Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə198/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   194   195   196   197   198   199   200   201   ...   216

Bunu  yüksək  qiymətləndirən  xalq  1998-ci  il  11  oktyabrda  alternativ 

əsasda  keçirilən  seçkilərdə  yenidən  Heydər  Əliyevi  Azərbaycan 

Respublikasının Prezidenti seçdi. 

ölkədə siyasi sabitliyin yaranması, dövlətçiliyin inkişafı, ilk növbədə 

dövlət intizamının və nəzarətinin güclənməsi, Azərbaycanın beynəlxalq 

aləmdə  etibarlı  tərəfdaş  kimi  tanınması  və  nüfuz  qazanması  iqtisadi  və 

mədəni həyata əhəmiyyətli təsir göstərdi. 

§ 3. Bazar iqtisadiyyatına keçid 

80-ci illərin ikinci yansında başlanan siyasi proseslər respublikanın 

iqtisadiyyatına  və  mədəni  həyatına  ağır  zərbələr  vurmuşdu.  İstehsal 

sürətlə  azalır,  iqtisadi  tənəzzül  dərinləşirdi.  Bunun  ciddi  obyektiv  və 

subyektiv  səbəbləri  vardı.  Sovet  imperiyası  dağılmış,  respublikanın 

köhnə  iqtisadi  əlaqələri,  demək  olar  ki,  pozulmuşdu.  Müqavilə 

öhdəliklərinə tam əməl olunmurdu. Xammal və materiallarla tələbat cəmi 

40  faiz  ödənilirdi.  Müəssisələrin  istehsal  vasitələri  mənəvi  və  fiziki 

cəhətdən  köhnəlmişdi.  Respublika  sənayesinin  apancı  sahəsi  olan  neft 

sənayesində vəziyyət ağır idi. Sahə zərərlə işləyirdi, borc içində idi. Neft 

mədənlərində  dörd  mindən  çox  quyuda  hasilat  dayanmışdı.  Qazma 

dəzgahlannın 80 faizdən çoxu işləmirdi. 1992-ci ildə cəmi 11 milyon ton 

neft  çıxarılmışdı.  Yeni,  perspektivli  dəniz  neft  yataqlarının  istismarına 

başlanması  üçün  xeyli  investisiya  tələb  olunurdu  ki,  buna  da 

respublikanın imkanı yox idi. 

Müharibə iqtisadiyyata ciddi ziyan vururdu. Respublika öz gəlirinin 

üçdə birini müharibəyə xərcləməyə məcbur idi. Onun ərazisinin dörddə 

bir hissəsində döyüş əməliyyatlan gedirdi. 72 min hektar əkin sahəsi, on 

min hektarlarla otlaqlar, üzümlüklər, bağlar, çoxlu qaramal və davar, 4 

qızıl, 3 civə, 2 qranit, 2 mərmər, 10 mineral su mədəni, 4 daş karxanası, 5 

müxtəlif inşaat materiallan yatağı düşmən əlinə keçmişdi. 60 mindən çox 

şəxsi  təsərrüfat,  yüzlərlə  sənaye  müəssisəsi,  kobcoz  və  sovxoz 

dağıdılmışdı. 

Bununla belə, 1991-1993-cü illərdə rcspublikamn böyük iqtisadi və 

mənəvi potensialından, mövcud zavod və fabriklərdən, kommunikasiya 

vasitələrindən,  yüksəkixtisaslı  mütəxəssislərdən  səmərəli  istifadə 

edilmirdi.  Doğrudur,  respublikada  yeni  iqtisadi  institutlar  meydana 

gəlməyə başlanuşdı. Milli, beynəbcalq, əmanət banklan, habelə özəl 



502 


banklar  təşkil  olunurdu.  Vergi  siyasəti,  büdcə  sistemi  təshih  edilirdi. 

Qiymətqoymanın, maddi-texniki təchizatın qaydası dəyişdirilmişdi. Milli 

valyuta-manat  (on  rubla  bərabər)  dövriyyəyə  buraxılmışdı.  Adamları 

sahibkarlığa  maraqlandırmaq  üçün  əvvəllər  müəyyən  edilmiş  yüksək 

sosial sığorta ayırmaları, əlavə dəyər vergisi azaldılmışdı. Xarici kapitalın 

köməyi 


ilə 

«Bakmil» 

(Azərbaycan-İtaliya), 

«Pet-Azəri» 

(Azərbaycan-Türkiyə)  kimi  bir  neçə  birgə  müəssisə  fəaliyyəte 

başlamışdı. Azərbaycan neft şirkəti «Azəri», «Çıraq», «Şahdəniz» və b. 

neft  yataqlannm  istisman  və  hasilatının  texniki-iqtisadi  səmərəliliyini 

əsaslandırmaq  üçün  ABŞ  və  İngiltərənin  neft  şirkətləri  ilə  müqavilələr 

bağlamışdı.  Neftçala  rayonunda  neft  kəşfiyyatı  və  hasilatı  üzrə 

Azərbaycan-Türkiyə birgə müəssisəsi yaradılmışdı. 

Geniş  iqtisadi  islahat  keçirmək  üçün  yeni  iqtisadi  reallıqlan  əks 

etdirən  30-dan  çox,  o  cümlədən  özəlləşdirmə  haqqında  qanun,  torpaq 

haqqında  kodeks  qəbul  olunmuşdu.  Dövlət  torpaq,  əmlak  komitələri 

yaradılmışdı. Lakin qəbul olunmuş mühüm iqtisadi qanunlar hələ işləyə 

bilmirdi, çünki onlann fəaliyyətini təmin edəcək normativ aktlar yox idi. 

İqtisadiyyat  ilk  dəfə  ciddi  sarsıntıya  məruz  qalmışdı,  1992-ci  ilin 

əvvəllərində  heç  bir  zəmin  olmadan  qiymətlərin  sərbəstləşdirilməsi 

müəssisələrdə dövriyyə vəsaitinin qiymətdən düşməsinə, habelə əhalinin 

alıcılıq 

qabiliyyətinin 

kəskin 

azalmasına 



səbəb 

olmuşdu. 

Mərkəzləşdirilmiş  kredit  resurslanna  faiz  dərəcələrinin  200-250  faizə 

jnik-  səlməsi  də  istehsala  investisiyanı  dayandırdı,  istehsalın  maliyyə 

vəziyyəti  pisləşdi,  dövriyyə  vəsaiti  çatışmadı  və  müəssisələrin  xeyli 

hissəsi tamam və ya qismən dayandı. 

İqtisadiyyatın  idarəetmə  sistemi  də  pozulmuşdu.  Köhnə  inzibati- 

amirlik aparatı, demək olar ki, dağıdılmış, yenisi isə hələ yaradılmamışdı. 

Bazar  münasibətləri  üçün  vacib  olan  özəlləşdirmə,  çoxukladlı 

təsərrüfatçılığa keçid ləng gedirdi. 

Yeni idarəçilik mexanizmi işləmədiyi üçün yalançı bazar  - cəzasız 

soyğunçuluq  meydana  gəlmişdi.  İqtisadiyyatda  hərc-mərclik  baş  alıb 

gedirdi. 

Respublikada  «nomenklatura  sahibkarlığı»  yaranmışdı;  işgüzar 

fəaliyyətlə  əsasən  əvvəlki  illərdə  əyri  yollarla  vəsait  toplamış  şəxslər, 

habelə  yeni  bəylər  -  imkanlı  dövlət  məmurları,  təsərrüfat  rəhbərləri, 

onlann himayə etdiyi işbazlar məşğul olurdular. 1993-cü ilin əvvəllərində 

600-ə qədər kiçik müəssisənin 70 faizdən çoxu dövlət müəssisələrinin 



503 


nəzdində fəaliyyət göstərir və əsasən onların istehsal etdikləri məhsulları 

satır, gəliri öz xeyirlərinə bölürdülər. Kiçik müəssisələrin bəziləri kağız 

üzərində  «yaradılır»,  dövləti  qarət  etmək  vasitəsinə  çevrilirdi. 

Respublikanın sərvətləri talanırdı. Müştərək və kiçik müəssisələrin çoxu 

xaricə  satdığı  malın  əvəzinə  alınan  valyutanı  respublikaya  qaytamur, 

xarici  banklardakı  şəxsi  hesablannda  saxlayırdılar.  1991-ci  ildə  onlar  2 

milyard  dollar  pulu  xaricdə  saxlanuşdılar.  1993-cü  ilin  orta-  lannda 

respublikanın  yalnız  8  müəssisə  və  təsərrüfatı  100  milyon  ABŞ  dollan 

həcmində  pulu  xarici  banklara  qoymuşdu,  halbuki  respublikanın 

beynəlxalq valyutaya böyük ehtiyacı vardı. 

Bütün  bunlann  nəticəsi  idi  ki,  iqtisadiyyatda  hərc-mərclik  baş  alıb 

gedirdi. 1992-ci ildə pambıq sahələrində 100 min tondan çox xam pambıq 

yığılmamış qalmışdı. Üzümçülük və digər sahələrcte də vəziyyət belə idi. 

İstehsal  olunan  məhsul  bazar  olmadığından  anbarlarda  yığılıb  qalırdı. 

Müəssisələr  bağlanır,  işsizlik  artır,  əhalinin  güzəranı  sürətlə  pisləşirdi. 

Əhalinin  aztəminatlı  hissəsinə  kömək  məqsədilə  edilən  güzəştlər, 

müəllimlərə  verilən  imtiyazlar  da  azsəmərəli  idi.  1992-ci  ilin  yazında 

Bakı, Sumqayıt, Ağdam bazarlannda bir neçə dəfə alıcı qiyam- lan baş 

vermişdi. 

Cəmiyyətdə  orta  təbəqə,  demək  olar  ki,  qalmamışdı.  Minimum 

əməkhaqqı rəsmi istehlak minimumu həcmindən 20 dəfə az  idi. Dövlət 

əməkhaqqını  vaxtında  verə  bilmirdi.  Manatın  illik  inflyasiya  səviyyəsi 

min faizlərlə ölçülürdü. Şəhərlər xırda alverçilər və dilənçilərlə dolu idi. 

Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərdə ucuz iş qüvvəsi satan qeyri-rəsmi 

iş bazarları (bunlara «qul bazan» deyilirdi) meydana gəlmişdi. Ölkəni 600 

minə  qədər  gənc  tərk  edib  getmişdi.  Təminatsızhq  üzündən  ali  və 

mütəxəssislərin  bir  çoxu  dolanışıq  dalınca  xaricə  getməyə  məcbur 

olmuşdu. 

Respublikanın  müflisləşməsi,  qarət  olunmasının  qarşısını  almaq 

üçün  əvvəlki  iqtidarlar  heç  bir  təsirli  tədbir  görə  bilmir,  əksinə,  öz 

səriştəsizlikləri ilə bunlara münasib şərait yaradırdılar. 

Heydər  Əliyev  respublikada  yenidən  hakimiyyətə  qayıtdıqdan 

sonrakı ilk illərdə də xarici düşmənlər və daxili müxalif qüvvələrin qeyri- 

sabitlik  yaratmaq,  dövlət  çevrilişləri  törətmək,  terror  cəhdlərinə,  Er- 

mənistanm  təcavüzünə  qarşı  mübarizə  daha  çox  səylər  tələb  etdiyinə, 

habelə  idarəçilik  sistemində  hələ  iqtisadi  intizamsızlıqdan  mənfəət 

götürən  bəzi  məmurlar  köklü  islahatlann  həyata  keçirilməsinə  müxtəlif 

vasitələrlə müqavimət göstərdiklərinə görə iqtisadi böhram aradan 



504 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə