Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə53/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   233
Bazar 1

Çin  modeli. 
Bu  model  spesifikliyi  ilə  fərqlənən,  bazar 
prinsiplərinə  əsaslanan  sosializm  iqtisadi  sisteminə  xas  olan 
prinsipləri özündə birləşdirən modeldir. Bu modelin fərqləndirici 
xüsusiyyətinə daxildir: 
“  bazar  yönümlü  islahatlaşmanm  ilkin  olaraq  kənd 
təsərrüfatında aparılması; 

 
kənd təsərrüfatı məhsullarının bir hissəsinin müqavilə yolu 
ilə dövlətə, bir hissəsinin vergilərə, bir hissəsinin yerli hakimiyyət 
orqanlarına, yerdə qalan hissəsinin öz istəyi ilə ya dövlətə yüksək 
tədarük qiymətləri ilə, ya da bazarda sata bilməsi; 

 
qarışıq iqtisadiyyata əsaslanan bazar mexanizminin dövlət 
tənzimlənməsi şəraitində həyata keçirilməsi

 
sosialist  planlı  bazar  iqtisadiyyatının  meydana  gəlməsi; 
mühüm strateji əhəmiyyətli sahələrin mərkəzləşdirilmiş planlaşma 
ilə həyata keçirilməsi
94 



 
mülkiyyət  hüququ  ilə  təsərrüfatçılıq  hüququnun 
ayrılması yolu ilə icarənin səhm buraxmaq, sərbəst satış imkanının 
əmələ gəlməsi; 
•  müəssisələr  arasında  bir  sıra  təsərrüfat  əlaqələrinin 
formalaşması; 

 
bank 
sisteminin, 
fond, 
xidmət, 
informasiya-kommunikasiya bazarlarının yaradılması; 
“ makroiqtisadi tənzimlənmə sisteminin gücləndirilməsi. 
Çin  iqtisadiyyatı  üçün  də  çoxnövlü  mülkiyyət  formaları 
xarakterikdir.  Lakin  ictimai  dövlət  mülkiyyətinin  payı  yüksək 
olaraq qalır. Məsələn, dövlət sənaye müəssisələrinin payına 56%, 
kollektiv  müəssisələrin  payına  36%,  xüsusi  müəssisələrin  payına 
5%  düşür.  Lakin  burada  plandan  kənarda  müəssisələrin 
məhsullarının  alınması,  satılması,  istehsal  etməsi  imkanları 
sərbəstləşdirilib. 
Belə  şəraitdə  müəssisələr  planda  nəzərdə  tutulduğundan 
daha  çox  məhsul  istehsal  etməyə  nail  olmaqla,  onların  bazarda 
dövlətin müəyyən etdiyi qiymətdən 20%  yuxarı satmaq imkanına 
nail  olurlar.  Bunun  nəticəsidir  ki,  Çin  iqtisadiyyatı  artıq  20  ilə 
yaxındır ki, 1988-2008-ci illər ərzində yüksək sürətlə inkişaf edir. 
Göstərilən müddət ərzində Çinin ÜDM-i  orta hesabla ildə 8-13% 
həddində  artmışdır.  Hazırda  dünya  iqtisadi  böhranı  ərəfəsində 
2009-cu  ilin  əvvəllərində  ÜDM-in  istehsalı  6-6,3%  həcmində 
artmış,  ilin  sonuna  onun  10%  artımı  nəzərdə  tutulur.  Halbuki, 
dünya iqtisadiyyatının 0,5% həcmində artımı gözlənilir. 
95 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə