Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə44/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------177------------------------------------ 
 
Hal-hazırda  proqramın  displeydə  qrafik təqdimatına 
imkan verən kollektiv proqramlaşdırma  texnologiyası 
işlənib hazırlanmışdır. 
Paylanmış  ekspert  sistemləri həm  çoxterminallı  bir 
hesablayıcı kompleksdə, həm də kompüter şəbəkələrində 
gerçəkləşdirilə biləndir. 
 
Hibrid ekspert sistemləri.  Hibrid ekspert 
sistemləri  məntiq-linqvistik modellərə  əsaslanan  ənənəvi 
ekspert sistemlərindən fərqli olaraq həm də  riyazi 
modellərə  əsaslanır.  Ənənəvi  avtomatlaşdırma  sistemləri 
(Layihələşdirmə  işlərinin  avtomatlaşdırılması  sistemləri, 
Avtomatlaşdırılmış  planlaşdırma  sistemləri və  Elmi-
tədqiqatların avtomatlaşdırılmış sistemləri) riyazi modellər 
üzərində  qurulmuşdur.  Buna  görə  də  bu sistemlərdə 
layihələşdiricilərin,  planlaşdırıcıların,  tədqiqatçıların  və  s. 
qeyri-formal (düsturla ifadə  edilməmiş)  xüsusi  biliklərini 
nəzərə almaq mümkün deyildir. Odur ki, riyazi modellərlə 
məntiq-linqvistik modelləri birləşdirmək çox vacibdir.  
PRİZ  və  MAVR sistemlərindən istifadə  edilərkən, 
məsələn,  avtomatlaşdırılmış  layihələşdirmə  sisteminin 
girişində  layihələşdiricinin  tərtib etdiyi texniki model 
variantı  meydana  çıxa  bilir.  PRİZ  və  ya MAVR 
sistemlərindən kənarda həyata keçirilən texniki modelin 
formalaşdırılması  zamanı  layihələşdiricilərin xüsusi 
biliklərindən  və  təcrübəsindən istifadə  edilir. Texniki 
modelin  formalaşdırılması  üçün  ekspert  alt  sisteminin 
yaradılması  və  onun  avtomatlaşdırılmış  layihələşdirmə 
sistemi ilə birləşdirilməsi nəticəsində hibrid ekspert sistem 
alınır. 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------178------------------------------------ 
 
Ümumiləşdirilmiş 
tətbiqi intellektual 
sistemlər. Bunlar ekspert alt sistemləri ilə tamamlanmış 
hesablama-məntiq sistemləri və  ya  güclü  hesablayıcı 
komponenti  olan  paylanmış  ekspert  sistemləridir. 
İntellektual  sistemlərin bütün növləri mövcud EHM və 
kompüterlər üzərində  gerçəkləşdirilir.  Bu, intellektual 
sistemlərin tətbiqi sahəsində  ilkin nəticələr almaq və 
təcrübə  toplamaq  üçün  lazımdır.  Lakin  daha  böyük 
səmərə  EHM-in  daxili  intellektuallaşdırılmasından  istifadə 
edildikdə alınır. 
 
 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------179------------------------------------ 
 
 
ELEKTRON HESABLAMA 
M
AŞINLARININ DAXİLİ 
İNTELLEKTUALLAŞDIRILMASI 
 
 
 
EHM-in  daxili  intellektuallaşdırılmasının  məqsədi, bir 
tərəfdən, elə  arxitekturalı  EHM  yaratmadan  ibarətdir ki, 
informasiya  emalının  paralelləşdirilməsi  hesabına  daha 
böyük məhsuldarlığa  nail  olmaq  mümkün  olsun,  digər 
tərəfdən də, süni intellektin spesifik məsələlərinin həllinə, 
o cümlədən, yüksək səmərəli ekspert sistemləri yara-
dılmasına istiqamətlənmə həyata keçirilsin. 
 
YÜKSƏK MƏHSULDAR EHM-LƏR 
 
Paylanmış  yaddaşı  və  yüksək paralel inormasiya 
emalı  imkanı  olan  bütün  hesablayıcı  sistemlər praktiki 
olaraq MKMD  (Множество  потоков  Команд  -  Əmrlər 
axını  çoxluğu-Verilənlər  axını  çoxluğu)  sinfinə  aid 
arxitekturaya malikdir. 
Bu  sinif  sistem  yaradılarkən  aşağıdakı  qarşılıqlı 
əlaqəli 3 problem meydana çıxır: 

 
Hesablamalar modeli; 

 
Hesablamalar modelində idarəetmə sxemi; 

 
Konkret MKMD arxitekturası. 
Hesablamalar  modeli  proqramı  əmələ  gətirən və 
verilmiş  məqamda  icrası  tələb  olunan  operatorların 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------180------------------------------------ 
 
seçilməsi prinsipini təyin edir və  aşağıdakı  modelləri 
fərqləndirməyə imkan verir: 
-
ardıcıl  hesablamalar modeli (Con  fon Neyman 
prinsipi) – operatorlar proqramçının verdiyi ardıcıllıqla icra 
edilir; 
-
verilənlər  axınları  ilə  hesablamalar modeli  (hər bir 
operator bütün arqumentlərin hazır olduğu məqamda icra 
edilir); 
-
reduksion  (Azaldılmış,  ixtisar  edilmiş)  (rekursiv 
(Özü-özünü  çağıran  funksiya) 
hesablamalar modeli  –
icrasını  hər  hansı  başqa  operator  tələb etdikdə  hərəkətə 
gələn operator; 
-
obyekt-istinad  hesablamalar modeli  (operator  – 
müraciət  (sorğu)  yönəldildikdə  fəallaşan  obyektdir.  Bu 
halda proqram müəyyən obyektlər şəbəkəsi kimi təsəvvür 
edilir). 
Hesablamalar modelləri  üçün  aşağıdakı  idarəetmə 
sxemlərindən istifadə edilir: 
-
operatorların  icrasının  idarə  edilməsi sxemi 
(məcburi ardıcıl və ya paralel icra); 
-
verilənlərdən  çıxış  etməklə  idarəetmə  sxemi 
(hesablamalar modelinin bu və  ya digər fraqmentinin 
fəaliyyətini verilənlər təyin edir); 
-
sorğuların idarə edilməsi sxemi (daxil olan sorğu bu 
və ya digər operatorun aktivliyini təyin edir). 
 
MKMD kompüterlərinin arxitekturaları. 
Universal arxitekturalı və xüsusi əlaqələri olan arxitekturalı 
MKMD kompüterləri mövcuddur. 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə