Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə47/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   233
Bazar 1

müstəqil razılaşması 
ön plana çəkilməlidir
•  mülkiyyətçinin  hüququnun 
iqtisadi  məzmunu 
açıqlanır. 
Onların iqtisadi subyektlər arasında dəqiq bölüşdürülməsi ilə, hər 
bir fəaliyyətin nəticəsi, yalnız ona aid olduğu bəlli olduqda 
kənar 
effektlər daxili effektlərə çevrilirlər;
 
■ bazarın uğurlu fəaliyyəti üçün transaksion xərclərin həcmi 
nəzərə alınmalıdır. Dövlətin müdaxiləsi olmadan kənar effektlərin 
aradan  qaldırılması  üçün  rasional  qərarlar  qəbul  etmək 
mümkündür. Bazar şəraiti üçün mülkiyyət sahibinin kimliyi deyil, 
ondan necə istifadə olunması əsasdır. Yəni resursların kimin əlində 
olması deyil, ondan neçə səmərəli istifadə olunması vacibdir. Tutaq 
ki,  təmiz  hava  turizmlə  məşğul  olan  sahibkar  və  yaxud  onu 
çirkləndirən fabrik sahibi üçün, belə şəraitdə təmiz hava daha çox 
qazanc əldə edənlər üçün əhəmiyyət daşıyır; 
77 



 
transaksion  xərclərin  həcminin  böyüklüyü  və 
istehsalın  səmərəliliyinə  mülkiyyət  hüququnun  bölgüsünün 
təsirinin  genişləndiyi  zaman  dövlətin  tənzimlənmə  vasitələrindən 
istifadəyə  ehtiyac  duyulmur.  Çünki  mülkiyyətçi  hüququnun  və 
ondan istifadənin bazarda alınıb-satılma imkanı mövcuddur
*  transaksion  xərclərin  səviyyəsi  mülkiyyət  hüquqlarının 
bölgüsünün  əsasında  durur.  Bölgünün  baş  verməsi  transaksion 
xərclərin yüksəlməsi ilə birbaşa əlaqədardır; 

 
hər bir iqtisadi təhlilin aparılmasında transaksion xərclərə 
xüsusi diqqət yetirilməlidir. 
Transaksion  xərclərin  bazar  təsərrüfatında  oynadığı  rolun 
əhəmiyyətli  dərəcədə  artdığım  nəzərə  alan  digər  Nobel 
mükafatçısı,  Amerika  iqtisadçısı  D.Nort  onun  əsas  tiplərini  qeyd 
etmişdir: 

 
bazarlarda əmtəə və xidmətlərin hərəkət şərtləri ilə 
bağlı olan informasiyaların əldə olunmasına çəkilən xərclər

 
əməliyyatların  aparılması  qaydaları  və  şərtləri  ilə 
bağlı xərclər; 

 
əmtəələrin keyfiyyətinin üzə çıxarılması, standartlar 
sisteminin hazırlanması ilə bağlı, firma nişanlarının qorunması ilə 
əlaqədar olan xərclər

 
ədliyyə  sisteminin  köməyi  ilə  hüquq  rejiminin 
qorunmasına olan xərclər; 

 
bazarda düşünülməmiş davranışla bağlı olan itkilər. 
Transaksion xərclərinin bu tiplərindən istifadəyə müasir 
şəraitdə  çox  böyük  əhəmiyyət  verilir.  Çünki  transaksion 
xərclərindən  istifadəyə  qədər,  son  faydalılıq  nəzəriyyəsinə 
əsaslanaraq tədavül sferasmdakı fəaliyyətə, rəqabətin aparılmasına 
və qiymətqoyma prosesinə diqqət yetirilirdi. Müasir iqtisadiyyatda 
istehsalın  mühasibat  uçotu  ilə  əlaqədar  olan  məsrəfləri  birbaşa 
xərclər kimi, ticarət və inzibati fəaliyyətlə bağlı olan məsrəfləri də 
nəzərdə tutulur. Mühasibat xərcləri ilə ticarət və inzibati xərclərin 
məcmusu rəqabətli xərcin müəyyənləşdirilməsinə imkan verir. 
78 


Tədavül  sferasında  fəaliyyət  göstərən  xərclərin  mahiyyəti 
faktiki  olaraq  istehsal  qanunları  ilə  bölgü  qanunlarının  nisbət 
problemini həm birlikdə, həm də ayrı-ayrılıqda həll etməyə imkan 
verir.  Eyni  zamanda  istehsal  və  bölgünün  biri-birindən  asılılığı 
transaksion  xərclərlə  üzə  çıxır.  Belə  olmasaydı  onda  transaksion 
xərclərinin  həcmi  sıfra  bərabər  olardı.  Real  həqiqətdə  isə 
transaksion xərclər həmişə müəyyən kəmiyyətdə mövcud olurlar. 
Bir halda ki, bazar təsərrüfatı səmərəli davranış qaydalarına imkan 
verir,  deməli,  istehsal,  mübadilə,  bölgü  prosesi  qarşılıqlı  əlaqə 
şəklində  fəaliyyət  göstərərək  istehlak  prosesində  başa  çıxmaqla, 
yeni  bir  prosesin  başlanğıcını  əsaslandırır  və  daima  transaksion 
xərclərin 
artımını 
labüdləşdirir. 
Ona 
görə 
də 
bazar 
təsərrüfatçıhğında iqtisadi subyektlərin davranışı, məsrəf və qazanc 
həddi  çərçivəsində baş verən iqtisadi hadisə və proseslərin təhlili 
daima diqqət mərkəzində durmalıdır. 
Bazar  iqtisadiyyatı,  bəşəriyyət  tarixində  təsərrüfatçılığın 
təşkilinin  mütərəqqi  və  səmərəli  forması  olmasına  baxmayaraq 
onun bir sıra ciddi çatışmazlığı var ki, onlar da bilavasitə dövlət, 
siyasi və digər ictimai, qeyri-dövlət təşkilatları tərəfindən ya aradan 
qaldırılmalı,  ya  neytrallaşdınlmalı,  ya  da  ki,  yumşaldılmalıdır. 
Çünki bazar sistemi hansı tipdə fəaliyyət göstərməsinə baxmayaraq 
o ədalətsizliyə, sosial fərqliliyə və s. malikdir: 

 
heç kəsin işlə təmin olunmasına vəd vermir

 
əhalinin sosial müdafiəsinə təminat vermir

 
cəmiyyətin  bütün  üzvləri  üçün  əmək  hüquqlarının  re- 
allaşdırılmasına şərait yaratmır; 
“  kənar  effektlərdən,  yəni  ətraf  mühitin  çirklənməsinə, 
ekosistemin  pozulmasına,  narkomaniyaya,  alkoqolizmə,  əxlaq 
pozuntularına görə məsuliyyət daşımır; 
"  cəmiyyətin  normal  fəaliyyətinə  imkan  verən  sahələrin 
inkişafı üçün məsuliyyət daşımır. 
Qeyd olunan bu çatışmazlıqların bir qismi sırf azad rəqabətə 
əsaslanan sərbəsttipli bazar sistemi üçün xarakterik 
79 


sayılsa da, lakin bütövlükdə bu çatışmazlıqların aradan qaldırılması 
tənzimlənən tipli bazar sistemində də müşahidə olunur. Ona görə 
də  qeyd  olunan  çatışmazlıqları,  əsasən  dövlətin  iqtisadiyyata 
müdaxilə etməsi ilə aradan qaldırmaq mümkün olur. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə