Sovet Ordusunun bu ərazidəki bütün silahlan və texnikası alınıb milli
ordu hissələrinə verildi.
Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün
Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artmrdı. Xalqın
nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana, onun yanına
gedib, yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il
oktyabnn 16-da Azərbaycanın 91 nəfər ən nüfuzlu ziyalısı - alimlər,
müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər, əmək adamlan,
siyasətçilər «səs» qəzeti vasitəsilə Heydər Əliyevə bu xahişlə rəsmi
müraciət etdilər. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişləndi.
Heydər Əliyevin rəhbərliyi ilə «Yeni Azərbaycan Partiyası» təşkil edildi.
Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində
keçirildi.
Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmaq
təkliflərini qəbul etmir, müdrik məsləhətləri ilə xalqı yaxınlaşan daha
böyük fəlakətdən qurtarmaq üçün iqtidara yol göstərməyə çalışırdı.
İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan
MR-də hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla XC-ni
hakimiyyətə gətirməyə cəhd edirdi. 1992-ci il oktyabnn 24-də Xalq
Cəbhəsi yerli qurumlanna məxsus silahlı dəstələr Daxili İşlər Nazirliyi
binasını, televiziya studiyasını ələ keçirir. Qiyamçılar televiziya ilə xalqa
müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar verir. Lakin
naxçıvanlılar onları müdafiə etmədilər. Əhalinin böyük əksəriyyəti
Heydər Əliyevin çağınşı ilə ayağa qalxdı. Silahlı quldurlar dövlət
idarələrindən qovulub çıxarıldılar. Naxçıvan MR Ali Məclisinin sessiyası
iqtidarın bu respublikanın statusunu ləğv etmək kimi səfeh cəhdini də
rədd etdi.
Xalq xilas- yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü
zaman iqtidarda olan və iqtidarda olmayan Xalq Cəbhəsi üzvləri, habelə
hakimiyyəti itirmiş qüvvələr və onlann əlaltılan arasında didişmə,
satqınlıq, xəyanət yolu ilə, hətta Azərbaycamn müstəqilliyi bahasına
hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi. Güc orqanlanna
nəzarəti ələ almaq üçün Rəhim Qazıyev və Surət Hüseynovun, həmçinin
Daxili İşlər Nazirliyinin rəhbərlikdən uzaqlaşdıniması siyasi gərginliyi
daha da artırdı. Müxalifət-iqtidar qarşıdurması siyasiləşməş orduya,
cəbhədəki vəziyyətə xüsusən pis təsir edirdi.
Gəncədə 1993-cü il 4 iyun hadisələri vəziyyəti daha da ağırlaşdırdı.
Burada hökumətə tabe olmayan bir qrup zabit «Hərbi birlik», yarat
488
mışdı. Bu birlik Müdafiə Nazirliyinə tabe olmur, iqtidar hərbi müxalifətin
öhdəsindən gələ bilmirdi. Bu vaxt Əlikrəm Hümbətov ona tabe olan
silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında hakimiyyəti ələ
almağa çalışırdı. «Ləzgistan dövləti» qurmaq xülyasında olan separatçı
«Sadvab> təşkilatının silahlı quldurlan Dağıstandan Azərbaycanın Zuxul
kəndindəki sərhəd məntəqəsinə soxulmuş, atışma baş vermişdi.
Hərbi qiyamı yatırtmaq üçün hökumət Gəncəyə qoşun yeritdi,
ölkədə vətəndaş müharibəsi başlandı. İki qardaş üz-üzə dayandı, qan
töküldü. Lakin hökumət qüvvələri məğlub oldu. Üsyankar hərbi hissələr
Bakıya doğru yeriməyə, prezidentin, hökumətin istefaya getməsini tələb
etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxınlaşdılar.
İyunun 14-də Nəvai yaxınlığında ordular üz-üzə dayandı, atışma
başlandı. Danışıqlar nəticəsində qiyamçılan Lökbatan yaxınlığında və
Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün oldu. Yaranmış
vəziyyətlə əlaqədar parlamentin sədri. Baş nazir, üç güc nazirliyinin
rəhbərləri istefaya getməyə məcbur oldular.
§ 2. Heydər Əliyevin hakimiyyətə qayıdışı.
Müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi
Belə bir vəziyyətdə artıq xalqla bərabər hökumət və prezident də
kömək üçün zəngin idarəçilik təcrübəsi, ümummilli lider, ağsaqqal
nüfuzu olan Heydər Əliyevə müraciət etdilər.
Azərbaycanın görkəmli oğlu, alovlu vətənpərvər Heydər Əliyev
xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və
respublika hakim dairələrinin dəfələrlə təkidli dəvətini qəbul edib Bakıya
gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
H.Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün ağıllı,
düşünülmüş siyasi manevrlər etdi, Gəncədə danışıqlar apanb hərbi
müxalifəti neytrallaşdırdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev
Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
Öz siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, siyasi
pərakəndəlik səviyyəsinə gətirib çıxarmış AXC -Müsavat iqtidarı
komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan
qaldırmaqda köməkçi olmaq əvəzinə, müxalifətə keçdi: bəziləri qaçıb
gizləndi, bəziləri fəaliyyətlərini «dondurdu».
İyunun 17-dən 18-nə keçən gecə prezident Əbülfəz Elçibəy Bakını
gizlincə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi.
489
Ona dəfələrlə geri qayıdıb ölkəyə rəhbərlik etmək təklif olunsa da, hər
dəfə, faktiki olaraq rədd cavabı alındı. Milli Məclis iyunun 23-də
prezident səlahiyyətlərini parlamentin spikeri Heydər Əliyevə həvalə etdi.
Heydər Əliyev başlanmış vətəndaş müharibəsini dayandırmaq,
müxalif tərəflər arasında anlaşma yaratmaq məqsədilə idarəçilik bacarığı
olmayan, xarici dövlətin xüsusi orqanlannm və revanş almaq istəyən
qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real silahlı gücə malik Surət
Hüseynovu öz sayıq nəzarəti altında Baş nazir vəzifəsinə təyin etdi, güc
nazirliklərinə rəhbərlik də ona tapşırıldı.
Xalqın dəstəyinə arxalanan Prezidentin qətiyyətli və müdrik siyasəti,
yerli əhalinin böyük köməyi sayəsində yeddi cənub rayonunu əhatə edən,
avqustun 7-də elan olunmuş üzdəniraq «Talış Muğan Respublikası»
avqustun 23-də ləğv olundu, ölkənin şimal-şərq sərhəddində sadvalçılann
özbaşınalığına son qoyuldu.
Xalq öz rəhbəri ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin
qəran ilə 1993-cü il avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad
haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi
prezidentə etimadsızlıq göstərdi.
1993-
cü il oktyabrın 3-də Heydər Əliyevi Azərbaycan xalqı
alternativ əsasda səs çoxluğu ilə Respublikanın prezidenti seçdi. Bu
seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər
bəslədiyini, inandığını bir daha nümayiş etdirdi. Heydər Əliyev prezident
kimi Azərbaycan Respublikasımn dövlət müstəqilliyini qorumağa,
demokratiyanı inkişaf etdirməyə, ölkənin bazar iqtisadiyyatı yolu ilə
tərəqqisinə şərait yaratmağa, erməni təcavüzkarlanna qarşı xalqın ədaləti
müharibəsini sülh vasitələri ilə başa çatdırmağa, respublikanın ərazi
bütövlüyünü bərpa etməyə and içdi və bu istiqamətdə yorulmaq bilmədən
çalışdı.
Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsi ictimai-siyasi
sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb işə dövlət
intizamımn, qanunçuluğun, hüquq-mühafizə orqanlannm, ordunun
möhkəmləndirilməsindən başlandı.
Başıpozuq ordu düşmən dəyirmanına su tökürdü. Əvvəlki iqtidar
möhkəm, intizamlı ordu yarada bilməmişdi. Xalq öz ordusuna özgələşir,
fərarilik artırdı. Yenə də torpaqların düşmənə verilməsi ilə ölkədə siyasi
böhran yaranacağına, hakimiyyət çevrilişi olacağına ümid edənlərin və
hakimiyyəti ələ keçirmək istəyənlərin cinayətkar satqınlığı nəticəsində
1993-cü ilin yayında və payızında Azərbaycanın ərazi bütövlüyünə yeni
zərbə vuruldu. Erməni qoşunlan iyulun 23-də Ağda
490
Dostları ilə paylaş: |