Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


tarazlı  qiyməti və hər  əmtəənin  tarazlı



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə36/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   233
Bazar 1

tarazlı 
qiyməti və hər 
əmtəənin 
tarazlı 
kəmiyyətini_müəyyən edir. 
Qiymət, tələb və təklifin qarşılıqlı təsirinin nəticəsi kimi ev 
təsərrüfatı 
ilə 
firmaların 
qəbul 
etdikləri 
qərarların 
uyğunlaşdırılması 
üçün  informasiya  mənbəyini  təşkil  edir.  Bu 
informasiyanın  reallaşması  səviyyəsindən  asılı  olaraq  cəmiyyət 
baxımından  resursların 
məqsədyönlü  bölgüsü 
baş  verir.  Bir 
tərəfdən  qiymət  istehlakçıların  xərclərinin  səviyyəsini  də  baş 
verəcək  dəyişiklikləri  müəyyən  etməklə,  onların  məsrəf 
baxımından  seçimini  əsaslandıracaq.  Digər  tərəfdən  qiymət 
istehsalçılar  tərəfindən  daxilolmaların  həcminə  də  qazanc  və  ya 
səmərə  baxımından  iqtisadi  qərarların  qəbul  olunmasına  təsir 
göstərəcək. Məsələn, yekun qiymətinin bahalanması, quşçuluq və 
ya heyvandarlıqla məşğul olanlara siqnal verərək onun istehlakının 
məhdudlaşdırılması  qərarına  gəlməsinə,  fermerlərə  isə  taxıl 
istehsalının həcminin artırılması ilə yem bazarında qiymətlə bağlı 
kəmiyyət tarazlığının yaradılması siqnalını verir. Tarazlı qiymətlə 
əmtəələri  almaq  istəyənlər,  onu  əldə  etməklə  həm  şəxsi,  həm  də 
istehsal  istehlaklarını  ödəmiş  olurlar.  Nəhayət  qiymət,  istifadə 
olunan  əməyə,  sahibkarlıq  fəaliyyətinə,  kapitala  və  torpağa  görə 
onların  sahiblərinin  gəlirlərini  müəyyən  edir.  Beləliklə,  qiymət 
mik- roiqtisadiyyatm mühüm və tərkib elementi kimi: 
• ev təsərrüfatı ilə firmaların qərar qəbul olunmasına 
informasiya təminatı verir; 
48 


® istehlakçıların xərclərinin səviyyəsinə və məsrəf seçiminə 
imkan yaradır; 
® istehsalçıların təklifinin qazanc baxımından həcmini 
müəyyən edir; 
® resurslardan istifadəyə görə onların sahiblərinə gəlir əldə 
olunmasını təmin edir. 
Nəticə  etibarilə  iqtisadi  fəaliyyətin  məqsədyönlü,  onun 
gəlir əldə etmək imkanı baxımından, qiymət vasitəsilə siqnalların 
əldə  olunması  hər  bir  iqtisadi  subyektə  daha  məhsuldar  görünən 
işlə  məşğul  olmaqla  təkan  verir.  Qiymətin  belə  funksional 
fəaliyyəti  və  informasiyadaşıyıcı  xarakterə  malik  olması,  bazar 
təsərrüfatçıhğı  şəraitində  müxtəlif  dəyişikliklərin  baş  verməsinə 
uzlaşması, cürbəcür nemətlərin istehsalına və istehlak olunmasına 
təkan verir. Məhz belə şəraitdə biri-birindən xəbərsiz olan iqtisadi 
subyektlərin  fəaliyyətinin  əlaqələndirilməsi,  fərdi  səviyyədən 
ictimai  səviyyəyə  qalxaraq  ümumi  rifaha  təminat  verən  nemətlər 
bolluğunun  yaradılmasına  şərait  yaradır.  Əlbəttə,  bütün  bu  qeyd 
olunanlar  mikroiqtisadi  fəaliyyətdə  məlumatların  əldə  olunması, 
xərc, məsrəf, qazanc, gəlir, itki haqqında sürətli siqnalların ətraflı 
şəkildə  əldə  olunması  bazar  sisteminin  bütün  çatışmazlıqlarına 
baxmayaraq, onun üstünlüyü kimi qiymətləndirilməlidir. 
49 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə