Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə186/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   182   183   184   185   186   187   188   189   ...   216

Azərbaycan  Respublikasının  və  onun  xalqının  mənafeyinə  zidd 

olmayan  beynəlxalq  paktlan,  konvensiyaları  və  başqa  sənədləri  qəbul 

edərək, 

SSR  İttifaqına  daxil  olan  bütün  respublikalarla  dostluq 

münasibətlərini bundan sonra da saxlamağı arzu edərək, 

Beynəlxalq  birliyin  üzvü  olan  dövlətlərlə  bərabərhüquqlu 

münasibətlər yaratmağa hazır olduğunu bildirərək

Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  Birləşmiş 

Millətlər  Təşkilatının  Nizamnaməsində,  digər  beynəlxalq  hüquq  pakt- 

lannda  və  konvensiyalannda  təsbit  edilmiş  prinsiplərə  müvafiq  surətdə 

beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı 

tərəfindən tanınmasına ümid bəsləyərək 

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT 

MÜSTƏQİLLİYİNİN BƏRPA OLUNDUĞUNU 

ELAN EDİR 

Azərbaycan xalqının tarixində yeni dövr başlandı. 

1991-ci il sentyabnn 5-də SSRİ xalq deputatlanmn V qurultayı keçid 

dövrünün  hakimiyyəti  haqqında  Konstitusiya  qanunu  qəbul  etdi  və  öz 

səlahiyyətini Respublikaların yüksəkvəzifəli şəxslərindən təşkil olunmuş 

SSRİ Dövlət Şurasına və tezliklə formalaşacağı nəzərdə tutulan SSRİ Ali 

Sovetinə  verdi.  Lakin  respublikalarda,  o  cümlədən  Azərbaycanda  bu 

qərann  həyata  keçirilməsinə  qarşı  ciddi  mübarizə  başlandı.  Heydər 

Əliyevin  sədrlik  etdiyi  (1991-ci  il,  3  sentyabrdan)  Naxçıvan  MR  Ali 

Məclisi  1  oktyabr  tarixli  qəran  ilə  keçid  dövrü  ittifaq  orqanlannda 

Azərbaycan  Respublikasınm  iştiratam  qeyri-mümkün  saydı,  respublika 

rəhbərliyinin  müstəqillik  məsələsində  qeyri-ardıcıl  mövqeyini  tənqid 

etdi. 

Digər respublikalar kimi, Azərbaycan da SSRİ Dövlət Şurasına öz 



nümayəndələrini  yalnız  məşvərətçi  səlahiyyətlə  göndərdi.  Yeni  ali 

qanunverici orqan təşkil etmək mümkün olmadı. Respublikalarda dövlət 

müstəqilliyi uğrunda mübarizə daha da genişləndi. 

Sentyabrın  8-də  Azərbaycanda  prezident  seçkiləri  keçirildi. 

Demokratik  qüvvələr  bu  seçkiləri  baykot  etməyə  çağırmışdı.  Naxçıvan 

MR-nin Ali Məclisi prezident seçkilərini Muxtar Respublika ərazisində 

ləğv  etmişdi.  Bakıda  seçicilərin  30  faizə  qədəri  seçki  məntəqələrinə 

gəlməmişdilər. Lakin seçkilərin nəticələri saxtalaşdırıldı və A.Mütəllibov 

yenidən prezident «seçildi». 

473 



Xalqın  rəğbətini  qazanmağa  çalışan  prezidentin  təşəbbüsü  ilə 

sentyabrın  14-də  artıq  tam  iflasa  uğramış  Azərbaycan  Kommunist 

Partiyası XXXIII fövqəladə qurultayını çağınb özünü buraxdı. 

Azərbaycan  Respublikası  Ali  Sovetinin  18  oktyabr  sessiyasında 

«Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya 

aktı»  yekdilliklə  qəbul  edildi.  Mühafizəkarların  cidd-cəhdlərinə 

baxmayaraq, müxalifətin təklifi ilə sessiya Qorbaçovun yeni ittifaq üçün 

iqtisadi  baza  yaratmaq  məqsədilə  irəli  sürdüyü  iqtisadi  birlik  haqqında 

vahid müqavilə bağlamaq təşəbbüsünə Azərbaycanın qoşulmasına etiraz 

etdi.  Azərbaycan  başqa  respublikalarla  birtərəfli  iqtisadi  müqavilələr 

bağlanmasına üstünlük verdi. 

Noyabnn  14-də  Moskva  yaxınlığında  Novo-Oqoryovoda  yeddi 

respublika, o cümlədən Azərbaycan rəhbərləri yeni dövlətlərarası birlik - 

«Suveren  Dövlətlərin  İttifaqı»nı  yaratmaq  haqqında  niyyətlərini 

bildirdilər.  Lakin  hazırlanmış  müqaviləyə  Qorbaçovdan  başqa  heç  kim 

imza atmadı. 

Demokratik  qüvvələr  düşmənlər  tərəfindən  müstəqil  Azərbaycam 

diz çökdürmək üçün təzyiqlərin artdığı şəraitdə iqtidan fəaliyyətsizlikdə 

təqsirləndirir,  vətəndaşlan  hakimiyyətə  tabe  olmamağa  çağırır,  qəti 

tədbirlər  görülməsini  tələb  edirdi,  iqtidar  artıq  dövləti  idarə  edə 

bilmədiyini  başa  düşürdü.  Oktyabrın  3-də  prezident  və  demokratik 

qüvvələrin  liderlərinin  görüşündə  keçid  dövrü  üçün  yeni,  çevik  ali 

qanunverici  orqan  -  respublikanın  xalq  deputatlarından  Milli  Şura 

yaradılması  haqqında  razılıq  əldə  olundu.  Eyni  zamanda  prezident 

yerlərdə  tərəfdarları  ilə  möhkəmlənmək  üçün  dövlət  hakimiyyət  və 

idarəetmə or- qanlannm quruluşunu və fəaliyyətini təkmilləşdirmək adı 

ilə  oktyabnn  18-də  rayonlarda,  şəhərlərdə  və  şəhər  rayonlannda  icra 

hakimiyyəti başçılan vəzifəsi təsis etdi və bu vəzifəyə özünə dayaq hesab 

etdiyi adamlan təyin etdi. Lakin bu tədbirlər, əhalinin sosial vəziyyətini 

yaxşılaşdırmağa  yönəldilsə  də  dərin  inflyasiya  şəraitində  heç  bir  real 

təsirə 

malik 


olmayan 

güzəştlər 

A.Mütəllibovun 

mövqeyini 

möhkəmləndirə bilmədi. 

Oktyabrın  30-da  qəbul  olunmuş  Milli  Şura  haqqında  Qanun 

parlamentin bir orqanı kimi nəzərdə tutulan bu şuraya, əslində elə bir real 

səlahiyyətlər vermədi. 

Yuxan  Qarabağda  Xocavənd  adlı  Azərbaycan  kəndinin  düşmən 

tərəfindən ələ keçirilib vandalizmə məruz qalması ilə əlaqədar vəziyyətlə 

yerində tanış olmaq üçün respublikadan bir neçə yüksəkvəzifəli 

474 



şəxsi,  habelə  SSRİ  Müdafiə  Nazirliyi  nümayəndələrini,  Rusiya  və 

Qazaxıstan müşahidəçilərini gətirmiş vertolyotun noyabrın 20-də Qara- 

kənd  yaxınlığında  vurulub  salınması,  bütün  sərnişinlərin  və  heyət 

üzvlərinin (23 nəfər) həlak olması respublikada siyasi vəziyyəti daha da 

gərginləşdirdi.  Noyabrın  26-da  Ali  Sovet  Milli  Şura  haqqında  qanuna 

yenidən  baxdı  və  bu  şuranın  səlahiyyətlərini  məhdudlaşdıran  bəzi 

maddələri  dəyişdirdi.  Paritct  əsasda  25  nəfər  «demblok» 

nümayəndələrindən  və  25  nəfər  başqa  deputatlardan  ibarət  Ali  Sovet 

səlahiyyətini daşıyan Milli Şura yaradıldı. Qalan deputatların hüquqlan 

ciddi şəkildə pozuldu. 

1991-

 

ci il dekabnn 8-də Brest şəhəri yaxınlığındakı «Viskuli» 



iqamətgahında Rusiya Federasiyası, Ukrayna və Belarus Respublikalan 

rəhbərləri  «Müstəqil  Dövlətlər  Birliyi»  (MDB)  yaradılması  haqqında 

müqavilə bağladılar, «Belovejsk sazişi» adlı müqavilədə SSRİ-nin artıq 

bir beynəbcalq hüquq subyekti kimi mövcudluğuna son qo>oılduğu elan 

edildi.  Brest  «üçlüyü»  keçmiş  SSRİ-yə  daxil  olan  respublikalan  da  bu 

birliyə qoşulmağa dəvət etdi. Mərkəzi Asiya respublikalan və Qazaxıstan 

rəhbərləri  Aşqabad  görüşündə  MDB-yə  daxil  olmaq  niyyətlərini 

bildirdilər.  Dekabrın  21-də  Alma-Atada  Brest  «üçlüyü»,  Aşqabad 

«beşliyi», Ermənistan, Moldova və Azərbaycan rəhbərlərinin görüşündə 

SSRİ-nin  mövcudluğunun  dayandıniması  və  bununla  əlaqədar 

problemlərin  nizama  salınması  haqqında  bəyannamə  qəbul  edildi. 

Azərbaycan prezidenti bu görüşdə bir sıra müqavilələr imzaladı. Lakin 

Azərbaycan parlamenti onları təsdiq etmədi. 

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi 

keçirildi.  Referendum  bülleteninə  bir sual  yazılmışdı:  «Siz  Azərbaycan 

Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası 

Ali  Sovetinin  qəbul  etdiyi  Konstitusiya  aktına  tərəfdarsınızmı?» 

Səsvermə hüququ olanların 95 faizdən çoxu referendumda iştirak etdilər. 

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar 

çıxdı. 


475 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə