edənlər kimi, rəqabət aparmaq qabiliyyətinə malik olanlar kimi
fəaliyyət göstərə bilmirdilər.
ictimai əmək bölgüsünün dərinləşməsi natural təsərrüfatın
əmtəə təsərrüfatına çevrilməsilə, xüsusi mülkiyyətin rolunun
artması ilə bazar məfliumu, daha dərin məzmunlu anlayış kimi şərh
olunmağa başlandı. Daha doğrusu, əmtəə- pul münasibətlərinin
genişlənməsi ilə bazar - iqtisadi münasibətlərin obyekt və
subyektlərini əhatə edən anlayış kimi şərh olunmağa başlandı.
Bununla əlaqədar bazar məfhumu üçün ən xarakterik olan tərif -
«bazar insanların alıcı və satıcı simasında görüşdüyü yerdir» ifadəsi
meydana gəlmişdir. Lakin bununla yanaşı bazara ümumiləşmiş
şəkildə ilkin tərif verən görkəmli iqtisadçıların da konkret ifadələri
olmuşdur. Məsələn, fransız iqtisadçı-riyaziyyatçısı A.Kurno
(1801-1877) hesab edirdi ki, bazar termini kimi hər hansı bazar
meydamnı deyil, bütövlükdə hər hansı rayonu götürmək lazımdır.
Çünki belə ərazidə alıcı və satıcılar daha sərbəstdirlər, qiymətlər
daha yüngül və asan tarazlaşır. Belə yanaşmada üstünlük
mübadilənin sərbəstliyinə və qiymətin qoyulmasına verilirdi.
İngilis iqtisadçısı, neoklassik məktəbin banisi A.Marşall
(1842-1924) isə hesab edirdi ki, bazar heç də alman və satılan
predmetlərin konkret bazar meydanı deyil, bu bütöv bir rayon
olmaqla alıcı və satıcılar bir-biri ilə o qədər sərbəst münasibətdə
olurlar ki, eyni məhsula olan qiymət meyli olduqca yüngül və
sürətli tarazlaşır. Burada da bazarın meyarı kimi, mübadilənin və
qiymətin sərbəstliyi əsas götürülür.
Digər ingilis iqtisadçısı U.Cevons (1835-1882) bazarın
meyarı kimi alıcı və satıcıların sıxlığını ön plana çəkirdi. O qeyd
edirdi ki, bazar insan qruplarının hər hansı məhsula görə daha sıx
işgüzar münasibətə girdiyi yerdir. Burada o, yalnız mübadilənin
sıxlığını qeyd edirdi.
Ümumiyyətlə, bazar məfluımuna, iqtisadi münasibətlər
çərçivəsində iki səviyyədə yanaşmaq olar:
1. Satış kimi,
mübadilə və tədavüldə;
5
!
2. İstehsal, bölgü, mübadilə, istehlak prosesini əhatə edən
insanlar arasındakı iqtisadi münasibətlər sistemində.
Beləliklə də, göründüyü kimi bazar, iqtisadiyyatın mürəkkəb
funksional
fəaliyyətinə
əsaslanaraq,
müxtəlif
mülkiyyət
formalarının, əmtəə-pul, maliyyə-kredit və inteqrasiya əlaqələrinin
mövcudluğu şəraitini də əks etdirir.
Bazar məfhumuna obyekt və subyekt baxırmndan da həm
ayrılıqda, həm də bütövlükdə yanaşmaq olar. Məsələn,
«Marketinqin əsaslafi» dərsliyinin müəllifi F.Kotlyar bazar
münasibətlərinin subyektləri baxırmndan, bazara «alıcıların
məcmusu» kimi baxır.
Ümumiyyətlə, bazarın bir fərqləndirici xüsusiyyəti ondan
ibarətdir ki, o mikroiqtisadi proseslərini əks etdirməklə nəticə
etibarilə makroiqtisadi proseslərin həm gedişatma, həm də
nəticəsinə birbaşa təsir göstərir. Belə ki, bazar ümumi milli
məhsulun təkrar istehsalı elementi kimi çıxış edir. Belə ki, bazar
iqtisadi münasibətlərin məcmusu kimi, ÜMM tədavülünün
əmtəə-pul formasında həyata keçirilməsinə səbəb olur. Belə
yanaşma ilə bütövlükdə bazarın obyekti, əmək- material
qiymətliləri və pul vasitələri kimi üzə çıxır.
Beləliklə də, təsərrüfat
tipindən asılı olaraq,
Dostları ilə paylaş: