Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə37/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   148

orbital  stansiyalarda  adamlar  təbiət  nemətlərindən  istifadə 

edirlər.  Təbiət  və  bütövlükdə  kosmos  isə,  öz  növbələrində, 

insansız yaşaya və onun fəaliyyəti olmadan keçinə bilərlər. Bir 

çox milyard illər ərzində belə olmuşdur. Təbiət və cəmiyyətin 

qarşılıqlı  əlaqəsinin  dərk  olunması,  cəmiyyətin  təbiətdən 

asılılığım  qəbul  edilməsi  ən  mühüm  zərurətdir.  Maddi 

istehsalın  və  cəmiyyət  həyatının  təbiətdən  asılılığı  öz 

növbəsində  insan  fəaliyyətində  müəyyən  məhdudluq  yaradır. 

Bu ilk növbədə ictimai həyat tbaliyyəti prosesində cəmiyyətin 

təbiətə  ağıllı,  səmərəli  təsirinə  aiddir.  Burada  ən  əsas  «Çox 

ziyan vurma!» prinsipi olmalıdır. Cəmiyyətin təbiətlə qarşılıqlı 

fəaliyyəti  insan  üçün  yalnız  əməli,  fayda  və  mənfəət  güdən, 

istehsal  əhəmiyyəti  daşımır,  o,  həm  də  sağlamlıq,  əxlaqi, 

estetik,  elmi  əhəmiyyət  daşıyır.  İnsan  yalnız  təbiətdən 

«böyümür», o, həm də maddi dəyərlər istehsal etməklə, eyni 

zamanda, həm də onda «böyüyür». Eyni zamanda təbiətin hər 

şeydən əvvəl, həm də gözəlliyi, zövq verən cəhətləri var ki, bu 

da müəyyən mənada insanı rəssam, yaradıcı edir. Məhz təbiətə 

yaradıcı  münasibətin  özündən  vətən  hissi,  toıpağa  bağlılıq, 

vətənpərvərlik  hissi  yaranır.  «Vətən  toıpağı»,  «vətənin  nefti, 

qazı,  təbii  sərvəti,  zənginliyi  anlayışları  da  sadəcə  coğrafi 

anlayışlar,  təmiz  dil  stmkturu  olmayıb  insanın  təbiətdən 

mənəvi asılılığını göstərən bariz və əyani nümunələrdir. 

Problemin  izahında  insanın  təbii  və  ictimai  varlığının 

vəhdəti məsələsinə xüsusi diqqət yetirmək məqsədəuyğundur. 

İnsanın  təbiətdən  asılılığının  kifayət  qədər  aydın  olması  və 

təbiətin  cəmiyyətin  mövcudluğu  və  inkişafı  üçün  təbii  əsas 

olmasının  qəbul  edilməsi  alimləri  insanda  bioloji  və  təbii 

münasibətlərin  hərtərəfli  öyrənilməsinin  zəruriliyinə  gətirib 

çıxardı. Bu problemi tədqiq edənlərdə 



113 


insana,  ilk  növbədə,  bioloji  növün  nümayəndəsi  kimi, 

cəmiyyətə  isə  fərdlərin  məcmusu  kimi  baxmaq  həvəsi 

yaratmışdır.  Buradan  da  onların  fəaliyyətində  olan  əsas 

cəhətlər - bioloji qanunlara tabe olmaq cəhdləri meydana gəlir. 

Eyni  zamanda  insanda  və  cəmiyyətdə  olan  ictimai 

münasibətlərə  ikinci  dərəcəli  rol  verilir.  Psixoanaliz 

nəzəriyyəsinin  yaradıcısı  olan  Z.Freyd  belə  hesab  edir  ki, 

antropososiogenizdə  -  insanın  ietimai  genezisi  prosesində, 

insan və cəmi}^ətin əmələ gəlməsi və inkişafı prosesində əsas 

bioloji səbəb hesab olunur. Onun fikrincə, o, insana nəsillərdən 

miras qalan psixikasında, instinktində olan şüursuz başlanğıcın 

həlledici təsirində kök salmışdır. Cəmiyyət də öz növbəsində 

arzuolunmayan  heyvani  instinktlərdən  qorunmaq  üçün  əks 

ağırlıq,  məsələn  əxlaq,  mədəniyyət  fomıasmda  olan  əks  təsir 

mexanizmi işləyib hazırlayır. Bununla belə, Freyd belə güman 

edir  ki,  bu  şüursuz  instinktlər,  ilk  növbədə  cinsi  instinktlər, 

insan  davranışında  mühüm  rol  oynayır.  Mədəniyyət  isə, 

xüsusən  də  Avropa  mədəniyyəti  öz  qadağaları  ilə  bioloji 

ehtiyac  hissini  insanın  hələ  lazımınca  ifadəsini  tapmayan 

şüuruna sıxışdırır və bu da ciddi əsəb pozğunluğuna və digər 

psixi 

pozğunluğa 



gətirib 

çıxarır. 

Neofreydizmin 

nümayəndələri, xüsusən də E.From insana bioloji, o cümlədən 

seksual  amillərin  təsirinin  az  payından  danışmış  və  ietimai 

əlaqələrin, ona daxil olan tərəflərin artdığı qeyd etmişlər. Lakin 

bütövlükdə onların mühakimələrində bioloji yanaşma daha çox 

üstünlük təşkil edir. 

Fəlsəfi  antropologiyanın  nümayəndəsi  olan  M.Şeller, 

A.Qelen  və  başqaları  insana  və  cəmiyyətə  fəlsəfi,  dini  və 

estetik-elmi  yanaşmaları  birləşdirərək  baxmışlar.  Belə  ki, 

A.Qelen  orijinal  bir  konsepsiya  irəli  sürmüşdür;  bu 

konsepsiyaya görə insan heyvan aləminin digər nüma- 

114 



yondolərindən  fərqli  olaraq  anadangəlmə  «bioloji  cəhətdən 

yetkin  olmayan»  varlıqdır.  Məhz  bu  «çatışmamazlıq»  və  ya 

yaşamaq istəyi insanı fəal inkişaf etməyə və öz bacarığından 

istifadə etməyə vadar etmişdir. 

Cəmiyyət və təbiətin sıx əlaqəsi, təbiətdə heyvanların və 

cəmiyyətdə  insanların  davranışının  oxşarlığı  bir  çox 

mütəfəkkirləri  belə  bir  qənaətə  gətirmişdir  ki,  cəmiyyət  öz 

məğzinə  görə  bioloji  superorqanizmdir.  Onların  fikrincə,  o 

təbii  orqanizm  kimi  təbii  təkamül  yolu  ilə  inkişaf  edir. 

Cəmiyyətin  orqanik  (üzvi)  nəzəriyyəsi  beləcə  yarandı:  bu 

nəzəriyyənin qatı təbliğatçısı Q.Spen- ser, eyni zamanda onun 

davamçıları  olan  U.P.Lilienfelt,  A.Stronin,  A.Şeffle  və 

başqaları  oldu.  Q.Spenselin  və  onun  ardıcıllarının  orqanik 

nəzəriyyəsinin  mahiyyəti  ondan  ibarətdir  ki,  cəmiyyətin 

struktum və fəaliyyəti, işləməsi canlı orqanizmin anoloji, oxşar 

quruluşu  və  fəaliyyəti  ilə  eynidir.  Məsələn,  Q.Spensel  belə 

güman  edir  ki, 

«qan  zəncirləri  pula  bənzəyir». 

U.P.Lilienfelddə  dövlət  hökumətin  timsalında  baş-beynin 

funksiyasını  yerinə  yetirir,  o  cümlədən  ictimai  bədənin 

xəstəlikiərinə qarşı mübarizə aparan həkimlər də bu funksiyanı 

yerinə  yetirlər.  Ticarət  isə,  onun  fikrincə,  orqanizmdə  qan 

dövranı  funksiyasını  yerinə  yetirir.  A.Şefie  isə  cəmiyyətin 

iqtisadi  həyatı  və  maddələr  mübadiləsi  arasında  birbaşa 

oxşarlıq  olduğunu  qeyd  etmişdir.  Bu  «orqanik  nəzəriyyədə» 

insanların  şüurlu  fəaliyyətinin  spesifikliyi,  onların  iradə  və 

maraqlarının inkar edilməsi aydın görünür. 

Bəli, insan bioloji varlıqdır və bunu inkar etmək olmaz. 

Lakin müasir elmi təhlil göstərir ki, insan fəaliyyətinin bütün 

tərəflərini yalnız 15 faizi təmiz bioloji xarakter daşıyır. İnsan 

cəmiyyətdən  kənarda  mövcud  ola  bilməz.  Həyatın  spesifik 

ictimai tərzi insan və cəmiyyətin 



115 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə