şun komandirləri məktəbi Bakı Ali Birləşmiş komandirlər məktəbi ad-
landınldı. Kiçik hərbi mütəxəssislərin hazırlanması üçün iyunun 1-dən
Goran təlim mərkəzi bazası ayrıldı.
Azərbaycan Hərbi Hava Qüvvələri MDB aviasiya hissəsi texniki
bazasında yaradıldı. Hissənin texnikası hələ 1991-ci ilin sonlarından
respublikadan çıxarılmağa başlanmışdı. Lakin burada xidmət edən
azərbaycanlı zabitlərin sayıqlığı sayəsində hissədə olan 9 Mİ-24
vertolyotunun hamısı respublikada qaldı. Müdafiə Nazirliyinin rəhbərliyi
ilə razılaşmaya əsasən yanvann 26-da hərbi vertolyotlardan biri qaçırılıb
mülki hava limanına gətirilir. Fevralın əvvəllərində daha bir vertolyot
qaçırılır. Sonra MDB ölkələri rəhbərləri müşavirəsinin qərarına əsasən
hissənin vertolyotlan və texnikası Azərbaycan Müdafiə Nazirliyinə
verildi. Fevralın 14-də daha 5 vertolyot gətirilərək ilk Azərbaycan
avioeskadrilyası təşkil edildi və həmin gün Azərbaycan tarixinə Hərbi
Hava Qüvvələri günü kimi daxil oldu. 1992-ci ilin iyununda bu
eskadrilya əsasında ilk aviapolk yaradıldı.
1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz
Qüvvələri qərargahı, mühafizə və təminat rotası yaradıldı.
MDB qoşunları komandanlığı hərbi dəniz qüvvələri Baş qərargahı
ilə danışıqlar nəticəsində aprelin 15-də «Xəzər flotiliyası qüvvə və
vasitələrinin bir hissəsinin Azərbaycan Respublikasına verilməsi şərtləri
və prinsipləri haqqında protokob> imzalandı.
Flotiliyanm qüwə və vəsaitinin 25 faizi Azərbaycan Respublikasının
ixtiyanna keçdi. Ali Hərbi dənizçilik məktəbi də Azərbaycan
Respubilkası- na verildi. İyunun 26-da «Bakıb> keşikçi gəmisində
Azərbaycan Respubli- kasmm dövlət bayrağı qaldınidı. Lakin
Azərbaycana verilən obyektlər, texnika heç də yaxşı vəziyyətdə deyildi.
Texnika qəsdən sıradan çıxanlır, cihazlar sökülüb apanlırdı. Dağılan
Sovet ordusundan Azərbaycana çatacaq silahlann və texnikanm bir
hissəsinin respublikada qalması yeni milli hərbi hissələrin təşkil
edilməsinə imkan verdi. Mayın 25-də «Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin zabit iclasları haqqında» Əsasnamə qüvvəyə mindi. İyunun
sonlarından orduda yazışmaların Azərbaycan dilində apanl- masına, milli
atributlann tətbiqinə başlandı. Silahlı hissələr və birləşmələr yaratmaq
müstəsna olaraq Müdafiə Nazirliyinin səlahiyyətinə aid edilmiş, paralel
silahlı strukturlann yaradılması qadağan olunmuşdu.
Lakin respublikada yenə də Müdafiə Nazirliyi strukturuna daxil
olmayan, müxtəlif müdafiə komitələrinə və şuralarına tabe olan, çoxlu
silah və sursatı ələ keçirən dəstələr fəaliyyət göstərirdi.
484
Respublikanın silahlı qüvvələrini - ordunu, daxili qoşun hissələrini,
başqa silahlı dəstələri vahid mərkəzdən idarə etmək münkün deyildi.
1992-ci il iyunun 27-də prezident. Ali Baş Komandan bu hissələrin
fealiyyətini əlaqələndirmək üçün Müdafiə Nazirliyində vahid
komandanlıq yaradılması haqqında dekret imzalamışdı. Bu, silahlı
qüvvələrə rəhbərliyi, müvəqqəti olsa da, nizamlaya bildi.
Düşmənin öz himayədarları tərəfindən daha yaxşı silahlandınlma-
sına, təcrübəli hərbçilərə malik olmasına baxmayaraq, Azərbaycanın
igid, qeyrətli oğullan qəhrəmancasına döyüşür, ana torpağı son damla
qanlanna qədər müdafiə edirdilər. 1992-ci ildə yay hərbi əməliyyatları
yeni yaranan Azərbaycan Ordusu üçün müvəffəqiyyətli oldu.
Azərbaycan Ordusu xüsusi təyinatlı polis dəstələrinin köməyi ilə Vətən
torpaqlarının bir hissəsini düşməndən təmizləyə bildi. 1992-ci il iyunun
12-də Azərbaycan Ordusu Ağdərədə irimiqyaslı hücuma başladı. İyul-
avqust aylannda Azərbaycan Ordusunun Tərtər və Ağdam bölgələrinin
qəhrəman döyüşçüləri Ağdərə rayonunu, demək olar ki, düşməndən
təmizlədi. Goranboy bölgəsinin düşmən əlinə keçmiş torpaqlan tam azad
edildi. Avqustun əvvəllərində erməni hərbçiləri Başkənd yaşayış
məntəqəsindən qovuldu. Bu döyüşlərdə Rəmzi
N
O
\
TUZOV
,
Şaiq
Mustafayev, Yunis Əliyev, Sərhəd Zöhrabbəyov, Vəzir Orucov, Yavər
Cəbrayılov kimi yüzlərlə igid əsgəri rəşadətləri ilə düşmənə qan
uddurmuşdu.
Döyüşlərdə doğma torpaq uğrunda Azərbaycanda yaşayan xalqların
övladlan - Azərbaycan türkləri, ləzgilər, talışlar, kürdlər və başqa
xalqlann oğullan çiyin-çiyinə \'uruşurdular. Onlarla igid döyüşçü
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü (bu ad 1992-ci il
martın 25-də təsis olunub).
Avqust ayında Azərbaycan Ordusunun cənub bölmələri də hücuma
keçib ermənilərin Xocavənddəki böyük silah və sursat anbannı
partlatdılar. Hərbi hissələr iki tərəfdən hücuma keçib düşmən əlinə
keçmiş kəndləri azad etməyə, Ermənistanla Yuxarı Qarabağ arasındakı
«dəhliz»! xeyli daraltmağa müvəffəq olmuşdular. Düşmən ciddi
müqavimət göstərir, qanlı döyüşlərdə torpaqlar, yaşayış məntəqələri
dəfələrlə əldən-ələ keçirdi. Azərbaycan Ordusu hərbi hissəsini Yuxan
Qarabağı
erməni
quldurlarından
təmizləmək
əməliyyatından
yayındırmaq üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan
Respublikasının sərhəd bölgələrinə etdiyi güclü hücumlar da
müvəffəqiyyətlə dəf olunurdu.
Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan
Respublikasına təzyiq göstərib onu MDB-yə qoşmaq, orduların yenidən
Azərbay
485