Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə188/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   184   185   186   187   188   189   190   191   ...   216

prinsipi həddən ziyadə siyasiləşmiş cəmiyyətdə orduya  müxtəlif amallı 

və əqidəli adamların gəlməsinə səbəb olmuşdu. Orduda elə ilk günlərdən 

xaos yaranmağa başlamışdı. 

Müxalifət də silahlı qüvvələr yaradılmasına öz səriştəsiz hərəkətləri 

ilə mane olurdu. Ə.Elçibəy prezidentə «Qarabağ problemi»ni həll etmək 

üçün  20-25  gün  vaxt  verilməsini  tələb  edirdi.  Müdafiə  Nazirliyini  ələ 

keçirmək istəyən siyasi qüvvələr - Rəhim Qazıyev, Etibar Məmmədov, 

Fəhmin  Hacıyev  və  b.  bura  hərbçinin  deyil,  mülki  şəxsin  rəhbər  təyin 

edilməsini tələb edir, piketlər keçirirdilər. Müdafiə nazirlərinin tez- tez 

dəyişdirilməsi ordu quruculuğuna ağır zərbələr vururdu. 

Azərbaycan  Respublikasının  1991-ci  il  9  oktyabr  «Azərbaycan 

Respublikası Silahlı Qüvvələri haqqında» qanununun qüvvəyə minməsi 

haqqında  Ali  Sovetin  qərannın  hərbi  obyektləri,  silah  və  texnikanı 

invertallaşdırıb  müsadirə  etmək  tələblərinə  baxmayaraq,  rus  hərbçiləri 

mümkün  olan  hər  bir  şeyi  respublikadan  çıxarmağa,  şəxsi  adamlara 

satmağa, məhv etməyə çalışırdılar. 

Bu təxribatlardan biri də hərbi vertolyotları yandırmaq cəhdi oldu. 

Bəzi  aviasiya  hissələrindən  isə  təyyarələr  aparıldı,  hərbi  aerodrom 

dağıldı,  qiymətli  hərbi  cihazlar  məhv  edildi.  Xəzər  donanması 

gəmilərində də avadanlığa, yerüstü obyektlərin, demək olar ki, hamısına 

xəsarət yetirilmiş, sökülüb dağılmışdı. 

Belə bir şəraitdə erməni hərbi hissələri MDB qoşununun köməyi ilə 

azərbaycanlılar yaşayan kəndlərə hücumu genişləndirirdilər. Onlar 

1992-


 

ci  il  yanvarın  15-də  Kərkicahan,  fevralın  10-da  Malıbəyli, 

Quşçular kəndlərini ələ keçirdilər. Xocalı və Şuşanın mühasirəsi getdikcə 

daralırdı.  Yeni  yaradılmağa  başlanan  Azərbaycan  ordusunun  hissələri, 

xüsusi  təyinatlı  milis  və  özünümüdafiə  dəstələrinin  müqavimət 

tədbirlərinin  nizamsızlıq,  əlaqəsizlik,  satqınlıq  üzündən  baş  tutmurdu. 

Azərbaycan  Ordusunun  Şuşamn  mühasirəsini  Daşaltı  tərəfdən  qırmaq 

üçün  keçirdiyi  əməliyyat  da  tam  uğursuzluqla  nəticələndi.  Satqın 

bələdçilər  bir  taqım  əsgər  və  zirehli  maşınları  minalanmış  əraziyə 

saldılar,  ordu  böyük  tələfat  verdi,  33  nəfər  həlak  oldu,  34  nəfər  itkin 

düşdü, 36 nəfər yaralandı. 

Fevralın  ortalannda  düşmən  növbəti  dəfə  Qaradağlı  kəndinə  güclü 

hücuma başladı. Qanlı döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd 

gün  davam  edən  qeyri-bərabər  döyüşdən  sonra  ermənilər  kəndi  ələ 

keçirib  onun  92  nəfər  müdafiəçisini,  54  sakinini  vəhşicəsinə  öldürərək 

silos quyularına atdılar. Qalan əhali əsir götürüldü. 



479 


Fevralın  sonunda  Xocalı  faciəsi  törədildi.  Şəhər  uzun  müddət 

mühasirədə  olmuş,  respublika  rəhbərliyinin  cinayətkar  laqeydliyi 

üzündən  müdafiə  işləri  lazımınca  təşkil  edilməmişdi.  Xocalı  ərazi 

özünümüdafiə batalyonu heç bir zirehli texnika ilə silahlanmamışdı. Ona 

Şıx  briqadası  II  batalyonunun  cəmi  20  nəfərdən  ibarət  minaatanlar 

batareyası kömək edirdi. 

Fevralın  25-də  axşam  saat  9-da  erməni  hərbi  birləşmələri,  MDB 

qoşununun Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı, habelə 

xarici  ölkələrdən  gətirilmiş  muzdlu  quldurlar  uzun  müddət  mühasirədə 

olan  Xocalıya  hücum  etdilər.  İlk  zərbə  şəhərin  yaxınlığındakı  hava 

limanına vuruldu. Şəhərin müdafiəçiləri azsaylı və pis silahlanmış olsalar 

da, mərdliklə vuruşurdular. Xüsusi təyinatlı milis dəstəsinin komandiri, 

milis mayoru Əlif Hacıyev döyüşdə, xüsusilə fərqlənirdi. Onun rəhbərlik 

etdiyi  22  nəfərlik  dəstə  düşmənin  hava  limanına  güclü  hücumlannı  üç 

dəfə  dəf  etdi.  Lakin  qüvvələr  bərabər  deyildi.  Ə.Hacı-  yev  vəziyyətin 

çıxılmaz  olduğunu  görəndə  hava  limanının  dispetçer  məntəqəsini 

partladaraq düşmən əlinə keçməsinə imkan vermədi. 

Sonrakı  döyüşlərdə  igid  komandir  ağır  yaralanıb  qəhrəmancasına 

həlak  oldu,  ölümündən  sonra  ona  Azərbaycanın  Milli  Qəhrəmanı  adı 

verildi.  Güclü  artilleriya  hazırlığından  sonra  düşmən  tankları  zirehli 

maşınlan şəhərə soxuldu, küçə döyüşləri başlandı. Cəsur komandir Tofiq 

Hüseynovun  rəhbərlik  etdiyi  batalyonun  150-yə  qədər  dÖ3dişçüsü 

qat-qat  güclü  olan  yağı  düşmənlə  qəhrəmancasına  vuruşurdular.  Tofiq 

Hüseynov düşmənlə üç gün, üç gecə son nəfəsinədək döyüşdü, yağılan 

azdınb onlarla adamın mühasirədən çıxmasına imkan yaratdı. Axırda özü 

mühasirəyə düşdü. O, düşmənin təslim olmaq çağınşına məhəl qoymayıb 

son  gülləni  özünə  vurdu,  ana  torpağı  qucaqlayaraq  gözlərini  əbədi 

yumdu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. 

Xocalı  döyüşündə  yüzlərlə  adam  həlak  oldu,  yaralandı,  əsir 

götürüldü,  şəhər  yandınIdı.  Sağ  qalanlann  bir  hissəsi,  əsasən  qadınlar, 

qocalar  və  uşaqlar  şəhərin  şimal-şərq  istiqamətində  iki  yolla  Ağdama 

tərəf qaçmağa başladılar. Qarlı, şaxtalı gecəni ayaqyalın, başıaçıq meşədə 

keçirən  qaçqınlann  çoxunu  don  vurdu,  yaralıların  bir  hissəsi  tab 

gətirməyib öldü. Qalanlan səhəri gün Xocalıdan 6-7 km aralı Qaraqaya 

adlı yerdə meşədən çıxarkən pusquda durmuş erməni faşistləri tərəfindən 

gülləbaran  edildilər.  Yüzlərlə  köməksiz  qadın,  qoca,  uşaq  həlak  oldu. 

Xilas  olaraq  Abdal-Gülablı  kəndinə  getməyə  çalışan  qaçqınları  da 

düşmən mühasirəyə alıb atəşə tutdu. Çoxlan əsir götürüldü. Erməni 



480 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə