Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə41/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   233
Bazar 1

Rəqabət 
-  latın  sözü  «konkurro»  -  qarşılaşmaq  mənasını 
verib,  bazarın  iqtisadi  subyektləri  arasında  istehsalın,  satışın  və 
alışın ən yaxşı şəraitinin əldə olunması uğrundakı 
62 


bəhsləşməni  əks  etdirir.  Belə  bir  bəhsləşmənin  olmasına  A.Smit 
üstünlük  verməklə  ona  azad  rəqabət  adı  vermişdir.  Y.Şumpeter 
göstərirdi  ki,  rəqabət  köhnənin  yeni  ilə  bəhsləşməsidir.  Rəqabət 
alıcılar  və  satıcıların  malik  olduqları  iqtisadi  resurslardan  daha 
yaxşı  istifadə  olunması  hüququnun  əldə  olunması  uğrundakı 
bəhsləşmədir. 
Ümumiyyətlə, 
rəqabət 
daha 
əlverişli 
şəraitin 
mənimsənilməsi uğrundakı mübarizədir. Rəqabət haqqında sonrakı 
fəsillərdə daha ətraflı məlumat veriləcəyindən, burada sadəcə onun 
bazar  iqtisadiyyatının  mühüm  prinsipi  olmaq  nöqteyi-  nəzərincə, 
bəzi cəhətlərinə toxunacağıq. Beləliklə, rəqabət: 

 
sərfəli təsərrüfatçılıq şəraitinin mənimsənilməsini

 
maksimum mənfəətin əldə olunmasını; 

 
istehsal xərclərinin minimuma endirilməsini əks etdirir. 
Müasir  bazar  iqtisadiyyatında  rəqabətin  üstünlüyü  onunla 
müəyyən olunur ki, milli iqtisadiyyatın nəticələri həm daxili, həm 
də xarici  bazarlarda rəqabətqabiliyyətliliyinə malik olsunlar. Ona 
görə  də  iqtisadi  inkişafın  davamlılığının  təmin  olunması,  istər 
regional, istərsə də ölkə səviyyəsində bazar subyektlərinin sərbəst 
fəaliyyət göstərməsi üçün antiinhi- sar qanununun tələblərinə ciddi 
riayət olunmalıdır. 
Rəqabətqabiliyyətinin  təmin  olunması  keçid  iqtisadiyyatlı 
ölkələrdə bir sıra problemlərlə əlaqədardır: 

 
istehsalın  inkişafı  bir  qayda  olaraq  aşağı  səviyyədə, 
dünyanın  sonayccə  inkişaf  etmiş  ölkələrinin  texnoloji  bazasına 
uyğun gəlməməsi ilə; 

 
ölkə  əmtəə  istehsalçılarının  bu  istiqamətə  meylin  zəif 
olması ilə; 

 
enerjidaşıyıcıları,  xam  neft  və  qaz  ixracı  ölkə  büdcəsinin 
gəlirinin  mühüm  hissəsini  təşkil  etdiyindən  bu  istiqamətdə 
yanacaq-sənaye  kompleksinin  və  infrastrukturunun  inkişafı  yaxın 
gələcəkdə bu sahənin istehsal həcminin məhdudlaşması ilə; 
63 



 
ixrac  strukturunun  mövcud  vəziyyəti  milli  iqtisadiyyatın 
dünya bazar konyunkturasındakı tərəddüdləri ilə əlaqədar olması; 

 
yanacaq  -  xammal  sahələrinin  üstün  inkişafı  ixtisaslı 
kadrlar  üçün  istənilən  kəmiyyətdə  iş  yerlərinin  yaradılmasına 
təminat verməməsi; 

 
milli iqtisadiyyatın texnoloji cəhətdən inkişafının idxaldan 
asılılığının artması. 
Rəqabətqabiliyyətliliyin  artması,  həm  də  müssisə 
səviyyəsində,  daxili  iqtisadi  problemlərin  həllində  struktur 
dəyişikliklərinin  zəif  həyata  keçirilməsi  ilə  əlaqədardır.  Xüsusən 
torpaq sahələrində bu özünü daha çox əks etdirir ki, bu da xüsusi 
mülkiyyətin  hüquqi  təminatlarının  qorunması  və  müdafiəsi  ilə 
bağlı maneələrin aradan qaldırılması ilə əlaqədardır. 
Rəqabətqabiliyyətliliyin  artırılması  müasir  dünyada  gedən 
iqtisadi  böhran  kontekstində  milli  iqtisadiyyatın  dinamik 
inkişafının təmin olunması vasitəsi olmaqla bazar münasibətlərinin 
rasional şəkildə formalaşmasına təkan verir. Ona görə də bir  sıra 
strateji  sahələr  istisna  olmaqla,  milli  iqtisadi  təhlükəsizliyə  xələl 
gətirməyən və dövlət sərəncamında olan müəssisələr, özəl sektor 
istiqamətində inkişaf etdirilməlidir. Bununla da iqtisadiyyatın əsas 
aparıcı  həlqəsi  kimi  müəssisələrin  səmərəli  fəaliyyətini  təmin 
etmək mümkündür. 
Bazar  tosərrüfatçılığınm  rəqabət  prinsipi  əsasında  təmin 
olunması  üçün  əsasən  aşağıdakı  üç  vacib  istiqamət  nəzərə 
alınmalıdır: 

 
dövlət və özəl müəssisələrin əsas iqtisadi göstəricilər üzrə 
nisbətinin  təmin  olunması  əsasında  bərabər  rəqabət  mühitinin 
yaradılmasını; 

 
müəssisələrin  mövcud  imkanları  çərçivəsində,  müasir 
texnologiyaların  mənimsənilməsi  ilə  onların  daxili  tələbatının 
ödənilməsi istiqamətində fəaliyyətlərini stimullaşdırmasını; 

 
hər  vasitə  ilə  sahibkarlıq  mühitinin  yaxşılaşdırılmasına 
imkan verən ardıcıl tədbirlərin həyata keçirilməsini. 
64 


iqtisadiyyatın  açıqlıq  səviyyəsinin  bazar  iqtisadiyyatının 
inkişafında  xüsusi  rolu  vardır.  Bu,  hər  şeydən  əvvəl,  ondan  irəli 
gəlir ki, milli iqtisadiyyatın daxili potensialının hərəkətə gətirilməsi 
üçün  xarici  investorların  ölkəyə  cəlb  olunmasına,  inteqrasiya 
prosesinin  sürətlənməsinə  təkan  verən  ixrac  yönümlü  sahələr 
inkişaf  etdirilsin.  Çünki  qloballaşan  dünya  iqtisadiyyatına,  yalnız 
tükənən  və  bərpa  olunmayan  xammal  və  yanacaq  resursları  ilə 
iştirak etmək qeyri-səmərəlidir. Ona görə də ölkə iqtisadi potensialı 
çərçivəsində,  ixtisaslaşmaya  əsaslanan  milli  mənsubiyyətli 
məhsullar  istehsalına  təkan  verən  sahələrin  inkişafına,  xarici 
investisiyanın cəlb olunmasına üstünlük verməklə, dünya bazarına 
çıxmaq  imkanı  əldə  etməlidir.  Buna  görə  də  dövlət  xarici  ticarət 
fəaliyyətində iştirak edə biləcək müəssisələri dəstəkləməli və fərqli 
iqtisadi şərait yaratmalıdır. 
Həmçinin  dünyanın  aparıcı  iqtisadi  qurumları  olan  Dünya 
Bankı,  Beynəlxalq  Valyuta  Fondu,  Ümumdünya  Ticarət  Təşkilatı 
və  s.  ilə  iqtisadi  əlaqələrin  qurulması,  təkcə  bazar  sisteminin 
qurulması  baxımından  deyil,  milli  mənafelərin  qorunması 
baxımından qiymətləndirilməlidir. 
Bazar iqtisadiyyatının formalaşmasının mühüm prinsipindən 
biri 
də 
iqtisadiyyatın 
dövlət 
tənzimlənməsidir. 
Bazar 
iqtisadiyyatının inkişafının müasir mərhələsi, dünyanın ən qabaqcıl 
ölkələrinin  timsalında  bir  daha  sübut  etdi  ki,  dövlət  müdaxiləsi 
olmadan baş verən iqtisadi, maliyyə böhranlarının qarşısını almaq 
mümkün deyil. Deməli, dövlət bazar iqtisadiyyatında həm oyunçu, 
həm  də  hakim  qismində  iştirak  etməlidir.  Əvvəla,  dövlət 
iqtisadiyyatın  inkişafına  və  idarə  olunmasına  təkan  verən 
institusional, psixoloji, sosial, hüquqi elementlərin qarşılıqlı əlaqə 
və  asılılıqlar  şəklində  fəaliyyətinə  təminat  yaratmalıdır.  Digər 
tərəfdən  özü  bazar  üçün  müəyyən  etdiyi  qanunvericilik  normativ 
sənəd  və  aktları  çərçivəsində  fəaliyyət  göstərməlidir.  Nəhayət, 
bütün  bazar  subyektlərinin  iqtisadi  davranış  qaydalarını 
tənzimləməlidir.  Biznes  mühitini  yaratmaqla  onun  nə  etmək 
normala 
65 


rını  qorumalı,  onun  milli  mənafelərin  reallaşmasmdakı  yerini 
konkretləşdirməlidir. 
Ona  görə  də  dövlətin  iqtisadiyyata  müdaxiləsi  səviyyəsi, 
onun  qeyri-dövlət  sektoru  ilə  olan  nisbətin  optimallığının  təmin 
olunması nəzərə alınmalıdır. Burada konkret dövr, qarşıya qoyulan 
strateji məqsəd, mövcud iqtisadi imkan və həyata keçirilə biləcək 
tədbirlərin seçilməsi ön cərgəyə çəkilir. 
Bu baxımdan dövlət tənzimlənməsi həm mikro, həm makro, 
həm  mezo,  həm  də  meqo  iqtisadi  səviyyəli  məsələləri  qarşılıqlı 
şəkildə həll etməklə, bir sıra maneələri aradan qaldırmalı və bazar 
təsərrüfatçılığmın  formalaşmasına  təkan  verən  iqtisadi  prosesləri 
stimullaşdırmalıdır. 
Bazar 
iqtisadiyyatında 
dövlətin 
müdaxiləsi 
və 
tənzimlənməsi səviyyəsi aşağıdakılardan ibarətdir: 
“  bazara  daxil  olmaq  üçün  hər  cür  maneələri  aradan 
qaldırmaqdan; 

 
bəlli olan bürokratik əngəlləri minimumlaşdırmasm- 
dan; 

 
iqtisadi  fəaliyyəti  məhdudlaşdıran  lisenziyalaşdırmanı 
aradan qaldırmaqdan; 

 
sahibkarlıq  fəaliyyətinə  mənfi  təsir  göstərən  inzibati 
idarəetmənin ləğv olunmasından; 

 
ictimai nemətlər istehsal edən və qeyri-bazar sektoru hesab 
olunan sahələrin inkişafını təmin etməkdən

 
ölkə,  region,  yerli,  bələdiyyə  səviyyəli  iqtisadi 
problemlərin  həllini  əlaqələndirməkdən  və  uzlaşdırmaqdan 
ibarətdir. 
Qeyd olunan bütün bu prinsiplərin hər birinə ayrı-ayrılıqda 
deyil,  qarşılıqlı  əlaqə  və  təsir  şəraitində  bazar  iqtisadiyyatının 
təşəkkülü  mövcud  olur  və  inkişafı  üçün  zəruri  zəmin  yaradılır. 
Xüsusi  mülkiyyət  hüququ  qorunmasa,  rəqabət  mühiti  olmasa, 
iqtisadiyyat  qapalı  inkişaf  etsə,  dövlətin  bazara  xas  olan 
institusional  dəyişiklikləri  həyata  keçirilərsə  birmənalı  şəkildə 
bazar sisteminin təşəkkülünə nail olmaq olmaz. 
66 


Bazarın mahiyyətini daha dərindən başa düşmək üçün onun 
funksiyalarına  diqqət  yetirmək  lazımdır.  Ən  başlıca  funksiyalara 
aiddir: 

 
reallaşdırıcı funksiya. Burada alıcı və satıcıların mənafeləri 
tez bir zamanda reallaşır; 

 
özü-özünə  tənzimlənən  funksiya.  Bu  özünü  istehsalın  və 
istehlakm  çeşid  strukturu  üzrə  razılaşmasında,  tələb  və  təklifin 
qiymət və həcm üzrə tarazlığın qorunmasında əks etdirir

 
bölüşdürücü funksiya, iqtisadi resursları tələb və təklifdən 
asılı  olaraq  müəyyən  qiymət  və  kəmiyyətlə  istehlakçı  və 
istehsalçılar arasında bölgüsünü həyata keçirir; 

 
informasiyaverici funksiya - səmərəli və faydah fəaliyyətin 
təmin olunması barədə siqnallar verir

 
stimullaşdırıcı  funksiya,  qiymətin  aşağı  düşdüyü  şəraitdə 
istehsalçılar 
istehsalı 
məhdudlaşdırmaqla, 
yeni 
texnika, 
texnologiya,  innovasiyaların  tətbiqi  ilə,  daha  təkmilləşdirilmiş 
əmək fəaliyyətini tətbiq etməklə, məhsul vahidinə minimum xərclə, 
maksimum mənfəət əldə etməyə şərait yaradır; 

 
tənzimlənən  funksiya,  milli  iqtisadiyyatın  sfera  və 
regionları üzrə mikro və makrosəviyyəli proporsionallığın istehsal 
və mübadilə üzrə təmin olunmasına imkan verir; 

 
qənaətçil  funksiya,  tələbin  ölçüsü  ilə  əməkhaqqının 
məbləğinə uyğunluğundan asılı  olaraq istehlak sferasında tədavül 
xərclərinin azaldılmasına təkan verir; 
•  təsərrüfat  fəaliyyətinin  demokratikləşdirici  funksiyası, 
burada  özünüidarəetmə  prinsipi  formalaşmaqla  ictimai  istehsalı 
iqtisadi  cəhətdən  əlverişli  olmayan  elementlərdən  azad  etməklə 
əmtəə istehsalçı - rəqabətçiləri diferensial- laşdırır. 
67 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə