262
isə çalışır dairədəki oyunçuları və kapitanı dairədən çıxarsın, özü isə tutulmasın.
Dairədəki oyunçular və
kapitanlar çalışırlar, hücumçuları dairə daxilinə tutub salsınlar. Tutulmuş oyunçu oyundan çıxır.
Oyunun müddəti 10-15 dəqiqədir.
Oyunun qaydası:
1. Rəqib komandanın oyunçusunu tutub saxlayan oyunçu «oldu» deməlidir.
2. Hər iki komandanın iştirakçılarına bir-birini birinci və ikinci dairədə tutmağa icazə verilir.
3. Oyunçunu ancaq əllə tutmağa icazə verilir.
Metodiki göstəriş: uşaqların oyun qaydalarına riayət etmələrinə, müdafiəçilərin xəttən kənara
çıxmalarına diqqət vermək lazımdır. Oyunda uşaqlar kollektivdə mütəşəkkil fəaliyyətə öyrəşirlər.
Yoxlama – test sualları
1.Səhər gigiyenik gimnastikasının başlıca əhəmiyyəti nədir?
2.Dərsəqədər səhər gigiyenik gimnastikasının təşkili qaydalarını göstərin.
3.Səhər gigiyenik gimnastikası üçün hərəkətlərin seçilməsi qaydaları hansılardır?
4.Bədən tərbiyəsi dəqiqələrinin əhəmiyyətini göstərin.
5.Bədən tərbiyəsi dəqiqələrinin təşkilinin mühüm şərtləri.
6.Böyük tənəffüslərdə fiziki tərbiyə tədbirlərini şərtləndirən amillər hansılardır?
7.Günüuzadılmış qruplarda idman «saatı»nın təşkilinin zəruri şərtlərini göstərin.
Yaradıcılıq işi üçün təxmini mövzular
1.
Kiçik məktəbyaşlı uşaqlarla fiziki tərbiyə və idman işlərinin təşkili.
2.
Səhər gigiyenik gimnastikası üçün fiziki hərəkətlərin və oyunların seçilməsi və təşkili
prinsipləri.
3.
Günüuzadılmış qruplarda fiziki tərbiyə işləri.
4.
Bədən tərbiyəsi dəqiqələrinin təşkili prinsipləri.
263
VIII FƏSİL. SİNİFDƏN VƏ MƏKTƏBDƏNXARİC
FİZİKİ TƏRBİYƏ İDMAN MƏŞĞƏLƏLƏRİ
PLAN
1.Sinifdənxaric fiziki tərbiyə və idman məşğələləri
1.1.Sinifdənxaric məşğələnin məqsədi
1.2.Ümumfiziki hazırlıq qrupları
1.3.İdman bölmələri (yüngül
atletika, stolüstü tennis, bədii gimnastika).
1.4. Fərdi məşğələlər
1.5.İdman yarışları
2. Məktəbdənxaric fiziki tərbiyə və idman işləri
2.1. Uşaq-gənclər idman məktəblərində fiziki tərbiyə və idman
2.2.Uşaq yaradıcılıq birliyi və mədəniyyət evlərində fiziki tərbiyə və idman işləri.
2.3. İstirahət və mədəniyyət parklarında fiziki tərbiyə və idman işləri.
2.4. Mənzil-istismar sahəsində və bələdiyyə idarələrində fiziki tərbiyə və idman.
2.5. Gəzinti və ekskursiyalar.
Ə D Ə B İ Y Y A T
1.İ.Aslanov. Ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman işləri. Bakı, «Maarif» nəşriyyatı, 1976-
cı il.
2.T.Abasov. İdman və mütəhərrik oyunlar. Bakı, «Maarif» nəşriyyatı, 1987-ci il.
3.B.Quliyev. Tələbələrin orta məktəbin I-VIII siniflərində bədən tərbiyəsi və kütləvi-idman işlərinin
təşkilinə hazırlanması məsələləri. Bakı, 1994-cü il.
4.B.Nərimanov, Ş.Əliyeva, E.Nərimanov. İdman gimnastikası. «Müəllim» nəşriyyatı, 2004-cü il.
5.B.Dasenko. Uşaqlarla məktəbdənkənar iş. Bakı, «Maarif» nəşriyyatı, 1973-cü il.
VIII F Ə S İ L. SİNİFDƏN VƏ MƏKTƏBDƏNXARİC BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN
MƏŞĞƏLƏLƏRİ
VIII.1. Sinifdənxaric fiziki tərbiyə və idman məşğələləri
1.1.
Sinifdən xaric məşğələlərin məqsədi
İbtidai siniflərdə sinifdənkənar sağlamlıq bədən tərbiyəsi və kütləvi idman tədbirləri bir sıra
məqsədlə təşkil edilir və burada müxtəlif məktəb şagirdləri cəlb edilir. Daha konkret desək:
1. İdman işləri şagirdlərlə idmanın bu və ya digər növləri üzrə bilik, bacarıq və vərdişləri
aşılamaq onları həmin istiqamətdə inkişaf etdirmək məqsədilə keçirilir. İdman üzrə təşkil olunan
bölmələrdə şagirdlər bir tərəfdən konkret idman növü üzrə öz ustalığını artırır, bacarıqlarını
təkmilləşdirir. İkinci tərəfdən onlar idmançı kimi yetişir və sinfinin, məktəbinin və hətta yaşadığı rayonun
idman şərəfini qoruyurlar. Həmin bölmələrdə məşğul olanlar öz sağlamlığını möhkəmləndirir, fiziki
hazırlıqlarını və imkanlarını artırırlar. Həmçinin kollektivinin şərəfini yüksək tutmaq, kollektivçilik,
dostluq və yoldaşlıq, kollektivinə məhəbbət və s. ruhda tərbiyə olunur.
2. Məktəblərimizdə səhhətində bəzi qüsurlar olan şagirdlərə rast gəlmək olur. Həmin şagirdlərin
səhhətinə müsbət
təsir göstərmək, onların fiziki inkişafını formalaşdırmaq və fiziki hərəkət keyfiyyətlərini
artırmaq üçün ümumi fiziki hazırlıq qruplarında müntəzəm olaraq məşğul olmaq uşaqların mənəviyyatına
həm də təliminə müsbət təsir edir, tez-tez dərs buraxmaq hallarının qarşısını alır.
3. Məktəbdə bir qrup uşaqların idman məşğələlərinə və bölmələrinə cəlb olunmasında əsas məqsəd
onların fiziki keyfiyyətlərini təkmiləşdirməkdən ibarətdir. Əlbəttə, bu cür məşğələlər könüllülük prinsipi
əsasında uşaqların arzu və xahişi nəzərə alınaraq təşkil edilir.
Sinifdənkənar bədən tərbiyəsi işlərinə şagirdlər cəlb olunarkən bir sıra vacib pedaqoji-psixoloji
məsələləri nəzərə almaq hökmən lazımdır. Xüsusən uşaqların marağı, fiziki hazırlığı, fiziki inkişafı, fərdi
264
xüsusiyyətləri, qabiliyyətləri diqqət mərkəzində olmalıdır. Ayrı-ayrı idman hərəkət növünə şagirdlərin
cəlb olunmasında seçmə (fərdiləşdirmə) üsulundan geniş istifadə olunur. Bu şagirdlərin marağı ilə yanaşı
onların fiziki inkişafı, qabiliyyətləri öyrənildikdən sonra həyata keçirilməlidir.
Müşahidə olunmuşdur ki,
deyilənlər bəzən nəzərə alınmır, nəticədə tədricən idman məşğələlərinə gələnlərin sayı günbəgün azalır və
ya lazımi göstərici əldə etmək mümkün olmur.
Elmi tədqiqatlar və təcrübə göstərir ki, kiçik məktəbyaşlılar idmanın üzgüçülük, bədii gimnastika
və mürəkkəb koordinasiya hərəkətlərini buz üzərində daha yaxşı icra edirlər. Həmin hərəkət növlərinin
texnikasına böyük yaşlı şagirdlərə nisbətən tez və sürətlə yiyələnirlər. 8-10 yaşlı məktəbli oğlanlarla isə
futbol və qaçıqşın texnikası daha tez aşılanır. Mürəkkəb futbol priyomlarını qısa bir müddətdə
mənimsəyirlər. Ümumiyyətlə,
müşahidə olunmuşdur ki, ibtidai sinif şagirdləri ümuminkişafetdirici
hazırlıq və ilk hərəkətləri böyük həvəslə və müvəffəqiyyətlə yerinə yetirirlər.
Sinifdənkənar bədən tərbiyəsi işlərinin qarşısında duran başlıca vəzifələrdən biri də dərs
prosesində öyrədilmiş bilik, bacarıq və vərdişlərin dərinləşdirilməsindən ibarətdir. Çünki bədən tərbiyəsi
dərsləri tədris proqramı materiallarının mənimsədilməsində mühüm və həlledici mahiyyətə malik olsa da,
o, yalnız sinifdənkənar müxtəlif tədbirplər vasitəsilə dərinləşdirilir və möhkəmləndirilir. Sinifdənkənar
yüngül atletika bölməsində yeriş, qaçış və cisim atmalar və s. hərəkət növləri üzrə bacarıq və vərdişlərin
təkmilləşdirilməsi və s. buna misal ola bilər.
İndi də ibtidai sinif şagirdləri üçün onların yaş xüsusiyyətlərinə, xarakterinə daha da yaxın olan
sinifdənkənar keçirilən bədən tərbiyəsi məşğələlərinin bir neçəsinin təşkilini konkretləşdirək.
1.2. Ümum fiziki hazırlıq qrupları
Ümumfiziki hazırlıq qrupları könüllülük əsasında təşkil olunur. Çalışmaq lazımdır ki,
ümumi fiziki
hazırlıq məşğələlərinə şagirdlər kütləvi şəkildə yazılsınlar. Buna görə də ilk növbədə bu məşğələlərin
sağlamlıq əhəmiyyətini, işgörmə qabiliyyətini artıran başlıca vəzifələrdən biri olduğunu şagirdlərə izah
etmək vacibdir. Ümumi fiziki hazırlıq məşğələləri bir neçə məqsədlə təşkil edilir. O bütün dərs ili
dövründə davam etməklə uşaqların səhər çıxışlarına və ya bədən tərbiyəsi bayramlarına hazırlayır. Belə
məşğələlərin proqramına rəngarəng sadə mütəhərrik oyunlar, idman əyləncələri, idman oyunlarının
elementləri, gimnastika və yüngül atletikaya dair materiallar daxil edilir. Proqramda iki istiqamətli bədən
tərbiyəsi tədris proqram materialları və əlavə fiziki tərbiyə materialları daxil edilir. Əgər məktəbdə şərait
vardırsa, şagirdlərə akrobatikanı, habelə VMH kompleksinin normativlərindən
olan üzgüçülüyü də
öyrətmək məqsədəuyğundur.
Ümumi fiziki hazırlıq qrup məşğələləri Bakı, Sumqayıt şəhərində və respublikamızın rayon və
şəhərlərində bütün ilboyu açıq havada keçirilməsi məsləhətdir. Lakin küləkli və soyuq havada isə
məşğələni idman zalına və yaxud da geniş otaqların birinə keçirmək olar.
Ümumi fiziki hazırlıq məşğələlərini müəllimin aparması məsləhətdir. Lakin həmin məşğələlərə
rəhbərliyi sinif müəllimlərinə, ictimai təlimatçılara və fəal valideynlərə də tapşırmaq olar. Bu şərtlə ki,
onlar bu sahədə təlimatlandırılmış və lazımi biliklərə yiyələnmiş olsunlar.
Məşğələlər məktəbin idman bazasında, mənzil-istismar idarəsinin nəzdində olan meydança və
zallarda təşkil oluna bilər. Lakin onun cədvəli dəqiq tədris planı olmalı və məktəb direktoru tərəfindən
təsdiq edilməlidir.
1.3. İdman bölmələri
3.1. Yüngül atletika bölməsi
Yüngül atletika əsas idman növlərindən biri olub, təbii elementlərlə zəngindir. Yüngül atletika
məşğələlərini digər idman növləri üzrə olan məşğələlərə nisbətən asan təşkil etmək olar. Ona görə ki, bu
idman növü akrobatika, üzgüçülük və s. kimi xüsusi şərait tələb etmir. Kənd məktəblərinin demək olar ki,
hamısında yüngül atletika bölməsi təşkil etmək mümkündür. Burada əsas məsələ kələ-kötür sahələri
düzəltmək,
sahəni daş-kəsəkdən təmizləmək, çalalar qazmaq, habelə xətləmə işləri aparmaqdan ibarətdir.
Lakin bu məşğələlərdə şagirdləri cəlb etmək üçün bəzi hazırlıq işləri aparmaq lazımdır. Hər şeydən əvvəl
nədən başlamaq lazımdır. Təbliğat-təşkilati işləri gücləndirilməlidir. Xətai rayonundakı 88 saylı məktəbin
baş bədən tərbiyəsi müəllimi Telman Mirzəyev idman bölmələrinin təşkili də təbliğati məsələlərinə