Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə202/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   ...   216

İngiltərənin «Kayzer» firması ilə Sumqayıt Əlvan Metal İstehsalatı 

Birliyinin  müqaviləsi  əsasında  Alüminium  zavodu  yenidən  işə  başladı. 

İtaliyanın  «Porçeti  SPA»  firması  ilə  kontraktlara  əsasən  natrium-qələ- 

visi, polmer istehsal edən müasir qurğular işə salındı. Səudiyyə Ərəbistanı 

firması ilə aşağitəzyiqli polietilen, polivinilxlorid istehsalı qurğula- rmın 

tikilməsi,  «Polimer-120»  qurğusunun,  Yaponiya  fırmalan  ilə  Eti- 

len-propilen  zavodunda  «EP-300»  qurğusunun  yenidən  qurulması  üçün 

və  b.  müqavilələr  bağlandı.  İtaliya  firması  ilə  müqaviləyə  əsasən 

Qaradağda  yeni  şin  zavodu  tikilməyə  başlandı.  Suraxanı  maşınqayırma 

zavodunda ABŞ-ın «Haylənd» firması ilə müştərək müəssisə yaradıldı və 

dünya  standartlan  səviyyəsində  nasoslar  istehsal  edildi.  Bakı 

maşınqayırma  zavodunda  ABŞ-ın  «Red-Tub>  firması  ilə  yaradılmış 

müştərək müəssisədə müasir texnologiyalara cavab verən qazma baltalan, 

Avstriya  firması  ilə  birgə  qazma  qıfıllan  istehsal  olunurdu.  Bakı 

poladtökmə  zavodu  Türkiyə  ilə  müştərək  müəssisə  yaradıb  tikinti  üçün 

armatur istehsalına başlamışdı. 

İngiltərənin  «Trans  Uvold  Metal  LTD»  şirkəti  Gəncə  Gil-Torpaq 

İstehsah  birliyini  icarəyə  götürmüş,  bərpa-quruculuq  işləri  aparmış, 

Gəncə zavodu. Daşkəsən alunit emalı müəssisəsi işə salınmış, zəy, sulfat 

turşusu istehsalına başlanmışdı. 

Xarici investisiya təsərrüfatın başqa sahələrinə də nüfuz edirdi. Bakı 

tütün kombinatı məşhur «Reynold Tobakko» (ABŞ) və «Stan> (Türkiyə) 

fırmalan  ilə  birgə  müəssisə  yaradıb  istehsalatı  modernləşdirmişdi.  Çay, 

meyvə-tərəvəz  istehsah  üzrə  də  xarici  kapitalın  geniş  cəlb  olunduğu 

müştərək  müəssisələr  təşkil  olunmuşdu.  Xarici  investisiyalar  hesabına 

respublikanın  müxtəlif  bölgələrində  5  nümunəvi  kənd  təsərrüfatı 

müəssisəsi yaradılmağa başlanmışdı. Meliorasiya qurğularmın bərpası və 

yenidən  qurulması  üçün  xeyli  xarici  kredit  aynimışdı.  Türkiyənin 

«Polşan»  şirkəti  Azərbaycanda  «Saro  LTD»  firması  təşkil  edərək 

Şri-Lankadan  çay  gətirib  qablaşdınrdı.  Bu  ölkənin  «fhtersun»  şirkətlər 

qrupu  Bakı  çayçekici  fabriki  ilə  müştərək  «Azərsun»  müəssisəsi 

yaratmışdı.  Fabrikin  sexi  əsaslı  şəkildə  yenidən  qurulmuş,  müasir 

texnologiyalar əsasında «Məryəm», «Finab>, «Azər», «Mərcan» markalı 

çaylar istehsal edilməyə başlanmışdı. Türkiyənin «Pet Holdinq» şirkəti 2 

dəri fabriki, emal müəssisələri təşkil etmişdi. Bu şirkət ADNŞ ilə birgə 

müəssisə  yaradaraq  Neftçalada  iki  köhnə  neft  mədənini  işlətməyə 

başlamış,  yeni  texnologiyalann  tətbiqi  nəticəsində  hasilat  xeyli 

çoxalmışdı. 



512 


tranın  «Şibarra»,  Türkiyənin  «Star»  şirkətləri  respublikada  tikinti 

işləri  aparırdılar.  Türkiyənin  «BMS»  sənaye  və  ticarət  şirkəti  Bakı 

avtomobil  zavodu  ilə  birgə  müəssisə  yaradıb  avtobus  istehsalına 

başlamışdı. 

İnvestisiya  qoyuluşunun  artması  iqtisadi  struktur  dəyişikliklərinin 

dərinləşməsinə, sahibkarlığın inkişafına imkanlar açdı. Hər il orta hesabla 

7-8  min  özəl  müəssisə  yaranırdı.  1997-ci  ilin  əvvəllərində  belə 

müəssisələrin  sayı  60  mini  ötmüşdü.  I993-i996-cı  illərdə  respublikada 

xarici  şirkət  və  firmalarla  birgə  yaradılmış  müəssisələrin  sayı  300-dən 

2000-ə çatmışdı. İslam ölkələri ilə 700 müştərək müəssisə yaradılmışdı. 

Lakin  məlum  obyektiv  səbəblərə  görə  özəl  müəssisələrin  böyük 

əksəriyyəti istehsala deyil, daxili bazarı tutmağa maraq göstərirdi. Daxili 

mal  dövriyyəsinin  75  faizə  qədəri,  xarici  ticarətin  44  faizi  bu 

müəssisələrin payına düşürdü. 

Respublikada kiçik dövlət müəssisələrinin özəlləşdirilməsi, demək 

olar ki, 1997-ci ilin martında artıq başa çatdınimış, 10174 kiçik müəssisə 

özəl  mülkiyyətə,  əsasən  əmək  kollektivi  üzvlərinə  verilmişdi.  Böyük 

müəssisələrin  özəlləşməsi  səhmdar  cəmiyyətləri  yaradılması  yolu  ilə 

həyata keçirilirdi. İri və orta sənaye müəssisələri səhmləri artıq 1997-ci 

ilin  martından  əhaliyə  paylanmağa  başlanmış  ümumi  mülkiyyət 

bölgüsündən  hər  kəsə  düşən  payın  ifadəsi  olan  çeklərə  dəyişdirilirdi. 

özəlləşən  müəssisələrin  göstəriciləri  hərracdan  ən  azı  2  həftə  qabaq 

mətbuatda  dərc  olunurdu.  Səhmlərin  15  faizi  güzəştlə,  qapalı  hərracda 

əmək kollektivinin üzvlərinə satılırdı. Dövlət Əmlak Komitəsi çeklərin 

hərracı üçün respublika Hərrac mərkəzi təşkil etmişdi. Çek- ləri toplayıb 

səmərəli yerləşdirmək, əldə ediləcək dividentləri bölüşdürmək üçün çek 

investisiya fondlan yaranırdı. 

Alıcılar  müxtəlif  vasitələrlə  çeklərin  qiymətini  dəfələrlə  aşağı 

salırdılar. Çeklər ayn-ayrı qrup və ya fərdlərin əllərində cəmləşirdi. 

İqtisadiyyatda  struktur  dəyişilmələrinin  mühüm  istiqamətlərindən 

biri  də  aqrar  islahatın  həyata  keçirilməsi  oldu.  Əvvəllər  kənd 

təsərrüfatında  sahibkarlıq  çox  ləng  inkişaf  edirdi.  1992-ci  ildə  burada 

320, 

1995-


 

ci ilin əvvəlində isə 830 müstəqil və kollektiv fermer təsərrüfatı 

vardı. 

1995-


 

ci ilin fevralında «Aqrar sektorda islahatların əsaslan» və 

«Kolxoz  və  sovxozların  islahatı»  haqqında  qanunlar  qəbul  edildi.  Bu 

mühüm  qanunlann  həyata  keçirilməsi,  ilk  növbədə  torpağa  mülkiyyət 

münasibətinin yenidən müəyyənləşməsindən çox asılı idi. 1995-ci ilin 

513 



martında «Dövlət Aqrar islahatı Komissiyası» yaradıldı, 1996-cı il iyulun 

16-da «Torpaq islahatı haqqında» qanun qəbul edildi. H.Əliyevin dediyi 

kimi, aqrar sektorda inqilabi, radikal bir addım atıldı. 

Bu  qanuna  görə  torpaq  sosial  ədalət  prinsiplərinə  əsasən,  pulsuz 

kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə verildi. Respublikanın 

vahid  torpaq  fondu  əsasında  üç-dövlət,  bələdiyyə  və  xüsusi  torpaq 

mülkiyyət  forması  müəyyən  olundu.  Ümumiyyətlə,  kənd  təsərrüfatı 

torpaqlannm  22  faizi  1  milyon  911  min  h-ı  xüsusi  mülkiyyətə,  45 faizi 

dövlət  mülkiyyətinə,  33  faizi  isə  bələdiyyə  mülkiyyətinə  verildi. 

Qanunun  icrası  üçün  Prezident  fərman  imzaladı.  «Dövlət  torpaqlan 

haqqında»,  «Torpaq  vergisi  haqqında»  qanunlar,  normativ  aktlar  qəbul 

olundu.  Bütün  rayonlarda  torpaqlar  istifadəçilər  üzrə  inventarlaşdınidı, 

iqtisadi  cəhətdən  qiymətləndirildi.  Özəl  qurumların  tələbatını  ödəmək 

üçün 


1996-

 

cı ilin iyulunda aqrar kredit kassalan yaradıldı. Respublikada 3,5 



milyon  vətəndaşa  torpaq  payı  aynidı.  Aqrar  islahatlar  eksperiment 

qaydasında  daha  tez  başlanmış,  Xızı,  Zaqatala,  Salyan  və  Masallı 

rayonlannda  bu  iş  1996-cı  ilin  axırlannda,  demək  olar  ki,  artıq  başa 

çatmışdı.  Kolxoz,  sovxoz  və  təsərrüfatlararası  kənd  təsərrüfatı 

müəssisələrinin  ləğv  edilib  əmlakının  özəlləşdirilməsi  sürətlə  davam 

edirdi.  Artıq  200l-ci  ilin  yan-  vannda  kənd  təsərrüfatında  sahibkarlığa 

əsaslanan 34 mindən çox kəndli (fermer) təsərrüfatı fəaliyyət göstərirdi. 

Kənd təsərrüfatına texniki xidmət üçün xüsusi özəl, kollektiv müəssisələr 

yaradılırdı. 

1996-


 

cı ilin oktyabnnda «Sudan pullu istifadə haqqında əsasna- 

mə»nin qəbul olunması meliorasiya xidmətinin yaxşılaşmasına imkanlar 

açırdı. 


1996-cı  ilin  yazından  başlayaraq  ictimai  kənd  təsərrüfatı 

müəssisələrinin mal-qarası da özəl mülkiyyətə verilirdi. Artıq 1997-ci ilin 

əvvəllərində  respublikada  olan  1  milyon  760  min  baş  qaramalın  92,3 

faizi, 4 milyon 872 min baş davann isə 91 faizi özəl təsərrüfatlarda idi. 

Belə təsərrüfatlarda  məhsuldarlıq  daha  yüksək  olurdu.  Kənd təsərrüfatı 

məhsullarının tam böyük əksəriyyətini onlar istehsal edirdi. 

Azərbaycan Prezidentinin 1999-cu il 22 mart tarixli fərmanı ilə kənd 

təsərrüfatı məhsullan istehsalçılan 5 ilə torpaq vergisindən başqa bütün 

vergilərdən azad edildilər. Bu vergilər üzrə borclar silindi. 1996-cı ildən 

kənd təsərrüfatlanna yanacaq və neft məhsulları 50 faiz güzəştlə satılırdı. 

2001-ci ilin yanvarından kənd təsərrüfatı ilə məşğul olan hüquqi və fiziki 

şəxslər əlavə dəyər vergisindən və obyektlərdən istifadə vergisindən azad 

edildilər. 

514 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə