Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə8/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
30
daşlığı,  qanun  və  məhkəmə  qarşısında  bəra bərlik,  məh-
kəmə təhqiqatının aş karlığı, məhkəmələrin müstəqilliyi və 
qərəz sizliyi,  təqsirsizlik  prezump siyası,  işgəncələrin  qada-
ğan edilməsi, ölüm cəzasının ləğv edil məsi və ya məhdud-
laşdırılması, azadlıqdan məhrum edilmiş şəxs lərlə hu manist 
rəftarın təmin olunması formasında gös tərmişdir. Müxtəlif 
cür beynəlxalq cina yət lərin – köləlik, qul alveri, saxta pul ha-
zırlama, dəniz quldur lu ğu, ter ror çuluq, qadın və uşaq alveri, 
narkotik maddələr və pornoqrafik məhsulların qanunsuz ya-
yılmasının və s. ci na yətkar əməllərin cəzalındırılması üçün 
qəbul edil miş bey nəlxalq konvensiyaların böyük əhəmiyyəti 
oldu. 1927-ci ildə keçirilmiş Ci na  yət qa nunvericiliyinin va-
hid şəklə salınması üzrə beynəlxalq konfrans (Varşava) gös -
tərilən əməlləri beynəlxalq xarakterli cinayətlər kimi sistem-
ləşdirdi.
1
Dövlətlərin  daxili  hüquq  qaydasını  cinayətkar  əməl-
lərdən qorumaq məqsədi daşıyan milli cinayət hüququndan 
fərqli olan beynəlxalq cinayət hüququ bu hüququn müxtəlif 
sahələrini  yuxarıda  göstərilən  cinayətlərdən  mühafizə  et-
mək məqsədi daşıyır. Ümumən, bu cinayətlərin beynəlxalq 
xarakterli olması, onun bir dövlətin yurisdiksiyası daxilində 
olmaması  deməkdir. 
Tanınmış beynəlxalq hüquq mütəxəssisləri İ. İ. Lukaşuk 
və A. B. Naumov beynəlxalq cinayətləri sülh əleyhinə cina-
yətlər, müharibə cinayətləri və insanlıq əleyhinə cina yətlər 
hesab etməklə bey nəlxalq hüquq qayda larına qəsd edən ci-
nayətlər adlandırırlar.
2
 Bu bölgünü məqsədə uyğun hesab et-
mək olar. Ona görə ki, bu beynəlxalq cinayətlərin hər biri 
müstəqil tərkib elementlərinə malikdir. 
1
Блищенко  И.  П.,  Фисенко  И.  В.  Международный  Уголовный  Суд.  /
Предисловие  проф.  В.  П.  Лозбякова.  М.,  Закон  и  право,  ЮНИТИ,  1998

Лукашук И. И., Наумов А. В. Международное уголовное право. Учеб ник.
М.: Спарк, 1999


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
31
Bey nəlxalq təhlükəlilik dərəcəsindən, cinayətkar qəsdin 
obyek tindən və digər əlamətlərdən asılı olaraq, beynəlxalq 
cinayətlər aşağıdakı əsas qruplara bölünür
1
:
1. Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cina yət-
lər (təcavüz, genosid, Brləşmiş Millətlər Təşkilatı (BMT) he-
yətinə qarşı cinayətlər, terrorizm, müharibə cinayətləri və s.)
2. Dövlətin iqtisadi və sosial inkişafına zərər yetirən ci-
nayətlər (saxta pul və qiymətli kağızların hazırlanması, qa-
nunsuz  gəlirlərin  leqallaş dırılması,  narkotiklərin  qanunsuz 
dövriy yəsi, qaçaqmalçılıq və s. )
3.  İnsanlıq  əleyhinə  cinayətlər  (adamöldürmə,  əhalini 
məhv  etmə,  deportasiya,  ayrı-seçkilik,  köləlik,  qul  alveri, 
qadın və uşaq alveri, fahişəliyin üçüncü şəxslər tərəfin dən 
istismarı, işgəncələr, insan hüquqlarının sistematik və kütlə-
vi şəkildə pozulması və s). 
4. Açıq dəniz və kontinental şelf rejiminə qarşı yönəl-
miş  cinayətlər  (dəniz  gəmiçiliyinin  təhlükəsizliyi  əleyhinə 
yönəlmiş qeyri-qanuni aktlar, dənizdə kömək göstərməmək, 
kontinental  şelf  üzərində  yerləşən  stasionar  platformaların 
təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni aktlar, dənizin 
zərərli maddələrlə çirkləndirilməsi və s. )
5.  Hava  nəqliyyatının  təhlükəsizliyinə  qarşı  yönəlmiş 
cinayətlər  və  s. 
Bu cinayətlərin hər biri müasir dövr üçün çox aktual-
dır, amma yuxarıda qeyd olunduğu kimi insanlıq əleyhinə 
cinayətlər  indiyə  qədər  tədqiqat  predmeti  olmadığı  üçün 
onun mahiyyətini və tərkib elementlərini izah olunması çox 
əhəmiyyətlidir.  İnsanlıq  əleyhinə  cinayət lə rin  mahiyyətini 
izah etməzdən öncə “insanlıq əleyhinə ci na yətlər” anlayışı-

Международное публичное право. Учебник, 2-е изд. , перераб. и доп: Ред
К. А. Бекяшева, М. : ТК ВЕЛБИ, Проспект, 2003


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
32
nın meydana gəlmə tarixinə diqqət yetirmək lazımdır. Bey-
nəlxalq hüquqi sənədlərə əsasən, “insanlıq əleyhinə cinayət-
lər” an layışı II Dünya müha ribəsindən sonra meydana gəl-
mişdir, lakin bu o demək de yil ki, II Dünya mü haribəsinə qə-
dər insanlıq əleyhinə cinayətlər baş verməmişdir.
1
 Məsələn, 
II  Dünya  mü haribəsindən  xeyli  əv vəl,  1919-cu  ildə  Paris 
Sülh Konfransına Müharibə müəl liflərinin məsuliyyəti üzrə 
Komissiya  tərəfindən  “Cəzaların  yerinə  yetirilməsi”nə  dair 
hesabat təqdim olunmuşdu. Həmin hesabatda adamöldürmə, 
əhalini məhvetmə, sistemli terrorçuluq, mülki şəxslərə qarşı 
işgəncə və digər qeyri-insani hərəkətlərin törə dil mə si ilə bağ-
lı müddəalar öz əksini tapmışdı. Bundan başqa, 1918-ci ildə 
ermənilərin azərbaycanlılara qarşı törətdiyi sistemli ci nayət 
əməlləri nəticəsində minlərlə azərbaycanlı siyasi rəhbərlikdə 
olan ermənilər tərəfindən deportasiyaya, işgəncə lərə məruz 
qalmış,  qadınlar,  uşaqlar  və  qocalarla  amansız  rəftar  olun-
muş, kütləvi qır ğın lar baş vermiş və yüzdən çox kənd viran 
edilmişdi.
2
 Təbii ki, bu faktlar içərisində insanlıq əleyhinə ci-
nayətlərin tərkibini yaradan əməllər mövcud olmuşdur. 
II  Dünya  müharibəsindən  sonra  müasir  beynəlxalq 
hüququn inkişafı nəti cəsində bu cür cinayət əməllərinin ad-
ları konkret olaraq sistemləşdirildi və onlar in sanlıq əleyhinə 
cinayətlər  kimi  təqdim  olundu.  Demək  olar  ki,  bu  sahədə 
ilk ad dım tanınmış avropalı hüquqşünasların fikirlərini qey-
ri-rəsmi olaraq özündə əks etdirən Beynəlxalq London As-
sambleyası  (BLA)  tərəfindən  atıldı
3

BLA  fəaliyyətə  1941-ci  ilin  payızında  alman  fa şist-
lərinin törətdikləri cinayətlərə qarşı iş aparmaqla başlamış 
1
Bassиounи  M.  Cherиf.  Crиmes  agaиnst  humanиty-  Dordrecht  /Boston/ 
London:  Martиnus  Nиjhoff  Publиshers,  1992
2
Məmmədov  X.,  Məmmədov  N.  Türkiyədə  və  Azərbaycanda  erməni  mil-
lətçilərinin  ci nayətləri.  Bakı:  Elm,  2006
3
www. en. wikipedia. org/wiki/Crime_against_humanity


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə