Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə42/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   233
Bazar 1

III
 
FƏSİL. BAZAR İQTİSADİYYATI: MƏQSƏDİ, 
STRUKTURU, İNFRASTRUKTURU VƏ MODELLƏRİ 
3.1.
 
Bazar təsərrüfatçılığının iqtisadi məqsədi 
3.2.
 
Bazar strukturunun meyarları 
3.3.
 
Bazar infrastrukturunun mahiyyəti və əsas 
elementləri 
3.4.
 
Bazar iqtisadiyyatının modelləri 
3.1.
 
Bazar təsərrüfatçılığının iqtisadi məqsədi 
Hər  hansı  bir  ölkənin  təsərrüfat  fəaliyyətinin  tipindən  asılı 
olmayaraq, mövcud ictimai istehsalının məqsədi oradakı insanların 
tələbatının  ödənilməsindən  və  inkişaf  etdirilməsindən  ibarətdir. 
Lakin  bütün  təsərrüfat  tiplərində  bu  məqsədi  asan  və  səmərəli 
həyata  keçirmək  bir  o  qədər  də  mümkün  olmur.  İstehlak  üçün 
nəzərdə tutulmuş bütün istehsallar nəticə etibarilə heç də hər vaxt 
məqsədyönlü  fəaliyyət  göstərmir.  Ona  görə  də  ictimai  istehsalın 
son  məqsədi  kimi  görünən  istehlakm  ödənilməsi  çox  hallarda 
həyata keçirilmir və yaxud da səmərəli olmur. Bu baxımdan insan 
tələbatının  ödənilməsi  təsəiTÜfatçılığm  həm  subyektinə,  həm  də 
məqsədinə çevrilir. 
Müasir  şəraitdə  iri  maşmh  istehsal  yüksək  ictimailəşmə 
səviyyəsi ilə müəyyən nəticələrlə ictimai tələbatın ödənilməsində 
fəal  iştirak  edir.  Lakin  o  kiçik  və  orta  sahibkarlığın  iştirakına 
əsaslanaraq,  öz  məqsədini  həyata  keçirməklə  nəticə  etibarilə 
cəmiyyətdə mənafeyinin reallaşmasına xidmət göstərir. Ona görə 
də  bazar  təsərrüfatında  fəaliyyət  göstərən  iqtisadi  subyektlər  öz 
qarşılıqlı  münasibətləri  ilə  iqtisadi  məqsədlərin  həyata 
keçirilməsində iştirak edirlər. 
Məqsədə  nail  olmaq  üsulu,  bir  qayda  olaraq,  istehsal 
vasitələrinin  kimə  mənsub  olmasından  asılıdır.  Deməli,  bazar 
iqtisadiyyatının  birinci  prinsipi  kimi  mülkiyyətin  kimə  mən- 
subiyyətliyi  iqtisadi  məqsədlərin  qoyulmasına  və  həyata 
keçirilməsinə şərait yaradır. Çoxnövlü mülkiyyət formasının. 
68 


yəni şəxsi, kollektiv, dövlətə mənsubiyyətindən asılı olaraq qarşıya 
qoyduğu məqsədlər, mülkiyyət sahiblərinin mənafeyinə tabe olur. 
Beləliklə  də,  hər  mülkiyyətçinin  mənafeyi  çərçivəsində  iqtisadi 
məqsədi formalaşır. 
Müasir  qərb  iqtisadi  ədəbiyyatlarında  bazar  təsərrüfat- 
çılığında əsasən iqtisadi məqsədlər kimi aşağıdakılar qeyd olunur: 
■  İqtisadi  artım;  həyat  səviyyəsinin  yaxşılaşmasına  və 
yüksəlməsinə  təminat  verən  kəmiyyətcə  çox,  keyfiyyətcə  yaxşı 
məhsul istehsalı nəzərdə tutulur; 
“Tam məşğulluq; uyğun məşğulluqla işləmək qabiliyyətində 
və arzusunda olanların işlə təmin olunması-başa düşülür; 
“  İqtisadi  səmərəlilik;  mövcud  məhdud  istehsal  resursları 
şəraitində  minimum  xərclə  maksimum  buraxılış  nəzərdə  tutulur. 
Burada, həmçinin, istehsal resursundan istifadə etməklə bir qisim 
insanın  tələbatının  ödənilməsi  ilə  digərlərinin  vəziyyətinin 
pisləşməsi  nəzərdə tutulmur. Bu bir növ Pareto  - optimallıq kimi 
qiymətləndirilir; 
“  Qiymətlərin  sabit  səviyyəsi;  qiymətlərin  həddindən  artıq 
yüksəldilməsi  və  ya  azaldılması  meylinin  olmaması  deməkdir. 
Yəni  qiymət  üzrə  səmərəli  nəzarətin  həyata  keçirilməsi  ilə 
inflyasiyanın  sürətinin  və  deflyasiyanın  qarşısının  alınması  və  ya 
yumşaldılması mümkündür
•  İqtisadi  azadlıq;  sahibkarlar  bazar  iqtisadiyyatının 
təsərrüfat subyektləri, öz iqtisadi fəaliyyətlərində yüksək səviyyədə 
azadlığa  malik  olmalıdırlar.  Çünki  iqtisadi  azadlıq  digər 
azadlıqlara, xüsusən də demokratik davranışlara əsas verir; 
“ Gəlirlərin ədalətli bölgüsü; bazar iqtisadiyyatı öz mahiyyəti 
etibarilə  ədalətsizliklər  mənbəyi  olsa  da,  lakin  rəqabət 
mübarizəsində  əldə  olunan  nəticələr  ədalətli  hesab  olunur.  Bazar 
iqtisadiyyatında  heç  də  bərabər  kapital  bərabər  mənfəəti  əks 
etdirmir.  Bu  yalnız  meyli  xarakter  daşıyır.  Bölgüdə  bərabərçiliyə 
yol verilmir. Buna mane olan elementlər 
69 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə