Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə52/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   233
Bazar 1

Alman  modeli. 
Bu model öz sosial - iqtisadi mahiyyətinə 
görə tamamilə fərqli bazar modelidir. Bu modelin nəzəri əsaslarını 
Frayburq 
məktəbinin 
görkəmli 
nümayəndəsi 
V.Oyken 
yaratmışdır. O göstərirdi ki, biz nə kapitalizmi, nə də ki, sosializmi 
əks etdirən sistemi deyil, orta təbəqənin mənafelərini əhatə edəh 
milli sistem yaratmaq istəyirik. Bu əslində «Sosial bazar təsərrüfatı 
modeli»  kimi  elmi  ədəbiyyata  daxil  oldu  və  İkinci  Dünya 
müharibəsindən  sonra  Lüdviq  Erxard  tərəfindən  islahatlaşmalar 
yolu  ilə  həyata  keçirildi.  Beləliklə  də,  yeni  alman  sosial  bazar 
modeli meydana gəldi. 
Alman sosial bazar modelinin əsas fərqləndirici cəhətlərinə 
daxildir: 
° sosial problemlərin həlli ilə əlaqədar dövlətin iqtisadiyyata 
ciddi  təsir  göstərməsi.  Pulsuz  təhsilin  və  səhiyyə  xidmətinin 
həyata  keçirilməsi.  Ümumbəşəri  biliklərin  əldə  olunmasında 
dövlət  təminatının  ardıcıl  həyata  keçirilməsi.  Məsələn,  2009-cu 
ildə Almaniyada ümumtəhsil məktəbləri  üçün  «İslamın əsasları» 
dərsliyinin  dərc  və  tədris  olunması.  Halbuki  islam  dini  üstünlük 
təşkil edən ölkələrdə belə addım atılmır; 
®  əsas  makroiqtisadi  göstəriciləri  ön  plana  çəkməklə, 
planlaşdırma prinsiplərinin müəyyənləşdirilməsi; işçinin müəssisə 
mülkiyyətində  iştirak  etməklə  sosial  tərəfdaşlıq  prinsipinin 
reallaşması mümkün olmuşdur

 
bank  fəaliyyətinin  həlledici  rola  malik  olması.  Mərkəzi 
Banka tam muxtariyyətin verilməsi; 

 
firma  daxilində  əməkhaqqı  səviyyəsində  20  dəfədən  çox 
olmayan fərqin olması. 
Bu  bazar  modelində  sosial  gərginliklərin  tamamilə  aradan 
qaldırılması,  lakin  əmək  fəaliyyətinə  görə  müəyyən  fərqlərin 
qalması xarakterikdir. 
90 


İsveç  modeli.  Bu  modeli  bəzi  hallarda  ikinci  sosializm 
modeli də adlandırırlar. Onun fərqli cəhətlərinə daxildir: 

 
iqtisadiyyatın sosial istiqamətliliyi

 
əmlak qeyri-bərabərliyinin azaldılması; 

 
aztəminatlı əhali təbəqəsinin qayğısına qalması; 

 
yüksək  həyat  səviyyəsinin  və  vətəndaş  hüququnun  təmin 
olunması; 

 
adambaşına düşən ÜMM sabit artımının olması. Məsələn, 
son 120 il ərzində onun orta illik artımı 2,5% olmuşdur; 

 
işsizliyin aşağı səviyyədə, 2% həddində olması; 
"  iqtisadiyyatda  dövlət  sektorunun  payının  yüksək  olması; 
Dövlət xərclərinin ÜDM-da 60% yuxan olması və onun yarısından 
çoxu dotasiya şəklində müəssisə və ev təsərrüfatına yönəldilir; 
“ dövlət sektorunda xidmətlərin pulsuz görülməsi

 
qiymətqoyma sferasına dövlətin tez-tez müdaxilə etməsi. 
Bu  modelin  mahiyyətini  «səmərəli  iqtisadiyyat  -  İsveç 
modeli» kitabında şərh edən İsveç iqtisadçısı K.Eklund göstərir ki, 
dövlət sektoru əgər artmağa başlayıbsa və müəyyən həcmə çatıbsa, 
onun  qəbul  edəcəyi  siyasi  mexanizmin  daxili  məntiqi  əsasında 
«özü-özünə» inkişafı gedəcəkdir. 
Fransız  modeli  -  bu  model  Amerikan  və  alman  modeli 
arasında fəaliyyət göstərdiyindən, onun bir o qədər də fərqləndirici 
xüsusiyyəti diqqəti cəlb etmir. Lakin dövlət planlaşma səviyyəsinə 
görə burada bir sıra cəhətləri qeyd etmək olar: 

 
dövlətin  tənzimləyici  rolunun  yüksək  olması.  Məsələn, 
Fransa  prezidenti  Sarkozi,  2008-ci  il  böhranı  ilə  əlaqədar,  ölkə 
iqtisadiyyatını  «müasir  kapitalizm»  adlandıraraq  onun  yeni 
prizmadan  tədqiq  olunub  öyrənilməsini  təklif  etmişdir.  Hətta  bu 
kontekstdə Marksa da müraciət olunmasını məqbul hesab etmişdir; 
“  indikativ  beşillik  planların  həyata  keçirilməsi.  Fransada 
1947-ci ildən belə planlaşma həyata keçirilir. Belə 
91 


«dövbt  planlaşdırılması))  müəssisələr  üçün  yarıkönüllü  qeyri- 
formal tədbirlər toplusu kimi görünür; 

 
dövlətin  birbaşa  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 
olması; 

 
kapital  yığımı  prosesinə  dövlətin  geniş  şəkildə 
müdaxilə etməsi. 
Fransız modeli - öz sosial-iqtisadi mahiyyətinə görə bazarın 
sosial-demokrat modelini əks etdirməklə sahibkarlıq fəaliyyətində, 
əmək  münasibətlərinin  həllində,  dövlətin  oynadığı  rola  diqqətin 
verilməsi üstünlük təşkil edir. 
Yapon  modeli.  Bu  model,  sənaye  inkişafı  istiqamətində 
aparılan  və  yüksək  həyat  səviyyəsinə  təminat  verən  bazar  tə- 
sərrüfatçılığı forması kimi özünü təzahür etdirir. Hərbi xərclərdən 
imtina  etməklə,  öz  resurslarını  «daxili  inkişaf))  istiqamətində 
istifadə edir. Yapon modelinin əsas fərqləndirici cəhəti kimi qeyd 
etmək olar: 

 
milli  iqtisadiyyatın  inkişaf  istiqamətlərinə  dövlət 
müdaxiləsinin yüksək həddi; İkinci Dünya müharibəsindən sonra 
əvvəlcə tankerlər, sonra  isə avtomobillər, daha sonra isə elektrik 
avadanlıqları,  kompyuterlər  istehsal  olundu.  Təhsilin  və  onun 
keyfiyyətinə təsir edən amillərin rolu ön plana çəkildi

 
beşillik  planların  tərtib  olunması.  1957-ci  ildən 
onlar həyata keçirilir. «Yapon möcüzəsbnin baş verməsinə səbəb 
olan  30  illik  strateji  planın  işlənib  hazırlanması  ilə  iqtisadiyyat 
böhranlı vəziyyətdən xilas olub, yüksək səmərəli iqtisadiyyata nail 
olunub. 
Bu planın hazırlanması zamanı birbaşa investisiyaların rolu, 
müəyyən  vergi,  qiymət  və  əməkhaqqı  siyasəti  qarşılıqlı  əlaqəli 
şəkildə həyata keçirilmişdir: 

 
firmalarda  işçilərin  ömürlük  işə  qəbul  olunması, 
onların  ümumi  mənafelərinin  birləşdirilməsi,  işçilərin  qərarların 
qəbul olunmasında və idarəetmədə cəlb olunması; 
92 



 
əməkhaqqının  səviyyəsində,  alman  modelində 
olduğu kimi, fərqin az olmasında, firmanın başçısı ilə qulluqçular 
arasında 17 dəfədən çox olmayan fərqin olması; 
® sosial yönümün mövcud olması; 
“  dövlətin  sosial  qeyri-bərabərliyin  aradan  qaldırılması 
istiqamətində, xüsusən işsizlik, xəstəlik, təqaüdə çıxmaqla əlaqədar 
məsələlərin həllinə diqqət verməsi; 
"  şirkət  və  təşkilatların  üzərinə  orada  çalışanların  sosial 
məsələlərin həlli ilə bağlı öhdəliklərin qoyulması. 
Yapon modeli milli mənafelərin təmin olunması ilə kollektiv 
və şəxsi mənafelərin həlli, bütövlükdə əhalinin həyat səviyyəsinin 
yüksəldilməsinə  səbəb  olan  bazar  təsəfrüfatçılığı  forması  kimi 
səciyyələnir. 
Cənubi Koreya modeli. Bu model bəzi hallarda tənzimlənən 
möcüzəli model də adlanır. Burada da milli mənafelərin üstünlüyü 
ilə  şəxsi  mənafelərin  reallaşmasına  üstünlük  verilir.  İqtisadiyyata 
dövlət tənzimlənməsinin güclənməsi nəticəsində 1962-1988-ci illər 
ərzində  adambaşına  düşən  ÜDM  həcmi  50  dəfədən  çox 
yüksəlmişdir.  2000-2008-ci  illər  ərzində  də  bu  göstərici  yüksək 
sürətlə artmışdır. Bu artım, dövlət plan orqanının beşillik planlaşma 
ilə  büdcə  resurslarından  birbaşa  investisiya  layihələrinin  həyata 
keçirilməsi  nəticəsində  mümkün  olmuşdur.  Bu  baxımdan  Cənubi 
Koreya modelinin fərqləndirici cəhətinə daxildir: 
" İqtisadi inkişafın planlaşdırılması; 
"  Kiçik  biznesin  inkişafına  yönəldilən  indikativ 
planlaşdırmanın həyata keçirilməsi; Əgər 1962-1970-ci illərə qədər 
planlaşma direktiv xarakter daşıyırdısa, 1970-ci ildən hazırkı dövrə 
qədər planlaşma indikativ xarakter daşıyır; 
"  maliyyə-kredit  sferasında  dövlət  inhisarçılığının  mövcud 
olması;  daha  sonralar  xüsusi  bank-kredit  qurumlarının  əmələ 
gəlməsi; 

 
maliyyə  və  valyuta  resurslarının  dövlət  əlində 
cəmlənməsi  ilə  onların  milli  iqtisadiyyatın  aparıcı  sahələrinin 
inkişafına yönəldilməsi; 
93 



 
daxili bazarın qorunması və istehsalın stimullaşdırıl- ması 
naminə 
ixrac 
potensialının 
artırılması 
və 
idxalın 
məhdudlaşdırılması yolu ilə milli iqtisadiyyatın inkişaf etdirilməsi; 
® idxalın xüsusi dövlət nəzarətində saxlanılması. 
Dövlətin  nəzarət  mexanizmi  iri  ixracla  məşğul  olan 
biznesmen və iş adamları ilə ölkə prezidentinin hər ay görüşü ilə 
həyata  keçirilir.  Ayrı-ayrı  sahələrin  ixrac  tapşırıqları  illik 
müəyyənləşdirilməklə, rüb və aylar üzrə həyata keçirilməsi aparılır 
və lazım gəldikdə konkret  dəqiqləşmələr  aparılır. Bu əsasdan da 
dövlət  sosial  proqramların  həyata  keçirilməsinə  üstünlük  verilir. 
Bazar  mexanizmi  və  vasitələri  ilə  iqtisadiyyatın  həm  strateji 
proqramların,  həm  də  cari  vəzifələrin  direktiv  və  indikaliv 
planlaşmanın əlaqələndirilməsi və vaxtında həyata keçirilməsi ilə 
Cənubi  Koreya  modeli,  ölkənin  sürətli  inkişafına  və  dünya 
təsərrüfatında layiqli yer tutmasına imkan vermişdir. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə