Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə28/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   148

tarixində ilk dəfə olaraq insan təbiətin bu və ya digər hissəsini 

qorumaq  üçün  cavabdehliyi  öz  üzərinə  götürür  -  bu  sahələr 

onun praktiki fəaliyyət orbitinə daxil olmuşdur və məhsuldar 

qüvvələrin inkişafı ilə o daha da genişlənir. 

Beləliklə,  insan,  insan  cəmiyyəti  və  mədəniyyət  eyni 

vaxta həm təbiətə qarşı dayanır, həm də ona daxildir. İnsan və 

təbiətin qarşılıqlı münasibətindəki bu cür daxili ziddiyyət insan 

fikrinin  tarixində  yaranan  insanın  təbiətə  münasibətinin 

müxtəlif  mövqeyinin  mənbəyidir.  Təbiəti  mədəniyyətdən 

geridə  qalan,  nə  isə  formalaşmamış,  təşkil  olunmamış,  əqlə 

malik  olmayan  və  buna  görə  də  mədəniyyətə  nisbətən  xeyli 

aşağı  olan  kimi  qəbul  oluna  bilər.  Bu  cür  münasibət  təbiətin 

insana 

tabe 


edilməsini, 

insanın 


təbiət 

üzərindəki 

hökmranlığının zəruriliyini əsaslandıran mövqe yaradır. Lakin 

digər  mövqe  də  ola  bilər-bu  vaxt,  əksinə,  təbiət  yetkinlik 

nümunəsi kimi, həm mədəniyyətdən, həm də insandan yüksək 

olan  kimi  başa  düşülür.  Bu  mövqeyə  görə,  insan  təbiətdən 

öyrənməli,  ona  tabe  olmalıdır.  Daha  sonra  təbiəti  kortəbii 

qüvvələrin  hökmranı  kimi,  insan  əqlinə  tabe  olmayan  xaos 

kimi də başa düşürlər. Ancaq təbiəti həm də ağıllı qanunların 

hökmranlıq etdiyi kimi də, təbii zərurətin zəfər çaldığı, insanlar 

arasında  müşahidə  olunan  inadkarlığın,  özbaşınalığın, 

şıltaqlığın  olmadığı  kimi  də  qəbul  edirlər.  İnsanın  təbiətə 

baxışları bu dərəcədə ziddiyyətli, əks mövqelidir. Onların hər 

biri,  eyni  zamanda  həm  də  mümkün  olan  çoxsaylı  aralıq 

mövqelər insan fikrinin inkişafı gedişində, cəmiyyətin təbiətlə 

qarşılıqlı münasibətlərinin praktiki formalarında real olaraq öz 

təcəssümünü  tapmışdır.  Bundan  başqa,  cəmiyyət  və  təbiətin 

qarşılıqlı münasibəti haqqında məsələ, bu münasibətlərin necə 

qurulması ilə bağlı fikirlər bu gün də 

86 



böyük  əks-  səda  yaradır,  bu  məsələ  bəşəriyyət  üçün  ən  əsas 

məsələlərdən birinə çevrilmişdir. 

insanlar  tarixən  öz  şəxsi  mənafe  və  istəklərini  hər 

şeydən üstün tutmuş, öz maddi təlabatlanmn ödənilməsi üçün 

lazım  gələndə  ən  müqəddəs  hesab  olunanları  belə 

tapdalamaqdan  çəkinməmişdir.  İnsan  üçün  məqsəd  hesab 

olunan münasibətlərdən biri də onun təbiətə olan münasibətidir 

və  təəssüf  ki,  bu  münasibətlərin  lazım  olan  səviyyədə 

qurulmaması yalnız ayrı-ayrı adamlar üçün deyil, bütövlükdə 

bəşəriyyət üçün olduqca qorxulu vəziyyət yaratmışdır. Bu güıı 

hər  birimizin  sabahı,  bütövlükdə  bəşəriyyətin  gələcəyi,  bu 

münasibətlərin 

tənzimlənməsindən, 

onun 


qaydaya 

sahnmasından asılıdır. 



§1. Təbiət anlayışı. Fəlsəfi fikir tarixində təbiət və 

cəmiyyətin qarşıltqlı münasibəti haqqmda məsələ 

İlk  baxışdan  «təbiət  nədir?»  sualı  hamı  üçün  asan 

görünür, ancaq suala cavab vermək məqamında hamı müəyyən 

çətinliklərlə üzləşir. Bu çətinliyi nəzərə alaraq fikrimizə təbiət 

anlayışına yığcam tərif vemıəklə başlamaq məqsədəuyğundur. 

Təbiətə müxtəlif  yanaşmalar və ona verilən çoxsaylı tərifləri 

ümumiləşdirərək demək olar ki, təbiət sözün geniş mənasında 

bizi  əhatə  edən,  öz  sonsuz  rəngarəng  təzahürləri  ilə  özünü 

göstərən dünyadır. Təbiət özünü obyektiv reallıq kimi təzahür 

etdirir,  insan  şüurundan  kənarda  və  ondan  asılı  olmayaraq 

mövcuddur.  Sözün  dar  mənasında,  özü  də  məhz  «cəmiyyət» 

anlayışına  münasibətdə  təbiət  deyərkən,  cəmiyyət  istisna 

olmaqla, cəmiyyətin mövcudluğunun təbii şəraitinin məcmusu 

kimi  bütün  maddi  aləm  başa  düşülür.  Təbiətə,  onun 

mahiyyətinə fəlsəfi yanaşmada iki bir-birinə zidd olan nöqteyi- 

87 



nəzərləri  ayırmaq  olar.  Onlardan  biri  təbiəti  xaos,  kortəbii 

qüvvələrin,  təsadüflərin  hökmranlıq  etdiyi  aləm  kimi  qəbul 

edir.  Digərlərinə  görə  təbiətdə  təbii  zərurət  və  ciddi 

qanunauyğunluq hökm sürür. Xüsusi ilə vurğulamaq lazımdır 

ki, cəmiyyət və təbiətin qarşılıqlı münasibəti haqqında fəlsəfi 

baxışların  təkamülü,  əsasən,  cəmiyyətin  özünün  inkişaf 

səviyyəsi  ilə,  eyni  zamanda  bu  və  ya  digər  vaxtlarda 

cəmiyyətdə hakim olan iqtisadi, siyasi, dini və digər baxışlarla 

müəyyən olunur. 

Təbiətin  ilk  şərhi  fəlsəfənin  hələ  kosmoqoniyadan 

(Kainatın,  xüsusən  dünyanın  əmələ  gəlməsi  haqqında 

nəzərİ


3

^ə)  ayrılmasına  qədər  olmuşdur.  Başqa  sözlə,  bütün 

mövcudluğun  yaranması  haqqında  mifdir.  Bu  dünyanın 

yaranması,  onun  inkişafı  haqqında  elməqədərki  mifık-dini 

təlimdir. Kosmoqonik deyimlər digər mifik poetik yaradıcılıq 

abidələri  arasında  xüsusi  yer  tutur.  Onlar  Kainatın  necə 

görünməsini və burada insanın tutduğu yeri təsvir edirlər. Bu 

cür  deyimlərin  əsas  daxili  mənasını  nə  təşkil  edir?  - 

Qeyri-mütəşəkkil  xaosdan  nizama  salınmış  kosmosa  keçid. 

Kosmoqonik  miflərdə  xüsusi  yeri  məkan  və  zamanda  elə  bir 

nöqtə təşkil edir ki, məhz bu nöqtədə yaradıcılıq aktı baş tutur. 

Məhz  bu  nöqtə  «dünyanm  mərkəzi»  hesab  olunur.  «Xaos» 

yunan sözü olub «açıq görünən uçurum» kimi tərcümə olunur. 

Miflərdə  bu  sözün  altında  şeylərin  qarmaqarışıq,  formasız 

vəziyyəti nəzərdə tutulurdu. Qədim yunan kosmoqoniyasında 

xaos ilk vəziyyət, ilk şey kimi qəbul olunurdu və bundan dünya 

yığcam  kosmos  kimi  əmələ  gəlmiş  və  ya  yaradanın  əlləri  ilə 

yaradılmışdır.  Çox  güman  ki,  xaos  haqqında  baxışlar  ən 

ümumi,  tamamlanmamış  xarakter  daşıyırdı.  Xaos  çox  vaxt 

tamamlanmamış,  müsbət  tərifi,  təyin  olunması  olmayan  kimi 

təsvir edilirdi. «Hələ göy 

88 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə