Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

41
islama,  həm  də  soy  köklərinə  həmişə  bağlı 
olmuşlar. Bu sülalə tarixdə Əfrasiyab sülaləsi 
kimi  də  tanınır.  Paytaxt  şəhərlərindən  biri 
Qaşqar idi. XI əsrin ortalarında səlcuq türkləri 
qaraxanlıları  özlərinə  tabe  etdilər.  1212-c
ildə isə Xarəzmşah Məhəmməd Qaraxanlılar 
dövlətinin varlığına son qoydu. 
962-ci  ildə  ya ran -
mış  Qəznəlilər  döv-
lətinin əsasını Alp tə   kin 
qoymuşdur.  Döv lətin 
paytaxtı Qəz nə şəhəri 
idi.  Ta rix də  ilk  dəfə 
sultan  titulunu  qəbul 
etmiş  qəznəlilərin  ən 
qüdrətli 
hökmdarı 
Mahmud  (998-1030), 
islam  dini  uğrundakı 
mübarizəsinə  görə  də 
“qazi” adlandırlmışdır. O, Hindistana 17 dəfə yürüş etdi və Hindistanın şimal 
və  şimal-qərb  torpaqlarını  öz  ərazisinə  birləşdirdi.  Sultan  Mahmud  elmə, 
sənətə böyük qiymət verirdi və özü də dövrünün ən elmli hökmdarlarından 
sayılırdı. Sultan Mahmudun ölümündən sonra onun oğlanları arasında gedən 
mübarizə dövləti zəiflətdi. Səlcuqlular tərəfindən məğlub edilən qəznəlilərə 
son zərbəni gurlu tayfası vurdu. Şimali Hindistana sıxışdırılan Qəznəlilər 
dövləti 1187-ci ildə süqut etdi. 
Oğuz dövləti ilə Qaraxanlılar dövləti arasında oxşar cəhətlər hansılardır?
Cavablandırın
Qəznəlilər
Qaraxanlı sikkələri
Qəznəlilər döyüşdə
• Sultan Mahmudu bir dövlət başçısı və bir insan kimi xarakterizə edin. 
• Qəznəlilər dövlətini Ağ Hun imperatorluğu ilə müqayisə edin.
Cavablandırın
Türk dünyası


42
Erkən orta əsrlər
• Türk
-
müsəlman dövlətlərində elm və mədəniyyət necə inkişaf etmişdir?
• “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları haqqında əlavə məlumatlar 
toplayın və Venn diaqramında müqayisə aparın.
Cavablandırın
• Köçəri oğuzlar şəhərlərdə yaşayan oğuzlara istehza ilə “yatuq”,yəni 
“tənbəl” deyirdilər. Onların fikrincə oturaq həyat keçirən soydaşları 
döyüşlərə getmədən tənbəl-tənbəl şəhərlərdə yaşayırdılar.
• Oğuzlarda qohumlar arasında məktub daşıyan adama yazığçı deyilirdi 
və bu, onlarda yazının olduğunu sübut edir. Ancaq oğuzların hansı əlifba ilə 
yazdıqları məlum deyil.
• Görkəmli akademik Ziya Bünyadov Mərkəzi Asiya xalqlarının 
tarixi haqqında tədqiqatları ilə məşhurdur. Onun “Xarəzmşahlar 
dövləti”kitabı çox yüksək qiymətləndirilmişdir. Bu xidmətlərinə görə Ziya 
Bünyadova” Ürgəncin fəxri vətəndaşı” adı verilmişdir.
• Xarəzm sözünün mənası “Günəş ölkəsi” deməkdir.
Öyrənin
Axtarın
Sultan Mahmud , Ziya Bünyadov, Oğuzlar, Qaraxanlılar
Mərkəzi Asiyanın təbiəti, coğrafi şəraiti bu ərazidə təsərrüfatın, ticarətin, 
şəhərlərin  inkişafına  kömək  edirdi.  Şəhərlərdə  fəaliyyət  göstərən  məktəb 
və  mədrəsələrin  verdiyi  yüksək  təhsilin  nəticəsi  idi  ki,  türklər  dünya 
mədəniyyətinə bir cox tanınmış şəxsiyyətlər bəxş etdi. Bunlardan biri də 
həkim, şair, alim İbn Sina olmuşdur. Onun tibbə, fəlsəfəyə aid çoxlu əsərləri 
var idi. Məşhur alim Məhəmməd Fərabi elmi biliklərin təsnifatını verdiyinə 
görə Aristoteldən sonra “İkinci müəllim” adına layiq görülmüşdü. Oğuzla-
rın həyatından bəhs edən və ümumtürk abidələrindən biri olan “Kitabi-Də-
də Qorqud” dastanı bu günə qədər öz əhəmiyyətini qoruyub saxlayır. 
Elm və mədəniyyət


43
V əsrdə “Xalqların böyük köçü” nəticəsində Roma imperiyasının qərb 
əyalətlərinə çoxsaylı alman tayfaları hərəkət etdi. Onlar qərbdə Reyn, şərqdə 
Visla, cənubda Dunay çayları, şimalda isə Baltik dənizi arasındakı ərazilərdə 
nəsil icması
 halında yaşayırdılar.
V  əsrin  sonlarında  alman  tayfalarından  olan  qərb  qotları  (vestqotlar) 
İspaniyada, şərq qotları (ostqotlar) İtaliyada, franklar Qalliyada, anqllar və 
sakslar Britaniyada, vandallar isə Şimali Afrikada məskunlaşdılar. Bir neçə 
yüz il ərzində latın və alman dilləri qarışdı və indiki italyan, fransız, ispan 
dilləri yarandı. Roma imperiyasının zəifləməsi və alman tayfalarının bura-
da məskunlaşması Avropanın xəritəsini dəyişdi. Yeni xırda dövlətlər mey-
dana gəldi. Roma imperiyası süqut etdi. Qərbi Avropada istehsal tənəzzülə 
uğradı, quldarlıq təsərrüfatı dağıldı.
Avropada ilk feodal dövləti
“Xlodviq böyük və 
güclü döyüşçü idi
həm də möhkəm 
iradəli şəxs idi. O, 
dövlət yaratmaq üçün 
bütün vasitələrdən 
istifadə edirdi.”
Turlu Qriqori 
(VI əsr tarixçisi)
1. Şəkildə gördüyünüz qalanı şərh edin.
2. Necə düşünürsüz – tarixçi Turlu Qriqori bizə 
kimi tanıtmağa çalışır?
3. Yuxarıdakı açar sözlərdən hansıları haqqında 
məlumatınız var?
Düşünün
Qədim alman tayfaları
Feod 
İmperiya
Natural təsərrüfat
Kral
Qraf
Açar sözlər
8
1. Roma imperiyasının dağılmasının səbəbləri hansılardır?
2. “Xalqların böyük köçü”ndə iştirak etmiş tayfaların adlarını yada salın.
Yada salın


44
Erkən orta əsrlər
Frank tayfa başçılarından biri olan Xlod-
viq 486-ci ildə keçmiş Roma canişinini Suas-
son  şəhəri  yaxınlığındakı  döyüşdə  məğlub 
edərək Qalliyanı (müasir Fransa) ələ keçirdi. 
Təxminən  500-cü  ildə  Frank  dövləti  mey-
dana gəldi. O, kilsənin dəstəyni əldə etmək və 
hakimiyyətini  möhkəmləndirmək  üçün  xris-
tian dinini qəbul etdi. Xlodviq irsi hakimiyyət 
yaratdı,  frankların  ilk  qanun  toplusunu  ha-
zır latdı, vilayətləri idarə etmək üçün qraflar 
təyin etdi.
Frank dövlətinin ən qüdrətli dövrü Böyük 
Karlın  (768-814)  hakimiyyəti  illərində  olmuşdur.  Böyük  Karl  İtaliyanın 
çox hissəsini ələ keçirdi, Reyn və Elba çayları arasında yaşayan saksları 
30 ildən çox çəkən mübarizə nəticəsində itaət altına aldı. Lakin İspaniyada 
ərəblərə qarşı müharibə yalnız Barselonanın ələ keçirilməsi ilə nəticələndi. 
Karl 800-cü ildə Romaya gələrək, dövləti imperiya, özünü isə imperator 
elan etdi.
Böyük  Karlın  ölümündən  sonra  onun  varisləri  arasında  aramsız 
müharibələr başlandı. 843-cü ildə Böyük Karlın üç nəvəsi Verden şəhərində 
Frank imperiyasını öz aralarında bölüşdürdülər. Bu bölüşdürmə nəticəsində 
üç böyük krallıq
 – 
Fransa, Almaniya  İtaliya dövlətləri yarandı. Həmin 
dövlətlərdə Böyük Karlın məxsus olduğu sülalə
 – 
Karolinqlər sülaləsi ha-
kim idi. Lakin bu krallıqların da hamısı vahid dövlət deyildi. Onlar çoxlu iri 
və xırda mülklərə parçalanmışdı. Beləliklə, Qərbi Avropada IX-XI əsrləri 
əhatə edən feodal dağınıqlığı dövrü başlandı.
İtaliya ərazisində çoxlu müstəqil feodal dövlətlər mövcud idi. Onlardan 
biri də 756-cı ildə yaranan Papa vilayəti idi. Roma kilsəsinin rəhbəri olan
• Hansı hadisə ilə əlaqədar olaraq almanlar Roma imperiyası ərazisində 
məskunlaşdılar?
• Almanların Roma imperiyası ərazisində məskunlaşması imperiyada hansı 
dəyişikliyə gətirib çıxartdı?
Cavablandırın

 Nəsil icması 
– qohum adamların bir icmada yaşaması
Franklar
Böyük Karlın tacqoyma
mərasimi
Lüğət


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə