Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə30/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

112
Son orta əsrlər
Osmanlı  dövlətinin  Kiçik  Asiya  və  Suriyadan  keçən  ticarət  yollarına 
yiyələnməsi, Konistantinopolun fəthi avropalıların Şərq ölkələri ilə ticarətini 
çətinləşdirdi. Avropa dənizçiləri Asiya ölkələrinə birbaşa çıxışın axtarışına 
başladılar. Avropalıları Şərq ölkələrində təkcə qızıl, gümüş, zərif parçalar 
deyil,  həm  də Avropa  bazarlarında  çox  yüksək  qiymətləndirilən  ədviyyat 
maraqlandırırdı.
Hələ XV əsrin əvvəllərindən Portuqaliya kralları Afrikanın qərb sahilləri-
nə müntəzəm olaraq gəmilər göndərirdilər. Nəhayət, 1488-ci ildə Portuqa-
liya dənizçisi Bartolomey Diaş Afrikanın cənubuna çatdı və buranı Ümid 
burnu adlandırdı. Hindistana gedən dəniz yolunun tapılacağına ümid edən 
yorğun dənizçilər geri qayıtdılar.
Əslən  italyan  olan  Xristofor 
Kolumb  bu  fikirdə  idi  ki,  Yerin 
kürə formasında olması ehtimalı 
varsa, onda qərbə doğru üzməklə 
asanlıqla  Hindistana  gedib  çat-
maq  olar.  O,  çətinliklə  də  olsa 
İspan kralını inandırdı ki, Qərbə 
doğru  ekspedisiya  təşkil  olunsa 
böyük  gəlir  əldə  etmək  olar. 
Kraldan  yardım  alan  Kolumb 
1492-ci ildə 90 nəfərlik heyətlə 3 
karavellada qərbə doğru üzməyə 
başladı.  70  gündən  sonra  o,  Kuba  və  Haiti  adalarına  çatdı.  Kolumba  elə 
gəlirdi ki, Hindistana gəlib çıxıb və səhvən olaraq bu yerləri “Hindistan”
buradakı əhalini isə “hindlilər” adlandırdı. Çox keçmədən italyan səyyahı 
Ameriko Vespuççi Kolumbun getdiyi yerlərin yeni bir qitə olduğunu sübut 
etdi və bu qitəyə Amerika adı verildi. Portuqaliya kralı 1498-ci ildə Vasko da 
Qamanın başçılığı ilə yeni ekspedisiya göndərdi. Bu ekspedisiya Ümid bur-
nunu keçərək Hind okeanına çıxdı və nəhayət Hindistanın Kalikut limanına 
çatdı.  Beləliklə,  Afrikanı  dolanmaqla  Hindistana  gedən  dəniz  yolu  kəşf 
• Sizcə mayyalılar “0” rəqəmini hindistanlılardan öyrənmiş ola bilərdilərmi?
• Avropalılar Amerikada hansı yeni bitkilərlə tanış oldular? Onlardan hansının 
insan səhhətinə böyük zərəri var? 
Cavablandırın_Böyük_Coğrafi_kəşflər__Kolumbun_Amerikaya_gəlişi__113'>Cavablandırın
Böyük Coğrafi kəşflər 
Kolumbun Amerikaya gəlişi


113
edildi.  Bundan  sonra  portuqallar  Hindistana  gedən  dəniz  ticarət  yollarını 
nəzarət altına aldılar, Hind okeanı sahillərindəki ən mühüm şəhərləri tutdu-
lar. İşğal altına düşən ərazilər öz müstəqilliklərini itirdilər və belə ərazilər 
müstəmləkələr adlanmağa başladı.
“Vasko da Qama Somalinin Malindi limanına gəlib çatdı. Burada o Əhməd ibn 
Məcid adlı bələdçi ilə tanış oldu. Üstündən bir ay keçməmiş portuqaliyalılar 
artıq  Hindistanın  qərb  sahillərinə  çıxdılar.  Sonralar  portuqaliyalıların  Hind 
okeanı hövzəsində qarət və qətllərini görən Əhməd yana-yana yazırdı: “...in-
sanlar qorxuya düşüb...təəssüf, onların nələr edəcəyini bilsəydim...”
Y.Mahmudlu. “Səyyahlar, kəşflər, Azərbaycan”
Müzakirə edin
Necə düşünürsüzərəb dənizçisi bütün bunları əvvəldən bilsəydi necə hərəkət 
edərdi?
Portuqal səyyahı Magellan 1519-cu ildə səyahətə çıxdı. O, Amerikanın 
şimalının  buzlarla  örtülü  olması  ehtimalını  nəzərə  alaraq  cənuba  doğru 
üzdü.  Keçdiyi  boğaza  öz  adını  verdi  və  böyük  okeana  çatdı.  Bu  okean-
la  iki  aya  qədər  yol  getdilər  və  rahatlıqla  keçdikləri  bu  okeanı  Magel-
lan  Sakit  okean  adlandırdı.  Molukk  adalarına  çatan  Magellan  yerli  əhali 
ilə  toqquşmada  öldürüldü.  Onu  əvəz  edən  kapitan  Del  Kano  bu  səyahəti 
tamamlayaraq Avropaya qayıtdı. Beləliklə, Yerın kürə şəklində olması fikri 
təsdiqləndi. Coğrafi kəşflərin həyata keçirilməsində türk-müsəlman səyyah 
və alimlərinin də böyük xidmətləri olmuşdur. Azərbaycan alimi Nəsirəddin 
Tusinin “Zic-Elxani” əsərində 256 şəhərin koordinatları o qədər dəqiqlik-
lə verilmişdir ki, bir neçə əsr keçdikdən sonra Kolumb öz səyahəti zamanı 
Avropa dünyası


114
Son orta əsrlər
Böyük Coğrafi kəşflərin nəticələri:
• Afrikanın bilinməyən əraziləri, Amerika qitəsi, Avstraliya kəşf edildi. 
• Yeni ərazilərin əhalisi tabe edilərək müstəmləkəçiliyin əsası qoyuldu, yerli 
əhali içərisində xristianlığın təbliği başlandı. 
• Aralıq dənizi limanları öz əhəmiyyətini itirdi, okeana birbaşa çıxışı olan 
limanların əhəmiyyəti artdı, Dünya ticarəti yarandı.
• Niderlandın Antverpen limanı dünya ticarətinin mərkəzi oldu.
• Yerin kürə formasında olması fikri təsdiqləndiyinə görə kilsəyə olan inam 
sarsıldı, bu da İntibah mədəniyyəti üçün zəmin hazırladı.
• Böyük İpək Yolu öz əhəmiyyətini itirdi.
• Böyük Coğrafi kəşflərin səbəb və nəticələri nə idi?
• Böyük Coğrafi kəşflər dövründə baş vermiş ən mühüm hadisələri sadalayın.
• Müstəmləkə nədir? Hansı ölkələr müstəmləkəyə çevrildi?
Cavablandırın
• Alman alimi İohan Quttenberq kitab çapı üsulunu kəşf etdi və 1445-ci 
ildə çap üsulu ilə ilk kitabını buraxdı 
• Mayyalar 0-dan 19-a qədər iyirmi rəqəmdən istifadə edirdilər. Əsas 
işarələr isə üç dənə idi: nöqtə 1 rəqəmini, xətt 5 rəqəmini, balıqqulağı isə 0 
rəqəmini bildirirdi.
Öyrənin
Axtarın
Karavella, Xristofor Kolumb, Vasko da Qama, Magellan
bu  koordinatlardan istifadə edə  bilmişdir.  XVI  əsrin  məşhur  türk  səyyahı 
Piri Rəisin xəritəsində Antarktidada dağların yerləşdiyi ərazilər son dərəcə 
dəqiqliklə göstərilmişdir. Buzlaqların altında yerləşən həmin dağları alimlər 
1952-ci ildə səs ötürücü alətlərdən istifadə etməklə aşkar etmişlər. 
Ədviyyat 
– xörəklərə, şirniyyatlara, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi 
ətir verən bəzi bitki növlərinin çiçəkləri, toxumları, meyvələri, bəzi bitkilərin 
isə kökləri, zoğları və ya qabıqlarının üyüdülmüş, ya da adi formasıdır.
Lüğət


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə