tələbatı hüdudsuzdur. Ona görə də mövcud dövr ərzində
konkret
və daha zəruri hesab olunan tələbatın ödənilməsi onun
yeniləşməsi, mürəkkəbləşməsi və dərinləşməsi şəraitində baş
verir. Tələbatın belə xarakter alması fasiləsiz və daima təkrarlanan
şəkildə göründüyündən, onların ödənilməsi üçün tələb olunan
resurs və texnologiyanın tətbiq olunması məhdudluğu üzündən
konkret
vaxt ərzində tələbatın ödənilməsinin müxtəlif
variantlarının seçilməsi zərurəti meydana gəlir. Bütün resursların
qeyri-bərabər şəkildə mövcud olması və təbiətdən asılı amillərlə
bağlı hasil olması, faktiki olaraq, onlardan istifadənin
məhdudluğunu əsaslandırmaqla müxtəlif variantlardan istifadənin
seçimini zəruriləşdirir. Həmçinin təbiət resursları ilə yanaşı
insanlar tərəfindən də yaradılan nemətlər də konkret şəkildə həm
istehsal, həm də istehlak baxımından məhdud xarakter daşıyır.
Resursların
bərpa
olunması
və
bərpa
olunmaması
nöqteyi-nəzərindən onların təkrar istehsal olunması və
ehtiyatlarının
yaradılması
onların
bir-birinə
nisbətən
məhdudluğunu əks etdirməklə nemətin nadirliyini əks etdirir.
Mövcud olan nemət ehtiyatları ola bilsin ki, konkret istehlakçının
tələbatını tam həcmdə ödəyə bilməsin. Ola bilsin ki, həmin nemətə
olan tələbatı ödəsin, lakin həmin vasitələrdən
istifadə edərək digər
tələbatı ödəyə biləcək nemətlərin əldə olunması məhdudlaşacaq.
Bu da nemətlərin çatışmazlığı kimi özünü əks etdirəcək.
Nemətlərin məhdudluğu, eləcə də resurs və texnologiyanın
çatışmazlığı əslində nemətlərin spesifik xarakterində əks
olunmaqla, insanların iqtisadi fəaliyyətində daha geniş və ətraflı
şəkildə əks olunur. Hüdudsuz tələbatların məhdud vasitələr
şəraitində ödənilməsi belə bir şəraitin əmələ gəlməsinə səbəb olur
ki, həqiqətən də tələbatın ödənilməsi tam şəkildə mümkün
olmayacaqdır. Deməli, bu belə qənaətə gəlməyə əsas verir ki, hər
hansı bir iqtisadi fəaliyyət mövcud şəraitdə ödənilməsi mümkün
olan tələbatın seçilməsinə dəlalət edir. Yəni bir çox mümkün
görünən və ödənilə bilən tələbatların yalnız birinin seçilməsi
mümkün olur.
Bu isə onu göstərir ki, konkret
38
situasiyada ödənilməsi mümkün olan bütün tələbatlardan yalnız
birini seçməklə digərindən imtina olunmağa gətirib çıxarır. Eyni
zamanda hər bir iqtisadi fəaliyyət məhdud resurs ehtiyatının
müəyyən hissəsinin xərclənməsi hesabına baş verir. Bu isə o
deməkdir ki, belə iqtisadi fəaliyyət digər tələbatın ödənilməsi
imkanlarını azaldır. Deməli, müəyyən tələbatın ödənilməsi üçün
resursların kəmiyyətlərinin ayrılması həmişə digər tələbatların
ödənilməsi üçün bu resurslardan istifadə olunmasından imtina
olunmasına gətirib çıxarır. Bu da öz növbəsində mövcud tələbatın
ödənilməsindən müəyyən məhdudluğa gətirib çıxarır. Deməli,
seçim problemi, əgər bir tərəfdən tələbatın ödənilməsindən ötrü
nəzərdə tutulan resurs və texnologiyalardan istifadə olunması üçün
mövcud hesab olunan alternativliyi əks etdirirsə, digər tərəfdən
qənaət
problemini meydana gətirir. Hesab etmək olar ki, iqtisadi
subyektlərin fəaliyyəti bilavasitə tələbatın ödənilməsi üçün zəruri
görünən vasitələrin müəyyən edilməsilə həmin iqtisadi subyektin
digər tələbatlarının ödənilməsi imkanını yaradır. Əslində seçim
problemi iqtisadi subyektlərin davranışında tətbiq olunan
vasitələrin məqsəd və vasitələrinin həyata keçirilməsində daha
qənaətli yolların müəyyən edilməsi ilə tələbatların daha tez və
səmərəli ödənilməsini nəzərdə tutur.
Alternativ tələbatların ödənilməsi üçün tətbiq olunan
məhdud vasitələr o vaxt daha tez təzahür olunur ki, iqtisadi
fəaliyyət üçün nəzərdə tutulan
Dostları ilə paylaş: