münasibət üzrə ümumittifaq referendumunda Azərbaycanın iştirak etməsi
haqqında qərar qəbul etdilər. Ermənistanın boykot etdiyi referendumda
Azərbaycanın iştirak etməsinin Ermənistan-Azərbaycan münaqişəsində
Moskvanın mövqeyini ikincinin xeyrinə dəyişəcəyinə ümid də bu
nəticəyə az təsir göstəıməmişdi.
Referendumda qanunla iki ay əvəzinə cəmi on gün hazırlıq görüldü.
Demokratik qüvvələr fövqəladə vəziyyət şəraitində bu üzdəniraq
«ümumxalq səsverməsini» baykot etdi. Naxçıvan MR əhalisi
referendumda iştirak etmədi. Referendum martın 17-də keçirildi.
Nəticələr saxtalaşdırıldı, guya səsvermədə iştirak edənlərin 95 faizi
SSRİ-nin saxlanılması lehinə olmuşdular.
Aprelin sonlarında SSRİ prezidenti ilə referendumda iştirak etmiş 9
respublikanın yüksəkvəzifəli şəxsləri Moskva yaxınlığında Novo-
Oqoryovadakı prezident iqamətgahında tezliklə yeni ittifaq müqaviləsi
başlanacağı haqqında razılıq (niyyət) protokolu imzaladılar. Təqdim
olunan müqavilə layihəsi kompromis xarakterli idi. Müqavilə
bağlanandan sonra altı aydan gec olmayaraq ittifaq orqanlanna yeni
seçkilər keçirilməsi və bu yolla rəqiblərin siyasi hakimiyyətdən
uzaqlaşdırılması nəzərdə tutulurdu. Moskva may-iyun aylarında
Goranboyda erməni quldurlarına köməyi azaltmaqla, həm Ermənistanı
«cəzalandırdı», həm də Mütəllibov rejimini bir qədər populyarlaşdıra
bildi. Bundan istifadə edən prezident, mövqeyini möhkəmləndirmək üçün
ümumxalq prezident seçkilərinə getməyi qərara aldı. Seçkilər sentyabrın
8-nə təyin olundu.
Heydər Əliyev imperiyanı qoruyub saxlamağa çalışan qüvvələrə, ilk
növbədə Kommunist Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirdi,
onlann riyakar siyasətini ifşa etdi və kommunist partiyasının sıralanndan
çıxdı. O, SSRİ Nazirlər Soveti Partiya təşkilatına ərizəsində qeyd edirdi:
«Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlü5di konstitusiyaya zidd
olaraq kobud şəkildə pozulub. Ermənistanla Azərbaycan arasında elan
edilməmiş müharibə gedir. Bütün bunlar «humanist ideologiyalı» Sovet
dövləti üçün adi haldır». Xalq onun bu addımını razılıqla qarşıladı.
w- Respublika rəhbərinin imperiyanı qoruyub saxlamaq istəyən
qüvvələrlə dilbirliyi, əməkdaşlığı ümumxalq narazılığına səbəb olmuşdu.
Naxçıvan MR Ali Məclisi 1991-ci il 4 sentyabr tarixli qəran ilə prezident
seçkilərini Naxçıvan MR ərazisində dayandırdı. Xalqı yolundan
döndərmək üçün Azərbaycan rəhbərliyi Naxçıvana ciddi təzyiqlər
470
göstərdi. Muxtar Respublikaya silahlı qüvvələr yeridildi. Daxili İşlər
Nazirliyinin bir qrup zabiti, Azərbaycan parlamenti deputatlanndan ibarət
böyük bir dəstə Naxçıvana göndərildi ki, yerli hakimiyyət orqanlarım bu
qəran dəyişməyə məcbur etsin. Lakin xalqın lideri Heydər Əliyev yerli
televiziya vasitəsilə bəyanət verdi və xəbərdarlıq etdi ki, Naxçıvana
təzyiq üçün gələn qüvvələr Muxtar Respublikanı tərk etməlidirlər,
əks-təqdirdə bütün əhali ayağa qalxacaqdır. İqtidar geri çəkilməyə
məcbur oldu.
Artıq «Dağlıq Qarabağ problemi» ətrafında birləşən müxtəlif siyasi
qruplar bu problemin yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra
həll oluna biləcəyi yəqinliyinə gəlmişdilər. Müstəqilliyin əldə edilməsi
yollannı isə onlar müxtəlif cür təsəvvür edirdilər. Etibar Məmmədov
AXC-nin IV konfransında (1991, 26-27 may) diskussiya açıb milli cəbhə
yaratmaq, milli azadlıq demokratiyadan deyil, demokratiyaya milli
azadlıqdan gəlmək konsepsiyasını irəli sürdü. İki platforma: birincisi,
müstəqilliyə doğru insan hüquqlannm aliliyinə zidd olmayan yollarla
getməyi vacib hesab edən «liberal-demokratlar»ın, ikincisi isə
müstəqilliyə hər bir mümkün, hətta lazım gələrsə insan hüquqlarına zidd
olan yollarla getməyi lazım bilən «millətçi-vətənpərvərlən>in
platforması formalaşdı. AXC-nin idarə heyətində artıq fikir birliyi yox
idi. Cəbhə daxilində partiyalaşma prosesi başlamışdı. Buna görə də
AXC-nin I qurultayında (1991, 13-16 iyul) idarə heyəti buraxıldı. Xalqın
azadlıq mübarizəsinə Heydər Əliyev rəhbərlik edirdi.
İmperiya hakimiyyətinin yuxarı eşolonlannda mühafizəkar
qüvvələrin müqaviməti getdikcə güclənirdi. Onların səmərəli fəaliyyəti
üçün inflyasiyanın sürətlə artması, əhalinin vəziyyətinin gündən-günə
pisləşməsi münasib şərait yaradırdı. 1991-ci ilin iyununda SSRİ Ali
Sovetinin gizli iclasında mühafızəkarlann liderləri Nazirlər Sovetinə
fövqəladə səlahiyyətlər verilməsini tələb etdilər. Bu, baş tutmadı.
İrticanın növbəti hücumu 18-19 avqust dövlət çevrilişi cəhdində təzahür
etdi. Onun başçıları Forostda (Krımda) istirahət edən Qorbaçovu
«neytrallaşdırıb», Dövlət Fövqəladə Vəziyyət Komitəsi («QKÇP») təşkil
etdilər və «demokratikləşmə»nin, «yenidənqurma»nm çıxılmaz
vəziyyətə saldığı imperiyanı iflasdan qurtarmaq üçün bütün hakimiyyəti
öz əllərinə aldılar. Lakin qiyamçılar səhv etmişdilər, onlar iri şəhərlərdə
demokratik qüvvələrin güclü olduğunu nəzərə almamışdılar. Avqustun
19-da Rusiya prezidenti B.Yeltsenin başçılığı ilə qiyama qarşı bütün
demokratik qüvvələr birləşib ayağa qalxdı. Azərbaycanda da demokra
471
tik qüvvələr, o cümlədən Heydər Əliyev «QKÇP»-nin qanunazidd
fəaliyyətinə qarşı çıxdılar. Lakin respublikanın əvvəlki prezidenti
«QKÇP»-ni müdafiə edərək ciddi siyasi səhvə yol vermişdi.
Rusiyada demokratik qüvvələrin birgə fəaliyyəti nəticəsində dövlət
çevrilişinin qarşısı alındı. Azərbaycanın hər yerində irticaya tərəfdar olan
qüvvələrə qarşı mübarizə, mitinqlər başlandı. Naxçıvanda da izdihamlı
mitinqlər keçirildi. Hərəkatı istiqamətləndirən Heydər Əliyev idi.
Mitinqlərlə Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti
tədbirlər görülməsi tələb edilirdi. Azərbaycan Respublikası Ali Sovetinin
xalqın tələbi ilə çağmlmış növbədənkənar sessiyası 1991-ci il avqustun
30-da saat 13.30-da Azərbaycan Respublikasının böyük müstəqilliyini
bərpa etmək haqqında bəyanat qəbul etdi.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT
MÜSTƏQİLLİYİNİ BƏRPA ETMƏK HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN
BƏYANNAMƏSİ
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali
dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci
ildən 1920-ci ilədək Azərbaycan Cümhuriyyətinin beynəlxalq birlik
tərəfindən tamnmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,
Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının
suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi
müstəqilliyinin əsaslan haqqında konstitusiya qanunlanna əsaslanaraq,
Azərbaycan xalqının müqəddaratı və azad inkişafın təmin olunması
üçün məsuliyyətini dərk edərək.
Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan
Azərbaycan Respublikasının bütün vətendaşlannın beynəbcalq aktlarda
nəzərdə tutulmuş bütün insan hüquqlarma və əsas azadhqlanna təminat
verərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün
təhlükəni aradan qaldırmağa çalışaraq,
Azərbaycan Respublikasının təhlülmsizliyini və dövlət sərhədlərinin
toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq.
Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin
zəruriliyini dərk edərək,
472
Dostları ilə paylaş: |