Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə187/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   ...   216

X V I I

 

F Ə S İ L  

MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI. 

SİYASİ VƏ İQTİSADİ HƏYAT 

§ 1. Siyasi böhran. Qarabağda müharibə 

Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublika* 

sı çox mürəkkəb bir şəraitdə fəaliyyət göstərməyə başlamışdı. 

Azərbaycan  Respublikasının  müstəqilliyini  dünya  dövlətləri 

tanımışdı. Onu ilk olaraq 1991-ci il noyabnn 9-da Türkiyə Respublikası, 

sonra Rumıniya (11 dekabr 1991-ci il), Pakistan (13 dekabr 1991-ci il), 

İsveçrə  (23  dekabr  1991-ci  il),  İran  (25  dekabr  1991-ci  il),  ABŞ  (23 

yanvar 1992-ci il); Rusiya (10 aprel 1992-ci il, 109-cu dövlət olaraq) və 

başqa dövlətlər də tanıdı. 1993-cü ilin əvvəllərində Azərbaycanın dövlət 

müstəqilliyini artıq 116 dövlət tanımış, 70 xarici dövlət ilə Azərbaycan 

arasında  diplomatik  əlaqələr  yaranmışdı.  Respublika  14  beynəbcalq 

təşkilata  üzv  qəbul  olunmuşdu.  O,  1991-ci  ilin  dekabnnda  İslam 

Konfransı təşkilatına,  1992-ci  ilin  fevralında Türkiyə,  İran  və  Pakistan 

dövlətlərinin  daxil  olduğu  İqtisadi  Əməkdaşlıq  Təşkilatına  üzv  oldu. 

Azərbaycan  Respublikası  Ümumavropa  təhlükəsizlik  və  əməkdaşlıq 

prosesini tənzimləyən Helsinki müqaviləsinin yekun aktına, yeni Avropa 

üçün Paris xartiyasında irəli sürülən prinsiplərə tərəfdar oldu və Avropa 

Təhlükəsizlik  və  Əməkdaşlıq  Müqaviləsinin  (ATƏM)  tamhüquqlu 

üzvləri  sırasına  qəbul  edildi.  1992-ci  il  martın  2-də  Azərbaycan 

Respublikası  Birləşmiş  Millətlər  Təşkilatına  (BMT-yə)  üzv  qəbul 

olundu, bu təşkilatın qəbul və təsdiq etdiyi bir çox mühüm beynəlxalq 

konvensiya və paktlara qoşuldu. 

Azərbaycanın  Türkiyə,  ABŞ,  İran,  Almaniya,  Fransa,  Böyük 

Britaniya və İrlandiya krallığında və b. ölkələrdə səfirlikləri açıldı. 

Azərbaycan  Respublikası  ilk  gündən  başqa  dövlətlərlə  öz 

münasibətlərini  dövlətlərin  suveren  bərabərliyi  əsasında  qurdu,  zor 

işlətməklə 

476 



hədələməmək,  dövlət  sərhədlərinin  toxunulmazlığı,  mübahisələri  dinc 

yolla  nizama  salmaq,  başqa  dövlətlərin  daxili  işlərinə  qanşmamaq 

prinsiplərini  əsas  götürdü,  xalqlann  bərabərliyini  və  onlann  öz 

müqəddəratını  təyin  etmək  hüququnu  tanıdı,  beynəbcalq  hüquqi 

öhdəlikləri  yerinə  yetirməyə  çalışdı.  Bununla  belə,  Dağlıq  Qarabağ 

probleminin  həlli  üçün  dünya  dövlətlərinin  təsirli  dəstəyini  qazanmaq, 

müharibəni  dayandırmaq  mümkün  deyildi.  İqtidar  bu  sahədəki 

fəaliyyətində problemin elə əvvəldən regionda nüfuz dairələrinin yenidən 

bölünməsi ilə bağlı beynəbcalq xarakter daşımasım, onu törədən və idarə 

edən xarici qüvvələrin siyasi və iqtisadi maraqlannm Azərbaycan  üçün 

mümkün  qədər  zərərsiz  təmin  olunması  vacibliyini  lazımınca  nəzərə 

almırdı. 

Əvvəl Sovet, sonralar MDB hərbi qüvvələrinin köməyi ilə ermənilər 

Yuxan  Qarabağda  irimiqyaslı  hərbi  əməliyyatlar  keçirmiş,  bir  sıra 

əlverişli  strateji  mövqelər  tutmuş,  azərbaycanlılan  buradan  qovub 

çıxarmağa  başlamışdılar.  1991-ci  ilin  sentyabnnda  Yuxan  Qarabağda 

qeyri-qanuni  bir  qurum,  oyuncaq  -  «Dağlıq  Qarabağ  Respublikası» 

yaradılmışdı. Hətta referendum keçirilmiş, erməni icması buna tərəfdar 

çıxmışdı.  Üzdəniraq,  oyuncaq  «respublikanın»  «Ali  Sovetinə»  seçkilər 

keçirilmişdi. Bununla əlaqədar, Azərbaycan Respublikası noyabnn 26-da 

DQMV-nin statusunu ləğv etmişdi. 

Beynəlxalq  ictimaiyyət  tərəfindən,  demək  olar  ki.  heç  bir 

müqavimətə  rast  gəlməyən,  Rusiyanın  himayəsini  açıq-aşkar  hiss  edən 

ermənilər  daha  da  azğınlaşırdılar.  1991-ci  ilin  axırlarında  Rusiya  ilə 

Ermənistan  arasında  «Dostluq,  əməkdaşlıq  və  qarşılıqlı  təhlükəsizlik 

haqqında müqavilə» bağlanmışdı. 

Azərbaycan  Respublikasının  Ali  Soveti  1991-ci  il  oktyabnn  9-da 

«Azərbaycan  Respublikası  Silahlı  Qüwələri  haqqında»  qanun  qəbul 

etmişdi.  Onun  ilk  hissələri  dekabnn  8-də  cəbhəyə  yola  salınmışdı.  İlk 

vaxtlar könüllülük əsasında qurulmuş, təcrübəli hərbçiləri az olan orduda 

ciddi nizam-intizam yaratmaq mümkün deyildi. Hərbi hissələrə müxtəlif 

siyasi  qüvvələrin  təsiri  böyük  idi.  Bəzi  ictimai  təşkilatların,  məsələn, 

AXC-nin,  hətta  ayn-ayn  şəxslərin  hərbi  dəstələri  vardı.  Hərb  sənətini 

mükəmməl  bilən  sərkərdələr  çatışmırdı.  Baş  qərargahın  işi  pis 

qurulmuşdu.  Hərbi  hissələrə  pozuculuqla  məşğul  olan  satqınlar  soxula 

bilmişdi. Güclü informasiya axınına yol verilirdi. 

Orduda korrupsiya baş alıb gedirdi. Hərbi hissələrdən silah, sursat, 

yanacaq  oğurlanır,  hətta  düşmənə  satılırdı.  Fərariliyə  qarşı  ciddi 

mübarizə apanimırdı. 

477 



Noyabnn  19-da  22  rayon  və  şəhər  özünümüdafiə  batalyonu 

yaradılması  haqqında  əmr  verildi.  Əslində  bu  işə  oktyabr  ayından 

başlanmışdı.  Qazax,  Ağstafa,  Ağdam,  Kəlbəcər,  Laçın,  Şuşa,  Qubadlı, 

Zəngilan,  Cəbrayıl,  Tovuz,  Füzuli,  Goranboy,  Xanlar,  Yevlax,  Bərdə, 

Tərtər,  Ucar,  Gədəbəy,  Şəmkir  rayonlarında,  Gəncə  və  Xocalı 

şəhərlərində  ərazi  özünümüdafiə  qüvvələri  yaradıldı.  Bu  batalyonlann 

tərkibi  yerli  əhalidən  formalaşırdı.  Bu  qüvvələr  müvəqqəti  hesab 

olunurdu  və  sonradan  ordu  hissələri  çağınşçılar  hesabına 

komplektləşdiriləndə  könüllülər,  tədricən  ehtiyata  buraxılacaqdı, 

özünümüdafiə  batalyonlarının  komandirləri,  onlann  müavinləri 

rayonların  hərbi  komissarları  tərəfindən  seçilir,  icra  hakimiyyəti 

başçılannın  razılığı  ilə  təyin  edilir  və  Müdafiə  Nazirliyinə  təqdim 

olunurdular.  Bu  batalyonlann  komandirləri  Müdafiə  Nazirliyinin 

səlahiyyətli  nümayəndələri  olmaqla  bərabər,  həm  də  rayon  icra 

hakimiyyəti  başçılannın  müdafiə  məsələləri  üzrə  müavinləri  idilər, 

özünümüdafiə batalyonlarına rəhbərlikdə ikili tabeçilik kimi yolverilməz 

bir vəziyyət yaranmışdı. Respublika prezidenti icra hakimləri vasitəsilə 

ordunu öz əlində saxlamaq istəyirdi. 

Yuxan Qarabağın Azərbaycan kəndlərinin çoxunda əsasən 1992-ci 

ilin  fevralında  yerli  əhalidən  ibarət  özünümüdafiə  bölmələri  təşkil 

olunmuşdu. Muğanlı, Əmirallar, Manikli, Günəşli, Orta Güneypəyə, Baş 

Güneypəyə,  Malıbəyli,  Gülablı,  Çərəkdar,  Xatmbəyli,  Tuğ,  Aşağı 

Əskipara, Xeyrimli, Baqanıs-Aynm kəndlərində müstəqil hərbi bölmələr 

yaradılmışdı. 

Tərtər  rayonunda  «Qurtuluş»,  «Çəpərxana»,  «Qaçaq  Nəbi»  adına 

dəstələr fəaliyyət  göstərirdi.  Sərhəd  rayonlarında  müdafiə istehkamları, 

kəşfiyyat  və  rabitə  şəbəkələri  qurulması  işi  də  özünümüdafiə  batal- 

yonlanna  tapşınimışdı.  Hərbi  vəziyyətin  kəskinləşməsi  ilə  əlaqədar 

sonralar  1992-ci  ilin  fevralında  Ağcabədi  və  Beyləqanda  da 

özünümüdafiə batalyonlan yaradılmışdı. Lakin təchizatda, səfərbərlikdə 

ciddi  qüsurlara  yol  verilirdi.  Yerli  imkanlar  hesabına  saxlanan 

batalyonlann silahlanması, hərbi işə yaxşı bələd olan zabitlərlə təchizi pis 

vəziyyətdə idi. İkili tabeçilik də onlann fəaliyyətinə mənfi təsir göstərirdi. 

Lazımi  döyüş  qabiliyyəti,  təchizatı  olmayan  və  müdafiə  taktikası 

götürməyə  məcbur  olan  bu  yerli  özünümüdafiə  qüvvələri,  xeyli  yaxşı 

silahlanmış  və  təlim  görmüş  düşmənə  qarşı,  təbii  ki,  döyüşə  bilmir, 

tez-tez məğlubiyyətə uğrayırdı. 

Formal şəkildə ordu bölmələri təşkil olunsa da, onun nə lazımınca 

silahı və sursatı, nə də geyimi vardı. Təlim keçirilmirdi, könüllülük 

478 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə