Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə27/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   148

15. 

16. 


17. 

18. 


19. 

20

.

 

21

.



 

22. 

23. 


24. 

25. 


İctimai həyatın əsas sahələrinin: maddi, mənəvi və s. 

özünəməxsusluğunu sadalayın. 

Cəmiyyətin dinamikasını açan aşağıdakı əsas anla- 

yışlar; proses, fəaliyyət, dəyişiklik, inkişaf və s. təhlil 

edin. 

İctimai inkişafın istiqaməti probleminin məzmunu 



hansıdır? “Determinizm”, “volyuntarizm” anlayışla- 

rını təhlil edin. 

İctimai inkişafın ictimai və təbii amillərini sadalayın. 

İctimai həyatın dərin dəyişiklik amili kimi ictimai 

hərəkatı xarakterizə edin. Reformist və inqilabi hərə- 

katın xüsusiyyətləri hansıdır? Bu yönümdə Azər- 

baycan cəmiyyətinin müasir durumunu təhlil edin. 

İnsan cəmiyyəti nədir? Vətəndaş cəmiyyəti ideyası- 

nın məğzi. 

Cəmiyyətin sosial strukturunun mahiyyətini izah 

edin. 

İnsanların tarixi birlik formaları hansılardır? 



Milli özünüanlama və millətçilik. 

Məhəbbət, nigah və ailənin mahiyyəti. 

Demoqrafiya məsələsinin məğzi nədir? 

82 



Ədəbiyyat 

1.

 



R.Ə.Mehdiyev. Fəlsəfə. Bakı, 2010. 

2.

 



Fəlsəfə (prof F.Ramazanovun red. ilə). Bakı, 2001. 

3.

 



Paşayev V. Fəlsəfə. Bakı, 1989. 

4.

 



Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, 1996. 

5.

 



Flaeıyev Z. Fəlsəfə. Bakı, 2011. 

6.

 



Спиркин A.Г. Философия. Москва, 2002. 

7.

 



Abbasov Q., Hacıyev Z. Sosial fəlsəfə. Bakı, 2001. 

8.

 



S. Xəlilov. Lider, dövlət, cəmiyyət. Bakı, 2001. 

9.

 



Митрошенков O.A. Онтология гуманизма и 

тоталитаризма. Москва, 1993. 

10.

 

Резник Ю.М. Гражданское общество как феномен 



цивилизации. Москва, 1993. 

11.


 

Что такое общество. Москва, 1993. 

12.

 

Y.Əhmədov. Bəşəriyyət mənəvi süqut ərəfəsindədir. 



Bakı, 2011. 

13.


 

Y.Əhmədov. Ş.Quliyeva. Qloballaşma və inteqrasiya - 

mənəvi dəyərlərin cırlaşması. Bakı, 2011. 

83 



II

 FƏSIL

 

Cəmiyyətin həyatının təbii əsasları 

Təbiət fəlsəfi düşüncənin predmeti kimi sosial fəlsəfənin 

ən  aktual  problemlərindən  biridir.  «Təbiət»  anlayışı  ən  geniş 

anlayışlardandır.  Təbiətin  hadisələri  və  obyektləri  -  bu  həm 

uzaq  ulduzların  işığı,  həm  ən  xırda  elementar  hissəciklərin 

qarşılıqlı şəkildə bir-hirinə keçməsi, həm də geniş okeanlar və 

ona söykənən meşələr və çəmənliklər, böyük çaylardır. Bu həm 

də  Yer  üzərindəki  həyatın  sonsuz  müxtəlifliyidir.  «Təbiət» 

anlayışına  bütün  mövcudluq,  bütün  Kainat  daxildir  və  bu 

mənada o materiya anlayışına  yaxındır; demək  olar ki,  təbiət 

elə  materiyadır,  onun  formalarmm  bütün  müxtəlifliyi  ilə 

birlikdə götürülən materiyadır. Lakin çox vaxt bu anlayış daha 

məhdud və müəyyən mənada işlədilir və insan və bəşəriyyətin 

mövcudluğunun  təbii  şəraitinin  məcmusu  kimi  qəbul  olunur. 

Təbiətin  öyrənilməsi  onun  cəmiyyətlə  qarşılıqlı  münasibəti 

aspektində  aparılır.  Hələ  bir  neçə  onilliklər  əvvəl  onlar 

arasındakı  real  qarşılıqlı  əlaqə  çox  vaxt  bir  tərəfli  xarakter 

daşıyırdı.  Bəşəriyyət  yalnız  təbiətdən  götürür,  onun 

ehtiyatlarını istismar edir və belə hesab edirdi ki, təbii zənginlik 

sonsuz və əbədidir. Ən  yaxşı  halda bu qarşılıqlı əlaqə poetik 

xarakter  daşıyırdı:insan  təbiət  gözəlliyindən  zövq  alır,  ona 

qarşı  hörmət  və  məhəbbətlə  yanaşmağa  çağırışdan  uzağa 

getmirdi.  Bütövlükdə  isə  bəşəriyyət  emosional  çağırışdan 

uzağa  getməmişdir.  Cəmiyyətin  mövcud  olması  və  inkişafı 

üçün  təbiətin  nə  dərəcədə  əhəmiyyət  kəsb  etməsini  anlamaq 

hələ formalaşmamışdır. Bu gün 



84 


cəmiyyət  və  təbiətin  qarşılıqlı  əlaqəsi  problemi  sırf  nəzəri 

məsələ  səviyyəsini  keçmiş,  gündəlik,  həlli  tələb  olunan 

problem səviyyəsinə gəlib çatmışdır və bu problemin həllindən 

bəşəriyyətin gələcəyi asılıdır. 

Hər hansı anlayışın mənasını daha yaxşı anlamaq üçün 

bu  anlayışı  ona  əks  olan  anlayışla  birlikdə  təhlil  etmək 

lazımdır.  «Təbiət»  anlayışına  gəldikdə  isə,  ona  əks  olan 

«mədəniyyət»  anlayışıdır.  Mədəniyyət  deyərkən,  insan 

tərəfindən  mənimsənilənlər,  düzəldilənlər,  dəyiş-  dirilənlər, 

təbiət  deyərkən  isə,  insana  qarşı  dayananlar,  insandan  asılı 

olmayaraq,  öz  əsasları  və  qanunları  ilə  mövcud  olanlar  başa 

düşülür.  Mədəniyyət  sanki  insan  tərəfindən  yenidən 

dəyişdirilən  təbiətdir,  bu  mənada  insan  fəaliyyətinə  isə, 

təbiətin,  təbii  olanı  mədəni,  süni  olana  dəyişdirilməsi  kimi 

baxmaq  olar.  Təbiətin  bu  cür  yenidən  dəyişdirilməsinə 

dünyada mövcud olmağın insan üsulunun məğzi daxildir. İnsan 

öz  fəaliyyətində  sanki  özünü  təbiətə  qarşı  qoyur;  lakin  eyni 

zamanda  o  həm  də  «ana  -  təbiətin»  bir  hissəsi  və  ondan 

törəmədir. İnsan təbiətlə yaşayır, bu o deməkdir ki, təbiət onun 

bədənidir,  o  ölməmək  üçün  öz  daimi  ünsiyyət  prosesində 

onunla  olmalıdır.  «İnsanın  fiziki  həyatı  kimi  onun  mənəvi 

həyatı  da  təbiətlə  sıx  bağlıdır»  deyimi  o  deməkdir  ki,  təbiət 

özü-özü ilə qmimaz bağlıdır və insan onun bir hissəsidir. İnsan 

üçün təbiət yalnız onun mövcudluğunun təbii şəraiti, yaradıcı, 

qurucu fəaliyyəti üçün sahə deyildir. Bu münasibətin əsasında 

insan  və  təbiətin  münasibətlərinin  digər  formaları  yaranır  və 

inkişaf edir. Bu dərketmə münasibətidir  - müasir cəmiyyətdə 

ilk  növbədə  təbii  elmlər  (təbiət  haqqında  elmlər)  formasında 

həyata keçir; bu həm də təbiətə qiymət vermənin tipləridir - bu 

xeyir,  gözəllik,  gəlir  və  buna  oxşar  anlayışlarla  ifadə  olunur. 

Nəhayət, müasir dünyada öz 



85 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə