Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


II FƏSİL. BAZARIN MƏZMUNU, ELEMENTLƏRİ



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə37/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   233
Bazar 1

II FƏSİL. BAZARIN MƏZMUNU, ELEMENTLƏRİ, 
TİPLƏRİ, PRİNSİP VƏ FUNKSİYASI 
2.1.
 
Bazarın məzmunu və ona dair baxışlar 
2.2.
 
Bazarın elementləri və tipləri 
2.3.
 
Bazarın prinsipləri və funksiyası 
2.1.
 
Bazarın məzmunu və ona dair baxışlar 
Bazar  və  onuıi  mahiyyətini  öyrənmək  müasir  şəraitdə 
olduqca  aktualdır.  Bu,  bir  tərəfdən  bazarın  çox  geniş  yayılmış 
iqtisadi kateqoriya olması,  digər tərəfdən onun  məzmunu  barədə 
vahid  fikrin  olmaması,  həmçinin  onun  fəaliyyəti  ilə  ayrı-ayrı 
ölkələrdə  müxtəlif  sosial-iqtisadi  nəticələrin  mövcud  olması  ilə 
əlaqədardır. 
İlkin  olaraq  bazar  ticarət  yeri  kimi,  bir  çox  insanın  günün 
müəyyən vaxtında alış-veriş etdiyi sahə kimi nəzərdə tutulurdu. Bu 
baxımdan  bazarın  lap  ilkin  insan  cəmiyyətinin  meydana  gəldiyi 
dövrdən,  icmalar  arasında  mal  mübadiləsi  dövrünədək  təşəkkül 
tapdığı  və  bilavasitə  ilkin  ictimai  əmək  bölgüsü  ilə  əlaqədar 
olduğunu  göstərmək  olar.  Lakin  sənətkarlığın  meydana  gəlməsi, 
şəhərlərin əmələ gəlməsi, ticarətin geniş vüsət alması, bazar üçün 
ayrı-ayrı  yerlərin  əmələ  gəlməsi,  onun  müəyyən  olunmuş  vaxt 
çərçivəsində  baş  verməsi  bazar  üçün  konkret  meydanın  təyin 
olunmasına səbəb oldu. İctimai əmək bölgüsünün dərinləşməsi və 
genişlənməsi həm bazar meydanlarının, həm də onun miqyasının 
genişlənməsinə  səbəb  oldu.  Bazarların  belə  fərqləndirici 
xüsusiyyəti  bugünkü  günə  qədər  öz  mahiyyətini  saxlamışdır. 
Lakin  bu  heç  də  bazarın  bir  fəaliyyət  sistemi  kimi  özü  deyildi. 
Burada bazarın bir sistem, mexanizm, münasibət kimi mahiyyəti 
əks olunurdu. Çünki bazar meydanlarına daxil olanlar, yalnız tələb 
və  təklif  daşıyıcıları  kimi  fəaliyyət  göstərirdilər.  Onlar  xüsusi 
mülkiyyət sahibləri, müstəqil seçim və qərar qəbul 
50 


edənlər  kimi,  rəqabət  aparmaq  qabiliyyətinə  malik  olanlar  kimi 
fəaliyyət göstərə bilmirdilər. 
ictimai  əmək  bölgüsünün  dərinləşməsi  natural  təsərrüfatın 
əmtəə  təsərrüfatına  çevrilməsilə,  xüsusi  mülkiyyətin  rolunun 
artması ilə bazar məfliumu, daha dərin məzmunlu anlayış kimi şərh 
olunmağa  başlandı.  Daha  doğrusu,  əmtəə-  pul  münasibətlərinin 
genişlənməsi  ilə  bazar  -  iqtisadi  münasibətlərin  obyekt  və 
subyektlərini  əhatə  edən  anlayış  kimi  şərh  olunmağa  başlandı. 
Bununla  əlaqədar  bazar  məfhumu  üçün  ən  xarakterik  olan  tərif  - 
«bazar insanların alıcı və satıcı simasında görüşdüyü yerdir» ifadəsi 
meydana  gəlmişdir.  Lakin  bununla  yanaşı  bazara  ümumiləşmiş 
şəkildə ilkin tərif verən görkəmli iqtisadçıların da konkret ifadələri 
olmuşdur.  Məsələn,  fransız  iqtisadçı-riyaziyyatçısı  A.Kurno 
(1801-1877)  hesab  edirdi  ki,  bazar  termini  kimi  hər  hansı  bazar 
meydamnı deyil, bütövlükdə hər hansı rayonu götürmək lazımdır. 
Çünki  belə  ərazidə  alıcı  və  satıcılar  daha  sərbəstdirlər,  qiymətlər 
daha  yüngül  və  asan  tarazlaşır.  Belə  yanaşmada  üstünlük 
mübadilənin sərbəstliyinə və qiymətin qoyulmasına verilirdi. 
İngilis  iqtisadçısı,  neoklassik  məktəbin  banisi  A.Marşall 
(1842-1924)  isə  hesab  edirdi  ki,  bazar  heç  də  alman  və  satılan 
predmetlərin  konkret  bazar  meydanı  deyil,  bu  bütöv  bir  rayon 
olmaqla  alıcı  və  satıcılar  bir-biri  ilə  o  qədər  sərbəst  münasibətdə 
olurlar  ki,  eyni  məhsula  olan  qiymət  meyli  olduqca  yüngül  və 
sürətli tarazlaşır. Burada da bazarın meyarı kimi, mübadilənin və 
qiymətin sərbəstliyi əsas götürülür. 
Digər  ingilis  iqtisadçısı  U.Cevons  (1835-1882)  bazarın 
meyarı kimi alıcı və satıcıların sıxlığını ön plana çəkirdi. O qeyd 
edirdi ki, bazar insan qruplarının hər hansı məhsula görə daha sıx 
işgüzar  münasibətə  girdiyi  yerdir.  Burada  o,  yalnız  mübadilənin 
sıxlığını qeyd edirdi. 
Ümumiyyətlə,  bazar  məfluımuna,  iqtisadi  münasibətlər 
çərçivəsində iki səviyyədə yanaşmaq olar: 
1. Satış kimi, mübadilə və tədavüldə
5



2.  İstehsal,  bölgü,  mübadilə,  istehlak  prosesini  əhatə  edən 
insanlar arasındakı iqtisadi münasibətlər sistemində. 
Beləliklə də, göründüyü kimi bazar, iqtisadiyyatın mürəkkəb 
funksional 
fəaliyyətinə 
əsaslanaraq, 
müxtəlif 
mülkiyyət 
formalarının, əmtəə-pul, maliyyə-kredit və inteqrasiya əlaqələrinin 
mövcudluğu şəraitini də əks etdirir. 
Bazar  məfhumuna  obyekt  və  subyekt  baxırmndan  da  həm 
ayrılıqda,  həm  də  bütövlükdə  yanaşmaq  olar.  Məsələn, 
«Marketinqin  əsaslafi»  dərsliyinin  müəllifi  F.Kotlyar  bazar 
münasibətlərinin  subyektləri  baxırmndan,  bazara  «alıcıların 
məcmusu» kimi baxır. 
Ümumiyyətlə,  bazarın  bir  fərqləndirici  xüsusiyyəti  ondan 
ibarətdir  ki,  o  mikroiqtisadi  proseslərini  əks  etdirməklə  nəticə 
etibarilə  makroiqtisadi  proseslərin  həm  gedişatma,  həm  də 
nəticəsinə  birbaşa  təsir  göstərir.  Belə  ki,  bazar  ümumi  milli 
məhsulun təkrar istehsalı elementi kimi  çıxış edir. Belə ki,  bazar 
iqtisadi  münasibətlərin  məcmusu  kimi,  ÜMM  tədavülünün 
əmtəə-pul  formasında  həyata  keçirilməsinə  səbəb  olur.  Belə 
yanaşma  ilə  bütövlükdə  bazarın  obyekti,  əmək-  material 
qiymətliləri və pul vasitələri kimi üzə çıxır. Beləliklə də, təsərrüfat 
tipindən  asılı  olaraq, 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə