Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Bazarın elementləri və tipləri



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə39/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   233
Bazar 1

Bazarın elementləri və tipləri 
Bazar  iqtisadiyyatımn  fəaliyyət  göstərməsi  bilavasitə  onun 
elementlərinin  funksional  fəaliyyətindən  asılıdır.  Əslində  bazarın 
ilkin və baza elementləri tələb, təklif, qiymət, rəqabət hesab olunur. 
Lakin  bu  elementlər  əlahiddə,  təcrid  olunmuş  şəkildə  deyil, 
müəj^ən sistem daxilində fəaliyyət göstərirlər: 

 
bazar  iqtisadiyyatının  ilkin  elementi  tələbdir.  Tələb 
bazarda  əmtəə  və  xidmətlərə  olan  tələbat  kimi  üzə  çıxır. 
İstehlakçılar bazardan bu əmtəo və xidmətləri müəyyən olunmuş 
qiymətlərlə, mövcud gəlirlərlə ala bilərlər. Tələb sərəncamda olan 
resursların daha səmərəli istifadə olunmasına stimul yarada bilər; 

 
bazar iqtisadiyyatının digər ilkin elementi təklifdir. Təklif 
tələbatdan  doğmaqla  tələb  olunan  məhsulların  müəyyən 
kəmiyyətdə istehsal olunmasını əsaslandırır. Belə şəraitdə istehsal 
xərclərinin  və  qiymətin  səviyyəsindən  asılı  olaraq  təklifin  həcmi 
formalaşır. Beləliklə, tələb və təklif bazar mexanizminin mühüm 
elementləri  kimi,  maddi  nemət  və  xidmətlərin  istehsalçıları  və 
istehlakçıları  arasında  daimi  əlaqənin  təmin  olunmasına  imkan 
yaradır; 

 
bazar iqtisadiyyatının üçüncü mühüm elementi qiymətdir. 
Qiymət  müəyyən  konyunktura  çərçivəsində  tələb  və  təklif 
nəticəsində  formalaşır.  O  həm  enib-qalxmalara  və  tərəddüdlərə 
meyilli  olur,  həm  də  müəyyən  coğrafi  ərazidə  resursların 
məhdudluğu  və  nadirliyindən  asılı  olaraq  mövcud  əmtəəyə  olan 
tələb və təklifi müəyyən edir. Məhsulun fayda- lılığı, onun istehsal, 
transaksion, tədavül xərcləri ilə əlaqədar səviyyəsində dəyişikliklər 
mövcud olur. Tələb və təklifin tarazlı vəziyyətinin yaradılmasında 
mühüm rol oynayır; 
54 


» bazar iqtisadiyyatının digor mühüm elementi rəqabətdir. O, 
mənfəətin  maksimum,  istehsal  xərclərinin  minimum  səviyyəyə 
çatdırılmasında  bazar  subyektləri  arasındakı  bəhsləşmənin  xüsusi 
formasıdır.  Rəqabət  şəxsi  mənafeyin  yaradıcısı  kimi,  iqtisadi 
subyektlərin  daha  çox  qazanc  əldə  etmək  motivi  olmaqla, 
cəmiyyətin  mənafeyinin  ödəyicisi  kimi,  iqtisadiyyatın  daima 
hərəkətdə  olan  qüvvəsinə  çevrilir.  Məhz  belə  şəraitdə  A.Smitin 
qeyd  etdiyi  «görünməz  əl»  prinsipi  formalaşır.  Rəqabətin  əsas 
funksiyası  iqtisadi  fəaliyyətin  kəmiyyətini  müəyyən  edən  digər 
elementlərin  -  qiymətin,  mənfəət  normasının,  faiz  dərəcəsinin 
müəyyən olunmasına və tənzimlənməsinə imkan yaradır; 

 
bazar  iqtisadiyyatının  ümumiləşmiş  şəkildə  bir  neçə 
elementini  də  qeyd  etmək  olar.  Bura  istehsalçı  və  istehlakçılar, 
iqtisadi  əlahiddəliyin  bazar  infrastrukturu  daxildir.  Bunların 
mahiyyəti,  funksional  fəaliyyəti,  əhəmiyyəti  haqqında  növbəti 
mövzularda daha ətraflı şərh olunacaq. 
Bazar  iqtisadiyyatının  formalaşması  əsasən  üç  başlıca 
prinsipə əsaslanır: 

 
son hədd prinsipinə

 
xərcin alternativ seçim prinsipinə; 

 
iqtisadi səmərəlilik və ya əlverişlilik prinsipinə. 
Son hədd və ya marjinal prinsipə söykənən bazar subyektləri, 
orta  kəmiyyətə  deyil,  son  kəmiyyətə  əsaslanırlar.  Nəticədə 
bazarların  dolğunluğu,  bazar  qiymətlərinin  dəyişilməsi  -  bazar 
iqtisadiyyatı  bir  vəziyyətdən  digər  bir  vəziyyədə  üzücü  şəkildə 
keçir.  Belə  şəraitdə  bazar  məkanının  fasiləsiz  fəaliyyəti  təmin 
olunmaqla, tələb və təklif arasında kəskin tərəddüd baş vermir və 
məhsul  istehsalçıları  ilə  istehlakçıları  arasında  tarazlı  vəziyyət 
təmin olunur. 
Lakin  bazar  subyektlərinin  çoxluğu,  sərbəstliyi,  müstəqil 
qərarlar  qəbul  etmələri  və  rəqabət  aparmaq  imkanları,  onları 
xərclərin alternativ seçimetmələrinə sövq edir. Xərclərin alternativ 
seçimi, birbaşa xərclərin cəmi ilə əldə olunmayan qazancın məbləği 
kimi çıxış edir. Bu da resursların 
55 


istifadəsində  və  ya  sahibkarlıq  fəaliyyətində  digər  üsullarından 
imtina  olunmasıyla  əlaqədardır.  Bu  isə  o  deməkdir  ki,  bütün 
buraxılan  imkanlardan  asılı  olmayaraq  bazar  iqtisadiyyatı 
minimum da olsa gəlirin əldə olunmasına təminat verir. Ona görə 
də  iqtisadi  subyektlər  mövcud  olan  resurslardan  daha  səmərəli 
istifadə  olunması  yollarının  üzə  çıxarılması  məcburiyyətində 
qalırlar. 
Daha səmərəli və ya əlverişli iqtisadi fəaliyyətin aparılması 
prinsipi qazanc və xərcin müqayisə edilməsinə əsaslanır. Dəyişilən 
variantlara  görə  əlverişli  və  ya  səmərəli  iqtisadi  fəaliyyətin 
seçilməsi,  minimum  mənfəətli  olsa  da,  lakin  müəyyən  miqdar 
gəlirin  əldə  olunmasına  təminat  verir.  Bura  əlverişli  fəaliyyətin 
meyarı  kimi  gəlirin  əldə  olunması  imkanı  və  ya  hüququnun 
olmasıdır.  Məhdud  kapital  resurslarından  istifadə  olunmasına 
baxmayaraq həm istehsalçıların, həm də istehlakçıların tələbatları 
ödənilir. 
Bazar 
mexanizminin 
qeyd 
olunan 
prinsiplərinin 
müxtəlifliyinə baxmayaraq burada mərkəzdə duran bir problem var 
ki, o da bir tərəfdən tələb və təklif qüvvələri ilə qiymət və rəqabət 
qüvvələrinin  üz-üzə  dayanmasıdır.  Bu  qüvvələr  nisbətinin 
tarazlaşdırılması,  bazar  sisteminin  sivilizasiyalı  şəkildə  fəaliyyət 
göstərməsinə təminat verəcək. 
Bazar təsərrüfatının təşəkkülü tarixi inkişaf baxımından bir 
neçə tipi ilə səciyyələnir: 

 
azad və ya klassik

 
tənzimlənən; 

 
inkişaf etməyən; 

 
deformasiya olunmuş. 
Bunların arasında əsas iki tip bazar sistemini tam xarakterizə 
edir ki, biri azad və tənzimlənən tiplərdir. 
Azad bazar əsasən aşağıdakı xüsusiyyətləri ilə fərqlənir: 
- bazar münasibətlərinin qeyri-məhdud iştirakçılarla olması 
ilə; 

 
iqtisadi  subyektlər  arasında  təkmil  rəqabətin  mövcud 
olması ilə; 
56 


»  bütün  arzu  edənlərin  istənilən  təsərrüfat  fəaliyyətilə 
məşğul olması ilə; 
® istehsal amillərinin mütləq mənada mobilliyi ilə; 

 
kapital  resurslarının  sərbəst  hərəkətinin  qeyri-məh- 
dudluğu ilə; 

 
bazar  fəaliyyətinin  bütün  növləri  üzrə  informasiyanın 
ardıcıl təmin olunması ilə; 
“ bazar subyektlərinin səmərəli və ya əlverişli fəaliyyəti üçün 
hər cür şəraitin olması ilə; 

 
qeyri-iqtisadi metodların tətbiq olunmaması ilə; 

 
fərqləndirici  nişanları  olmayan,  yekcins  məhsul  istehsalı 
ilə; 

 
qiymətlərin yalnız təkmil rəqabət şəraitində qoyulması ilə; 

 
inhisarçıhğın olmaması ilə; 
® tamamilə dövlət müdaxiləsinin olmaması ilə. 
Bu cəhətlərin mövcudluğu, bazarın azad tipinin özü- özünə 
tənzimlənmə  mexanizmini  əsaslandırır.  Bu  da  bazar  sistemində 
iqtisadi  subyektlərin  daha  səmərəli  və  əlverişli  davranışlarını, 
onların bazara sərbəst daxilolma və çıxmalarına imkan yaratmaqla 
daha 
çevik 
şəraitin  əmələ  gəlməsi  olardı.  Lakin  real  həyatda 
istehlakçıların hüdudsuz tələbatı, iqtisadi mühitin dəyişkənliyi azad 
bazarın  təşəkkülünü  məhdudlaşdırır.  Bu  baxımdan  azad  bazar 
müəyyən üstünlüklərə malik olsa da, onun bir sıra çatışmazlıqları 
üzə çıxır: 

 
iqtisadi  subyektlərin  davranışında  kəskin  fərqləri  əmələ 
gətirir; 
»  cəmiyyət  üzvlərinin  həyat  səviyyəsində  deformasiyalar 
yaradır; 

 
təkmil rəqabət yalnız daha gəlirli sahələrin inkişafına şərait 
yaradır; 

 
istənilən pul kütləsi ilə iqtisadi inkişafın sabitliyini təmin 
etmək olmur; 

 
təkmil rəqabətlə cəmiyyət həyatında hüquq və normaların 
qorunmamasına, arzu olunmayan effektlərin mey 
57 


dana gəlməsinə, ətraf mühitin çirklənməsi, ekosistemin pozulması, 
anormal vəziyyətin, əxlaqsızlığın əmələ gəlməsinə səbəb olur

 
ictimai  xidmətlərin  təmin  olunmasına  imkan  yaranmır. 
Müdafiə, dövlət idarəçiliyinə çəkiləcək xərclərə təminat vermir; 

 
fundamental  tədqiqatların  aparılmasına  imkan  verən 
elmi-texniki nailiyyətlərin əldə olunmasına imkan yaratmır; 

 
sosial gərginlikləri daha da dərinləşdirir. 
Bütün  bunları  nəzərə  alaraq  azad  bazarı  yalnız  xülya, 
abstraksiya  adlandırmaq  olar.  Çünki  burada  heç  bir  milli 
mənəviyyata,  dövlətçiliyə  cavab  verən  prinsiplərə  üstünlük 
verilmir. Bu baxımdan azad bazar haqqında danışarkən bu sferadan 
kənarda qalan insanların vəziyyəti və davranışı, ictimai xidmətlər 
sferasının mövcudluğunu da unutmaq olmaz. Ona görə də burada 
keçidin  ilk  illərində,  iqtisadiyyatdan  xəbəri  olmayanların,  hətta 
olanların  da  bir  çoxu  belə  hesab  edirdi  ki,  azad  bazarın 
formalaşması  hər  cür  bolluğun  təmin  olunmasına,  təşəbbüs 
göstərməyə,  fəallığın  artmasına,  hər  işləmək  istəyənin  həyat 
şəraitinin  yaxşılaşmasına  gətirib  çıxaracaq.  Əslində  heç  bir 
şəraitdə,  heç  bir  yerdə  tam  azadlıq  və  ya  sərbəstlik  ola  bilməz. 
Bütün  azadlıqlar,  hər  bir  cəmiyyətin,  millətin,  xalqın  hüquq  və 
normalarının,  mənəvi  dəyərlərinin,  adət  və  ənənələrinin  imkan 
verdiyi  çərçivədə  formalaşır.  Ona  görə  də  Amerika  iqtisadçısı 
B.Helbreytin  dediyi  kimi,  «Kim  deyir  ki,  bu  günləri  A.Smitin 
dövründəki kimi azad bazar olmalıdır, ancaq belə bazar ola bilməz. 
Kim  insanları  buna  çağırırsa,  onlar  stasionar  müalicəyə  ehtiyacı 
olan psixi xəstəliyə düçar olan insanlardır». 
Deməli,  tam  iqtisadi  azadlıq  ola  bilməz.  Lakin  iqtisadi 
inkişafa, cəmiyyətin normal fəaliyyət göstərməsinə təminat verən 
iqtisadi  azadlıqların  nailiyyətlərindən  istifadə  etmək  lazımdır  ki, 
bu da sivilizasiyalı bazarın fəaliyyətinə təkan versin. 
58 


Müasir dövrdə sivilizasiyalı bazar anlayışı, daha çox davamlı 
inkişafa təminat verən, yəni iqtisadi}^at, sosial həyat, ekologiyanın 
qarşılıqlı  fəaliyyəti  və  inkişafını  əhatə  edən  humanizm,  vətəndaş 
cəmiyyəti, hər kəsin  hüququnu və davranışı qoruyan sistem kimi 
başa  düşülür.  Bu  baxımdan  sivilizasiyalı  bazar  sisteminin 
mövcudluğu  da  çox  mürəkkəb,  çətin  bir  prosesdir.  Ona  görə  də 
onun  ilk  mərhələsi  kimi  tənzimlənən  bazar  tipinin  həyata 
keçirilməsi xüsusi əhəmiyyət daşıyır. 
Tənzimlənən bazar - dövlətin iqtisadiyyata müdaxilə etməsi 
ilə cəmiyyət üzvlərinin sosial və digər tələbatlarının ödənilməsinin 
həyata keçirilməsinə əsaslanan təsərrüfat fəaliyyətidir. Bəlli olduğu 
kimi,  bazar  yalnız  fəaliyyət  göstərən  təşkilatçılıq  qabiliyyətinə 
malik  olan  və  risk  edə  bilənlərin  mənafelərini  ödəyir.  Halbuki, 
cəmiyyətdə belə qabiliyyəti olmayanlar, işsizlər, xəstələr, qoca və 
uşaqlar da mövcuddur. Başqa sözlə, tənzimlənən bazar, fəaliyyəti 
nəticəsində  mənfi  fəsadların  aradan  qaldırılması,  humanizm  və 
ədalətin qorunmasına, bazar fəaliyyəti ilə bağlı hər cür xoşagəlməz 
məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədardır. 
Tənzimlənən bazar, təsərrüfat fəaliyyətində daha təşəbbüskar 
olmağı,  risk  etmək  imkanını,  əmək  motivasiyasmı  gücləndirən 
mexanizmdir.  Hətta  müasir  dünyada  gedən  iqtisadi  böhrandan 
çıxmaq  yolunu  yalnız  dövlət  müdaxiləsi  ilə  həyata  keçirmək 
mümkünlüyü bir daha özünü təsdiqlədi. 
Tənzimlənmə prosesi iki istiqamətdə gedə bilər: 

 
birbaşa bazar mexanizminin öz elementləri vasitəsilə: tələb, 
təklif, qiymət və rəqabətin stimullaşdırılması ilə; 

 
dövlətin, vergi, kredit, sifarişlər vasitəsilə. 
Tənzimlənən bazar tipinin də ideal forması hələ ki, 
mövcud deyildir. Çünki bazarın tənzimlənməsi şəraitində təsərrüfat 
fəaliyyətində  dövlətlə  bazarın  optimal  həddi  olmalıdır.  Optimal 
hədd  çərçivəsində  təsərrüfat  fəaliyyətinin  qurulması  hələ  ki, 
Amerika iqtisadçısı V.Lcontyevin  qeyd etdiyi  kimi dünyanın  heç 
bir ölkəsində mövcud olmamışdır. 
59 


Natamam 
bazar 
dedikdə  -  burada  əsasən  bazar 
elementlərinin  qarşılıqlı  əlaqə  fəaliyyətinin  getməməsi  nəzərdə 
tutulur. Alqı-satqı prosesi olsa da, sərbəst mübadilənin aparılması, 
çevik  qiymətqoymanın  mümkünsüzlüyü  daha  qabarıq  olur.  Ən 
başlıcası  isə  bazarın  miqyasının  genişlənməsi  və  səmərəli 
fəaliyyətə olan meylin olmaması, rəqabət mühitinin ya olmaması, 
ya da ki, inhisarlaşmış formada mövcud olması ilə əlaqədardır. 
Deformasiyalı  bazar  dedikdə  burada  əsasən  inzibati- 
amirlikdən  bazar  sisteminə  keçid  şəraitində  daha  çox  aşağıdakı 
əlamətlər müşahidə olunur: 

 
külli miqdar bazar subyektlərinin milli iqtisadiyyatın bütün 
sahələri üzrə mövcud olmamasında; 

 
müstəqil iqtisadi fəaliyyətin olmamasında; 

 
əmtəə,  əmlak  və  digər  resursların  bölgüsündə  həddindən 
artıq  mərkəzləşdirilmiş  əngəl  və  bürokratik  müdaxilənin 
olmasında. 
2.3.
 
Bazarın prinsipləri və funksiyası 
Hər  bir  iqtisadi  sistemin  formalaşmasını  və  inkişafını 
əsaslandıran  prinsiplər  mövcuddur.  Bazar  iqtisadi  sistemini 
əsaslandıran prinsiplərə qeyd etdiyimiz kimi aşağıdakılar aiddir: 

 
xüsusi mülkiyyət; 

 
rəqabət; 

 
iqtisadiyyatın açıqlığı; 

 
bazar iqtisadiyyatının dövlət tənzimlənməsi. 
Xüsusi  mülkiyyət  özünün  çoxnövlüyü  şəraitində  müasir 
bazar təsərrüfatının əsasını təşkil edir. Müxtəlif bazar subyektləri 
üçün  bərabər  institusional  əsasların  yaradılması  təsərrüfatçılıq 
fəaliyyətinin  həm  stimullaşmasına,  həm  sərbəstliyin  artmasına, 
həm də cəmiyyətin iqtisadi mənafelərinin reallaşmasına səbəb olur. 
Xüsusi 
mülkiyyət 
istehsal 
amillərinin 
nəticələrinin 
mənimsənilməsi hüququnu əks etdirən 
60 


münasibətdir.  Bəlli  olduğu  kimi  xüsusi  mülkiyyət,  ilkin  kapital 
yığımı  kimi  meydana  gəlmişdir.  Tarixi  iqtisadi  proses  kimi,  o 
istehsalçıları  istehsal  vasitələrindən  ayırmış,  nəticədə  bazar 
münasibətlərinin  təşəkkül  tapması  üçün  iki  iqtisadi  subyektin 
əmələ gəlməsinə səbəb olmuşdur: 

 
iqtisadi resursların mülkiyyətçiləri; 

 
iş qüvvəsi mülkiyyətçiləri. 
Azərbaycanda  son  200  il  ərzində  ilkin  kapital  yığımı  çar 
Rusiyasının  müstəmləkəçiliyi  dövründə  qismən  mümkün 
olmuşdur.  Xüsusən,  XIX  əsrin  sonunda  Bakıda  neft  sənayesinin 
inkişafı  ilə  əlaqədar  ilkin  kapital  yığımı  yerli  milyonçuların 
timsalında öz əksini tapmışdır. Müstəmləkəyə qədər, Azərbaycan 
üçün  VII  əsrdən  başlayaraq  islam  mənəvi  dəyərləri  çərçivəsində 
xüsusi  mülkiyyət  prinsipi  formalaşmışdır.  Lakin  o,  tamamilə 
kapitalist xüsusi mülkiyyət  formasından fərqlənirdi. Bu da özünü 
mülkiyyətin  ədalətliliklə,  heç  bir  zorakılığa,  qarətə,  quldurluğa 
əsaslanan  ilkin  sərmayənin  əldə  olunmamasına  söykənməsi  ilə 
əlaqədardır.  İslam  iqtisadi  sistemində  mülkiyyət  halallığa, 
kapitalizmdə isə nəyin bahasına olursa-olsun prinsipinə əsaslanırdı. 
Çar  Rusiyası  dövründə  Azərbaycanda  istehsal  vasitələri, 
demək olar ki, müstəmləkə rejiminə uyğun mənimsənilmiş, geniş 
xalq  kütləsi  tam  soyğunçuluğa  məruz  qalmışdı.  Lakin  Rusiyada 
1861-ci  ildə  həyata  keçirilən  iqtisadi  islahatlar  Azərbaycanda  da 
milli  burjuaziyanın  əmələ  gəlməsinə  səbəb  olmuşdur.  SSRİ-nin 
dağılmasından  sonra  ölkəmizdə  1992-ci  ildən  başlayaraq 
özəlləşdirmənin  həyata  keçirilməsi  ilə  əlaqədar  xüsusi  mülkiyyət 
formalaşmağa  başlamış  və  hal-  hazırda  onun  payı  ÜDM 
istehsalında  nəzərəçarpacaq  dərəcədə  artmışdır.  Ölkədə  həyala 
keçirilən  özəlləşdirmənin  1  və  II  proqramları  dövründə  xüsusi 
mülkiyyətçilər təbəqəsi artıq demək olar ki, formalaşmışdır. Lakin 
bununla  yanaşı  sahibkarlıq  fəaliyyəti  istiqamətində  mövcud  olan 
çatışmazlıqlar, xüsusi mülkiyyətdən istifadə hüququ istiqamətində 
bir sıra maneələr mövcuddur. Belə maneələrin aradan qaldırılması, 
61 


istehsal  vasitələrinin  nəticələrinin  mənimsənilməsi,  istifadəsi, 
sərəncam verməsi və sahib olması istiqamətində hüquqların təmin 
olunmasına  gətirib  çıxaracaq.  Müasir  şəraitdə  mülkiyyətin  özü 
deyil, 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə