DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə21/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
77
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
“Həyatın mərtəbələri”. 
1988. Bürünc
“Fortuna”. “Zamanın 
oyunları” əsərindən 
fraqment. Bürünc
“Üç müdrik”. 2000. Daş
F.Nəcəfovun qrafi k rəsmləri
Müxtəlif  materiallarla  –  daş,
mərmər, bürünc və qranitlə işləyən
heykəltəraş  daim  onların  təsir  im-
kanlarının  əhatəli  ifadəsinə  can
atır. Materialın ölçüsü, fakturası
və rəngindən asılı olaraq obrazlar
öz xarakterini dəyişir.
Bəstəkar Qara Qarayevin abidəsi. 
2014. Mərmər, qranit.
Bakı. 28 May küçəsi
Son  illər  Fazil  Nəcəfov  özü-
nü bütünlüklə iri layi hə yə – XX
əsrin  böyük  bəstəka rı  Qara  Qa-
rayevin abidəsi üzərində işə həsr
etmişdi.  Nəhəng  qırmızı  qranit
parçası  abidənin  əsasını  təşkil
edir.  Abidənin  ön  hissəsi  tama-
şaçıya tərəf şaquli şəkildə çevril-
miş royal qapağı formasındadır.
Onun  fonunda  qorelyef  –  bəstə-
karın “qanadlanmış” fi quru həkk
olunub.
Bilirsinizmi?
İnsan  portretləri  çəkərkən  bəzən  səbirsizcəsinə  əsas  diqqəti  təsvir
olunan insanın zahiri bənzərliyinə, xarakterinin açılmasına yönəldir.


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
78
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
“Zamanın oyunları”. 
2008. Bürünc
F.Nəcəfovun son illərə aid əsərlərindən biri “Zama-
nın  oyunları”  adlanır.  Bu,  plastik  rəmzlər,  portret  və
müdrik sözlərdən ibarət geniş, əhatəli fəlsəfi proqram-
dır. Əsərdə qədim əsgərin cəng arabasında yerləşdirilmiş
maska-dəbilqəsi  göstərilmişdir.  Burada  kon kret  tarixi
ünvan yoxdur. İnsanlar bütün dövr lərdə hakimiyyət və
pul hərisi olmuş, bütün bunları müharibələr, başqaları-
nın qanı və canı hesabına əldə etmişlər. Tarixdə bir çox
böyük insanın adı qalıb və rəssam göz yuvaları boş olan
bu  dəbilqədə  onların  bəzilərini  təcəssüm  etdirmişdir  –
Ramzes, Makedoniyalı İsgəndər, Neron...
Bu maraqlıdır
Müəyyən edin
1. 
F.Nəcəfovun dərslikdə verilmiş heykəltəraşlıq əsərlərini mövzu, ma-
terial və texnika baxımından şərh edin.
Yaradıcı fəaliyyət
2. 
İnsan obrazı yaratmağa çalışın. Burada insana xas olan halları – qəm,
kədər, ağrı, sevinc, təəccüb və s. göstərin.
3. 
F.Nəcəfovun həyat və yaradıcılığı haqqında əlavə məlumat toplayın
və təqdimat edin.
Təchizat: plastilin və yaxud gil, karton
 
Sərbəst iş üçün tapşırıqlar

F.Nəcəfovun yaradıcılığını hansı müasir üsluba aid etmək olar?
Özünüzü yoxlayın
Heyvanlar aləmini dərin-
dən müşahidəsi əsasında hey-
kəltəraş həm də bacarıqlı ani-
malist kimi çıxış edir.
“Bayquş”. 1970-ci il lər. Mərmər
“Pişik”. 2010. Bürünc
F.Nəcəfovun əsərlərindəki fəlsəfi  baxışlar nədən irəli gəlir?
Düşünün və izah edin
Kamil və fərdi usluba, bənzərsiz heykəllərə, özünəməxsus rəsmlərə
malik olan Fazil Nəcəfovun yaradıcılığı dövlətimizin diqqət mərkəzin-
dən kənarda qalmamış, yüksək səviyyədə qiymət verilmişdir.


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
79
Qrafi kanın və rəngkarlığın əsas ifadə vasitələri hansılardır? Rəssam-
lar öz əsərlərində bunlardan nə üçün istifadə edirlər?
ARİF HÜSEYNOV: AZƏRBAYCAN NAĞILI
Tanış olun
Görkəmli qrafi ka ustası, xalq rəssamı Arif Hüseynov daim axtarış-
da olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun
illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssa-
mın sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır.
 Rəssamın  mənəvi  dəyərlərimizə  göstərdiyi  münasibətinin  parlaq
ifadəsi olan əsərlərində bunu daha aydın görmək mümkündür. Bir çox
rəsmlərində ustadın qədim miniatür üslubu ənənələrinə bağlılığı ilə ya-
naşı, vətəndaşlıq yanğısı və müasirliyə həvəs də qabarıq hiss olunur.
Кitablardakı mətnlərə çəkilən təsvirlər necə adlanır?
İncəsənətə dair dialoq
Xatırlayın
18
Təsviri sənət qalereyası
“Nar çiçəkləri”. 2014
“Azərbaycan muğamı”. 2010
Qrafi ka  sənətinin  bədii  və  texniki  imkanlarına  kifayət  qədər  bələd
olan rəssam sonda cəlbediciliyi ilə yanaşı, həm də dərin fəlsəfi məzmunlu
əsərlər yaratmağa nail olmuşdur. O, ağ-qara cizgilərdə olan işlərə aza-


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
80
ARİF HÜSEYNOV: AZƏRBAYCAN NAĞILI
Arif Hüseynov xalqımızın həyatı və adət-ənənələrini Azərbaycan na-
ğılları və folkloru baxımından aydın və maraqlı, yumor və fantaziya ilə
əks  etdirən  rəngkarlıq  və  qrafika  əsərləri  yaratmışıdr.  Bənzərsiz  nağıl
xəzinəsini hər kəs uşaqlıqdan sevir və bilir. O zamanlar xəyalda canlanan
əşyalar, danışan heyvanlar və quşlar, qəhrəmanların igidlikləri oxucu-
nu zəngin sehrə salırdı. Rəssamın öz təxəyyülü cadugərlərin, divlərin,
hiyləgər vəzirlərin və qəddar hökmdarların, olduqca gözəl qəhrəmanla-
rın görünüşünü tamamlayır. Nağıllar rəssamlar üçün yalnız illüstrasi-
yalarda deyil, hətta nəqqaşlıqda, qrafikada, kinematoqrafiyada və digər
incəsənət növlərində də həyata keçirilən obraz və ideyaların tükənməz
mənbəyi olaraq qalmaqdadır.
1
Dəzgah qrafikası – təsviri sənətin qrafika növünün inkişaf sahəsi, molbert üzərində ya-
radılan  qrafik  əsərlərdir.  Onların  yaradılmasında  tuş,  qara  quaş,  karandaş,  kömürdən
istifadə edilir.
cıq  rəng  ovqatı  qatmaqla  əsərlərin  bədii-psixoloji  təsir  gücünü  artırır
və daha təsirli ifadə vasitələri axtarırdı. Ədəbiyyatı ürəkdən sevən Arif
Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib.
Onun Nəsimi, Gəncəvi, Füzuli, Sabir, Cavid, Səməd Vurğun, Rəsul Rza
və digər klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının
1
ən
gözəl nümunəsi sayılır.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
30.10.1943
Bakı, Azərbaycan
Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbi (1960–
1962), Azərbaycan Dövlət İncəsənət İnstitutu (1965–
1972)
Azərbaycan Respublikasının əməkdar rəssamı (1992),
“Hümay” mükafatı laureatı (1995), Azərbaycan Res-
publikasının  xalq  rəssamı  (2006), Azərbaycan  Res-
publikası Prezidentinin fərdi təqaüdçüsü (2008)
rəngkarlıq, dəzgah və kitab qrafikası, miniatür sahəsi
natürmort, portret, mənzərə, süjetli əsərlər
“Azərbaycan nağılları” silsiləsindən “Cırtdan” (2006),
“Azərbaycan nağılları” silsiləsindən “Tapdığın nağılı”
(2008), “Nar bayramı” (2005), “Nərd oyunu” (2008),
“Hophopnamə” (2012) və s.
Arif Şahbaz oğlu Hüseynov
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə