dı. Seçki komissiyalarına cəbhənin və başqa ictimai təşkilatlann
nümayəndələri də daxil oldu. Seçkilər alternativ əsasda keçirilirdi. 360
Azərbaycan SSR xalq deputatı mandatım almağa 1200 nəfər namizəd
irəli sürülmüşdü. Seçkilər sentyabnn 30-da keçirildi. Bəzi dairələrdə okt-
yabnn 14-də və dekabnn 16-da təkrar seçkilər oldu. Kommunistlərin
qüvvələri səfərbər etməsi, habelə fövqəladə vəziyyət, repressiyalar
seçkilərin nəticəsinə ciddi təsir göstərdi. Azad və ədalətli rəqabət təşkil
etmək mümkün olmadı. Qeyri-demokratik olan seçki qanununun özünü
də rəhbər dairələr biabırçı şəkildə pozurdular. Bu yolla onlar seçkilərin
nəticələrini saxtalaşdırıb parlamentdə yerlərin çoxunu kommunistlərə
verdilər. «Demblobıun cəmi 30 nümayəndəsi Azərbaycan SSR xalq
deputatı seçildi.
İqtidarın və xalq cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda
mübarizəyə qanşdığı bir vaxtda. Heydər Əliyev Naxçıvandan
Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə
rəhbərlik edirdi. O, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə
deputat seçildi. Heydər Əliyev müdrik, uzaqgörən siyasəti ilə xalqın
azadlıq mübarizəsini istiqamətləndirdi. 1990-cı il noyabnn 17-də
Naxçıvan parlamentinin onun sədrliyi ilə keçirilən sessiyası Muxtar
Respublikanın adından «Sovet Sosialisb) sözlərinin götürülməsi,
AXC-nin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu
barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü
qaydasında məsələ qaldınlması haqqında tarixi qərarlar qəbul etdi.
Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabnn 21-də 20 yanvar hadisəsinə
düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı,
respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və b-nın günahkar
olduqlannı qeyd etdi, xalqa indi kimlərin ona rəhbərlik etmək istədiyini
göstərdi.
Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın
5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli
təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini,
SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurlan və on- lan
aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən
çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını
hakim dairələr qulaqardına vursa da, xalq ruh yüksəkliyi ilə qarşıladı.
Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana
nümunə olmuşdu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin
sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul
etdi. Dövlətin adı dəyişdirilərək «Azərbaycan Res
468
publikası» adlandınidı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli,
ay-ulduzlu bayrağı bu respublikanın da dövlət bayrağı kimi təsdiq
olundu.
Respublikada kommunist rejimi hələ də yaşayırdı. Lakin onun
arxalandığı partiya artıq daxildən parçalanmağa başlamışdı. 1990-cı ilin
əvvəllərindən SSRt Konstitusiyasının 6-cı maddəsini ləğv etmək şüan
altında demokratik hərəkatın genişləndiyi vaxt partiya daxilində müxtəlif
cərəyanlar əmələ gəlmişdi. Azərbaycanın rəhbər kommunistləri, demək
olar ki, «Sov.İKP-də demokratik platforma»nın mövqeyində dururdular.
«Demokratik platforma» kommunizmə yetmək kimi utopik son məqsədi
inkar edir, idarəçilikdə mövcud inzibati amirliyin tədricən demokratik
metodlarla əvəz olunmasını vacib bilirdi. Lakin respublika
kommunistləri içərisində SSRİ-də qurulmuş eybəcər cəmiyyətin
sosializmlə heç bir əlaqəsi olmadığını bildirən, marksizm mənbələrindən
öyrənməyə qayıtmağı təşkil edən «Sov.İKP-də marksist platformasının
mövqeyində dayananlar da var idi. Hətta onlann bir qrupu hələ 1989-cu
ilin yayında təşkilatlanmış, «Hümmət» adlı dərgi buraxaraq öz
məqsədlərini elan etmişdilər. Bu qrup idarəçilikdə yol verdikləri ciddi
qüsurlara, cəmiyyəti böhrana saldıqlarına görə kommunist rəhbərləri
tənqid edir, bütün kommunistləri xalqın xoşbəxt gələcəyi uğrunda
mübarizə aparmağa çağın rdı.
«Humanist, demokratik sosializm» şüan altında keçən Sov. İKP
XXVIII qurultayında (1990, iyul) M.Qorbaçov mühafizəkarların güclü
müqavimətinə baxmayaraq, «demokratik platforman»! müdafiə etdi,
qurultayın yekun sənədlərinə partiyanın sosial-demokratikləşdirilmə-
sinə dair ideyalan sala bildi. O, Mərkəzi Komitə Siyasi Bürosunun res-
publikalann
partiya
rəhbərlərindən
-
birinci
katiblərdən
formalaşdırmasına nail oldu, bu orqanı ali hakimiyyət funksiyalarından
məhrum etməklə partiyaya güclü zərbə vurdu. Lakin hələ qüvvətli olan
«mühafizəkarlar» sürətlə qruplaşmağa başladılar. Azərbaycanda da belə
oldu.
Hakimiyyəti əlində saxlamağa çalışan Qorbaçov «mühafizəkarlar»!
bir növ neytrallaşdırmaq, hakim dairələrdə mübarizəni səngitmək üçün
«SSRİ-nin taleyi» məsələsini ortaya atdı. Azərbaycanda demokratik
qüvvələr, öncə Heydər Əliyev milli respublikaların müstəqilləşməsinin
qarşısını almağa yönəlmiş bu siyasəti ifşa etdi, xalqı SSRİ-nin
saxlanmasına münasibət üzrə referendumda iştirak etməməyə çağırdı.
Lakin, 1991-ci il fevralın 5-də Azərbaycan parlamentində «demblokun»
ciddi təkidinə baxmayaraq, kommunistlər birləşib SSRİ-nin
saxlanılmasına
469