Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə29/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   233
Bazar 1

xərclərin 
sərf olunması üçün qərar 
qəbul olunur. Çünki iqtisadi fəaliyyətin gedişi yalnız istehsal və ya 
tədavül prosesi ilə deyil, eyni zamanda, mövcud proseslə əlaqədar 
olan informasiyanın əldə olunması üçün də məsrəflər sərf olunur. 
Müxtəlif  institusional  sistemlərdə  iqtisadi  fəaliyyətin  məsrəfləri 
müxtəlif  forma  ala  bilər.  İqtisadi  fəaliyyətin  bütün  formalarında 
məhdud resurslar və alternativ variantların seçilməsi zəruriliyinin 
mövcudluğu  ona  əsas  verir  ki,  bütün  şəraitlərdə  1  nemətin  əldə 
olunmasına  yönəldilmiş  fəaliyyət  istər-istəməz  digər  alternativ 
nemətlərin əldə 
39 


olunmasına qurban verilməlidir. Məsələn, 1 kq ətin alınması həmin 
pula alınacaq 1 kq pendirlə 1 kq yağdan imtina olunması deməkdir 
və yaxud 1 kisə sementlə 1 m^ sahə betonlanarsa, 10 m^ sahənin 
suvaqlanmasından  imtina  olunması  deməkdir.  Bir  qayda  olaraq 
seçim  şəraiti  iki  imkandan  çox  olduğu  şəraitdə  baş  verir.  Belə 
vəziyyətdə  səmərəli  fəaliyyət  göstərən  iqtisadi  subyektlər  öz 
fəaliyyətlərinin  nəticəsinin  sərfəliliyini  və  ya  qazancını 
qiymətləndirməklə  hər  alternativ  variantdan  istifadə  etməklə 
mövcud  resurslardan  istifadə  ilə  öz  seçimlərini  o  alternativliklə 
həyata  keçirirlər  ki,  sərfəlilik  və  ya  qazanc  onlar  üçün  daha 
maksimal  xarakter  daşıyacaqdır.  Belə  şəraitdə  səmərəli  fəaliyyət 
göstərən iqtisadi subyektlərin itirdikləri yalnız o qazanc olacaqdır 
ki,  onlar  digər  alternativlikdən  istifadə  etməklə  daha  yüksək 
qazanc əldə ediblər. Konkret subyektlər digər alternativ fəaliyyəti 
qurban verməklə onlar öz iqtisadi fəaliyyətlərində daha səmərəli 
variant seçmiş olurlar. Deməli, mövcud nemətin əldə olunmasına 
çəkilən  məsrəflər  belə  şəraitdə  əldə  olunmayan  nemətlərin 
alternativi  olacaqdır.  Yəni  ən  yüksək  qazancın  əldə  olunmasına 
çəkilən xərc mövcud iqtisadi fəaliyyətin alternativ xərci kimi üzə 
çıxacaqdır.  Göstərmək  lazımdır  ki,  iqtisadi  seçim  şəraitində 
alternativ xərclərin nəzərə alınması mikroiqtisadi təhlilin mühüm 
prinsipi  kimi  qiymətləndirilə  bilər.  Alternativ  məsrəflərin 
mahiyyətini istehsal imkanları əyrisi vasitəsilə daha aydın şəkildə 
izah  etmək  olar.  Hesab  edək  ki,  ikisektorlu  iqtisadi  model 
çərçivəsində  mövcud  istehsal  resursları  ehtiyatları  və  texnoloji 
inkişaf şəraitində məhsul istehsalının yalnız bir istiqamətdə artımı 
və azalması baş verə bilər. Belə ki, şərti olaraq istehsalı A və B 
nemətləri ilə adlandırsaq, onda bu məhsulların hər birinin səmərəli 
səviyyədə  əldə  olunması  üçün  müxtəlif  alternativ  imkanlardan 
istifadə  olunsa  belə,  yalnız  alternativ  xərc  çəkilən  əlavə  məhsul 
buraxılışı digər əlavə istehsal olunmayan məhsul deməkdir. Belə 
ki,  əlavə  buraxılan  məhsul  kəmiyyəti  bizim  misalda  A
2
  -  Aı-ə, 
alternativ xərc kimi B
2
 ~ Bı məhsullarının kə 
40 


miyyəti olacaqdır (şokil 1.1.)* Ardıcıl olaraq mövcud nemətin daha 
çox  istehsal  olunması  alternativ  xərclərin  artmasına  səbəb 
olacaqdır.  Alternativ  xərclərin  artımının  səbəbi  istifadə  olunan 
resursların  xüsusiyyətilə  əlaqədardır.  Belə  ki,  bu  resursların  bir 
sahədən  çıxarılıb  digər  sahəyə  yönəldilməsi  birmənalı  şəkildə 
həmin  sahələrdə  sərf  olunan  alternativ  məsrəflərin  həcminə  təsir 
göstərir.  Ona  görə  də  səmərəli  fəaliyyət  göstərən  iqtisadi 
subyektlər  əvvəlcə  resursları  daha  sərfəli  görünən  məhsul  növü 
üçün  istifadə  edir,  daha  sonra  isə  bu  istehsalın  genişlənməsi  ilə 
digər  sahə  üçün  o  qədər  də  əhəmiyyət  daşımayan  bu  resursların 
istifadə  olunmasına  məcbur  olurlar  ki,  bu  da  həmin  resursların 
məhdudluğu ilə -əlaqədardır. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə