Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə200/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   196   197   198   199   200   201   202   203   ...   216

Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri»,  «Çıraq» və  «Günəşli» 

neft yatağının bir hissəsinin birgə işlədilməsi və hasil olunan neftin pay 

şəklində bölüşdürülməsi haqqında 30 illik saziş imzalandı. Razılığa görə 

investisiyanın  80  faizini  konsorsium  qoyur,  Azərbaycanın  ümumi  gəliri 

çıxarılacaq  neft  qiymətinin  80  faizi  miqdarında  müəyyən  olunurdu. 

Bundan əlavə, hasil olunacaq səmt qazı da tam Azərbaycanın ixti- yanna 

verilirdi.  Bu  müqavilənin  bağlanmasında,  iri  neft  şirkətlərinin  cəlb 

olunmasında  respublika  prezidenti  ilə  bərabər  ADNŞ-nin  I  vitse- 

prezidenti  İlham  Əliyevin  olduqca  mühüm  rolu  olmuşdur.  1995-ci  il 

noyabrın 10-da Xəzərin yeni aşkar olunmuş  «Qarabağ» strukturunda və 

ona  bitişik  ərazidə  kəşfiyyat  işləri  aparılması,  yatağın  işlədilməsi  və  çı- 

xanlan neftin bölüşdürülməsi haqqında Rusiya, İtaliya, ABŞ şirkətləri ilə 

yeni  saziş  imzalandı.  Müqavilədən  əldə  olunan  daxili  gəlirin  65-80 

faizinin  Azərbaycana  çatacağı  müəyyən  edildi.  1996-cı  il  İ5oınun  4-də 

Xəzərin «Şahdəniz» yatağının birgə işlədilməsi haqqında ABŞ ilə Böyük 

Britaniya,  Norveç,  Türkiyə,  Rusiya,  Fransa  və  fran  neft  şirkətləri 

konsorsiumu  müqavilə  imzaladılar.  Bu  müqaviləyə  görə  ümumi  gəlirdə 

Azərbaycanın payı 80 faiz olacağı müəyyən edilmişdi. Həmin il de- kabnn 

14-də  Xəzərdə  «Dan  ulduzu»  və  «Əşrəfi»  yataqlannm  birgə  işlədilməsi 

üzrə ABŞ, Səudiyyə Ərəbistanı və Yaponiya, 1997-ci il yanvarın 13-də 

«Lənkəran-dəniz»  və  «Talış-dəniz»  yataqlarının  birgə  is-  tisman  üzrə 

Fransa  neft  şirkətləri  ilə  ADNŞ  arasında  sazişlər  bağlandı.  1997-ci  il 

avqustun  l-də  Vaşinqtonda  Ağ  evdə  ABŞ-ın  «Şevron»,  «Ek-  son», 

«Mobib> və «Amoko» şirkətləri ilə ADNŞ arasında Xəzərin Azərbaycan 

sektorundakı  «Abşeron»,  «Naxçıvan»,  «Oğuz»  və  «İnam»  neft 

yataqlarında birgə iş haqqında üç yeni müqavilə imzalandı. Ümumiyyətlə, 

1994-2000-ci illərdə dünyanın 14 ölkəsinin 32 neft şirkəti ilə 21 müqavilə 

bağlandı. Bu şirkətlərə xidmət göstərən 400-ə qədər xarici şirkətlə işbirliyi 

yaradıldı.  Bu  müqavilələrdə  Azərbaycana  60  milyard  dollar  sərmayə 

yatıniması nəzərdə tutulurdu. 2002-ci ilədək artıq 6 milyard dollar xarici 

investisiya qoyulmuşdu. 

«Azəri»,  «Çıraq»,  «Günəşli»  neft  yataqlarından  çıxarılacaq  ilkin 

neftin Qara dənizə Rusiya və Gürcüstandan keçən «Şimal» və «Qərb» neft 

kəmərləri  ilə  daşınacağı  barədə  müqavilələr  bağlandı.  1997-ci  ilin 

oktyabnnda «Şimal», 1999-cu ilin aprelində isə «Qərb» kəməri istifadəyə 

verildi.  İldə  50  milyon  ton  neft  nəql  edə  biləcək  1730  km-Iik  Ba- 

kı-Tbilisi-Ceyhan  əsas  neft  ixrac  kəmərinin  çəkilməsi  haqqında  saziş 

bağlandı. 



508 


Böyük  siyasi  və  iqtisadi  əhəmiyyəti  olan  bu  müqavilələrin 

müvəffəqiyyətlə həyata keçirilməsi daim dövlətin və şəxsən prezidentin 

diqqət mərkəzində idi. 

1995-


 

ci ilin aprelində «Əsrin müqaviləsi»ni reallaşdırmaq üçün 

Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  (ABƏŞ),  1996-cı  ilin 

aprelində  «Qarabağ»  strukturu  üzrə  müqaviləni  həyata  keçirmək  üçün 

«Xəzər»  Beynəlxalq  Neft  Şirkəti,  habelə  başqa  müqavilələr  üzrə 

Əməliyyat  şirkətləri  təşkil  olundu.  Bu  şirkətlər  qazma  qurğularından, 

infrastrukturlardan birgə istifadə etmək üçün xüsusi klub yaratdılar. 

ABŞ-ın  «Ekson»,  «Amoko»,  «Yunokol»  və  «Penzoyl»,  Böyük 

Britaniyanın  «Britiş»,  «Petrolium»,  Yaponiyaran  «İtoçi»,  Norveçin 

«Statovl»,  Səudiyyə  Ərəbistanın  «Delta»,  Rusiyanın  «Lukoyb>, 

Fransamn «Elf Aki- ten» və «Totob>, İtaliyanın «Acip» kimi dünyanın ən 

qabaqcıl neft şirkətləri Azərbaycanın neft, neft-maşınqayırma sənayesinə 

müasir  texnologiyalar  gətirdilər.  Neft  donanması,  infrastmktur  yenidən 

quruldu.  «Bata»  elmi-tədqiqat  geofizika  gəmisi  modernləşdirilib 

dünyamn  ən  mükəmməl  geofizika  gəmilərindən  birinə  çevrildi. 

«Xəzərdənizneft»  yanmdalma  qazma  qurğusu  yenidən  bəıpa  edildi, 

«Dədə  Qorqud»  adı  ilə  ikinci  həyata  başladı.  «Şelf-5»  qazma  qurğusu 

əsaslı  şəkildə  yenidən  qurulmağa,  müasir  avadanlıqla  təchiz  olunmağa 

başlandı. 2000-ci ildə müasir çoxflınksiyalı, özüqakan «Qurtuluş» qazma 

qurğusu  istifadəyə  verildi.  «Tofiq  İsmayılov»  adına  dalcıq, 

«Azərbaycan», «İsrafil Hüseynov» adına kran gəmiləri təmir edilib yeni 

avadanlıqlarla  təchiz  olundu.  «Çıraq-1»  platforması  beynəbcalq 

standartlara  uyğun,  Qərb  texnologiyası  əsasında  yenidən  quruldu.  Bu 

platformadan sahilədək 120 m dərinlikdə 176 km-lik neft, Neft Daşlarına 

48  km-lik  qaz  kəmərləri  çəkildi.  Sanqaçal  terminalı  tikildi.  Zığ  zavodu 

sualtı boru istehsalı üzrə modernləşdirildi. 

1994-

 

cü ildən başlayaraq hər il Batada yüzlərlə xarici firma və 



şirkətin  təmsil  olunduğu  beynəlxalq  neft-qaz  sərgiləri  təşkil  olundu. 

Yüzlərlə  azərbaycanlı  mütəxəssis  dünyanın  ən  qabaqcıl  neft  şirkətləri 

bazasında  yeni  texnologiya  və  iş  metodlarına  yiyələndi.  ABƏŞ-də  400 

nəfərdən  çox  milli  kadr  işlə  təmin  olunmuşdu.  Subpodrat  işlərinin 

hamısını  3  minə  yaxın  yeni  kadr  yerinə  yetirirdi.  «Xəzər»  Beynəlxalq 

Neft Şirkəti işçilərinin 79, «Şahdəniz» müqaviləsi üzrə işçilərin 70 faizi 

azərbaycanlılardan ibarət idi. Bakı neftçilərinin böyük təcrübəsi yüksək 

qiymətləndirilir və ondan səmərəli istifadə olunurdu. 

Neft şirkətlərinin beynəlxalq tenderlərdə bağladığı müqavilələrin 20 

faizdən çoxu Azərbaycan şirkətlərinin və onun xarici ölkələrin şirlratləri 

ilə birgə yaratdığı müəssisələrin payına düşürdü. 

509 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə