Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə49/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   233
Bazar 1

funksiyasına 
daxildir: 

 
bazar  subyektlərinin  mənafelərinin  reallaşdırılmasmın 
yüngülləşdirilməsi; 

 
fəaliyyət  növlərinin  ixtisaslaşdırılması  əsasında  bazar 
subyektlərinin 
işinin 
operativliyinin 
və 
səmərəliliyinin 
yüksəldilməsi; 

 
bazar münasibətləri ilə bağlı sənədləşmənin aparılmasının 
sürətləndirilməsi; 

 
işgüzar fəaliyyətdə hüquqi və iqtisadi nəzarət formalarının 
yüngülləşdirilməsi; 

 
sahibkarlıq  fəaliyyətinin  dövlət  və  ictimai  tənzimlənmə 
mexanizminin əyaniləşdirilməsi. 
81 


Bazar  infrastrukturunun  qeyd  olunan  elementləri  sırasında 
əsas  yeri  birja  tutur.  Birja  sözü  latın  dilində  olub  «dəri  çanta» 
mənasını  verir.  Birjalar,  XVI  əsrdən  etibarən  meydana  gəlməyə 
başlamış  və  ticarət  əməliyyatlarının  aparılması  üçün  tacir  və 
kommersantların yığışdığı xüsusi yerlər kimi meydana gəlmişdir. 
İlk birjalar: 

 
Antverpenada 1531-ci ildə; 

 
Londonda 1566-cı ildə; 

 
Sankt-Peterburqda 1703-cü ildə; 

 
Nyu-Yorkda - 1792-ci ildə. 
Birjalarda  aparılan  ticarətin  üstünlüyü  ondan  ibarətdir  ki, 
burada  fərdi  istehsalçılarla  istehlakçılar  arasında  heç  bir  vasitəçi 
iştirak etmir. Burada müstəqil seçim və qiymətqoyma mexanizmi 
fəaliyyət göstərir. 
Birja  fəaliyyətinin  tənzimlənməsini  dövlət  orqanları  və 
müstəqil tənzimləyici orqanlar həyata keçirərək, onun və ayrı-ayrı 
iştirakçılarının qaydalarını müəyyən edirlər. 
Birja  kütləvi  standartlaşdırılmış  əmtəələrin  topdansatış 
ticarətinin,  valyutaların,  iş  qüvvəsinin,  qiymətli  kağızların 
alqı-satqısı ilə əlaqədar müntəzəm aparılan əməliyyatların təşkilati 
formasıdır. 
Birjanın əsas məqsədi bazarın hərtərəfli təşkil olunması ilə 
əlaqədardır.  Hazırda  birjalar  dövlət  və  səhmdar  cəmiyyətlərinin 
təşkilatı kimi bir sıra funksiyaları yerinə yetirir: 

 
qiymətlərin  razılaşdırılması  və ticarətin aparılması  yerini 
təklif edir; 

 
birja ticarətini təşkil edir; 

 
birjada  reallaşdırılan  məhsulların  standartlarını  müəyyən 
edir; 
" ticarət qaydalarını müəyyən edir

 
arbitraj müalicələrini tənzimləyir; 

 
informasiya fəaliyyəti aparır; 
®  müəyyən  əməliyyatların  aparılması  ilə  bağlı 
komisyonların əldə olunmasına təminat verir. 
82 


Birjalarda  həyata  keçirilən  əməliyyatlarda  məhsullara  görə 
razılaşmalarda  pulun,  bank  sənədlərinin  və  s.  bir  şəxsin  əlindən, 
digərinə  sərbəst  şəkildə  keçir.  Birjalardakı  əməliyyatları 
fəaliyyətinə görə belə qruplaşdırmaq olar: 

 
real  məhsullarla  əməliyyat.  Məhsullar  satıcı  tərəfindən 
müqavilədə göstərilən vaxtda və həcmdə təqdim olunmalıdır. Belə 
əməliyyatlar forvord adlanır; 

 
nisyə  və  ya  nağd  olmayan  məhsullarla  bağlı  əməliyyat 
(gələn  ilin  kənd  təsərrüfatı  məhsulu  və  s.).  Belə  əməliyyatlar 
müəyyən  vaxtlarda  həyata  keçirilir.  Alqı-satqıda  məhsulun  özü 
deyil, ondan istifadə hüququ iştirak edir. Məhsulun vaxtında təqdim 
olunması cavabdehliyi əsas götürülür. T.Fyuçers əməliyyatlarında 
real  məhsulun  qiymət  dəyişiklikləri  ilə  bağlı  itkilərin  aradan 
qaldırılması üçün sığortalaş- madan istifadə olunur. Demək olar ki
hazırda  dünyada  fyuçers  birja  əməliyyatlarının  aparıldığı  150-yə 
qədər yer mövcuddur ki, burada 54 adda məhsulla əməliyyat həyata 
keçirilir. Ümumi mal dövriyyəsi ildə orta hesabla 3-5 trln. dollar 
həcmindədir.  Fyuçers  əməliyyatlarmm  böyük  bir  hissəsi,  yəni 
85%-iAmerika  birjalarının,  8%-i  ingilislərin,  6%-i  yaponların 
payına düşür; 

 
mükafat və ya opisionla əməliyyat ödəyiciyə seçim imkanı 
verir:  ya  öhdəlik  müqavilədə  göstərilən  müddətdə  yerinə 
yetrilməlidir, ya da ondan imtina olunmahdır. Mükafatın ödəyicisi 
qiymət dəyişikliklərindən asılı olaraq həm alıcı, həm də satıcı ola 
bilər.  Əgər  qiymətlər  müntəzəm  aşağı  düşürsə,  ödəyici 
əməliyyatdan  kənarlaşmaq  hüququna  malikdir.  Birja  oyunları 
özünü ən çox bu şəkildə əks etdirir: 

 
sığortalanmış əməliyyatlar, bunların da iki tipi mövcuddur: 
a)  birja  müqavilələrinin  satılması  (qısa  hucir);  b)  birja 
müqavilələrinin  alınması  (uzun  hecir).  Belə  əməliyyatlar,  risk  və 
qiymət  dəyişikliyi  zamanı  gəlirlərin  müdafiəsi  vasitəsi  kimi  çıxış 
edir; 
•  qiymətlərin  sonrakı  fiksasiyası  və  ya  əmrlə  yerinə 
yetirilməsinə məcbur olan əməliyyatlar. Belə şəraitdə bir tərəf 
83 


digər tərəfə məhsulun göndərilməsi və müqavilənin bağlanmasının 
hər  hansı  momen  tində  qiymətin  qoyulması  hüququnu  verir. 
Qiymət iki elementdən ibarət olur: 
“ birja kotirovkasından (fyuçersdən); 
" əlavədən və ondan enmədən (bazisdən). 
Adətən bazis, birja katirovkasını 3%-dən çox üstələmir. 
Kotirovka dedikdə bu məhsula, qiymətli kağıza və hər hansı 
pul  öhdəliklərinə  həm  alıcının,  həm  də  satıcının  qoymuş  olduğu 
qiymət  haqqında  cədvəldə  göstərilən  məlumatdır.  Başqa  sözlə, 
ko{irovka  cədvəl  olub  əmtəə,  qiymətli  kağızın  qiyməti  haqqında 
informasiyanı əks etdirir. 
Birja  əmtəəsinə,  birja  ticarətinə  daxil  olan  predmetlərinə 
olan tələb əks olunur: 
“ istehsalın kütləviliyi; 

 
standartlığı; 

 
mövcud tələbin davamlılığı. 
Birjada fəaliyyət göstərənlər: 
® maklerlər; müəyyən birja əməliyyatları üzrə ixtisaslaşmış 
hüquqi  şəxs  statusunda  müştərilərin  hesabına  onların  tapşırığını 
yerinə yetirənlər; 
" brokcrlər; maraqlı tərəflər arasında əməliyyatların həyata 
keçirilməsinə vasitəçilik edənlər olub, müştərilərin tapşırığı ilə və 
onların hesabına fəaliyyət göstərirlər. Xidmətlərinə görə haqq alıb, 
müştərilərə əlavə olaraq reklamın, kreditin, bazarın öyrənilməsinə 
görə də xidmət göstərə bilərlər
" dillerlər; əmtəələrin alıb-satması ilə məşğul olan fiziki şəxs 
və  ya  firma  olub  öz  hesabına  və  öz  adından  çıxış  edənlərdir. 
Onların mənfəəti, əmtəələrin təkrar satışı zamanı qiymət fərqindən 
əldə olunur. 
Bundan  əlavə,  birja  praktikasında  «buğa»  və  «ayı» 
terminlərindən  də  istifadə  edilir.  Bunlar  alverçilər  olub,  birincisi 
əmtəələrin  qiymətinin  yüksəlməsinə,  ikincisi  qiymətin  aşağı 
düşməsinə çalışanlardır. 
Əmtəə birjalarında aşağıdakı funksiyalar yerinə yetirilir: 
84 


"  müxtəlif  məhsullar  üzrə  ticarət  əməliyyatlarının  həyata 
keçirilməsi üzrə müqavilələrin bağlanılması; 
“ 
ticarət 
əməliyyatlarının 
tənzimlənməsi, 
ticarət 
mübahisələrinin həll edilməsi; 
“ qiymət haqqında məlumat toplayıb və onun dərc olunması; 
®  istehsalın  və  digər  amillərin  qiymətə  olan  təsirinin 
vəziyyətini əks etdirən informasiyanın verilməsi. 
Əmtəə  birjalarının  əsas  predmeti  əmtəələr  və  onların 
çatdırılması ilə əlaqədar müqavilələrin bağlanmasıdır. 
Fond  birjaları.  Qiymətli  kağızların  alqı-satqısı  ilə  məşğul 
olan yerdir. Qiymətli kağızlar, əmlak və ya borc öhdəliklərini əks 
etdirən sənədləşmə nümunəsidir. Qiymətli kağızlara aiddir: 

 
səhmlər; 

 
istiqrazlar; 
® veksellər
" sertifikatlar və s. 
Səhm  -  səhmdar  cəmiyyətinə  kapitalın  qoyuluşunu  təsdiq 
edən  və  əldə  olunacaq  mənfəətdən  dividend  formasında 
paylanmağa  təminat  verən  qiymətli  kağızdır.  Səhmdə  adətən 
nominal  qiymət  göstərilir.  Lakin  səhmlər  birja  qiyməti  ilə 
alınıb-satılır.  Birja  qiyməti,  səhmin  kursunu  müəyyən  edir.  Birja 
qiyməti - qiymətli kağızlar bazarında tələb və təklifin təsiri, səhmin 
orta  qiyməti  müəyyən  olunur.  O  da  dividendin  həcminin  100-ə 
vurulub, faiz formasına bölünməsinə bərabərdir. 
Səhmin  kursunun  nominal  qiyməti  üstələməsini  laj  və  ya 
ajyo enməsi ilə dirajyo adlanır. Qiymətli kağızların birja ticarətinə 
daha çox tanınan şirkətlər buraxılır. 
Fond birjalarının qeyri-sabit inkişafı birbaşa onların gələcək 
fəaliyyətində  uğursuzluğunu  əsaslandırır.  Çünki  belə  şəraitdə 
möhtəkir firmaların sayı artır. Məhsulun faktiki  istehsalına deyil, 
əsaslandırılmamış  qiymətli  kağızların  emissiyasına  üstünlük 
verilir. Dünyada 2008-ci ildə baş vermiş maliyyə böhranının əsas 
səbəblərindən biri, məhz qiymətli kağızların şişirdilmiş səviyyədə 
buraxılışı olmuşdur. ABŞ-da 
85 


ipoteka  səhmlərinin  buraxılışı  buna  misal  ola  bilər.  Burada, 
həmçinin  sahibkarların  öz  maliyyə  imkanlarını  nəzərə  almadan 
kütləvi  şəkildə  müxtəlif  səhmlərin  alınması  maliyyə  böhranına 
gətirib çıxara bilər. Fond birjalarında daha təhlükəli cəhət 
0
  vaxt 
baş  verə  bilər  ki,  iri  maliyyə  şirkətləri  qiymətli  kağızların 
alınıb-satılması  barədə  əvvəlcədən  razılaşdırılmış  qiymətlərlə 
fıktiv əməliyyatlar aparsınlar. 
Fond  birjalarının  böhranına,  ölkənin  iqtisadi  siyasətinə 
dövlət  xadimlərinin  səhv  fəaliyyəti  də  təsir  göstərə  bilər. 
Ümumiyyətlə, fond birjalarının fəaliyyətinə: 

 
səhmdar cəmiyyətlərin az və ya çoxluğu

 
fond bazarı mexanizminin düzgün qiymətləndiril- məməsi; 

 
qiymətli  kağızlar  kursunun  dəyişilməsinə  səbəb  olan 
amillərin funksional rolunun nəzərə alınmaması; 

 
birja əməliyyatlarının özünü doğrultması və müvəffəqiyyət 
şəraitinin qiymətləndirilməməsi. 
Əmək  birjası  -  iş  axtaranlarla  işverənlər  arasında,  iş 
qüvvəsinə  olan  tələb  və  təklif  arasında  qarşılıqlı  əlaqəni  həyata 
keçirən vasitəçi təşkilatdır. Əmək birjası vasitəsilə həm də işsizlərə 
sosial yardımlar göstərilir. 
Əmək birjasının funksiyasına daxildir: 

 
Əmək  bazarında  qeyd  olunmuş  müəssisələrdəki  boş 
yerlərlə sərbəst iş qüvvəsinin uçotunu aparmaq; 

 
işsizlərə əmək və maddi yardım göstərmək; 

 
işçilərin 
yenidən 
hazırlanmasını 
və 
ixtisasının 
yüksəldilməsini təşkil etmək; 

 
əlavə iş yerlərini maliyyələşdirmək; 

 
əmək bazarında mütəxəssislərin yararlığının ekspertizasını 
həyata keçirmək

 
əmək fəaliyyəti ilə bağlı sair xidmətləri görmək. 
Bazar  infrastrukturunun  inkişafına  müasir  şəraitdə 
informasiya biznesi xüsusi təsir göstərir. İnformasiyanın özü artıq 
bir tərəfdən biznesin müstəqil sahəsi kimi fəaliyyət gös 
86 


tərir,  digər  tərəfdən,  bank,  birja,  sığorta,  reklam  işi  kimi,  bazar 
iqtisadiyyatının infrastrukturuna daxil olub. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə