Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə182/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   216

Lənkəranda  da  hadisələr  dinc  yolla  inkişaf  edirdi.  AXC  Lənkəran 

şöbəsi  rayonda  hakimiyyət  orqanlarının  fəaliyyətini  müvəqqəti 

dayandırmağı qərara aldı. 1990-cı il yanvarın 11-də gecə raykom, daxili 

işlər şöbəsi, rabitə qovşağı, mətbəə və digər dövlət müəssisələri mühasirə 

olundu,  partiya  komitəsinin,  hakimiyyət  orqanlannin  fəaliyyəti  dayan- 

dınldı. Müvəqqəti müdafiə komitəsi təsis olundu. Yanvarın 12-də xalqa 

divan  tutmaq  üçün  mexanikləşdirilmiş  hərbi  hissələr  Lənkərana 

göndərildi. Lakin qonşu Salyan, Sabirabad, Kürdəmir rayonlannda xalq 

qoşunlar keçəcək yolda canlı sipər yaratdı. 

Bütün  bunlar  hakimiyyət  böhranının,  Moskva  canişini  və  onun 

aparatının respublikadakı hadisələrə nəzarəti tam itirməsinin təzahürü idi. 

Ermənilərin təhrikçilik hərəkətləri, Azərbaycanın sərhəd kəndlərinə, 

DQMV-dəki  azərbaycanlılar  yaşayan  kəndlərə  silahlı  basqınlar  isə 

getdikcə  artırdı.  Yanvarın  12-də  Ermənistan  SSR-dən  500  nəfər  silahlı 

quldur  dəstəsi  20  vertolyotla  Xanlar  rayonunun  Quşçu  kəndinə  hücum 

edib  dinc  əhaliyə  divan  tutmuş,  onlarla  sakini,  qocam,  qadım,  uşağı 

vəhşicəsinə öldürmüşdü. 

Bütün  bu  hadisələrə  müxtəlif  vasitələrlə  münasib  şərait  yaradan 

Moskva  öz  istəyinə  nail  olmuş,  xalqı  radikallaşdıra  bilmişdi.  Əhali 

AXC-nin 6-7 yanvar 1990-cı il konfransında yeni seçilən İdarə Heyətində 

üstünlük  təşkil  edən  liberallann  deyil,  radikallann  arxasınca  gedirdi. 

Yanvarın  12-də  radikallar  Milli  Müdafiə  Şurası  (MMŞ)  təşkil  etdilər. 

Məqsəd mövcud silahlı özünümüdafiə dəstələrini birləşdirmək, yeni hərbi 

dəstələr yaratmaq və erməni hərbi birləşmələrinin hücum- lannın qarşısını 

almaq idi. 

AXC-ni  dağıtmaq,  xalq  hərəkatını  boğmaq  üçün  ən  münasib  vaxt 

yetişmişdi.  Yanvann  13-də  Bakıda  bir  erməninin  iki  azərbaycanlını 

öldürməsinə  cavab  olaraq  erməni  talanları  başlandı.  Talançı  dəstələrin 

azğın əməllərinə nə yerli hüquq-mühafizə orqanlan, nə də o zaman Bakıda 

olan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi mane oldu. 

AXC İdarə Heyəti öz bəyanatında bu cinayətləri qətiyyətlə pislədi, onların 

səbəblərini göstərdi və qeyd etdi ki, AXC humanizm, demokratiya, insan 

hüquqlarının  müdafiəsi  prinsiplərində  dayanır.  Əhalinin  köməyi  ilə 

ermənilərin  çoxu  evlərdə,  məscidlərdə,  hərbi  hissələrdə  sığınacaq 

tapmışdılar. Bu işdə AXC üzvləri xüsusi fəallıq göstərmişdilər. Talanlann 

qarşısı MMŞ özünümüdafiə dəstələrinin gücü ilə yanvann 15-də, demək 

olar  ki,  alınmışdı.  MMŞ  özünümüdafiə  dəstələri  şəhərə  tam  nəzarət 

edirdilər. Azərbaycan SSR Ali Soveti Rəya 



462 


sət Heyətinin müraciəti əsasında SSRt Ali Soveti Rəyasət Heyəti yanvarın 

15-də  «DQMV  və  bəzi  başqa  rayonlarda  fövqəladə  vəziyyət  elan 

olunması  haqqında»  fərman  verdi.  Azərbaycan  SSR  Ali  Sovetinə  təklif 

edildi  ki,  Bakı  və  Gəncə  şəhərlərində  və  başqa  yaşayış  məntəqələrində 

qadağan  saatlannın  tətbiq  edilməsi  də  daxil  olmaqla  hər  cür  lazımi 

tədbirlər görsün. Lakin respublika hökuməti iflic vəziyyətində idi. 

İmperiya  respublikada  hakimiyyət  böhranından,  bəzi  bölgələrdə 

olduğu  kimi,  Bakıda  da  Sovet  hökumətinin  devriləcəyindən,  beləliklə, 

Azərbaycanı itirəcəyindən qorxub Bakının ətrafına əlavə qoşun hissələri, 

ağır  texnika  gətirməyə  başladı.  MMŞ-nin  təşəbbüsü  ilə  şəhərin 

girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında əhali yük, minik 

maşınlannı, avtobus və trolleybuslan yan-yana düzüb barrikadalar qurdu, 

piketlər təşkil etdi. Yollarda 26 iri maneə yaradıldı. Şəhərdəki 60 qoşun 

hissəsindən 34-nün, o cümlədən Salyan kazarmalannın yolu kəsildi. 

Şəhərin  hərbi  komandanlığı  həmin  günlərdə,  buna  heç  bir  ehtiyac 

olmadığı halda, rusdilli əhalini, ilk növbədə hərbi qulluqçulann ailələrini 

Azərbaycandan  köçürməyə  başladı.  Guya  bu,  onların  təhlükəsizliyi, 

təhrikçilərin hazırladıqları basqınlardan müdafiəsi üçün' edilirdi. Əslində 

isə  məqsəd  Bakıya  qoşun  yeridilməsinin  vacibliyi  haqqında  beynəlxalq 

ictimaiyyətdə yəqinlik yaratmaq idi. 

Moskvanın Bakıya göndərdiyi emissarlann-SSRİ Ali Soveti İttifaqlar 

Sovetinin  sədri  Y.Primakov  və  Sov.İKP  MK  katibi  A.Girenko-  nun 

AXC-nin radikal və liberal qanadlannın nümayəndələri ilə ayn- aynlıqda 

görüşləri  müsbət  nəticə  vermədi.  Yanvann  17-dən  Azərbaycan  KP  MK 

binası  qarşısında  izdihamlı  mitinq  başlandı,  ümumi  tətil  elan  olundu. 

Tələb  edildi  ki,  Ermənistanın  Azərbaycana  ərazi  iddialan-  na  son 

qoyulsun,  imperiyanın  Bakı  ətrafına  yığdığı  qoşunlar  Dağhq  Qarabağa, 

daima basqmIara məruz qalan sərhəd bölgələrinə göndərilsin. 

Başqa bölgələrdə də vəziyyət gərgin idi. Xalqın tələbi ilə Naxçıvan 

MSSR Ali Soveti yanvann 19-da Muxtar Respublikanın SSRİ tərkibindən 

çıxması haqqında qərar qəbul etmişdi. 

Moskva özü radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq, onun 

nüfuzlu  təşkilatı  olan  AXC  strukturlannı  dağıtmaq  üçün  münasib  şərait 

yarada bildi. 

1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvann 

20-də  saat  24“-dan  «Bakı  şəhərində  fövqəladə  vəziyyət  tətbiq  edilməsi 

haqqında» fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq. 

463 



qırğın  törətmək  məqsədilə  qoşunlardan  istifadə  etmək  niyyəti,  aman 

verilməyəcəyi, fövqəladə vəziyyətin elan olunduğu vaxt gizli saxlanıldı. 

Fövqəladə vəziyyət, komendant saatı vaxtının əvvəlcədən elan edilməsi 

Moskvanın qanlı planlannı poza bilərdi. 

Piketçilər 

Moskvanın 

və 

respublikanın 



səlahiyyətli 

nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar 

etdikləri vədlərə inanmışdılar. Xalqa məlumat verilməsin deyə, yanvann 

19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq 

sıradan çıxan Imışdı. 

Fövqəladə  vəziyyətin  yanvann  20-də  saat  24“-dan  başlanmasına 

baxmayaraq,  qoşun  hissələri  yanvarın  19-da  saat  21-dən  Türkan-Qala 

tərefdən  şəhərə  yeridildi.  «Bakı  əməliyyatı»na  SSRİ  Müdafiə  Naziri 

D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunlan, gətirilən 

hərbi hissələr, hərbi gəmilərdən desant hücuma keçdi. Ağır hərbi texnika 

çox asanlıqla barrikadalan dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə 

edir,  eyni  zamanda  adamlan  avtomat  silahdan  güclü  atəşə  tuturdular. 

Adamlann  gizlənməsi  üçün  bir  sıra  yerlərdə  elektrik  stansi-  yalannın 

işçiləri  küçə  fənərlərini  söndürmüşdülər.  Lakin  qaçıb  müxtəlif 

sığınacaqlarda  gizlənən  adamlar  döyüş  texnikasındakı  projektorlann 

köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin küçələri yüzlərlə ölmüş və 

yaralanmış  günahsız  adamların  -  qocalann,  qadınlann,  uşaqlann  qanına 

qərq  olmuşdu.  Hərbçilər  təsadüfən  yoldan  keçənləri,  yaşayış  evlərini, 

təcili yardım maşınlarını atəşə tutur, yarahlan öldürür, meyitləri yandınr, 

təhqir edir, eybəcər hala salırdılar. Adamlan ağır hərbi texnikanın tırtıllan 

altına salır, əzabla öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq 

yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara 

köməyə getməsinə mane olurdular. 

Balada  və  respublikanın  digər  yaşayış  məntəqələrində  Sovet 

ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 

yəhudi,  3  tatar  öldürülmüş,  744  nəfər  yaralanmış,  400  nəfər  həbs 

olunmuş,  4  nəfər  itkin  düşmüşdü.  Evlər  yandınimış,  ictimai  və  şəxsi 

nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük  maddi 

ziyan  dəymişdi.  Bakı  əməliyyatında,  əsasən,  səhvən  bir-birini  atəşə 

tutmaq  hallan  ilə  əlaqədar,  25  nəfər  hərbi  qulluqçu  ölmüş,  283  nəfər 

yaralanmışdı. 

Fövqəladə vəziyyət haqqında fərman yanvann 20-də saat 7-də elan 

olunmuşdu.  Qara  yanvara  etiraz  olaraq  respublikada  40  günlük 

ümummilli tətil başlandı. 



464 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə