Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


mülkiyyətçilərin  hüquqlarının  məzmun  və  bölgüsünün  həm



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə46/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   233
Bazar 1

mülkiyyətçilərin  hüquqlarının  məzmun  və  bölgüsünün  həm 
resursların 
bölgüsünə,  həm  həcm  və  mübadilə  şərtlərinə, 
gəlirlərin səviyyə və bölgüsünə, həm də qiymətqoyma prosesinə və 
kənar  effektlərə  olan  təsiri  vasitəsilə  mümkün  olur.  Belə  bir 
mexanizmin  mümkünlüyünü Amerika iqtisadçısı Nobel  mükafatı 
laureatı  R.Kouz  1960-cı  ildə  dərc  etdirdiyi  «Sosial  xərclər 
problcmi»  adlı  məqaləsində  göstərmişdir.  Sonralar  bu  mexanizm 
«transaksion  xərclər»  adlandırılmaqla,  iqtisad  elmində  «Kour 
teoremi» adlandırılmışdır. 
R.Kouzun  teoremində  əsas  diqqət,  mülkiyyət  hüququnun 
bölüşdürülməsi  ilə  kənar  effektlərin  bazar  iştirakçılarının  daxili 
xərclərinə transformasiya olunması mümkünlüyünə verilmişdir. 
Qeyd  etməliyik  ki,  mülkiyyət  hüquqlarının  yuxarıda 
göstərildiyi kimi əsas təsiri: 

 
resursların bölgüsünə, eləcə də həcm və mübadilə şərtinə
" gəlirlərin səviyyə və bölgüsünə
74 



 
qiymətqoyma prosesinə
" kənar effektlərə. 
Bu istiqamətdə tətbiq olunan yəni: 
“ qiymət haqqında informasiyanın əldə olunmasma
® tərəfmüqabillərin müəyyənləşdirilməsinə

 
müqavilələrin bağlanmasına; 
® onlara nəzarətin həyata keçirilməsinə

 
mülkiyyət hüquqlarının müdafiəsinə və s. 
Çəkilən xərclər «transaksion» adlandırılmışdır. 
Bu  istiqamətdə  klassik,  marksist,  neoklassik  məktəbin 
nümayəndələrinin də fikirləri olmuşdur. 
Məsələn,  A.Smit  hesab  edirdi  ki,  könüllü  mübadilə  hər  iki 
tərəfə fayda gətirir. Bu əsasdan da: 

 
bazar; 

 
əmək bölgüsü; 

 
istehsalın  səmərəliliyi  arasında  əlaqənin  əmələ  gəlməsi 
əsaslandırılırdı.  Yəni  mübadilə  prosesində  rasional  sahibkarlıq 
fəaliyyəti  üçün  qazanc  əldə  etmək  imkanı,  əmək  bölgüsünə 
əsaslanan  ixtisaslaşmayla  meydana  gəlir.  Bununla  da  istehsalın 
həcmi  genişlənməklə  mübadilənin  miqyası  yüksəıir.  Reallaşma 
sferası  genişləndikcə  transaksion  xərclər  də  artır.  Burada 
ziddiyyətli  proses  müşahidə  olunur.  Bir  tərəfdən  ixtisaslaşma 
nəticəsində  bütövlükdə  xərclər  azalır,  digər  tərəfdən  bazar 
münasibətlərinin  əhatə  dairəsi,  ərazisi  genişləndikcə  transaksion 
xərclər yüksəlir. 
Beləliklə,  elə  görünə  bilər  ki,  ixtisaslaşma  ilə  əldə  olunan 
qazanc, transaksion xərclərin artımı hesabına heçə enə bilər. Ona 
görə  də  əmək  bölgüsündən  əldə  olunan  qazancla  transaksion 
xərclərin müqayisəsi bazar subyektləri arasındakı hədd kimi çıxış 
edir.  Göründüyü  kimi  mübadilə  müasir  inteqrasiya  proseslərinin 
genişləndiyi şəraitdə bazar subyektlərinin səmərəli fəaliyyətinə və 
bütövlükdə  bazar  sisteminin  üstünlüyünə  bir  o  qədər  də  əsas 
vermir. 
Xüsusi  mülkiyyətin  qəli  əleyhdarı  olan  K.Marks  bazar 
şəraitində əmtəələrin reallaşması və istehlakı ilə əlaqədar ola 
75 


raq baş verən itkiləri xalis tədavül xərcləri adlandıraraq daima onun 
artacağını əsaslandınrdı. 
Kənar  effektlərlə  əlaqədar  əmələ  gələn  itkilərin  ilk 
tədqiqatçısı  Kembric  məktəbinin  görkəmli  nümayəndəsi  A.Piqu 
göstərirdi  ki,  sosial  əhəmiyyət  daşıyan  bazar  sisteminin  kənar 
effektləri  ona  görə  baş  verir  ki,  onları  pulla  qiymətləndirmək 
olmur. Havanın çirkləndirilməsi, təmiz sulara çirkabın axıdılması, 
otlaqların  yararsız  hala  salınması  və  s.  bunlar  kənar  effektlər 
qismində  hesab  olunurdu.  Ona  görə  də  bu  istiqamətdə 
mülkiyyətçilər  arasında  baş  verən  münaqişələrin  aradan 
qaldırılmasında  Piqu  göstərirdi  ki,  dövlət  bu  istiqamətdə  xüsusi 
vergilər tətbiq etməklə iqtisadi subyektlərin fəaliyyətinə müdaxilə 
etməlidir. Ona görə də iqtisadi subyektlərin kənar effekt törətdiyi 
şəraitdə onlara vergi tətbiqini əsaslandırmaqla, sonralar praktikada 
çox  geniş  istifadə  olunması,  hər  cür  şəraitdə  istənilən  nəticəni 
verməməsinə 
baxmayaraq 
bu 
vergi, 
«Piqu 
vergisi» 
adlandırılmışdır. 
Həm  Smitin,  həm  də  Piqunun  irəli  sürmüş  olduğu 
ideyalardan Kouz ideyasının fərqli cəhəti ondan ibarətdir ki, əgər 
mülkiyyətçinin hüququ dəqiq müəyyənloşdirilibsə, onda müsbət və 
mənfi  nəticələrdən  asılı  olmayaraq,  dövlət  müdaxiləsi  olmadan, 
maraqlı tərəflər arasında məsələ özü-özlüyündə həll oluna bilər. Bu 
leorem  ona  əsaslanır  ki,  mülkiyyətdən  istifadə  etmək  nəticəsində 
meydana gələn transaksion xərclər əsasən: 

 
funksional xərclərdən; 
“ əlavə xərclərdən asılı olaraq meydana gəlir. 
Beləliklə  də,  bazar  münasibətlərinin  həddi  genişləndikcə 
ikisoviyyəli məhdudiyyət əmələ gəlir: 

 
xüsusi  mülkiyyət  rejiminin  genişlənməsi  ilə  bağlı 
əmələ gələn xərclər; 
•  dövlət  vasitəsi  ilə  mülkiyyət  hüquqlarının  bölgüsünün 
əlaqələndirilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı xərclər. 
76 


Belə şəraitdə xərclərin birdən-birə artması baş verir ki, bu da 
bazar münasibətlərinin həddinin daralmasına gətirib çıxarır. Əlavə 
xərclərin  aradan  qaldırılması,  dövlətin  bu  isti-  qamətdəki 
müdaxiləsindən  müstəqil  imtina  olunması  üçün  qeyri-rəsmi 
razılaşmaların  əldə  olunması  və  mülkiyyət  hüquqlarından 
istifadənin  həyata  keçirilməsi  ilə  nail  olmaq  olar.  Bu  da  öz 
növbəsində bazar subyektlərinin fəaliyyətinin daha geniş xarakter 
almasına  səbəb  olar.  Kouz  xüsusi  mülkiyyət  hüquqlarının  dəqiq 
müəyyənləşdirilməsi və istifadəsi ilə kənar effektlərdən irəli gələn 
xərclərin aradan qaldırılması mexanizmini iki qonşu fermer torpaq 
sahibi  ilə  heyvandar  arasında  ola  biləcək  münaqişənin  aradan 
qaldırılması mexanizminin məntiqi izahı ilə əsaslandırmışdır. Qeyd 
etmişdir  ki,  hər  iki  tərəf  üçün  sosial  qazancla,  sosial  xərc 
bərabərləşdiyi şəraitdə resursların bölgüsünün səmərəliliyinə səbəb 
olur.  Beləliklə  də  bazar  təsərrüfatında  iqtisadi  subyektlərin 
fəaliyyətinin  məhdudlaşdırılması  həddinin  aradan  qaldırılması  ilə 
bağlı Kouz teoremindən bir neçə nəticə meydana gəlir: 
°  kənar  effektlər  birtərəfli  deyil,  əks  istiqamətli  xarakter 
daşıyır.  Burada  günahkarları  deyil,  onu  aradan  qaldırmaq  üçün 
tərəflərin 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə