260
«… Bu gün həm də «Gəlin gəzməyə gedək» oyununa keçək» sözünü bitirə-bitirməz şagirdlərin əhval-
ruhiyyəsi yüksəldi və üzlərində xoş bir təbəssüm yarandı. Məsmə müəllimə oyunun əhəmiyyəti haqqında
qısa məlumat verdikdən
sonra onun məzmunundan, təşkili və keçirilməsi qaydalarından danışdı. Bundan
əlavə, müəllim oyunun qaydalarına hamının bir nəfər kimi riayət etməsini tapşırdı. Oyun başlandı:
oyunçular meydançanın müxtəlif yerlərindən kiçik dairə çəkib onun içərisində durdular (aparıcıdan
başqa).
Aparıcı şagird istədiyi oyunçuya yaxınlaşıb deyirdi: «Gəzməyə gedək». Dəvət olunan oyunçu bir
cərgəyə düzülüb aparıcının arxasınca gedirdilər. Bütün oyunçular öz yerlərindən çıxan kimi aparıcı onları
dairədən bir qədər aralı məsafəyə aparıb, işarə və ya siqnal verirdi. Aparıcı, hərə öz yerinə deyən kimi
bütün oyunçular qaçıb öz dairəsini tuturdu. Dairəsini tuta bilməyən oyunçu növbəti oyunda aparıcı rolunu
oynayırdı. Aparıcı rolunda bir dəfə də olsun çıxış etməyən şagirdlər oyunun qalibi hesab olunur və
oyunçular qarşısında tərbiyəçi müəllim tərəfindən rəəğbətləndirilirdi.Oyun maraqlı və yüksək intizamlı
keçirildi. Məsmə müəllimə məşğələnin axırında oyun haqqında uşaqların nə kimi təəssüratda olduqlarını
və növbəti məşğələdə hansı oyunları keçməyi arzuladıqlarını soruşdu. İdman saatında
uşaqlar ancaq
oyunla kifayətlənməyib, Azərbaycana həsr olunmuş şeir söyləyir, Azərbaycan xalq rəqslərini ifa edirlər.
Rəqslər nağara və qarmonun müşayiəti ilə keçirildi. Çox gözəl haldır ki, rəqs edənlər də, musiqiçilər də
şagirdlərin özü idi.Bütün bunlar da məşğələnin rəngarəngliyinə, effektliyinə, xüsusən qrup uşaqlarının
istirahətinin səmərəli keçməsinə müsbət təsir göstərirdi.
287 saylı «Gələcək zəkalar» məktəbinin tərbiyəçi-müəllimi M.Qardaşəliyeva və 264 saylı
məktəbin tərbiyəçi-müəllimi E.Mirzəbəyova da idman saatını şagirdlərin
yaş xüsusiyyətlərinə, estetik
zövqünə uyğun qurur və əsas məqsədin həyata keçirilməsinə yönəldir. Mətanət müəllimə valideynlər
qarşısında da çıxış edir, qruplarda idman saatının təşkili xüsusiyyətlərindən, fiziki tərbiyə
məşğələlərindən, mütəhərrik oyunlara geniş yer verilməsinin əhəmiyyətindən söhbət açmışdır.
Mətanət
müəllimin bir «idman satını» müşahidə etdik. O, «Ovçular və dovşanlar» oyununu keçirdi. Oyunda
aparıcı rolunu müəllim özü oynayırdı. Müəllim «Dovşanlar meşəyə qaçdı» elan edən kimi, bütün uşaqlar
məktəbin bağçasına qaçıışdılar. Müəllimin «Ovçu gəldi» komandasından sonra isə «dovşanlar» öz
yuvasına qaçırdılar, pusquda dayanmış «ovçular» isə yerindən tərpənmədən «dovşanları» topla vurmağa
başladılar. Oyun üç dəfə təkrar olundu. Tutulan dovşanlar hesablandı və yeni ovçu seçildi. Oyun
şagirdlərin hərəkət fəallığı və böyük ruh yüksəkliyi şəraitində keçdi. İndii də günüuzadılmış məktəb, qrup
və siniflərdə tərbiyəçi işləyən müəllimlərin ehtiyacını nəzərə alıb onlara
kömək məqsədilə bir neçə
oyunnun məzmununu verək:
Bayrağı dəyişdirək
Meydançanın bir tərəfində bir-birindən bir addım aralı 4-5 dairə çəkilir, hər dairədə bir bayraq
qoyulur (bayraqlar bir rəngdə olmalıdır). Meydançanın o biri tərəfində düz xətt çəkilir. Uşaqlar həmin
xəttin dalında qarşı-qarşıya 4-5 cərgə düzülürlər.
Cərgədə birinci dayanan uşaqlara bir rəngdə (məsələn, qırmızı rəngli) bayraqlar verilir.
Tərbiyəçinin: «Bir, iki, üç, qaç» işarəsi ilə əllərində bayraqlar olan uşaqlar dairələrə doğru
qaçaraq, əllərindəki bayraqları dairədəki göy rəngli bayraqlarla dəyişdirib geri qayıdır
və öz yerlərində
duraraq bayraqları yuxarı qaldırırlar. Bayrağı tez gətirib qaldıran uşaq oyunda udmuş hesab olunur.
Həmin uşaqlar bayraqları sonrakı yoldaşlarına verib, özləri cərgənin axırında dayanırlar. Beləliklə, bütün
uşaqların iştirakı ilə oyun davam etdirilir.
Kəpənəyin tutulması
Tərbiyəçi oynayan uşaqlardan 4 nəfərini seçib ayırır. Bunlar topla kəpənək tutan uşaqları, qalan
uşaqlar isə «kəpənəkləri» təmsil edirlər. Əllərində tor olan uşaqlar bir tərəfə (meydançanın kənarına)
çəkilirlər. Tərbiyəçi onların yanında dördbucaq bir yer – «qutu» cızır. Tutulmuş «kəpənəkləri» uşaqlar ora
toplamalıdırlar.
Tərbiyəçi «uçun» dedikdə «kəpənəklər»in hamısı meydançada uçur. «M» işarəsi üzrə ayrılmış 4
uşaqdan ikisi «kəpənəkləri» vurmağa çalışır.
261
Onlar kəpənəklərin yanında əllərini bir-biirinə vuraraq «kəpənəkləri» tuturlar, sonra onları
«qutuya» - cizgi çəkilmiş yerə aparırlar.
Uşaqlar tutduqları «kəpənəkləri»
apararkən, o biri «kəpənəklər» cəld «gülün» üstünə qonub
durduqları yerdə hərəkətsiz dayanırlar. Bu zaman otaqda – meydançada sakitlik olur.
Tərbiyəçinin yenidən «tutun» işarəsi ilə qalan 2 uşaq «kəpənək» tutmağa gedir.
3-5 «kəpənək» tutduqdan sonra hər uşağın neçə «kəpənək» tutduğu qeyd olunur. Sonra «kəpənək»
tutmaq üçün başqa uşaqlar seçilir və oyun yenidən başlanır.
Oyunu 6-8 dəfə təkrar etmək olar.
Əsas hərəkət – dartınma halqadan keç
Meydançanın mərkəzində bir-birindən 1 – 2 addım aralı məsafədə 5 – 6 halqa qoyulur.
Meydançanın (otağın) bir tərəfində bir xətt üzərində halqalarla qarşı-qarşıya onların sayı qədər
bayraqlar düzülür. Meydançanın o biri tərəfində yenə bir xətt çəkilir. Xəttin o tərəfində uşaqlar 5-6
manqaya bölünüb düzlənirlər.
Hər manqa öz halqasının qarşısında sıraya düzülür. Tərbiyəçinin «Başlayın» işarəsi ilə hər manqada
dayanmış birinci uşaq öz halqasının yanına qaçıb çöməlir və halqanı götürüb
onu yerə qoyaraq şaquli
vəziyyətdə saxlayır. Tərbiyəçinin : «Bir, iki, üç» - deməsi ilə manqalarda ikinci dayanmış uşaqlar
qaçırlar. Onlar halqanın içindən keçir, bayraqların yanına qaçıb onları yuxarı qaldırırlar.
Sonra həmin uşaqlar bayraqları yerinə qoyaraq halqaları tutan yoldaşlarını əvəz edirlər. Onlar isə
qaçıb öz manqasının axırında dayanırlar. Yenə də birinci dayanmış uşaqlar tərbiyəçinin: «Bir, iki, üç,
qaç» işarəsi ilə bayraqlara tərəf qaçırlar. Hər dəfə manqadakı birinci uşaq bayrağı götürməyə qaçdıqda, o
biriləri manqa xəttinə doğru irəli gəlirlər. Bayrağı yuxarı qaldıran uşaqların sayı çox olan manqa oyunu
udmuş olur.
Halqanı tut
İki uşaq kiçik məsafə, iki-üç metrlik məsafədə qarşı-qarşıya dayanırlar. Onlardan biri əlindəki kiçik
halqanı atır, o biri isə tutur (əvvəllər əl ilə, sonralar ağacla tutur). Bu bacarıqlara
yiyələndikdən sonra
uşaqlar oyun variantının öhdəsindən asanlıqla gəlir və onu həvəslə oynayırlar.
Uşaqlar cüt-cüt ayrılaraq 3 – 4 metr məsafədə qarşı-qarşıya dayanırlar. Onlardan birində (şərtə görə)
əlində ağac, digərində isə ağac və bir neçə halqa olur (əvvəllər 2, sonra 3-4), axırıncı halqanı ağacın
ucuna keçirib onlar bir-bir öz yoldaşlarına tərəf atır, o da öz ağacı ilə halqanı tutur, halqaların hamısı
atıldıqda tutulan halqalar sayılır, bundan sonra uşaqlar rollarını dəyişirlər.
Çoxlu halqa tutmuş uşaq oyunda qalib hesab olunur.
Bayrağın yanına kim tez qaçar
Uşaqlar otağın bir tərəfində düzülmüş stullarda otururlar. Bunlardan 8-6 addım aralı xətt çəkilir ki,
bunun da üzərində 4 – 5 uşaq dayanır.
Otağın (meydançanın) o biri tərəfində çəkilmiş xətdən 18-20 addım məsafədə hər bir uşağın
qarşısına stul düzülür və üzərində bayraq qoyulur. Stullar bir cərgədə qoyulmalıdır.
Tərbiyəçinin: «Bir, iki, üç, qaç» - deməsi ilə xətt üzərində dayanmış uşaqlar bayrağa tərəf qaçıb
onları götürür və yuxarı qaldıraraq, yenə də yerinə qoyurlar.
Tərbiyəçi bayrağı birinci qaldıran uşağı qeyd edir, sonra onlar gedib öz yerlərində otururlar.
Yenidən 4-5 uşaq gəlib həmin xəttin üzərində dayanır.
Hər uşağın bir dəfə bayrağa tərəf qaçması ilə oyun qurtarır. Oyunu iki-üç dəfə təkrar etmək olar.
Çoban
Yer: Meydança və ya dəhliz.
Hazırlıq: meydançanın mərkəzində iki konsentrik dairə çəkilir. Birincinin diametri 2 metr, ikincinin
diametri isə 4 metrdir.
Oyunun təsviri: Bütün oyunçular iki bərabər komandaya bölünürlər. Komandaların kapitanları
(«çoban») seçilir. Püşkə əsasən komandanın biri dairəyə daxil olur. Həmin komandanın kapitanı birinci
və ikinci dairənin arasında gəzişir, özünü və yoldaşlarını hücumçulardan qoruyur.
Hücum edən komanda