Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə190/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   186   187   188   189   190   191   192   193   ...   216

şun  komandirləri  məktəbi  Bakı  Ali  Birləşmiş  komandirlər  məktəbi  ad- 

landınldı.  Kiçik  hərbi  mütəxəssislərin  hazırlanması  üçün  iyunun  1-dən 

Goran təlim mərkəzi bazası ayrıldı. 

Azərbaycan  Hərbi  Hava  Qüvvələri  MDB  aviasiya  hissəsi  texniki 

bazasında  yaradıldı.  Hissənin  texnikası  hələ  1991-ci  ilin  sonlarından 

respublikadan  çıxarılmağa  başlanmışdı.  Lakin  burada  xidmət  edən 

azərbaycanlı  zabitlərin  sayıqlığı  sayəsində  hissədə  olan  9  Mİ-24 

vertolyotunun hamısı respublikada qaldı. Müdafiə Nazirliyinin rəhbərliyi 

ilə razılaşmaya əsasən yanvann 26-da hərbi vertolyotlardan biri qaçırılıb 

mülki  hava  limanına  gətirilir.  Fevralın  əvvəllərində  daha  bir  vertolyot 

qaçırılır.  Sonra  MDB  ölkələri  rəhbərləri  müşavirəsinin  qərarına  əsasən 

hissənin  vertolyotlan  və  texnikası  Azərbaycan  Müdafiə  Nazirliyinə 

verildi.  Fevralın  14-də  daha  5  vertolyot  gətirilərək  ilk  Azərbaycan 

avioeskadrilyası  təşkil  edildi  və  həmin  gün  Azərbaycan  tarixinə  Hərbi 

Hava  Qüvvələri  günü  kimi  daxil  oldu.  1992-ci  ilin  iyununda  bu 

eskadrilya əsasında ilk aviapolk yaradıldı. 

1992-ci  il  aprelin  7-də  Azərbaycan  Respublikası  Hərbi  Dəniz 

Qüvvələri qərargahı, mühafizə və təminat rotası yaradıldı. 

MDB qoşunları komandanlığı hərbi dəniz qüvvələri Baş qərargahı 

ilə  danışıqlar  nəticəsində  aprelin  15-də  «Xəzər  flotiliyası  qüvvə  və 

vasitələrinin bir hissəsinin Azərbaycan Respublikasına verilməsi şərtləri 

və prinsipləri haqqında protokob> imzalandı. 

Flotiliyanm qüwə və vəsaitinin 25 faizi Azərbaycan Respublikasının 

ixtiyanna  keçdi.  Ali  Hərbi  dənizçilik  məktəbi  də  Azərbaycan 

Respubilkası-  na  verildi.  İyunun  26-da  «Bakıb>  keşikçi  gəmisində 

Azərbaycan  Respubli-  kasmm  dövlət  bayrağı  qaldınidı.  Lakin 

Azərbaycana verilən obyektlər, texnika heç də yaxşı vəziyyətdə deyildi. 

Texnika  qəsdən  sıradan  çıxanlır,  cihazlar  sökülüb  apanlırdı.  Dağılan 

Sovet  ordusundan  Azərbaycana  çatacaq  silahlann  və  texnikanm  bir 

hissəsinin  respublikada  qalması  yeni  milli  hərbi  hissələrin  təşkil 

edilməsinə imkan verdi. Mayın 25-də «Azərbaycan Respublikası Silahlı 

Qüvvələrinin zabit iclasları haqqında» Əsasnamə qüvvəyə mindi. İyunun 

sonlarından orduda yazışmaların Azərbaycan dilində apanl- masına, milli 

atributlann  tətbiqinə  başlandı.  Silahlı  hissələr  və  birləşmələr  yaratmaq 

müstəsna olaraq Müdafiə Nazirliyinin səlahiyyətinə aid edilmiş, paralel 

silahlı strukturlann yaradılması qadağan olunmuşdu. 

Lakin  respublikada  yenə  də  Müdafiə  Nazirliyi  strukturuna  daxil 

olmayan,  müxtəlif  müdafiə  komitələrinə  və  şuralarına  tabe  olan,  çoxlu 

silah və sursatı ələ keçirən dəstələr fəaliyyət göstərirdi. 

484 



Respublikanın silahlı qüvvələrini - ordunu, daxili qoşun hissələrini, 

başqa  silahlı  dəstələri  vahid  mərkəzdən  idarə  etmək  münkün  deyildi. 

1992-ci  il  iyunun  27-də  prezident.  Ali  Baş  Komandan  bu  hissələrin 

fealiyyətini  əlaqələndirmək  üçün  Müdafiə  Nazirliyində  vahid 

komandanlıq  yaradılması  haqqında  dekret  imzalamışdı.  Bu,  silahlı 

qüvvələrə rəhbərliyi, müvəqqəti olsa da, nizamlaya bildi. 

Düşmənin  öz  himayədarları  tərəfindən  daha  yaxşı  silahlandınlma- 

sına,  təcrübəli  hərbçilərə  malik  olmasına  baxmayaraq,  Azərbaycanın 

igid,  qeyrətli  oğullan  qəhrəmancasına  döyüşür,  ana  torpağı  son  damla 

qanlanna  qədər  müdafiə  edirdilər.  1992-ci  ildə  yay  hərbi  əməliyyatları 

yeni  yaranan  Azərbaycan  Ordusu  üçün  müvəffəqiyyətli  oldu. 

Azərbaycan Ordusu xüsusi təyinatlı polis dəstələrinin köməyi ilə Vətən 

torpaqlarının bir hissəsini düşməndən təmizləyə bildi. 1992-ci il iyunun 

12-də  Azərbaycan  Ordusu  Ağdərədə  irimiqyaslı  hücuma  başladı.  İyul- 

avqust aylannda Azərbaycan Ordusunun Tərtər və Ağdam bölgələrinin 

qəhrəman  döyüşçüləri  Ağdərə  rayonunu,  demək  olar  ki,  düşməndən 

təmizlədi. Goranboy bölgəsinin düşmən əlinə keçmiş torpaqlan tam azad 

edildi.  Avqustun  əvvəllərində  erməni  hərbçiləri  Başkənd  yaşayış 

məntəqəsindən  qovuldu.  Bu  döyüşlərdə  Rəmzi 

N

O



\

TUZOV


,

 

Şaiq 



Mustafayev, Yunis Əliyev, Sərhəd Zöhrabbəyov, Vəzir Orucov, Yavər 

Cəbrayılov  kimi  yüzlərlə  igid  əsgəri  rəşadətləri  ilə  düşmənə  qan 

uddurmuşdu. 

Döyüşlərdə doğma torpaq uğrunda Azərbaycanda yaşayan xalqların 

övladlan  -  Azərbaycan  türkləri,  ləzgilər,  talışlar,  kürdlər  və  başqa 

xalqlann  oğullan  çiyin-çiyinə  \'uruşurdular.  Onlarla  igid  döyüşçü 

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü (bu ad 1992-ci il 

martın 25-də təsis olunub). 

Avqust ayında Azərbaycan Ordusunun cənub bölmələri də hücuma 

keçib  ermənilərin  Xocavənddəki  böyük  silah  və  sursat  anbannı 

partlatdılar.  Hərbi  hissələr  iki  tərəfdən  hücuma  keçib  düşmən  əlinə 

keçmiş kəndləri azad etməyə, Ermənistanla Yuxarı Qarabağ arasındakı 

«dəhliz»!  xeyli  daraltmağa  müvəffəq  olmuşdular.  Düşmən  ciddi 

müqavimət  göstərir,  qanlı  döyüşlərdə  torpaqlar,  yaşayış  məntəqələri 

dəfələrlə  əldən-ələ  keçirdi.  Azərbaycan  Ordusu  hərbi  hissəsini  Yuxan 

Qarabağı 

erməni 

quldurlarından 



təmizləmək 

əməliyyatından 

yayındırmaq  üçün  Ermənistan  silahlı  qüvvələrinin  Azərbaycan 

Respublikasının  sərhəd  bölgələrinə  etdiyi  güclü  hücumlar  da 

müvəffəqiyyətlə dəf olunurdu. 

Müstəqil  daxili  və  xarici  siyasət  yürüdən  Azərbaycan 

Respublikasına təzyiq göstərib onu MDB-yə qoşmaq, orduların yenidən 

Azərbay 


485 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə