Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə50/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   233
Bazar 1

3.4.
 
Bazar iqtisadiyyatının modelləri 
Müasir dünya iqtisadiyyatı bazar sisteminin üstünlük təşkil 
etdiyi  bir  şəraitdə  fəaliyyət  göstərir.  Bazar  sistemi,  artıq 
Azərbaycanın  da  milli  iqtisadiyyatına  daxil  olmuş,  onun 
formalaşması prosesi davam edir. Maraqlı cəhət ondan ibarətdir ki
bazar 
sistemi 
tipindən, 
strukturundan, 
növündən, 
infrastrukturundan  asılı  olmayaraq  onun  fəaliyyəti,  dünyanın 
müxtəlif  ölkələrində  müxtəlif 
modeldə 
fəaliyyət  göstərir.  Bu 
modellər  bir  daha  bazarın  məzmununu,  çoxşaxəliyini, 
mürəkkəbliyini, zənginliyini və nəhayət, ziddiyyətliyini əks etdirir. 
İqtisadi ədəbiyyatlarda bir qayda olaraq bazar sisteminin üç modeli 
göstərilir: 

 
liberal bazar modeli
" sosial-demokrat bazar modeli; 
" sosial yönümlü bazar modeli. 
Nəzərə  alsaq  ki,  keçən  əsrin  90-cı  illərindən  başlayaraq 
dünyanın 30-a qədər ölkəsində bazar iqtisadiyyatına keçid prosesi 
başlayıb, artıq bir model kimi də: 

 
bazara keçid modelini də xüsusi qeyd etmək olar. 
Ona  görə  də  dünyanın  inkişaf  etmiş  ölkələrinin  timsalında 
bazar  modellərinin  formalaşması  xüsusiyyətlərini  öyrənmək 
vacibdir.  Ən  başlıcası  isə  odur  ki,  qeyd  olunan  bu  modellərin 
fərqləndirici cəhəti, orada təsərrüfatçılıq fəaliyyətində: 

 
xüsusi mülkiyyətçinin payı; 
“ dövlət mülkiyyətinin payı; 

 
kollektiv mülkiyyətin payı; 

 
iqtisadiyyata dövlət müdaxiləsinin həddi
° əmək münasibətlərinin həlli; 
°
 sosial məsələlərin həlli səviyyəsi əsas götürülür. 
87 


Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  bazar  sisteminin 
formalaşması 
prinsiplərinin 
ümumi  cəhətini  nəzərə  alınmaqla, 
onun dünyanın ayrı-ayrı ölkələrində inkişafına səbəb olan amillərə 
xüsusi diqqət yetirmək lazımdır. Bura daxildir: 

 
ölkənin coğrafi mövqeyi

 
mövcud təbii resurslarla zənginlik səviyyəsi; 

 
məhsuldar qüvvələrin inkişaf səviyyəsi
"  əhalinin  mənəvi-dini,  mədəni-texniki,  adət-ənənəyə, 
əxlaqi-etik davranışlarına bağlıhq səviyyəsi. 
Bazar  sistemində  fəaliyyət  göstərən  hər  bir  ölkə 
təsərrüfatçılıq  davranışlarını  özünəməxsus  şəkildə  həyata 
keçirməyə üstünlük vermişdir ki, bu da nəticə etibarı ilə müxtəlif 
bazar modellərinin formalaşmasına gətirib çıxarmışdır: 

 
çoxnövlü mülkiyyət formalarına; 

 
əmtəə və xidmətlərə olan sərbəst qiymətlərin olmasına; 

 
sahibkarlıq fəaliyyətinin genişlənməsinə; 
“ rəqabət mühitinin yaradılmasına; 

 
iqtisadiyyatın dövlət tənzimlənmə mexanizminin təşəkkül 
tapmasına. 
Müasir bazar modellərinin  mahiyyətinin  izah olunmasında 
adətən milli modellər kimi dünyanın bir sıra ölkələrinin timsalında 
qeyd olunur: 

 
Amerikan modeli; 

 
Alman modeli; 
" İsveç modeli; 

 
Fransız modeli; 

 
Yapon modeli; 

 
Cənubi Koreya modeli
• Çin modeli. 
Bu  modellərin  hər  biri  ölkələrin  milli  bazar  iqtisadi 
modelləri  kimi  səciyyələnə  bilər.  Ona  görə  də  bazar  modelləri 
müxtəlifliyi  etibarilə  bazara  keçid  ölkələri  üçün  hazır  reseptlər 
şəklində qəbul oluna bilməz. Sadəcə olaraq bu modellərin konkret 
şərait daxilində üstün xüsusiyyətlərində isti- 
S8 



fadə  oluna  bilər.  İndi  isə  bu  bazar  modellərinin  fərqləndirici 
cəhətlərinə diqqət yetirək. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə