Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə189/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   216

silahlılan  yaralılara  işgəncə  verir,  meyitləri  eybəcər  hala  salır,  baş 

dərisini soyur, qadın və qızları təhqir edirdilər. 

Xocalı  soyqınmı  XX  əsrin  ən  böyük  facilərindən  biri  oldu.  Onun 

başlıca səbəbkarı erməni və rus şovinizmi idi. Rusiya Azərbaycanda öz 

nüfuzunu, ordusunu saxlamaq üçün təxribatlara rəvac verirdi. Lakin uzun 

müddət  düşmən  əhatəsində  qalmış  şəhərə  lazımi  kömək  göstərməyən, 

erməni  və  rus  hərbi  hissələrinin  geniş  hücuma  hazırlığı  haqqında 

məlumat aldıqdan sonra belə, əhalini təhlükəsiz yerlərə köçürmək üçün 

təsirli  tədbirlər  görməyən  respublika  rəhbərliyi,  habelə  hakimiyyət 

uğrunda mübarizədə Qarabağ problemindən istifadə edib siyasi kapital 

toplamağa çalışan siyasətbazlar da bu faciədə günahkar idilər. 

Xocalı soyqırımı ölkədə siyasi gərginliyi daha da artırdı. Ali Sovetin 

binası qarşısında çoxminli izdihamlı mitinqə toplaşmış xalqın tələbi ilə 

parlamentin  1992-ci  il  martın  5-6-da  keçirilən  fövqəladə  sessiyasında 

Mütəllibov istefa verməyə məcbur oldu. 

Hakimiyyətdə boşluq yaranmışdı, onu ələ keçirmək istəyən, habelə 

qisas almağa çalışan qüvvələr siyasi vəziyyəti daha da gərginləşdirməyə 

çalışırdılar. 

Siyasi oyunlann, çəkişmələrin növbəti qurbanı Şuşa və Laçın oldu. 

Şuşaya  güclü  hücum  gözlənilirdi.  Vəziyyət  1992-ci  ilin  martında 

Müdafiə Şurasında müzakirə olunmuşdu. Lakin əməli iş, demək olar ki, 

görülmürdü. Şəhər uzun müddət mühasirədə qalmışdı. Lazımi silah və 

sursatla  təmin  olunmurdu.  336-cı  polkun  180  hərbi  mütəxəssisinin  90 

ağır texnika ilə ermənilər tərəfə keçməsi məlum idi. 

Şuşanın müdafiəsində isə cəmi 24 ağır texnika dururdu. Düşünülmüş 

müdafiə planı yox idi. 

Milis silahlı qüvvələri komandanlığı ilə ordu hissələri komandanlığı 

arasında  tabeçilik  münasibətləri  qəti  müəyyənləşdirilməmişdi.  1992-ci 

ilin martında Müdafiə naziri vəzifəsini ələ keçirmiş, Rusiyanın imperi- 

yapərəst  qüvvələri  əlində  oyuncaq  olan  Rəhim  Qazıyev  hakimiyyətə 

gəlmək, ölkədə hərbi diktatura yaratmaq üçün siyasi vəziyyəti daha da 

gərginləşdirmək  məqsədilə  burada  vahid  komandanlıq  yaranmasına 

mane  olurdu.  Bununla  yanaşı,  ordu  zabitlərinin  çoxunun  hazırlıqsız, 

nizam-intizamsız  olması  da  uğursuzluqlara  gətirib  çıxartmışdı.  Hərbi 

rabitə  bərbad  vəziyyətdə  idi.  Hücum  ərəfəsində  xeyli  döyüşçü 

qısamüddətli  məzuniyyətə  buraxılmışdı.  Şuşa  batalyonunda  ştatda 

1500-ə  yaxın  döyüşçü  olduğu  halda,  şəhərdə  cəmi  500  döyüşçü  vardı. 

Mayın  7-dən  8-nə  keçən  gecə  düşmən  şəhəri  güclü  artilleriya  atəşinə 

tutdu. 

481 



Əslən Rostovdan olan Arkadi adlı bir erməninin rəhbərlik etdiyi bu 

hücumda  80-ə  yaxın  T-72  tankı,  6000-ə  yaxm  döyüşçü  iştirak  edirdi. 

Emıənilərin tərəfində xaricdən muzdla tutulmuş döyüşçülər də vuruşurdu. 

Belə bir şəraitdə hərbi texnika Şuşadan çıxanimağa başladı. Xüsusi 

milis  dəstəsi  döyüşçüləri  şəhəri  tərk  etdilər.  Minalannuş  sahələr 

zərərsizləşdirildi. Mayın 9-da səhər saat 5-də şəhər ətrafında olan postlann 

əksəriyyəti  artıq  tutulmuşdu.  Ön  mövqelərdə  duran  əsgərlər  düşmənə 

qarşı  qəhrəmanlıqla  vuruşurdular.  Səhər  düşmənin  üç  tankı  şəhərə 

girmişdi. Azərbaycan Ordusunun 533 nömrəli tankı onlardan birini vurdu, 

o biri tanklar geri qayıtmağa məcbur oldular. 

Şəhərin müdafiəçilərinə kömək göstərilmədi. Axşama yaxın köməyə 

gələn vertolyot asfalt zavodu yaxınlığında səhvən öz mövqelərimizi atəşə 

tutdu, bir PDM-i məhv etdi. 

Qayabaşı  adlanan  yerdə  mövqe  tutan  müdafiə  batalyonunun 

əsgərləri  son  nəfəsədək  vuruşurdular.  40  nəfər  şəhid  oldu.  Mühasirəyə 

düşüb əlacsız qalmış 38 döyüşçü özünü Öldürdü. Digər müdafiə dəstələri 

axşama qədər müqavimət göstərdilər. Artıq ön mövqedə vuruşan 30-40 

nəfərdən başqa şəhərdə heç kim qalmamışdı. Axşam onlar da müqaviməti 

dayandırmağa  məcbur  oldular.  Şuşa  süqut  etdi.  Döyüşlərdə  155  nəfər 

həlak oldu, 167 nəfər yaralandı. 

Şuşanın süqutu, mayın ortalannda milli hərbi hissələrin Laçını tərk 

etməyə  başlaması  siyasi  vəziyyəti  daha  da  gərginləşdirdi.  Mayın  14-də 

parlament  sessiyasında eks-prezident  tərəfdarlannın  köməyi  ilə  yenidən 

öz vəzifəsinə qaytarıldı. A.Mütəllibov dərhal ölkədə fövqəladə vəziyyət 

tətbiqi haqqında fərman verdi. 

Lakin  demokratik  qüvvələr  parlamentin  14  may  tarixli  qərannı 

konstitusiyaya  zidd  hesab  etdilər  və  onu  yenidən  totalitarizmə  qayıdış 

kimi  qiymətləndirdilər.  Bakıda  AXC-nin  qərargahı  qarşısında  etiraz 

mitinqi  başlandı.  Rəsmi  hökumət  isə  fövqəladə  vəziyyət  haqqında 

qanunauyğun  tədbirlər  həyata  keçirə  bilmədi.  Cəbhə  bölgələrindən 

Bakıya AXC-yə tabe hərbi hissələr gətirilmişdi. Xalq cəbhəsi parlamentə 

öz  qərarını  ləğv  etmək  tələbi  ilə  ultimatum  verdi.  Ultimatum  müddəti 

qurtarandan sonra mitinqçilər hərbçilərin köməyi ilə Ali Sovetin binasına 

doğru  yürüş  etdilər.  Yürüşün  önündə  zirehli  texnika  gedirdi.  Silahlılar 

«Moskva» mehmanxanası və Ali Sovetin binası üstündəki atəş nöqtələrini 

susdurdular.  Toqquşma  nəticəsində  bir  adam  öldü,  iki  nəfər  yaralandı. 

Cəbhə  tərəfdarları,  demək  olar  ki,  müqavimətsiz  parlamentin  binasına 

daxil oldular. 



482 


Müxalifət  qüvvələri  respublika  teleradio  şirkətini,  digər  mühüm 

obyektləri, habelə Prezident binasım ələ keçirdilər. Parlamentin 18 may 

sessiyasında  xalq  cəbhəsi  liderlərindən  biri  olan  İsa  Qəmbərov 

Respublika  Ali  Sovetinin  sədri  seçildi.  Bu  sessiyada  parlament 

səlahiyyətinin Milli Məclisə verilməsi haqqında qərar qəbul edildi. 

1992-


 

ci il iyunun 7-də Prezident seçkiləri keçirildi. Respublikanın 

Prezidenti Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Əliyev oldu. 

Xalq  cəbhəsinin  hakimiyyəti  ələ  keçirməsi  bu  təşkilatın  daxildən 

parçalanmasını  və  zəifləməsini  daha  da  sürətləndirdi.  AXC  fəlakətinin 

əsas  səbəbi  xalqın  rifahı  naminə  cəmiyyəti  yeniləşdirmək  yollarmı 

göstərən  konstruktiv  proqramın  olmaması,  əsasən  kəmsavad,  korafəhm 

populistlərə  aıxalamb,  ağıllı  siyasətçiləri,  aparıcı  ziyalıları  özündən 

uzaqlaşdırması idi. 

Bu  zaman  siyasət  səhnəsinə  onlarla  yeni  partiya  və  hərəkat 

rəhbərləri atılmışdı. 

1993-


 

cü  ilin  ortalanndan  respublikada  30-a  qədər  siyasi  partiya, 

cəmiyyət və hərəkat fəaliyyət göstərirdi. Bundan başqa, milli azlıqların 

ictimai və siyasi təşkilatları formalaşmağa başlamışdı. 

1992-ci  ilin  iyununda  «Siyasi  partiyalar  haqqında»  qanun  qəbul 

olunmuşdu.  1993-cü  ilin  fevralında  AHlŞ  ləğv  olundu,  əvəzinə 

Azərbaycan Həmkarlar İttifaqlan Konfederasiyası təsis edildi. 

Əhalinin  təşkilatlanma  tələbinin  belə  yüksəldiyi  dövrdə  meydana 

gəlmiş  siyasi  qüvvələrin  marağını  nəzərə  almamaq  AXC-Müsavat 

duetinin ciddi qüsuru idi. 

Xalq Cəbhəsi - Müsavat hakimiyyəti dövründə respublikada siyasi 

və  iqtisadi  böhran  dərinləşdi.  İdarəçilik  işinə,  əsasən  təcrübəsiz,  siyasi 

cəhətdən qeyri-yetkin adamlar gətirildi. Dövlətçilik dağılmağa başladı. 

Hakimiyyəti  ələ  keçirənə  qədər  addımbaşı  demokratiyadan  dəm 

vuranlar  rəhbərliyi  müxtəlif  siyasi  ambisiyalan  olan  fərasətsiz 

siyasətbazlara verməklə güc orqanlanna nəzarəti, demək olar ki, itirmiş, 

ölkədə qanunsuzluq, hərc-mərclik daha da dərinləşmişdi. Ən təhlükəli hal 

orduya rəhbərliyin əldən verilməsi idi. 

1992-ci  il  15  may  SSRİ  hərbi  əmlakının  bölüşdürülməsi  haqqında 

Daşkənd müqaviləsinə əsasən 4-cü ordu silahlannm (özü də MDB dövlət 

başçılannm 1992-ci il 14 fevral Minsk razılaşmasında nəzərdə tutulandan 

çox  az)  təhvil  verilməsi  Azərbaycan  Ordusu  təchizini  nisbətən 

yaxşılaşdırdı.  Operativ-taktiki  hazırlıq  işləri  apanidı.  Bakı  Ali 

Ümumqoşun (1991-ci il 17 dekabr) və Ali Hərbi Dənizçilik məktəbləri 

(1992-ci il 3 iyun) Müdafiə Nazirliyinə verilmişdi. Bakı Ali Ümumqo- 

483 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə