Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə29/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   148

yox idi. Mən onları Nunadan, qeyri-varlıqdan yaratdım. Mən 

qalxmağım  üçün  özümə  yer  tapmadım».  Bu  dünyanın 

yaranması  haqqında  qədim  Misir  mifində  olan  fərziyyədir. 

Başqa bir mətnə nəzər salın; «Bu hər şeyin naməlum vəziyyəti 

haqqında  nağıldır;  hər  şey  soyuq  və  sükunət  halında  idi;  hər 

şey hərəkətsiz, sakit idi; göy məkanı boş idi... Adam, heyvan, 

quş,  balıq,  ağac,  daş,  mağara,  ot,  meşələr  yox  idi.  Hələ 

birləşmiş halda olan heç nə yox idi. Hələ hərəkət edə biləcək 

heç nə yox idi. Hələ mövcud ola bilən, mövcud olacaq heç nə 

yox  idi».  Bu  mənzərəni  Mərkəzi  Amerikadakı  «Popol-Vux» 

abidəsi  təsvir  edir.  Bu  cür  mənzərə  Skandinaviya,  ved, 

şummer,  akkad,  indaist,  yunan.  Sibir  və  bir  çox  digər 

mifologiyalarda da verilir. 

Tarixən dəqiq müəyyən olunmuş ilk yunan (deməli, həm 

də ilk Avropa) şairi Hesiod (e.ə. VIII-VII əsrlər) xaos deyərkən 

bütün  şeylərin  əmələ  gəlməsinə  qədər  mövcud  olan  boş 

ölçüsüz  məkanı  başa  düşürdü.  Ereb  (əbədi  zülməti  təcəssüm 

etdirən) və Nikta (gecəni təcəssüm etdirən) ondan yaranmışdır. 

Xaos anlayışı Anaksaqorun və Platonun fəlsəfi baxışlarında da 

öz əksini tapmışdır. 

Komoqoniyada  dünya  təbii  ünsürlərdən-od,  su,  torpaq 

və havadan əmələ gəlir. Bəzən onlara beşinci ünsür  - efir də 

(qədim yunan filosoflarının təsvirlərinə görə fəzaları dolduran 

ən  xəfif  maddə)  əlavə  olunur.  Bütün  bunlar  Kosmosun 

qurulması  üçün  ilkin  materialdır.  Ünsürlər  birləşir  və  ayrılır. 

Dünya  od  və  suyun  qarşılıqlı  təsirindən  yaranır.  Bu  ilkin 

elemetlərdən  dünyanın  rəngarəngliyi  yaranır.  Təbiət  surəti 

həm  miflərdə,  həm  müxtəlif  komoqoniyalarda,  həm  də 

teoqoniyalarda  (hərfi  mənada  «Allahın  doğulması») 

yaradılmışdır.  Miflərdə  qədim  mədəniyyət  allahlarının 

mənşəyi haqqında danışılır. 

89 



Miflərdə həmişə müəyyən reallıqlar əks olunur, orada məcazi 

mənada,  fantastik  nağıllar  formasında  təbiət  hadisələrini, 

ictimai münasibətləri və insan naturasını dərk etməyə cəhd əks 

olunur. Sonralar təbiət fəlsəfəsi  yarandı və dərhal aydın oldu 

ki,  o,  kosmoqonik  süjetlərin  ümumiliyinə  baxmayaraq 

mifologiyadan kəskin şəkildə fərqlənir. Miflərdə əyani şəkildə, 

çox vaxt  simvolik  formada, təbiət  hansısa məkan kimi  təsvir 

edilir, onun daxilində ilahi və komik qüvvələrin fəaliyyəti baş 

verir. Artıq ilk naturfılosoflar yalnız təbiətin ilk baxışdan necə 

görünməsini  göstəmıəyə  cəhd  etməmiş,  həm  də  öz 

gördüklərini sübutlarla möhkəmləndirməyə çalışmışlar ki, bu 

mifologiyada  vacib  deyildir.  Antik  fəlsəfədə  təbiət  nəzəri 

düşüncənin  obyektinə  çevrildi.  Filosoflar  dünyaya,  təbiətə 

vahid,  daxilən  ziddiyyətli  olmayan  baxışlar  işləyib 

hazırlamağa cəhd etdilər. Naturfəlsəfənin mifologiyadan daha 

bir  fərqi  ondan  ibarətdir  ki,  filosoflar  miflərdə  müşahidə 

etdiyimiz kimi, insanın Kosmosda olmasını sadəcə olaraq qeyd 

etmir, insanın təbiətdəki yerini müəyyən etməyə cəhd edirlər. 

Mifoloji şüurda təbiət insana düşmən kəsilən simasız, şəxssiz 

qüvvələrin fəallıq sahəsi kimi təqdim olunur. Təbiət fəlsəfəsi 

bu  simasızhğı  aradan  götümıəyə  cəhd  edir.  İnsan  fəlsəfəyə 

hansısa şüurlu, hiss edən varlıq kimi daxil olur, onun təbiətlə 

rəngarəng münasibətləri vardır. 

Təbiət fenomenini başa düşən naturfılosoflar  bununla 

belə  onu  daxildən  dərk  etməyə  cəhd  edirlər.  Onlar  insandan 

asılı  olmayan  təbiətin  mövcudluq  qanunlarını  aşkar  etməyə 

cəhd edirlər. Başqa sözlə desək, idrak təbiətin həqiqi müstəqil 

həyatını təhrif edə biləcək insan təsəvvürlərindən təmizlənirdi. 

Maksim  Qorki  bir  dəfə  belə  bir  fikir  söyləmişdir:

 

«Səhralarda gözəllik yoxdur. 



90 


gözəllik  bədəvinin  (köçəri  ərəb  tayfası)  ürəyindədir».  Onun 

sözlərini necə başa düşək? Çox güman ki, bu sözləri belə dərk 

etmək  lazımdır  ki,  təbiətin  bir  çox  rəngləri,  onun 

qiymətləndirilməsi məhz insanın qəlbində yaranır. Filosof isə 

təbiətin öz özünə, insansız necə yaşamasını dərk etməyə çalışır. 

Hələ  «naturfəlsəfə»  sözü  işlədilməmişdən  əwəl  təbiəti 

şərh etməyə ilk yanaşmalar meydana gəlmişdir. Bunları Aralıq 

dənizi sahilindəki Milet şəhərindən olan mütəfəkkirlər inkişaf 

etdirmişlər.  İoniya  fəlsəfəsi  -  yunan  fəlsəfi  fıkrindəki  qədim 

istiqamətdir.  Milet  məktəbinin  ən  məhşur  nümayəndələri 

Fales, Anaksimandr və Anaksimen olmuşdur, ioniya fəlsəfəsi 

ilkin  materiyanın  əbədiliyi  haqqında  məsələnin  elmi 

əhəmiyyətini ilk dəfə qoymuşdur - bütün şeylər ondan yaranır 

və  ona  qayıdır.  Bu  filosofların  tədqiqat  obyekti,  əlbəttə  ki, 

təbiət  idi.  Fales  belə  hesab  edir  ki,  hər  şey  Sudan  yaranır, 

Anaksimandra görə hər şeyin əsasını apeyron təşkil edir, onu 

nə  su  kimi,  nə  də  digər  bir  şey  kimi  müəyyən  etmək  olmur. 

Dünyanın yaranmasına o, əksliklərin mübarizəsi və ayrılması 

kimi,  ilk  növbədə  soyuq  və  istinin  timsalında  baxırdı. 

Xatırladaq  ki,  Anaksimandr  yunan  fəlsəfəsində  heyvan  və 

insanın  mənşəyi  məsələsini  qoyan  ilk  filosof  olmuşdur. 

Anaksimen Fales və Anaksimandr kimi astronomik hadisələri 

öyrənmiş  və  onları  təbii  yolla  izah  etməyə  çalışmışdır.  Öz 

fəlsəfi  baxışlarında  Anaksimen  Anak-  simandırm  təlimini 

müdafiə  edir,  lakin  bu  təlimə  bir  sıra  dəyişikliklər  etmişdir. 

Anaksimenə  görə,  hər  şeyin  əsasında  hava  dayanır.  Hava 

seyrələndə  od  olur,  qatılaşanda  küləyə,  sonra  buluda,  orada 

suya, sonra torpağa, daşa və digər şeylərə çevrilir. 



91 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə