I
Azərbaycan dilində kitablar
1. “Orta əsrlər tarixi” 7-ci sinif, B., 2008
2. “Orta əsrlər tarixi” 8-ci sinif, B., 2010
3. T.Əliyev, A.Allahverdiyev. Orta sərlər tarixi .7-ci sinif. B., 2003
4. İzzəddin ibn əl-Əsir “Əl-Kamil Fi-T-Tarix” B., 1996
5. Mövlud Uluğtəkin Yılmaz. “Türk xalqlarının ortaq ata-babaları” B.,1997
6. Mahmudov Y .M. “Səyyahlar, kəşflər, Azərbaycan”. B., 1985
7. M.C.Əliyev, F.A.Həsənli. Coğrafi kəşflərin tarixi və səyyahlar” B., 2009
8. Qurbanov R. Qafqaz tarixi. B., 2001
9. Dərgah Qüdrətov. Türk xalqlarının tarixi. B., 2004
10. Nehru J.Ümumdünya tarixinə nəzər. B., 2006
11. Rəfiq Özdək. Türkün Qızıl kitabı. B., 1993
12. Rauf Məlikov, Nizami İbrahimov “Məktəblinin tarix lüğəti” B., 2004
13. Tofiq Mustafazadə.Ümumi tarix. I kitab. Bakı 2009.
Xarici ədəbiyyat
14. Y.Okur, İ.Genc, T.Özcan. Tarih – 9. S., 2013
15. О. Уезерфорд. Чингиз хан и рождение нового мира. М.,2005
16. Р. Храпачевский. Военная держава Чингиз хана. М., 2005
17. Всемирная история в 4-х томах. “Средние века”. Под ред. О.Егера,
М.2000
18. Путешествие в восточнве страны Плано Карпини и Рубрука. М.,
1957
19. “Америка и Старый свет в доколумбову эпоху” Изд.Наука 1968
20. ”Tarih” Ankara, 2006
21. О. Крижановский, Е. Хирная. История Средних веков – 7. К., 2007
22. История Средних веков. Т., 2012
23. История Средних веков. М.. 1973
24. Васильев Л.С., История Востока, М., 1994.
25. Всемирная история: Учебник для вузов. М.,2000.
26. История стран Азии и Африки в средние века, К.,1998.
27. Р. Рахманалиев, Империя тюрков. Великая цивилизация, М., 2009.
28. Синха Н.К., Банерджи А.Ч., История Индии, М.,1954.
Veb saytlar
29. www. tarix.info
30. www. wikipedia.org
31. www. kayzen.az
32. www.istorik.ru
128
Erkən orta əsrlər
Əliyev Hamlet Qasım oğlu
Heydərov Nizami Heydər oğlu
Hüseynov Elnur İsmayıl oğlu
Quliyeva Şəhla Muğan qızı
Zeynalov Səxavət Ağabala oğlu
ÜMUMİ TARİX
Ümumtəhsil məktəblərinin
7-ci sinfi üçün dərs vəsaiti
Nəşriyyatın direktoru
İ.Ə.Nuriyeva
Mətbəənin direktoru
Z.H.Vəlibəyli
Redaktor
F.M.Ələsgərli
Kompüter dizaynı
Z.F.Zərbaliyeva
F.Ə.Cəbrailov
Korrektor
F.M.Ələsgərli
Çapa imzalanıb: Formatı 70x100
1
/
16
. F.ç.v. 8.
Ş.ç.v. 10.32 Məktəb qarnituru.
Ofset kağızı. Sayı nüsxə.
“Çaşıoğlu” nəşriyyatı.
“Çaşıoğlu” mətbəəsi.
Bakı şəhəri, M.Müşfiq küçəsi 2E.
Tel.: 447-49-71.
Dostları ilə paylaş: |