Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə183/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   216

Moskva gizlincə respublikadan qaçmış Ə.Vəzirovun yerinə yanvann 

20-də Ayaz Mütəllibovu Azərbaycan KP MK-nın birinci katibi təyin etdi. 

Hərbi hökumət gərginliyi bir qədər yatırmaq üçün həmin gün radio ilə 

Azərbaycan  SSR  Ali  Soveti  Sədrinin  Bakıda  fövqəladə  vəziyyət  elan 

olunmasına  və  şəhərə  qoşun  yeridilməsinə  qarşı  etiraz  bəyanatının 

yayılmasına  icazə  verdi.  Yanvann  21-də  deputatların  üçdə  birinin 

təşəbbüsü  ilə  Azərbaycan  SSR  Ali  Sovetinin  fövqəladə  sessiyası 

keçirildi. Deputatlar baş vermiş faciəyə siyasi qiymət verməyə çalışdılar. 

Onu törədən ölkə və respublika rəhbərlərinə qəti etiraz- lannı bildirdilər. 

Bakı  şəhərində  fövqəladə  vəziyyət  tətbiq  edilməsi  haqqında  fərmanın 

fəaliyyətini  dayandırmaq,  ordu  hissələrini  şəhərdən  çıxarmaq  barədə 

qərar qəbul olundu. Lakin Moskva bu qərara əhəmiyyət vermədi. 

Xalqın  bu  ağır  günlərində,  yanvarın  21-də  Heydər  Əliyev 

Azərbaycanın  Moskvadakı  daimi  nümayəndəliyinə  gələrək  təşkil 

olunmuş yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi, 20 yanvar 

faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə 

zidd olduğunu, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol 

verilmiş kobud siyasi səhv olduğunu göstərdi. 

Bu  tarixi  çıxışın  mətni  dünyaya,  respublikaya  geniş  yayıldı. 

Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq 

Heydər  Əliyev  kimi  dünya  siyasətinin  nüfuzlu  şəxsiyyətinin,  doğma 

oğlunun onunla olduğunu görüb, ürəkləndi. 

Bakı, bütün Azərbaycan fövqəladə vəziyyət olmasına baxmayaraq, 

yanvann  22-də  azadlıq  şəhidləri  ilə  vidalaşdı.  Şəhər  matəm  libası 

geyinmişdi.  Respublikada  üç  gün  matəm  elan  olunmuşdu.  «Azadlıq» 

meydanında  böyük  matəm  mitinqi  keçirildi.  Mitinqdə  və  dəfn 

mərasimində iki milyona qədər adam iştirak edirdi. Bu, azadlıq yolunda 

müqəddəs şəhidlərə ehtiramın habelə Moskvanın qanlı əməllərinə qarşı 

etirazın ifadəsi idi. Küçələrdə, Azərbaycan KP MK binasının divarlannda 

«Qorbaçov cəlladdır!»,  «Rədd olsun, Sov.İKPl»,  «İşğalçılar, rədd olub 

gedin!» və s. şüarlar yazılmışdı. Partiya biletlərindən tonqallar qalanırdı. 

Şəhidlər şəhərin ən uca yerində - dağüstü parkda dəfn edildilər. 

Xalqa  qarşı  Sovet  ordusunun  qanlı  cinayətləri  isə  hələ  bitmək 

bilmirdi.  Qanlı  qırğına  etirazını  bildirmək  üçün  Bakı  buxtasına  gəlmiş 

«Xəzəmefldonanması»nın  gəmiləri  burada  hərbi  gəmilər  tərəfindən 

mühasirəyə alınaraq gülləbaran edilmiş, onlarla dənizçi dövlət çevrilişi 

cəhdinin iştirakçısı kimi həbs olunmuşdu. 

465 



Sovet  hökumətinin  xalq  tərəfindən  devrildiyi  bölgələrdə  ordunun 

köməyi  ilə  kommunistlərin  hakimiyyəti  yenidən  bərpa  olundu.  Ordu 

Lənkərana yeridildi. Silahlar təhvil verilməyə başlandı. Yalnız bir qrup 

könüllü İstisu meşəsinə çəkildi. Yanvarın 26-da  meşəyə desant salındı. 

Qeyri-bərabər  döyüşdə  könüllülərdən  beş  nəfəri  öldürüldü,  bir  neçəsi 

həbs edildi. 

İmperiya istəyinə nail oldu. Bakıda fövqəladə vəziyyət, komendant 

saatı  tətbiq  edildi.  AXC,  MMŞ  dağıdıldı,  bir  çox  fəal  cəbhəçilər  həbs 

olundu. AXC-nin seçkilərdə demokratik yolla hakimiyyətə gəlməsi kimi 

real imkan aradan qaldırıldı. 

Qanlı yanvar qırğını, həm də rus şovinistlərinin erməni daşnakları ilə 

birgə apardıqlan antitürk siyasətinin, türk soyqırımının tərkib hissəsi idi. 

İmperiyanın  Alma-Atada,  Ermənistanda,  Özbəkistanda,  Azərbaycanın 

DQMV-də tökdüyü türk qanma Qanlı yanvarda daha 117 şəhid, yüzlərlə 

yaralanmış azərbaycanlının qanı əlavə olundu. 

Lakin  imperiya  qanlı  əməlləri  ilə  Azərbaycan  xalqının  azadlıq 

hərəkatım  boğa  bilmədi.  Əksinə,  özünün  dayağı  olan  Kommunist 

Partiyasını, Sovet Hökumətini xalqın gözündən daha da saldı. 

Əgər  Qanlı  yanvara  qədər Azərbaycan  xalqının  qabaqcıl  qüvvələri 

respublikanın  suverenliyini  SSRİ  daxilində  mövcud  siyasi  və  iqtisadi 

münasibətlərin  təkmilləşdirilməsi  kimi  qeyri-real  imkanlarda  axtanrdı- 

larsa, bu hadisədən sonra onlar başa düşdülər ki, suverenliyin yeganə yolu 

Sovet imperiyasından ayrılmaq, dövlət müstəqilliyini bərpa etməkdədir. 

§ 4. Azərbaycan Respublikası dövlət 

müstəqilliyinin bərpa olunması 

Azərbaycan  xalqı  Qanlı  yanvardan  böyük  dərs  aldı,  fövqəladə 

vəziyyət şəraitində partizan müharibəsi aparmaq kimi avantürist çağırış- 

lan rədd etdi, qarşıya mövcud reallıqlar daxilində həll edilməsi mümkün 

olan  məsələlər  qoymağa,  mübarizəni  dinc  siyasi  vasitələrlə  davam 

etdirməyə başladı. Mütəşəkkil şəkildə qırx günlük ümumrespublika etiraz 

tətili keçirildi. Kənd əhalisinin yaxından köməyi ilə tətil edən fəhlələrə 

müntəzəm olaraq maddi və mənəvi yardım göstərilirdi. Tətil imperiyaya 

yarım  milyard  rubldan  çox  iqtisadi  ziyan  vurdu.  Lakin  tarixin  bu 

məsuliyyətli dövründə AXC artıq xalqı rəhbərlik edə bilmədi. 



466 


Onun siyasi cəhətdən kəmsavad, uzağı görməyən, öz ambissiyalann- dan 

çıxış edən bəzi liderləri qarşıdakı parlament seçkilərində yer almaq üçün 

iqtidarla  razılığa  gəldilər.  Belə  ki,  guya  bir  qrup  ziyalının  «75-lə-  rin 

bəyanatı» adlı müraciətindən «təsirlənən» iqtidar və AXC liderləri mayın 

ortalarında görüşüb Məşvərət Şurası yaratdılar. 

Azərbaycan  SSR  Ali  Sovetinin  sessiyası  mayın  19-da,  Məşvərət 

Şurasında  əvvəlcədən  əldə  olunmuş  razılığa  əsasən  prezident  vəzifəsi 

təsis  etdi  və  Ayaz  Mütəllibovu  bu  vəzifəyə  seçdi.  İqtidar  bir  sıra 

güzəştlərə  getdi.  21  may  fərmanı  ilə  28  may  1918-ci  ildə  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  yarandığı  gün  -  Azərbaycan  dövlətçiliyinin 

bərpası  günü  elan  edildi. Həmin  gün  demokratik  qüvvələr  Azərbaycan 

Respublikasının üçrəngli bayrağını keçmiş Azərbaycan parlamenti binası 

üzərində  yenidən  qaldırdılar.  Fövqəladə  vəziyyətin  olmasına 

baxmayaraq,  Bakıda,  habelə  Gəncədə  və  respublikanın  başqa 

şəhərlərində 28 may münasibəti ilə mitinqlər, nümayişlər keçirildi. Lakin 

bütün bu nümayişkaranə tədbirlərə baxmayaraq, Azərbaycan xalqı xalq 

cəbhəsi  liderlərinin  qeyri-ardıcıl  mövqeyini  görüb  bu  təşkilatdan 

uzaqlaşmağa başladı. Qısa bir müddətdə xalq cəbhəsi üzvlərinin sayı 3 

dəfəyə qədər azaldı. 

Xalqın böyük bir hissəsi bütün ümidini Heydər Əliyevə bağlamışdı. 

Qanlı  yanvar  hadisələrindən  sonra  xalqın  öz  qüdrətli  rəhbəri  ilə 

birləşəcəyindən  qorxan  imperiya  Heydər  Əliyevə  qarşı  repressiya 

planları hazırladı və həyata keçirməyə çalışdı. Respublika rəhbərləri də 

hər vəchlə onun Azərbaycana qayıtmasına mane olurdular. Lakin tarixin 

bu məsuliyyətli, çətin və şərəfli dövründə xalqı ilə olmağı, ona kömək 

etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. 

Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin iqtidar, 

ondan  hakimiyyət  bölgüsü  gözləyən  sol  müxalif  qüvvələr  Heydər 

Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və o, doğma diyan 

olan Naxçıvana getməli oldu. Müstəqillik və azadlıq ideyalannm həyata 

keçirilməsini Heydər Əliyevin adı ilə bağlayan Naxçıvan əhalisi iyulun 

22-də  «Azadlıq»  meydanında  mitinq  təşkil  etmişdi.  60  mindən  çox 

adamın iştirakı ilə keçirilən izdihamlı mitinqdə Heydər Əliyev çıxış etdi. 

O,  xalqın  nümayəndələri  ilə  çoxlu  görüşlər  keçirdi.  H.Əliyev  xalqı 

azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırırdı. 

İyul  ayından  Azərbaycan  SSR  xalq  deputat  lan  və  yerli  xalq 

deputatları Sovetlərinə seçkilər üzrə seçki kampaniyası başlandı. İyunun 

28-də respublika demokratik qüvvələrinin forumu keçirildi. 20-dən artıq 

ictimai təşkilatın iştirak etdiyi demokratik blok («demblok») yaradıl 

467 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə