Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə195/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   216

beynəlxalq  mövqelərini  gündən-günə  möhkəmlədən  Azərbaycan 

Respublikasını  müstəqillik  yolundan  döndərə  bilməzdi.  1997-ci  ilin 

oktyabrında Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova dövlət başçıla- 

n əməkdaşlıq haqqında kommyunike imzaladılar. Noyabrın 25-də Bakıda 

«GUAM»  blokunun  təşkilini  bəyan  edən  rəsmi  protokol  imzalandı,  bu 

ölkələr  arasında  iqtisadi,  siyasi,  hərbi  təsir  sahəsində  mövqeləri 

əlaqələndirməyə imkan verən strateji partnyorluğa hüquqi əsas yarandı. 

1999-cu  ilin aprel ayında Özbəkistan  da  bu quruma  qoşuldu  və  təşkilat 

«GUÖAM»  adlanmağa  başladı.  Həmin  ilin  mart  ayında  bu  dövlətlər 

MDB  daxilində  Kollektiv  Təhlükəsizlik  Müqaviləsinə  qoşul-  maqdan 

imtina etdilər. Belə prinsipial mövqe Rusiyanın onlara münasibətini xeyli 

yumşaltdı. 2001-ci ilin iyununda «GUÖAM» dövlət başçı- lannın Yalta 

görüşündə  bu  təşkilatın  iqtisadi  sahələrə  üstünlük  verəcəyi  elan  edildi. 

2001-ci  il  yanvann  9-da  Rusiya  Federasiyasının  prezidenti  V.Putin 

Bakıya  rəsmi  səfərə  gəldi.  Ölkələrarası  münasibətlərinin  inkişafına 

istiqamətləndirilmiş  konkret  tədbirlərin  vacibliyi  barədə  «Bakı 

bəyannaməsi»  imzalandı.  2002-ci  ilin  əvvəllərində  Rusiya  ilə  Türkiyə 

arasında  hərbi  əməkdaşlıq  müqaviləsi  imzalandı.  Türkiyənin  Qafqazda 

nüfuzu  xeyli  artdı.  2002-ci  ilin  yanvann  24-də  Azərbaycan  Prezidenti 

Rusiya Federasiyasına rəsmi səfər etdi. Bağlanmış müqavilələr iki ölkə 

arasında münasibətlərin inkişafına istiqamətlənmişdi. Azərbaycan Qəbələ 

İnformasiya mərkəzini 10 ilə Rusiyaya icarəyə verdi. Müdrik, müstəqil və 

prinsipial  siyasət  Azərbaycanın  beynəlxalq  mövqelərini  daha  da 

möhkəmləndirirdi. Respublika 2001-ci il yanvann 26-da Avropa Şurasına 

üzv qəbul edildi. Avropa Şurası Parlament Assambleyasında millət vəkili 

İlham  Əliyevin  başçılığı  ilə  Azərbaycan  nümayəndə  heyəti 

Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  mahiyyətinin 

düzgün  qiymətləndirilməsi,  erməni  təcavüzünün,  terrorizminin  və 

narkobiznesinin  ifşa  olunması  istiqamətində  geniş  və  səmərəli  iş 

aparmağa başladı. 

Öli^ə  demokratiyanın,  qanunçuluğun,  plüralizmin  inkişafma  real 

imkanlar  nəzərə  alınmaqla,  münasib  yollar  və  vasitələr  açılmağa 

başlanmışdı. 

Müstəqil 

Azərbaycan 

Respublikası 

ilk 

Konstitusiyasının 



hazırlanması  üçün  prezidentin  rəhbərliyi  ilə  xüsusi  Komissiya  təşkil 

edildi.  Respublikanın  ən  görkəmli  hüquqşünaslarının  cəlb  olunduğu  bu 

komissiya  Azərbaycan  xalqının  milli  xüsusiyyətləri,  habelə  qabaqcıl 

demokratik  ölkələrin  təcrübəsi  əsasında  «Azərbaycan  Respublikası 

Konstitusiyası» layihəsini hazırladı. Bu hüquqi sənəd cəmiyyətdə geniş 

496 



müzakirə  olunub  dəqiqləşdirildikdən  sonra  1995-ci  il  noyabnn  12-də 

rete-  rendum  ilə  qəbul  edildi.  Azərbaycanın  yeni Konstitusiyası  ölkədə 

demokratik  dövlət  və  iqtisadiyyat,  vətəndaş  cəmiyyəti  quruculuğuna 

hüquqi əsas yaratdı. Konstitusiyada Azərbaycan xalqının və dövlətinin ən 

mühüm məqsədləri - Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini 

və  ərazi  bütövlüyünü  qorumaq,  demokratik  quruluşa  təminat  vermək, 

vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, hüquqi, dünyəvi 

dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının 

layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq 

bütün xalqlarla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq bəyan 

olunurdu. Burada təsbit olunan 158 maddədən 48-i (təqribən 1/3-i) insan 

hüquq  və  azadlıqlarına,  onlann  təmin  olunması  mexanizminə  həsr 

olunmuşdu.  1998-ci  il  aprelin  28-də  Naxçıvan  MR-in  Konstitusiyası 

qəbul edildi. 

Şübhəsiz,  yüz  illərlə  demokratik  dövlətçilik  ənənələri  olan 

dövlətlərlə  hələ  keçid  dövrü  yaşayan  Azərbaycanı  müqayisə  etmək 

olmazdı,  lakin  burada  müstəqil  dövlət,  vətəndaş  cəmiyyəti  quruculuğu 

sahəsində həyata keçirilən işlər beynəlxalq hüquqi standartlara uyğun idi. 

Qa-  nunlann  sivil  dünya  dövlətlərinin  hüquqi  dövlət  quruculuğu 

ənənələrinə,  beynəbcalq  hüquq  normalarına,  Avropa  Şurası  və  dünya 

demokratik  qanunvericilik  təsisatları  tələblərinə  uyğun  hazırlanması 

üçün Azərbaycan Respublikası Prezidenti yanında 1996-cı ilin fevralında 

xüsusi «Hüquqi İslahatlar Komissiyası» yaradılmışdı. Siyasi və iqtisadi 

islahatlarla  əlaqədar  hazırlanan  çox  mühüm  hüquqi  aktların  insan  hü- 

quqlan  və  azadlıqlanmn  müdafiəsi  haqqında  Avropa  Konvensiyasına 

uyğunluğu  baxımından  Avropa  Şurasında  ekspert  rəyindən  keçməsi  də 

respublikada demokratik cəmiyyət qurulmasına təsirli kömək idi. 

Azərbaycan  Respublikası  Avropa  Şurasının  «Venetsiya  qanunu 

vasitəsilə  demokratiyaya  doğru»  komissiyasına  assosiativ  üzv  qəbul 

olunmuşdu. 

1998-

 

ci  ilin  fevralında  Prezident  Heydər  Əliyev  «İnsan  və 



vətəndaş  hüquqlannm  və  azadlıqlanmn  təmin  edilməsi  sahəsində 

tədbirlər haqqında» fərman imzaladı. 

Azərbaycan  Respublikası  şərqdə  ölüm  cəzasını  ləğv  edən  ilk  ölkə 

oldu.  Hələ  1993-cü  ildən  burada  ölüm  cəzasına  faktiki  moratorium 

qoyulmuşdu.  1996-cı  ildə  Cinayət  məcəlləsinin  21-ci  maddəsi 

sanksiyasından  ölüm  cəzası  götürüldü,  qadınlara,  65  yaşdan  yuxarı 

kişilərə  ölüm  cəzası  verilməsi  qadağan  olundu.  1998-ci  ilin  fevralında 

Heydər 


497 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə