Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə192/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   216

Sovet  Ordusunun  bu  ərazidəki  bütün  silahlan  və  texnikası  alınıb  milli 

ordu hissələrinə verildi. 

Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün 

Azərbaycan  xalqının  diqqətini  cəlb  edir,  ona  ümidləri  artmrdı.  Xalqın 

nümayəndələri,  qabaqcıl  ziyalılar  dəfələrlə  Naxçıvana,  onun  yanına 

gedib,  yenidən  böyük  siyasətə  qayıtmasını  xahiş  etmişdilər.  1992-ci  il 

oktyabnn  16-da  Azərbaycanın  91  nəfər  ən  nüfuzlu  ziyalısı  -  alimlər, 

müəllimlər,  jurnalistlər,  hüquqşünaslar,  həkimlər,  əmək  adamlan, 

siyasətçilər  «səs»  qəzeti  vasitəsilə  Heydər  Əliyevə  bu  xahişlə  rəsmi 

müraciət  etdilər.  Yeni  Azərbaycan  uğrunda  siyasi  hərəkat  genişləndi. 

Heydər Əliyevin rəhbərliyi ilə «Yeni Azərbaycan Partiyası» təşkil edildi. 

Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində 

keçirildi. 

Heydər  Əliyev  Azərbaycanda  yenidən  böyük  siyasətə  qayıtmaq 

təkliflərini  qəbul  etmir,  müdrik  məsləhətləri  ilə  xalqı  yaxınlaşan  daha 

böyük  fəlakətdən  qurtarmaq  üçün  iqtidara  yol  göstərməyə  çalışırdı. 

İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan 

MR-də  hakimiyyət  çevrilişi  etməyə,  qeyri-demokratik  yolla  XC-ni 

hakimiyyətə  gətirməyə  cəhd  edirdi.  1992-ci  il  oktyabnn  24-də  Xalq 

Cəbhəsi  yerli  qurumlanna  məxsus  silahlı  dəstələr  Daxili  İşlər  Nazirliyi 

binasını, televiziya studiyasını ələ keçirir. Qiyamçılar televiziya ilə xalqa 

müraciət  edib  mövcud  hakimiyyət  əleyhinə  bəyanatlar  verir.  Lakin 

naxçıvanlılar  onları  müdafiə  etmədilər.  Əhalinin  böyük  əksəriyyəti 

Heydər  Əliyevin  çağınşı  ilə  ayağa  qalxdı.  Silahlı  quldurlar  dövlət 

idarələrindən qovulub çıxarıldılar. Naxçıvan MR Ali Məclisinin sessiyası 

iqtidarın  bu  respublikanın  statusunu  ləğv  etmək  kimi  səfeh  cəhdini  də 

rədd etdi. 

Xalq  xilas-  yolunu  Heydər  Əliyevin  ölkəyə  rəhbərliyində  gördüyü 

zaman iqtidarda olan və iqtidarda olmayan Xalq Cəbhəsi üzvləri, habelə 

hakimiyyəti  itirmiş  qüvvələr  və  onlann  əlaltılan  arasında  didişmə, 

satqınlıq,  xəyanət  yolu  ilə,  hətta  Azərbaycamn  müstəqilliyi  bahasına 

hakimiyyəti  ələ  keçirmək  cəhdləri  baş  alıb  gedirdi.  Güc  orqanlanna 

nəzarəti ələ almaq üçün Rəhim Qazıyev və Surət Hüseynovun, həmçinin 

Daxili  İşlər  Nazirliyinin  rəhbərlikdən  uzaqlaşdıniması  siyasi  gərginliyi 

daha  da  artırdı.  Müxalifət-iqtidar  qarşıdurması  siyasiləşməş  orduya, 

cəbhədəki vəziyyətə xüsusən pis təsir edirdi. 

Gəncədə 1993-cü il 4 iyun hadisələri vəziyyəti daha da ağırlaşdırdı. 

Burada hökumətə tabe olmayan bir qrup zabit «Hərbi birlik», yarat 



488 


mışdı. Bu birlik Müdafiə Nazirliyinə tabe olmur, iqtidar hərbi müxalifətin 

öhdəsindən  gələ  bilmirdi.  Bu  vaxt  Əlikrəm  Hümbətov  ona  tabe  olan 

silahlı  qüvvələrdən  istifadə  edib  cənub  rayonlarında  hakimiyyəti  ələ 

almağa çalışırdı. «Ləzgistan dövləti» qurmaq xülyasında olan separatçı 

«Sadvab> təşkilatının silahlı quldurlan Dağıstandan Azərbaycanın Zuxul 

kəndindəki sərhəd məntəqəsinə soxulmuş, atışma baş vermişdi. 

Hərbi  qiyamı  yatırtmaq  üçün  hökumət  Gəncəyə  qoşun  yeritdi, 

ölkədə  vətəndaş  müharibəsi  başlandı.  İki  qardaş  üz-üzə  dayandı,  qan 

töküldü. Lakin hökumət qüvvələri məğlub oldu. Üsyankar hərbi hissələr 

Bakıya doğru yeriməyə, prezidentin, hökumətin istefaya getməsini tələb 

etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxınlaşdılar. 

İyunun  14-də  Nəvai  yaxınlığında  ordular  üz-üzə  dayandı,  atışma 

başlandı.  Danışıqlar  nəticəsində  qiyamçılan  Lökbatan  yaxınlığında  və 

Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün oldu. Yaranmış 

vəziyyətlə  əlaqədar  parlamentin  sədri.  Baş  nazir,  üç  güc  nazirliyinin 

rəhbərləri istefaya getməyə məcbur oldular. 



§ 2. Heydər Əliyevin hakimiyyətə qayıdışı. 

Müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi 

Belə  bir  vəziyyətdə  artıq  xalqla  bərabər  hökumət  və  prezident  də 

kömək  üçün  zəngin  idarəçilik  təcrübəsi,  ümummilli  lider,  ağsaqqal 

nüfuzu olan Heydər Əliyevə müraciət etdilər. 

Azərbaycanın  görkəmli  oğlu,  alovlu  vətənpərvər  Heydər  Əliyev 

xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və 

respublika hakim dairələrinin dəfələrlə təkidli dəvətini qəbul edib Bakıya 

gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 

H.Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün ağıllı, 

düşünülmüş  siyasi  manevrlər  etdi,  Gəncədə  danışıqlar  apanb  hərbi 

müxalifəti  neytrallaşdırdı.  1993-cü  il  iyunun  15-də  Heydər  Əliyev 

Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 

Öz  siyasi  bacarıqsızlığı  ilə  ölkəni  vətəndaş  müharibəsi,  siyasi 

pərakəndəlik  səviyyəsinə  gətirib  çıxarmış  AXC  -Müsavat  iqtidarı 

komandası  Heydər  Əliyevə  bu  mürəkkəb  problemləri  aradan 

qaldırmaqda  köməkçi  olmaq  əvəzinə,  müxalifətə  keçdi:  bəziləri  qaçıb 

gizləndi, bəziləri fəaliyyətlərini «dondurdu». 

İyunun 17-dən 18-nə keçən gecə prezident Əbülfəz Elçibəy Bakını 

gizlincə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi. 

489 



Ona  dəfələrlə  geri  qayıdıb  ölkəyə  rəhbərlik  etmək  təklif  olunsa  da,  hər 

dəfə,  faktiki  olaraq  rədd  cavabı  alındı.  Milli  Məclis  iyunun  23-də 

prezident səlahiyyətlərini parlamentin spikeri Heydər Əliyevə həvalə etdi. 

Heydər  Əliyev  başlanmış  vətəndaş  müharibəsini  dayandırmaq, 

müxalif tərəflər arasında anlaşma yaratmaq məqsədilə idarəçilik bacarığı 

olmayan,  xarici  dövlətin  xüsusi  orqanlannm  və  revanş  almaq  istəyən 

qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real silahlı gücə malik Surət 

Hüseynovu öz sayıq nəzarəti altında Baş nazir vəzifəsinə təyin etdi, güc 

nazirliklərinə rəhbərlik də ona tapşırıldı. 

Xalqın dəstəyinə arxalanan Prezidentin qətiyyətli və müdrik siyasəti, 

yerli əhalinin böyük köməyi sayəsində yeddi cənub rayonunu əhatə edən

avqustun  7-də  elan  olunmuş  üzdəniraq  «Talış  Muğan  Respublikası» 

avqustun 23-də ləğv olundu, ölkənin şimal-şərq sərhəddində sadvalçılann 

özbaşınalığına son qoyuldu. 

Xalq öz rəhbəri ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin 

qəran ilə 1993-cü il avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad 

haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi 

prezidentə etimadsızlıq göstərdi. 

1993-

 

cü  il  oktyabrın  3-də  Heydər  Əliyevi  Azərbaycan  xalqı 



alternativ  əsasda  səs  çoxluğu  ilə  Respublikanın  prezidenti  seçdi.  Bu 

seçkilər  bütün  Azərbaycan  xalqının  Heydər  Əliyevə  böyük  ümidlər 

bəslədiyini, inandığını bir daha nümayiş etdirdi. Heydər Əliyev prezident 

kimi  Azərbaycan  Respublikasımn  dövlət  müstəqilliyini  qorumağa, 

demokratiyanı  inkişaf  etdirməyə,  ölkənin  bazar  iqtisadiyyatı  yolu  ilə 

tərəqqisinə şərait yaratmağa, erməni təcavüzkarlanna qarşı xalqın ədaləti 

müharibəsini  sülh  vasitələri  ilə  başa  çatdırmağa,  respublikanın  ərazi 

bütövlüyünü bərpa etməyə and içdi və bu istiqamətdə yorulmaq bilmədən 

çalışdı. 

Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsi ictimai-siyasi 

sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb işə dövlət 

intizamımn,  qanunçuluğun,  hüquq-mühafizə  orqanlannm,  ordunun 

möhkəmləndirilməsindən başlandı. 

Başıpozuq  ordu  düşmən  dəyirmanına  su  tökürdü.  Əvvəlki  iqtidar 

möhkəm, intizamlı ordu yarada bilməmişdi. Xalq öz ordusuna özgələşir, 

fərarilik artırdı. Yenə də torpaqların düşmənə verilməsi ilə ölkədə siyasi 

böhran  yaranacağına,  hakimiyyət  çevrilişi  olacağına  ümid  edənlərin  və 

hakimiyyəti  ələ  keçirmək  istəyənlərin  cinayətkar  satqınlığı  nəticəsində 

1993-cü ilin yayında və payızında Azərbaycanın ərazi bütövlüyünə yeni 

zərbə vuruldu. Erməni qoşunlan iyulun 23-də Ağda 



490 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə