Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə191/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   216

cana  yeritmək  üçün  Rusiya  artıq  açıqca  erməni  tərəfini  dəstəkləməyə 

başlamışdı. İmperiyapərəst dairələrin əlaltılan olan Müdafiə Naziri Rəhim 

Qazıyev və onu neytrallaşdırmaq üçün prezidentin korpus komandiri və 

Qarabağda  səlahiyyətli  nümayəndə  təyin  etdiyi,  «Milli  Qəhrəman»  adı 

verdiyi Surət Hüseynov cəbhələrdə təxribat işini gücləndirdilər, ordunun 

müvəffəqiyyətlə  gedən  əməliyyatlan  dayandınidı.  Ordu  quruculuğuna 

operativ  rəhbərlik  etmək  üçün  1992-ci  ilin  sentyab-  nnda  Müdafiə 

Nazirliyində yaradılmış Hərbi Şura da vəziyyəti nizamlaya bilmirdi. 

Ermənistanın  silahlı  qüvvələri  1992-ci  il  dekabnn  10-da 

Azərbaycanın Qubadlı və Zəngilan rayonlarına soxularaq bir neçə kəndi 

ələ  keçirib,  yandırdı.  Eyni  zamanda  düşmən  Tovuz  və  Gədəbəy 

istiqamətində hücuma keçdi. Azərbaycan Ordusu və polis qoşunlan onu 

geri  oturda  bildi.  Cavab  olaraq  Ermənistan  ərazisindəki  hərbi  bazalar 

atəşə tutuldu. 

Lakin  düşmən  Rusiyanın  hərbi  köməyi  ilə  yenidən  güclü  hücuma 

keçdi.  1993-cü  il  fevralın  5-nə  keçən  gecə  Yuxan  Qarabağda 

Ermənistanın ekspedisiya korpusu MDB 7-ci ordusuna daxil olan 128-ci 

moto-  atıcı  alayının  və  muzdla  tutulmuş  əsgərlərin,  əsasən  kazakların 

iştirakı ilə Ağdərə bölgəsinə hücuma başladı. Bir az əvvəl Rusiya açıq, 

ultimatum  şəklində  Azərbaycana  bildirmişdi  ki,  o,  ya  rus  qoşununun 

köməyindən istifadə edib MDB-yə üzv olmalı, ya da yalnız öz ordusuna 

arxalanmalıdır. Azərbaycan dövləti buna razı olmadı. Qəsbkarlar martın 1 

O-dək  Ağdərə  bölgəsinin  Ağdərə  şəhərinə  qədər  bir  çox  yaşayış 

məntəqələrini ələ keçirdilər. Martın axırlannda düşmən həm Ermənistan, 

həm də Ağdərə tərəfdən Kəlbəcər rayonunu güclü atəşə tutdu. Rayonun 

müdafiəsi  təşkil  edilməmişdi.  Əksinə,  hərbi  bölmə  və  texnikanın  bir 

hissəsi rayondan çıxanlmışdı. Bu, bir tərəfdən satqın ordu rəhbərlərinin 

rus  imperiyapərəst  qüvvələrinə  nökərçilik  etməsi,  digər  tərəfdən 

respublika rəhbərliyinin Kəlbəcəri təslim etməklə Ermənistanı təcavüzkar 

dövlət  kimi  tamtma  cəhdi  ilə  bağlı  idi.  Aprelin  3-də  Kəlbəcər  düşmən 

əlinə  keçdi.  Azərbaycan  silahlı  qüvvələri  geri  çəkilərkən  respublika 

rəhbərliyinin  laqeydliyi  üzündən  əhalinin  hamısını  bölgədən  vaxtında 

çıxarmaq mümkün olmadı. 15 min nəfərə qədər sakin erməni faşistlərinin 

əlinə  keçdi.  Ermənilər  işləyə  bilməyən  qocalan,  uşaqlan  yerindəcə 

güllələyirdilər.  Evlər,  müəssisələr,  təsərrüfatlar  qarət  edilir,  mal-qara 

sürülüb apanlırdı. 

AXC -Müsavat iqtidan, əvvəlki iqtidar kimi, səriştəsiz xarici siyasəti 

ilə Azərbaycanın beynəbcalq mövqelərini daha da zəiflətmişdi. 



486 


Doğrudur,  Azərbaycan  Respublikası  1992-ci  ilin  i)oınunda  Qara  dəniz 

hövzəsində İqtisadi Əməkdaşlıq Birliyinin təsisçilərindən biri olmuş

1992-

 

ci  ilin  iyulunda  1975-ci  il  Helsinki  Yekun  aktına,  1992-ci  il 



Helsinki  sənədinə  qoşulmuşdu.  1992-ci  ilin  yazında  Dağlıq  Qarabağ 

münaqişəsini həll etmək üçün ATƏM-in Minsk qrupu təşkil edilmişdi. 

İqtidar bu geosiyasi məkanda və respublikanın sərvətlərində marağı olan 

bütün  xarici  siyasi  qüvvələri  nəzərə  alıb,  qarşılıqlı  şəkildə 

neytrallaşdırmaq xətti götürmək əvəzinə məsuliyyətsiz bəyanatlar verir, 

qonşu  dövlətlərlə  münasibətləri  daha  da  soyuqlaşdırır,  ciddi 

uğursuzluqlara düçar olurdu. Minsk qrupu çox passiv fəaliyyət göstərirdi. 

ABŞ  Azərbaycanı  Ermənistanı  blokadaya  salmaqda  günahlandınrdı. 

Konqres  1992-ci  ilin  oktyabnnda  «Azadlığı  müdafiə  aktı»na  907  saylı 

əlavə ilə Azərbaycana dövlət səviyyəsində yardım göstərilməsinə ciddi 

məhdudiyyətlər qoymuşdu. 

Bu  hadisələr  iqtidan  tam  nüfuzdan  saldı.  Xalq  bütün  ümidini 

Naxçıvan MR Ali Məclisinin sədri, dünyada ağıllı və tədbirli bir siyasətçi 

kimi tanınmış Heydər Əliyevə bağlamışdı. 

Fəaliyyətinin  ilk  dövründə  xalqın  azadlıq  mübarizəsinə  rəhbərlik 

edən AXC Heydər Əliyev tərəfindən dəstəklənirdi. Lakin hakimiyyəti ələ 

keçirəndən  sonra  AXC  bu  böyük  şəxsiyyətin  xalq  içərisindəki 

nüfuzundan  qorxur,  ona  qarşı  mübarizəyə  başlayır.  1992-ci  ilin 

iyunundan Naxçıvan Muxtar Respublikasına elektrik enerjisi verilməsi, 

iyuldan  buraya  qatarlann  hərəkəti  dayandınlır,  respublika  blokada 

vəziyyətinə düşür. Heydər Əliyev çox ağır bir şəraitdə Naxçıvan MR-i 

müvəffəqiyyətlə  idarə  edir,  1992-ci  ilin  mart  ayında  S.Dəmirəl  ilə 

görüşüb, danışıqlar aparır. Türkiyə Naxçıvana 100 min. dollar kredit verir 

və  bunun  hesabına  ərzaq,  toxum,  lazımi  avadanlıq  göndərir.  Naxçıvan 

MR  Türkiyə  elektrik  şəbəkəsinə  qoşulur.  1992-ci  il  mayın  28-də 

Naxçıvan ilə Türkiyə  arasında  Sədərək-Dilucu  «Ümid»  körpüsü  açıldı. 

1992-ci  ilin  avqustunda  Heydər  Əliyev  İran  İslam  Respublikası 

Prezidenti  ilə  görüşüb  Naxçıvanın  ehtiyaclannın  ödənilməsi  ilə  bağlı 

razılaşmalar  əldə  etdi.  İranla  Naxçıvanı  birləşdirən  yeni  körpü  açıldı. 

Naxçıvana İrandan elektrik enerjisi verildi. 

Heydər  Əliyevin  rəhbərliyi  altında  Muxtar  Respublikada  dövlət 

quruculuğu,  hakimiyyət  və  idarəetmə  işlərinin  təkmilləşdirilməsi 

sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı, 

iqtisadi  islahatlar  keçirildi,  sahibkarlığın  inkişafı  üçün  müəyyən  şərait 

yaradıldı, hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi. Keçmiş 

487 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə