Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Günəbaxan tumu dəstlərinin



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə57/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   233
Bazar 1

Günəbaxan tumu dəstlərinin 
kəmiyyəti 
(ildə min dəst) 
Qiymətlə  tələbin  kəmiyyəti  arasında  əks  əlaqənin  olması, 
özünü  tələb  qanunu  kimi  göstərir.  Bu  qanunun  fəaliyyətinin 
əsasında durur: 
"  insanlar  həqiqətən  aşağı  qiymətli  məhsulları  daha  çox 
alırlar, yüksək qiymətlər alıcılarda tələbatı azaldır, aşağı qiymətlər 
isə tələbatını yüksəldir; 
■ hər hansı dövr ərzində hər vahid sonra alman məhsuldan, 
alıcı daha az sayda qazanc əldə edir. Hər sonra alman məhsulun az 
fayda verdiyini və tələbatın az ödənildiyini nəzərə alaraq alıcı əlavə 
məhsulu həmişə aşağı qiymətlə almağa səy göstərir
99 


"  gəlir  effekti  şəraitində  alıcı  məhsulun  aşağı  qiymət 
səviyyəsində özünə daha çox həmin məhsuldan almaq imkanı əldə 
edir. Daha yüksək qiymət həmişə əks nəticəyə gətirir; 
“  əvəz  olunma  effekti  şəraitində  alıcı  daha  aşağı  qiymətlə 
hazırda  baha  olan  məhsulun  müqabilində  almaq  həvəsinə  düşür; 
istehlakçılar daha bahalı məhsulları ucuz məhsullarla əvəz etməyə 
meyillidirlər; 
“  gəlir  effekti ilə əvəz olunma effektinin  birlikdə fəaliyyət 
göstərməsi  istehlakçılarda  daha  aşağı  qiymətlə  daha  çox  məhsul 
kəmiyyəti əldə etmək arzu və istəyini, üsul və vasitələrini artırır. 
Beləliklə  də  qeyd  etmək  olar  ki,  tələb  qanunu,  iqtisadi 
nemətlərin  faydalılığının  azalması  qanunu  ilə  müşahidə  olunur. 
Bazarlarda bu özünü hər vahid əlavə satılan məhsulun satılmasının 
mümkünlüyü  onun  qiymətinin  aşağı  düşməsində  əks  olunur. 
İstehlakçılar  mövcud  əmtəə  və  xidmətlərin  əlavəsini  o  şəraitdə 
həyata keçirirlər ki, onların qiyməti aşağı düşür. 
Qrafik  təsvirdə  biz  artıq  günəbaxan  tumu  dəstinin  satış 
qiymət və kəmiyyəti arasındakı əks xətti asılılığı müşahidə etmişik. 
Hər əlavə olunan dəstlərin miqdarının artımı, onların son faydalılıq 
həddinin azalması ilə qiymətinin də aşağı düşməsi görünür. Tələb 
əyrisində  bu  daha  aydın  görünür.  İki  dəyişən,  qiymət  və  satışın 
həcmindən  asılı  olaraq  tələb  əyrisi  müşahidə  olunur.  Tələb 
əyrisindəki ABSDE höq- tələrinləki hər hansı dəyişiklik qiymətin 
və  ya  satışın  həcminin  əks  asılılıq  hərəkətini  əks  etdirir.  Tələb 
əyrisinin dəyişilməz qaldığı şəraitdə bu, tələbin əvvəlki kimi yenə 
də  dəyişilməz  qaldığını  göstərir.  Qiymət  dəyişikliyi  yalnız 
məhsulların  satış  həcmini  dəyişdirib,  tələb  dəyişilməz  qalıb. 
Tələbin  qiymət  amilindən  fərqli  olaraq,  onun  qeyri-qiymət 
amilləri: 
“ alıcıların gəliri; 
® alıcıların subyektiv zövqü
“ məhsulların istehlak xarakteristikası; 
° modanın dəyişilməsi 
100 


doyişilməz 
qiymotbrb 
satılan 
məhsulların 
kəmiyyətinin 
dəyişilməsini əks etdirir. 
Müxtəlif mümkün qiymətlərin mövcudluğu və bazara daxil 
olan istehlakçıların sayı bazarda rəqabət mühitinin formalaşmasına 
gətirib çıxarır. Belə şəraitdə artıq bazar tələbi formalaşır. Bu və ya 
digər məhsullara olan adamların ümumi tələbini əks etdirən bazar 
tələbi, hər mümkün qiymət üzrə formalaşır. Yəni bazar tələbi əyrisi, 
bütün  adamların  tələb  kəmiyyətlərinin  hər  qiymət  üçün  mövcud 
olan kəmiyyətin cəmindən ibarətdir. Başqa sözlə, bazar tələbi əyrisi 
fərdi  tələblər  əyrisi  cəminə  bərabərdir.  Bunu  qrafik  təsvirdə  daha 
aydın görmək olar: 
Sxem 2 
 
28 
 
Qiymətin  aşağı  düşməsi  həb  tələbin  tam  azalması  demək 
deyil. Bu, əvəzolunma effekti əsasında yeni istehlakçıların meydana 
gəlməsinə səbəb olur. Həmçinin gəlir effekti əsasında, qiymətlərin 
aşağı  düşməsinə  baxmayaraq  alıcıların  məhsullara  olan  yeni 
tələbatını əmələ gətirir. 
Tələb  əyrisi  vasitəsilə  tələbin  özünə  və  onun  kəmiyyətinin 
dəyişilməsinə  səbəb  olan  qiymət  və  qeyri-qiymət  amillərini 
fərqləndirmək olar. 
Mövcud  qiymətlə  tələbin  kəmiyyətinə  bir  sıra  amillər  təsir 
göstərir: 
101 



 
istehlakçıların orta gəliri

 
istehlakçıların zövqü və ya üstünlük verməsi; 

 
müşayiət olunan məhsulların kəmiyyət və qiyməti

 
bazarın həcmi və ya oradakı istehlakçıların sayı; 

 
gələcək  qiymət  və  gəlir  baxımından  istehlakçı  gözlə- 
mələri. 
Qeyd  olunan  bu  qeyri-qiymət’amillərinə  bir  sıra  xüsusi 
təyinatlı amilləri də daxil etmək olar. Məsələn, havaların qarlı və 
şaxtalı  keçməsi  sürücülərin  təkər  zəncirlərinə,  yağışh  havalar  isə 
çətirə  olan  tələbi  artırır,  çay  sahilində  yerləşən  qəsəbələrdə  balıq 
ovuna icazənin verilməsi qayıqlara olan tələbatı artırır. 
İndi isə belə bir sualla özümüzə müraciət edək: tələb əyrisi 
nəyə, sağa və ya sola doğru hərəkət edir? Bu, hər şeydən əvvəl, həm 
qiymət,  həm  də  qeyri-qiymət  amillərinin  dəyişilməsi  ilə 
əlaqədardır. Qeyri-qiymət amilləri tələb determi- natlan kimi çıxış 
edir.  Məsələn,  Azərbaycanda  1998-2008-ci  illər  ərzində 
avtomobillərə  olan  tələbat  xeyli  yüksəlmişdir.  Bunun  bir  sıra 
səbəbləri mövcuddur: 
" əhalinin pul gəlirləri xeyli yüksəlmiş; 
" yaşlı əhalinin sayı nisbətən artmış; 

 
ictimai nəqliyyat növü olan tramvay, trolleybus fəaliyyəti 
dayandırılmış, elektrik qatarlarına olan tələbat azalmışdır; 
" avtomobillər artıq zənginlik nümunəsindən çıxıb, nəqliyyat 
vasitəsinə çevrilmişdir. 
Determinant  xarakterli  bu  amillər  xalis  effekt  kimi  tələbin 
artımına  səbəb  olmuşdur.  Beləliklə  do,  tələbin  dəyişilməsi  ilə 
tələbin  kəmiyyətinin  dəyişilməsindən  asılı  olaraq  tələbin  artımını 
müşahidə etmək olar. Əgər bahalı avtomobillərə olan tələb artarsa, 
bu  heç  do  tələbin  kəmiyyətini  dəyişdirmir.  Əgər  kütləvi 
avtomobillərə  olan  tələb  dəyişərsə,  onda  tələbin  kəmiyyətində 
dəyişiklik baş verir. Bunun qrafik təsvirinə diqqət yetirək: 
102 


Sxem 3 
 
Avtomobilə olan tələbin miqdarı (ildə, min ədəd) 
Bu  şokildon  görünür  ki,  lələb  əyrisi  DıDj  xəttinin  sağa  və 
sola meyil etməsi tələbin kəmiyyətini əks etdirir. Tələb əyrisinin il 
ərzində sağa meyli avtomobillərin sayının artımına, sola meyli isə 
onların  sayının  azalmasına  gətirib  çıxarmışdır.  Bura,  əlbəttə, 
idxalla bağlı gömrük rüsumlarının tətbiqi, istehlakçıların işlənmiş, 
yeni,  müxtəlif  aparıcı  avtomobil  şirkətlərinin  maşınlarına 
üstünlüyün verilməsi və s. sərf-nəzər edilir. Özlüyündə bu amillər 
də tələbin dəyişilməsi amilləridir. Bu amillər artıq tələb əyrisinin 
üzərindəki  nöqtələrin  yerdəyişməsinə  səbəb  olur.  Məsələn,  DıDı 
xəttinin a nöqtəsindəki 9 min manata alınan 
8
 min avtomobilin 4,5 
min 
103 


manata  enməsi  18  min  avtomobilin  alınmasına  səbəb  olaraq, 
onların illik sayını 10 min ədəd artırmışdır. Beləliklə, tələbin artımı 
özünü DıDı-in D
2
D
2
-yə doğru sağa meyil etməsində göstərir. Ola 
bilsin  ki,  dövlət  siyasəti  nəticəsində  bahalı  və  çox  benzin  və  ya 
dizel yanacağı işlədilən avtomobillərin ölkəyə gətirilməsi zamanı 
onların  həm  gömrük  rüsumları  artırılsın,  həm  də  bütövlükdə 
yanacağın  qiyməti  qaldırılsın.  Onda  bizim  qrafıkdəki  DıDı  tələb 
əyrisi,  sola  D
3
D
3
-Ə  tərəf  meyil  edəcək.  Düzdür,  burada  bahalı 
maşınlar deyil, sadəcə avtomobillərə olan tələb azalacaq. 
İndi  isə  yuxarıda  qeyd  etdiyimiz  qeyri-qiymət  amillərinin 
tələbə olan təsirini bir qədər ətraflı izah edək. 
İstehlakçıların  orta  gəlirləri.  Bunu  real  gəlir  kimi  də 
göstərmək  olardı.  Lakin  real  gəlir  bilavasitə  qiymət  indeksi  ilə 
əlaqədar  olduğundan  orta  gəlir  göstəricisindən  istifadə  olunur. 
İstehlakçının orta gəliri, tələbin əsas və mühüm amilidir. Gəlirlərin 
artması  ilə  istehlakçılar  daha  çox  gündəlik  və  məişət  mallarının 
alınmasına  cəhd  göstərirlər.  Hətta  məhsulların  qiymətinin 
dəyişilmədiyi şəraitdə də onların alınmasına üstünlük verilir. 
Yeri gəlmişkən burada gəlirlə bağlı əvvəlki fəsillərdə qeyd 
olunan və birbaşa gəlirlə bağlı üç effekti qeyd etmək yerinə düşər: 
■  Hiffen  effekti,  aşağı  qiymətli  məhsullara  şamil  edilir  və 
onlar  mövcud  ölkənin  əhalisinin  istchlakmın  strukturunda 
qiymətlərin yüksəlməsinə baxmayaraq üstünlük təşkil edir. İngilis 
iqtisadçısı P.Hiffen adı ilə bağlı olan bu effekt öz əhəmiyyətini indi 
də  saxlamışdır.  Məsələn,  o  qeyd  edirdi  ki,  yoxsul  fəhlə  ailələri 
kartofun  qiymətinin  bahalaşmasına  baxmayaraq,  yenə  ondan  çox 
istifadə  edirlər.  Bu  onu  əks  etdirir  ki,  kasıb  ailələrin 
qidalanmasında  kartof  üstünlük  təşkil  edir.  Əgər  bu  proses  uzun 
müddət davam edərsə, onda kasıb ailələr əvvəllər aldıqları ət, balıq 
və digər kalorili məhsullardan imtina etməli olacaqlar. Bu isə aşağı 
səviyyəli məhsulların is- tehlakın strukturunda üstün çəkiyə malik 
olmasına səbəb 
104 


olacaq.Yəni  kartof,  soğan,  kələm,  farş  və  s.  kimi  məhsulların 
qiymətinin  artdığı  şəraitdə  də  onlara  həm  tələb  artacaq,  həm  də 
tələb  kəmiyyəti  yüksələcək.  Bu  bir  növ  «tələb  paradoksu»  kimi 
görünə  bilər.  Çünki  qiymətlə  tələbə  daxil  olan  məhsul  kəmiyyəti 
arasında  tərs  mütənasiblik  mövcuddur.  Ancaq  biz  görürük  ki, 
burada  tamamilə  əks  mənzərə  müşahidə  olunur.  Bunun  səbəbi 
qeyri-qiymət amili olan gəlirlərin səviyyəsinin aşağı olmasıdır; 
■  Veblen  effektləri  -  bu  əsasən  gəlirlərin  yüksəlməsi  ilə 
əlaqədar olaraq, bəzək və zinyət əşyalarının, yəni yüksək səviyyəli 
məhsulların  alınmasında  əks  olunur.  Yəni  bu  məhsullar  ona  görə 
alınır  ki,  başqalarından  fərqlənmək  mümkün  olsun.  Məsələn, 
natural  şubalar,  brilyant,  platin,  bahalı  maşınlar,  antikvarlar, 
tablolar və s. ona görə alınır ki, onları hər kəs ala bilmir. Həm də 
qonşunun  aldığı  bahalı  əşyanın  alınması,  digər  qonşunun  da 
ürəyindən keçir; 
“ Engel effekti - bu da tələb əyrisinin gəlirlərin səviyyəsindən 
asılı  olaraq  tipik  sənaye  məhsullarına,  zənginlik  əşyalarına,  ilkin 
qida  məhsullarına  olan  dəyişiklikləri  əks  etdirir.  Pul  gəlirlərinin 
artımı,  əgər  ailə  büdcəsində  daha  çox  ilkin  qida  məhsullarının 
alınmasına yönəldilirsə, onda ailə yoxsulluq həddindədir. Əksinə, 
əgər gəlirlərin artımı sənaye məhsullarının alınmasına yönəldilirsə, 
onda  ailələrin  yoxsulluq-  dan  kənarlaşdığı  görünür.  Engel 
effektinin  əhəmiyyəti,  müasir  şəraitdə  orta  təbəqəli  əhalinin 
formalaşmasının üzə çıxarılması üçün əhəmiyyətlidir. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə