Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə194/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   ...   216

münaqişəni zorakı metodlarla həll etmək cəhdlərinin perspektivsizliyini 

dərk edirdilər, 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəs əldə olundu. 

Respublikanın  ərazi  bütövlüyünün  sülh,  danışıqlar  yolu  ilə  təmin 

olunması üçün gərgin iş apanlırdı. 

Beynəlxalq  problem  kimi  yaradılmış  Ermənistan  -  Azərbaycan 

Dağlıq  Qarabağ  probleminin  həlli  üçün  bu  geosiyasi  məkanda,  onun 

sərvətlərinin mənimsənilməsində marağı olan apancı dünya dövlətlərinin 

mənafelərini nəzərə alan tarazlı siyasət yeridilirdi. 1993-cü il sen- tyabnn 

24-də Azərbaycan Respublikası Müstəqil Dövlətlər Biriliyinə daxil oldu. 

1994-cü  il  mayın  4-də  Azərbaycan  NATO-nun  Avropa  və  dünyada 

sülhün,  əmin-amanlığın  bərqərar  olmasına  xidmət  edən  «Sülh  naminə 

tərəfdaşlıq» proqramına qoşuldu. Avropa-Atlantika Əməkdaşlıq Şurasına 

üzv  qəbul  edildi.  Dünya  siyasətini  müəyyən  edən  dövlətlərlə  yaxın 

əlaqələr  yaradıldı.  Azərbaycana  qarşı  informasiya  blokadası  yaradıldı. 

Heydər  Əliyev  1994-cü  ilin  sentyabnnda  BMT  Baş  Məclisinin  49-cu 

sessiyası tribunasından Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı, 

bu  ölkənin  sülhsevər,  humanist,  demokratik  dəyərləri  üstün  tutduğunu 

göstərdi. 

BMT-nin Baş katibi Butros-Butros Qali Azərbaycana gəldi. Heydər 

Əliyev  ABŞ,  Rusiya  prezidentləri  ilə  görüşdü.  İngiltərə,  Fransa,  Çin, 

Pakistan,  İran,  Türkiyə,  Polşa.  İtaliya.  Yaponiya  və  b.  ölkələrə 

səfərlərində bu məsələlər müzakirə olundu. 

1996-

 

cı ilin iyununda Azərbaycan Respublikası Avropa Şurası 



parlament  məclisində  «xüsusi  dəvət  olunmuş  qonaq»  statusu  aldı. 

Avropada təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) 1994-cü 

ilin  dekabrında  Budapeşt,  habelə  1996-cı  ilin  dekabnnda  Lissabon 

sammitlərində Dağlıq Qarabağ münaqişəsinin bu təşkilatın Minsk qrupu 

vasitəsilə  ədalətli,  beynəlxalq  prinsiplərə  əsaslanaraq  həll  olunması 

vacibliyinin  təsdiqlənməsinə  nail  oldu.  Lissabon  sammitində  ATƏT-in 

fəaliyyətdə olan sədrinin üzv olan 54 dövlətdən 53-ü, o cümlədən ABŞ, 

Rusiya, Fransa və b. adından verdiyi və zirvə toplantısının rəsmi sənədi 

elan  olunmuş  bəyanatında  bu  münaqişənin  sülh  yolu  ilə  həll  olunması 

prinsipləri  göstərildi.  Bu  prinsiplərdən  birincisi  Azərbaycanın  və 

Ermənistanın  ərazi  bütövlüyünün  tanınması,  ikincisi,  Dağlıq  Qarabağa 

Azərbaycan  Respublikası  tərkibində  yüksəkdərəcəli  özünüidarə 

statusu-muxtariyyət  hüququ  verilməsi,  üçüncüsü,  Dağlıq  Qarabağın 

bütün əhalisinə, yəni erməni və azərbaycanlılara təhlükəsizlik təminatı 



493 


verilməsi  idi.  Lissabon  sammitindən  sonra  Minsk  qrupunun  işini 

fəallaşdırmaq  üçün  ona  üç  nüfuzlu  dövlət  (ABŞ,  Rusiya  və  Fransa) 

həmsədrlik  etməyə  başladı.  1997-ci  il  iyunun  20-də  ABŞ-ın  Denver 

şəhərində  ABŞ,  Fransa  və  Rusiya  prezidentləri  «Dağlıq  Qarabağ 

münaqişəsinə dair birgə bəyanat» imzaladılar. Lakin bu qurumun təklif 

etdiyi  layihələr,  habelə  Azərbaycan  və  Ermənistan  dövlət  başçılannm 

şəxsi  görüşləri  Ermənistanın  qeyri-konstruktiv  mövqeyi  üzündən  saziş 

bağlanması üçün danışıqlar başlanmasına şərait yaratmırdı. 

Azərbaycan  Respublikası  Prezidentinin  dövlət  müstəqilliyinin 

dönməzliyi  istiqamətində  ardıcıl  siyasəti  Rusiya  imperiyapərəst 

dairələrinin respublikaya qarşı l994-cü ilin axırlarından 1997-ci ilin mart 

ayına-  dək  dəmir,  şose  və  dəniz  yollarının  blokadası  və  s.  kimi  ciddi 

iqtisadi  sanksiyalar  tətbiq  etməsinə,  Ermənistana  təkcə  1994-1996-cı 

illərdə, atəşkəs dövründə, ümumi dəyəri 1 milyard dollardan artıq olan 

müasir hərbi silah və sursat verməsinə, Rusiya-İran-Ermənistan strateji 

əməkdaşlıq xətti yaranmasına baxmayaraq, dəyişməz qalırdı. 1995- 

1997-

 

ci illərdə Azərbaycan-Gürcüstan, Azərbaycan-Ukrayna arasında 



strateji  əməkdaşlıq  haqqında  saziş  bağlanmışdı.  1997-ci  il  mayın  5-də 

Azərbaycan  -  Türkiyə  strateji  əməkdaşlığını  daha  da  dərinləşdirmək 

haqqında müqavilə imzalanmışdı. 

Azərbaycan  prezidentinin  apardığı  tarazlı  siyasət  həm  Amerikanı, 

Fransanı, Avropanın başqa dövlətlərini, həm də Rusiyanı burada sabitlik 

yaranmasında, müharibəyə son qoyulmasında maraqlı edirdi. 

1997-ci il iyulun 3-də Moskvada Rusiya və Azərbaycan prezidentləri 

«Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasiyası  arasında  dostluq, 

əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə» imzaladılar. 

Azərbaycan  Respublikası  bütün  ölkələrlə  qarşılıqlı  əməkdaşlığa 

hazır  olduğunu,  lakin  onunla  zor  vasitələrilə  danışmaq  cəhdlərinin 

yolverilməzliyini təsdiq etdi. 1997-ci ilin mayında o, silahlan artırmamaq 

haqqında  «Cinah»  sazişinə  qoşuldu.  1997-ci  ilin  mayında  Azərbaycan 

Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü NATO-nun «Sülh 

naminə  tərəfdaşlıq»  proqramı  çərçivəsində  ilk  dəfə  Norveçdə  keçirilən 

hərbi təlimdə iştirak etdi. Həmin ilin iyulunda prezident Heydər Əliyev 

NATO-nun və Avropa-Atlantika Əməkdaşlıq Şurası üzvü olan ölkələrin 

dövlət və hökumət başçılanmn Madrid zirvə görüşündə iştirak etdi. Bu 

sammitdə  qəbul  edilən  sənədlərdə  NATO-nun  tərəfdaş  dövlətlərin 

müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə 



494 


və  sərhədlərinin  toxunulmazlığına  təminat  verdiyi,  onun  strukturunda 

iştirak edən dövlətlərin bir-birinə qarşı güc işlətmək, hədə-qorxu gəlmək 

hüququna  malik  olmadığı  bildirildi.  Bunlar  Azərbaycanın  haqq  işinin 

qorunması  sahəsində  böyük  əhəmiyyətə  malik  idi.  Dünya  birliyində 

Azərbaycanın mövqeləri getdikcə möhkəmlənirdi. 1997-ci ilin iyulunda 

Nyu-Yorkda  Heydər  Əliyev  NATO-nun  Baş  katibi  ilə  görüşdü,  bu 

təşkilatla  Azərbaycan  arasında  əməkdaşlığı  genişləndirmək  məsələləri 

müzakirə edildi. 

Böyük  dövlətlərin  təzyiqinə,  imperiya  siyasətinə  məharətlə  sinə 

gərib  apardığı  müvəffəqiyyətli  müstəqillik  və  «açıq  qapı»  siyasəti 

sayəsində  Azərbaycan  bölgədə,  beynəlxalq  aləmdə  nüfuzlu  dövlətə 

çevrilirdi. 

Azərbaycan-ABŞ  münasibətləri  daha  yüksək  səviyyəyə  -  strateji 

partnyorluq mərhələsinə yüksəlmişdi. 

1997-ci  il  iyulun  27-dən  avqustun  7-dək  Respublikanın  Prezidenti 

Heydər Əliyev ABŞ Prezidenti Bili Klintonun dəvəti ilə ABŞ-a ilk rəsmi 

dövlət səfərində oldu, böyük hörmət və ehtiramla qarşılandı. Avqustun 

1-də  Ağ  evdə  iki  ölkə  arasındakı  münasibətlərin  əsas  prinsip  və 

istiqamətlərini  müəyyən  edən  böyük  tarixi  və  siyasi  əhəmiyyətə  malik 

sənəd - Amerika-Azərbaycan münasibətləri haqqında prezidentlərin birgə 

bəyanatı imzalandı. 

2001-ci  il  sentyabr  ayının  1  l-də  Nyu-York  və  Vaşinqtonda 

törədilmiş  dəhşətli  terror  hadisələrinə  cavab  olaraq  ABŞ  beynəlxalq 

terrorizmə  qarşı  müharibə  elan  edərkən  Azərbaycan  dövləti  onunla  bir 

cəbhədə  olduğunu  bəyan  etdi.  ABŞ  silahlı  qüvvələrinin  Azərbaycan 

Respublikası  ərazisindən  istifadə  etməsi  üçün  şərait  yaratdı. 

ABŞ-Azərbaycan  münasibətlərinin  inkişafına  mane  olan  907-ci  maddə 

2002-ci il yanva- nn 28-də aradan qaldırıldı. 

Azərbaycan ABŞ-ın siyasətdə, təhlükəsizlik və regional məsələlərdə, 

iqtisadiyyatda,  ticarətdə  strateji  tərəfdaşı  səviyyəsinə  qalxdı.  ABŞ  bir 

daha elan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu və 

ATƏT prinsipləri əsasında həll olunmasına ciddi səy göstərəcəkdir. 

Bölgədə  nüfuzunu  itirəcəyindən  narahat  olan  Rusiya  Ermənistana 

dəstəyini daha da artırdı. 1997-ci il avqustun 29-da Ermənistanla Rusiya 

arasında  «Dostluq,  əməkdaşlıq,  qarşılıqlı  yardım  haqqında»  yeni 

müqavilə imzalandı. Bu sənədə görə əgər hərbi vəziyyət yaranarsa Rusiya 

rəsmi surətdə Ermənistan tərəfində çıxış etməli idi. Təbii ki, bu 

495 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə