Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Müşayiət  olunan  məhsulların



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə59/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   233
Bazar 1

Müşayiət  olunan  məhsulların 
kəmiyyət  və  qiyməti, 
məhsullara  olan  tələbə  birbaşa  təsir  göstərir.  Bu  xüsusən  özünü 
daha çox bir-birini əvəz edən məhsullarda əks etdirir. Yəni bu elə 
məhsullardır  ki,  bunlar  eyni  funksiyanı  yerinə  yetirir:  qələm  və 
karandaş, alma və armud, pambıq və yun, elektrik enerjisi və təbii 
qaz,  benzin  və  motor  yağı,  kərə,  marqarin  və  bitki  yağları  və  s. 
Burada nəzərə almaq lazımdır ki, A məhsuluna olan tələb o vaxt 
aşağı  olur  ki,  onu  əvəz  edən  məhsulun  da  qiyməti  aşağıdır. 
Məsələn, elektrik peçlərinə olan tələb o vaxt arta bilər ki, təbii qaz 
peçlərinin  qiyməti  artmış  olsun.  Və  yaxud  elektrik  enerjisinin 
qiymətinin qalxması ilə elektrik peçlərinə olan tələb azalacaq, təbii 
qaz peçlərinə olan tələb isə artacaq. Kərə yağının qiyməti artdıqda 
istehlakçılar onu daha az almağa başlayaraq, onu əvəz edən bitki və 
ya  marqarin  yağlarının  alınmasına  üstünlük  verirlər.  Hətta, 
uşaqların  boyunun  artması  kimi  reklam  olunan  «Sana»  yağını 
deyil, gəlir və qiymət dəyişikliklərinə uyğun kərə yağına üstünlük 
verirlər. Deməli, iki bir-birini qarşılıqlı əvəz edən məhsulun birinin 
qiyməti  digərinə  olan  tələblə  birbaşa  əlaqədardır.  Məhz  bu 
baxımdan  çay  evlərində  çayla  kofe  arasında,  şəkərlə  mürəbbə 
arasında,  «Nissan»la  «Mersedes»,  «Toyota»  maşınları  arasında 
əlaqə  mövcuddur.  İstehlakçıların  zövq  və  müşayiət  olunma 
davranışında biri-birini tamamlayan məhsullar da xüsusi yer tutur. 
Belə ki, bu məhsullara olan tələbat eyni vaxtda baş verir. Məsələn, 
isti  havalarda  sərin  suya  və  dondurmaya  olan  tələb  artır.  Lakin 
bunların hər birinə üstünlüyün verilməsi konkret vaxt və mümkün 
qiymətlər  şəraitində  baş  verir.  Ona  görə  də  müxtəlif  adda  və 
çeşiddə  sərin  su  və  dondurma  təklif  olunur.  Yaxud  benzinin 
qiymətinin aşağı düşməsi ilə adamlar daha çox məsafə qət edirlər 
ki,  bu  da  motor  yağlarına  olan  tələbi  artırır.  Həm  də  maşınlara 
edilən  xidmət  sferasının  miqyası  genişlənir.  Yuyucular,  hava 
dolduranlar, təcili xidmət göstərənlər, şose boyu xırda ye- 
106 


dolduranlar, tocili xidmət göstərənlər, şose boyu xırda yeməkxana 
və servis xidməti göstərənlərin sayı artır. Bizim misalda benzin və 
motor  yağı  bir-birini  tamamlayan  məhsullardır.  Sürücü  və  ona 
xidmət  göstərənlər  də  biri-birini  tamamlayan  fəaliyyətdir.  Bu 
həmçinin  tədris  və  dərsliklərə,  yumurta  ilə  qayğanağa, 
maqnitofonla diskə, əl telefonu ilə karta, dəm çayniki ilə çaya və s. 
aiddir. Beləliklə, iki biri-birini qarşılıqlı tamamlayan məhsul varsa
onda  onların  birinin  qiyməti  digərinə  olan  tələblə  əks  əlaqədədir. 
Bir sıra məhsullar da vardır ki, onlar biri-biri ilə qarşılıqlı əlaqədə 
deyillər.  Məsələn,  badımcan  kürüsü  ilə  qol  saatının,  avtomobillə 
buxarın,  futbol  topu  ilə  velosipedin  və  s.  birinin  qiymətinin 
dəyişilməsi digərinə olan tələbə təsir etmir. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə