Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə51/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   233
Bazar 1

Amerikan  modeli. 
Bu  model  demək  olar  ki,  bazara  keçid 
ölkələri  üçün  ilkin  dövrlərdə  daha  çox  diqqəti  cəlb  etmişdir.  Bu 
model,  «Kapitalizmin  liberal  modeli»  adlandırılmışdır.  Bəzi 
görkəmli  Amerika  iqtisadçıları  real  iqtisadi  təsərrüfatçılıq 
fəaliyyətini  nəzərə  alaraq  bazar  modelini,  «sahibkarlar  cəmiyyəti 
modeli»,  «qarışıq  iqtisadiyyatlı  model»,  «sosial  istiqamətli 
kapitalist  modeli»  adlandırırdılar.  Bütün  deyilənləri  nəzərə  alaraq 
qeyd  etmək  lazımdır  ki,  amerikan  bazar  modelinin  bir  sıra 
fərqləndirici xüsusiyyəti vardır: 

 
dövlət  mülkiyyətinin  aşağı  xüsusi  çəkiyə  malik  olması. 
Əgər  sənayedə  və  nəqliyyatda  səhm  kapitalında  dövlətin  payı 
12%-ə bərabərdirsə, bu pay Almaniyada 18%-ə, İngiltərədə 24%-ə, 
Fransada 35%-ə, İtaliyada 38%-ə bərabərdir; 

 
iqtisadiyyatın 
dövlət 
tənzimlənməsinin 
minimum 
səviyyədə olması. Lakin 2008-ci ildə dünya maliyyə böhranının baş 
verməsilə dövlət iri maliyyə dəstəyilə iqtisadiyyata qayıtmış oldu. 
2009-cu ilin fevralında Obama hökuməti 838 mlrd, dollar həcmində 
stimullaşdırma zərfi ilə istehsalı, vergini, təhsili, sosial sferanı əhatə 
edən  vəsaitin  yönəldilməsini  nəzərdə  tuturdu.  Görünür, 
liberallaşma  hər  şəraitdə  iqtisadi  inkişafın  aparıcı  amilinə  çevrilə 
bilmir.  İri  maliyyə  resurslarının,  real  iqtisadiyyatın  hərəkətini 
nəzərə  almadan  dövriyyəsi,  nəticə  etibarilə  böhranlı  proseslərin 
başlanmasına  və  dərinləşməsinə  gətirib  çıxarır.  Çünki  bazar  və 
dövlətin  iqti-  sadiyyatdakı  rolunun  balanslaşdırılması  və  ya 
optimallaşdı-  rılması  liberal  iqtisadi  inkişafın  əsasını  təşkil  edir. 
Buna  nail  olmaq  isə  olduqca  çətindir.  Dünyada  hegemon  rol 
oynamaq  istəyən  ölkə  üçün  isə  bunu  təmin  etmək  qəti  mümkün 
deyil: 

 
sahibkarlıq  fəaliyyətini  hərtərəfli  mükafatlandırmaq. 
Amerika  iqtisadiyyatı  üçün  kiçik  sahibkarlığın  inkişafına  xüsusi 
önəm verilir. İllik yeni iş yerlərinin açılmasının 80%-ə qədəri kiçik 
sahibkarlığın payına düşür: 

 
dövlətli və kasıblar arasında kəskin fərqin olması; 
89 



 
firmadaxili  əməkhaqqı  səviyyəsində  100  dəfədən  çox 
fərqin olması; 

 
əmək məhsuldarlığı səviyyəsinin yüksək olması; 

 
aztəminatlı əhali təbəqəsinin mövcudluğu. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə