Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə199/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   195   196   197   198   199   200   201   202   ...   216

qaldırmaq  mümkün  olmamışdı.  Azərbaycanın  dövlət  müstəqilliyinin 

•ardıcıl həyata keçirilməsindən narazı olan dövlətlərin iqtisadi təzyiqi də 

güclənmişdi.  Rusiya  Federasiyası  1994-cü  ilin  dekabrından  quru  və  su 

yollarını bağlayıb, İran İslam Respublikası isə 1995-ci ilin ortalann- dan 

bir  sıra  mühüm  məhsullann  ixracına  qadağa  qoyub  Azərbaycan 

Respublikasını, demək olar ki, blokadaya salmışdı. 

Hələ siyasi və hərbi sabitlik, azad iqtisadi münasibətlər üçün hüquqi 

baza zəif olduğundan xarici investisiya az idi. 

Xarici  investisiyalara  mane  olmaq  üçün  Rusiyanın  təşəbbüsü  ilə 

Xəzər  dənizinin  yenidən  bölünməsi  məsələsi  ortaya  atılmışdı  (halbuki 

hələ  SSRİ  zamanı  dənizin  respublikalara  aid  hissələri  qəti  müəyyən 

olunmuşdu). 

ölkənin  maliyyə  sistemi  bərbad  vəziyyətdə  idi.  Banklar  krediti  tə- 

minatsız  və  aşağı  faizlə  verirdi.  Kommersiya  banklan  Milli  Bankdan 

vəsait alıb kredit alverinə başlamışdı. 

Daxildə  mafioz  qüvvələr  manatı  qiymətdən  salmaq,  əhalinin 

güzəranını daha da pisləşdirib hökumətdən narazılıq yaratmaq üçün 

1993-


 

cü  il  oktyabr-noyabr  aylarında  milli  pulun  çox  hissəsini  yığıb 

gizlətdilər. Onu yenidən dövriyyəyə qaytarmaq üçün Baş nazir S.Hüsey- 

novun təşəbbüsü ilə 1 dollar 400 manata bərabər tutuldu. Manat sürətlə 

qiymətdən  düşdü.  1994-cü  ilin  avqust  ayında  Milli  Bank  Aqrarsənaye 

kompleksini  dəstəkləmək  adı  altında  60  milyard  manat  kredit  emissiya 

etdi.  Nəticədə  manatın  qiyməti  daha  da  azaldı.  1994-cü  ilin  sonlarında 

4000 manata cəmi 1 dollar düşürdü. 1994-cü ildə inflyasiya 1600 faizə 

qalxmışdı, yəni istehlak qiymətləri 16 dəfə artmışdı. Hər il orta hesabla 

daxili  ümumi  məhsul  18-20,  sənaye  məhsulu  20-25,  kənd  təsərrüfatı 

məhsulu 7-10 faiz azalırdı. Dövlət büdcəsi böyük kəsirlə icra olunurdu. 

İstehsal  zəif  olduğundan  daxili  bazar  əsasən  (70-80  faiz)  idxal 

hesabına  formalaşırdı.  1993-cü  ildə  Azərbaycan  dünyanın  30,  1996-cı 

ildə  70  ölkəsinin  2500  şirkət  və  müəssisəsi  ilə  ticari-iqtisadi  əlaqələr 

saxlayırdı.  İdxal-ixrac  əməliyyatları  1991-1996-cı  illərdə  2,3  dəfə 

çoxalmışdı.  İxracın  70  faizini  strateji  xammallar,  idxalın  böyük 

əksəriyyətini  istehlak  şeyləri  təşkil  edirdi.  İxracda  mənfi  saldo 

1993-94-cü  ilə  yaranıb  artmış,  sonra  isə  azalmağa  başlamışdı. 

Respublikada hələlik köhnə texnologiya və standartlarla istehsal olunan 

mallar  xaricə  çıxarıla  bilmir,  daxili  bazarda  isə  onlann  satılması  üçün 

şərait yaradılmırdı. Hazır məhsullar anbarlarda qalıb xarab olurdu. 

505 



Xarici  ticarətdə  orta  əsr  mübadiləsi  vasitəsi-barter  əməliyyatlanna 

geniş yer verilir, bundan ayn-ayrı dairələr külli miqdarda gəlir götürürdü. 

Dövlət, hökumət orqanlannda, inzibati orqanlarda işləyən şəxslərin 

vəzifədən  sui-istifadə  etmək  hallan,  korrupsiya  cəmiyyətin  ən  böyük 

bəlası  idi.  Xarici  Əlaqələr  Nazirliyində,  Gömrük  Komitəsi  və  onun 

idarələrində,  polis  orqanlannda  qeyri-sağlam  münasibət,  rüşvətxorluq, 

oğurluq hallanna yol verilirdi. Dövlət və özəl sektorda olan müəssisələrin 

çoxu gəlirlərini gizlədir, vergi ödəməkdən yayınırdı. Malların bir hissəsi 

öliranin sərhədlərində  400-dək  qeyri-rəsmi  keçidlərdən  ötürülür,  qeydə 

alınmırdı. 

Prezident  Heydər  Əliyev  tez  bir  zamanda  dövlət  intizamını 

gücləndirib, siyasi sabitlik yaratdı və iqtisadi tənəzzülün qarşısını almaq 

üçün  ciddi  tədbirlər  görməyə  başladı.  Yeni  iqtisadi  münasibətlərin 

formalaşmasına  münasib  şərait  yaratmaq  məqsədilə  yüzə  qədər  qanun, 

yüzlərlə  fərman  və  qərar  qəbul  edildi.  1994-cü  ilin  may  ayından 

respublikanın  maliyyə  vəziyyətini  yaxşılaşdırmaq  üçün  qəti  addımlar 

atıldı. Prezidentin 14 may 1994-cü il fərmanı ilə kredit siyasəti ciddiləş- 

dirildi. Banklararası valyuta birjasının işi nizama salındı. 

1994-

 

cü  il  aprelin  5-də  xarici  ticarəti  sərbəstləşdirmək 



haqqında  fərman  verildi.  Maliyyə  vəziyyətinin  nizama  salınması  üçün 

ciddi  tədbirlər  görüldü.  1995-ci  ilin  fevralında  Prezident  ilk  radikal 

addım  atıb  valyuta  bazan  təşkili  haqqında  fərman  verdi,  valyuta 

ehtiyatlan  bazar  vasitəsilə  tənzimlənməyə  başlandı.  1994-cü  ilin 

əvvəllərində manat  -  milli valyuta respublika ərazisində yeganə ödəniş 

vasitəsi elan olundu. Beynəbcalq Valyuta Fondu və Ümumdünya Bankı 

ilə müqavilələr bağlandı. Azərbaycan Avropa Yenidənqurma və İnkişaf 

bankına  qoşuldu.  Bəzi  sahələrə  vəsait  ayrılması  dayandın  Idı.  Büdcə 

kəsirinə  ciddi  nəzarət  edildi,  onun  artmasına  yol  verilmədi.  Nəticədə 

1995-ci ildə inflyasiya İraskin surətdə azaldı, 85 faizə endi. 1996-cı ildə 

daha  mühüm  iqtisadi  tədbirlər  görüldü,  nəticədə  inflyasiya  səviyyəsi 

cəmi 6,7 faiz oldu. Büdcə kəsiri 3 faizdən çox deyildi. Manatın dollara 

nisbətən məzənnəsi 1996-1997-ci ilin əvvəllərində 10 faiz artdı. 

1996-cı ilin ortalannda prezident daha yeni bir ciddi iqtisadi addım 

atdı  -  vergi  sistemi  təkmilləşdirildi.  Burada  ağırlıq  mərkəzi  istehsal 

üzərindən  götürülüb  istehlak  üzərinə  qoyuldu.  Əvvəllər  əməkhaqqı 

məhsulun  maya  dəyərinə  daxil  olunmur,  mənfəətdən  verilirdi  və  buna 

görə də əməkhaqqından əlavə 35 faiz kooperativ vergi tutulurdu. 



506 


1996-cı  ilin  sentyabnndan  əlavə  vergi  50  faiz  azaldıldı.  1997-ci  ilin 

əvvəllərindən isə tamamilə ləğv edildi. Müəssisələrə ümumi vergi təzyiqi 

xeyli  azaldı.  Fiziki  şəxslərdən  tutulan  vergilərin  yuxan  dərəcəsi  55 

faizdən 40 faizə endirildi, onlann gəlirlərinin vergi tutulmayan hissəsi isə 

40 min manatdan 60 min manata qaldırıldı. Eyni zamanda xarici iqtisadi 

əlaqələri  fəallaşdırmaq  üçün  gömrük  rüsumları  30-40  faizdən  15  faizə 

endirildi.  Bu  tədbirlər  nəticəsində  vergi  tutumlan  və  rüsumlardan 

büdcəyə  gəlir  2  dəfəyə  qədər  çoxaldı.  1997-ci  ildən  dövlət  büdcəsi 

xərclərini səmərəli təşkil etmək üçün maliyyə işləri xəzinədarlıq sistemi 

üzrə qurulmağa başlandı. 

Lakin  respublikanın  istehsalı  inkişaf  etdirmək  üçün  lazımi 

investisiya imkanlan yox idi. Xarici kapitalı cəlb etmək məqsədilə «açıq 

qapı»  siyasəti  yeridilməyə  başlandı.  Xarici  investorlara  və  kreditorlara 

təminat  verən,  onlan  müdafiə edən  qanunlar qəbul  olundu.  Beynəlxalq 

Valyuta Fondu, Dünya Bankı, Beynəbcalq İnkişaf Asossiasiyası, Avropa 

Yenidənqurma  və  İnkişaf  Bankı,  İslam  İnkişaf  Bankı  ilə  əməkdaşlıq 

genişləndi.  Bu, respublika maliyyə-bank  sistemini  dünya  standartlarına 

uyğunlaşdırdı.  Beynəlxalq  maliyyə  təşkilatlannın  ayırdığı  kreditlər 

ölkədə iqtisadi struktur dəyişikliklərinə, başqa iqtisadi tədbirlərin həyata 

keçirilməsinə kömək etdi. Təkcə 1995-ci ildə Dünya Bankı Azərbaycana 

reablitasiya  layihəsi  üçün  65  milyon  dollar  kredit  ayırmışdı.  Bu  bank 

1997-ci  ildə  ölkədə  195  milyon  dollar  dəyəri  olan  altı  layihəni,  o 

cümlədən  Bakı  su  kəmərinin  bərpası,  neft-qaz  sənayesində 

yenidənqurma,  kənd  təsərrüfatında  özəlləşdirmə  ilə  əlaqədar  altı 

nümunəvi fermer təsərrüfatı yaradılması layihələrini maliyyələşdirdi. 

Dünya  Bankı  respublikanın  işğaldan  azad  olunmuş  ərazilərində 

bərpa  işlərinə  kömək  məqsədilə  «Bərpa  proqramı»  hazırlanmasında, 

onun  həyata  keçirilməsi  üçün  donor  ölkələrin  maliyyə  vəsaitinin  cəlb 

olunmasında föal iştirak edirdi. 

Azərbaycan  Respublikası  iqtisadiyyatının  inkişafında  neft 

sənayesinin  dirçəldilməsi,  müasir  texnologiyalar  əsasında  yenidən 

qurulması  çox  mühüm  əhəmiyyətə  malik  idi.  Bu  sahəyə  respublika 

prezidenti Heydər Əliyev xüsusi diqqət və qayğı göstərirdi. 

Azərbaycan neft sənayesində yeni era başlandı. 1994-cü il scntyabnn 

20-də  Bakının  «Gülüstan»  sarayında  «Əsrin  müqaviləsi»  -  Azərbaycan 

Dövlət Neft Şirkəti (ADNŞ) ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, 

Türkiyə,  Səudiyyə  Ərəbistanı,  Yunanıstan  və  sonradan  onlara  qoşulan 

Yaponiya iri neft şirkətləri daxil olan konsorsium arasında 



507 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə