ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
129
Fotolar haranı əks etdirir? Hadisə harada baş verir?
TELEVİZİYA: RƏSSAM və EKRAN
Tanış olun
Televiziyanın sayəsində təsvir kinoteatr ekranlarından hər bir evə gəl-
di. İnsanlar televizorda təkcə filmləri deyil, həm də birbaşa teleseyrçilərin
gözləri qarşısında baş verən, onları hadisələrin real iştirakçısına və şahi-
dinə çevirən konsertlərin, futbol oyunlarının canlı yayımını gördülər.
Bu gün həyatı televizorsuz təsəvvür etmək çətindir. Əgər kinematoq-
rafın yaranması bütün incəsənət sahələrinə təsir göstərmişdisə, televizi-
ya adamların həyatının bütün sahələrini dəyişdi. O, adamların psixologi-
yasını, dünyanın qavranılmasını və müasir cəmiyyətin mədəniyyətini
başqalaşdırdı. Televiziya bizi dünyanın istənilən yerində real zamanda baş
verənlərin şahidinə çevirdi.
İstənilən rəsm və ya fotoşəkil, əlbəttə, təsvirini həkk etdiyi hansısa in-
formasiyanı daşıyır. Lakin canlı təsviri və canlı sözü özündə birləşdirən
Hansı kütləvi informasiya vasitələrini tanıyırsınız?
İncəsənətə dair dialoq
Xatırlayın
27
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
130
TELEVİZİYA: RƏSSAM və EKRAN
televiziya görüntüsü müqayisə olunmayacaq qədər böyük təəssürat doğu-
rur və informasiya verir. Televiziyanın əsas vəzifəsi – ekranda dünyanın
real mənzərəsini yaratmaqdır.
Televiziyada rəssamın fəaliyyəti, əsasən, iki istiqamətdə inkişaf edir:
ssenoqrafik dizayn – müxtəlif verilişlər (disput, tok-şou, konsert) üçün
studiyanın tərtibatı və kompüter qrafikası (ekran dizaynı, kompüter
başlıqları və s.). Televiziya verilişlərinin hazırlığında işıq, geyim, qrim
və s. üzrə rəssamlar da iştirak edirlər.
Əgər kinematoqraf ekran seyrinə kollektiv baxış və bir-biri ilə şərik
münasibət xarakteri vermişdisə, televiziya bizi ekranla təkbətək qoydu.
O bizim həmsöhbətimizə, qonağımıza, bəzən isə az qala evimizin sahibinə
çevrildi.
Azərbaycan televiziyası radiodan düz 30 il sonra –
1956-cı il fevralın 14-də fəaliyyətə başladı. Bakı studiyası
əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə
çıxırdı.
1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5
dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat
20 dəqiqəyə çatdırıldı.
1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7
saatadək artmışdı.
Azərbaycan televiziyasının gündəlik veriliş və proq-
ramları 2005-cı ilin yanvarından 24 saatlıq fasiləsiz ya-
yıma keçdi.
Televiziya yayımı müxtəlif məqsədlərlə aparılır və fərqli auditoriyalara
yönləndirilir. Bu gün televiziyanın məktəb televiziyası forması da mövcud-
dur. Yuxarı sinif şagirdləri yayım şəbəkəsini, telerubrikaları müəyyən edir, vi-
deodərslər, süjetlər, reportajlar (hadisə yerindən xəbərlər) çəkir və müzakirə
edərək məktəb televiziyasının bütün süjetlərini ardıcıllıqla düzürlər.
Bilirsinizmi?
Bilirsinizmi?
Ssenoqrafik dizayn
Kompüter qrafikası
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
131
TELEVİZİYA: RƏSSAM və EKRAN
Rəssam fəaliyyətə başlayanda bütün işlər sənət əsərinə çevri-
lir. Televiziya verilişi də istisna deyil. Televiziya da karandaş, fo-
toaparat kimi yalnız vasitədir, onu sənətə çevirənsə rəssamın iste-
dadı və yaradıcılığıdır. Teleyayımın istənilən növü (hava proqnozu
və reklamdan ta idman oyunlarının, konsert və bayram parad-
larının yayımınadək) sənət əsəri ola bilər.
Müəyyən edin
1.
Konkret televiziya verilişi, telereportaj və ya müsahibədə rəssamın
rolunu təhlil edin.
Yaradıcı fəaliyyət
2. а)
Öz şəhəriniz (kəndiniz) barədə telesüjet hazırlayın və çəkiliş üçün
ən çoxu üç obyekt (görməli yer, memarlıq abidəsi və s.) seçin. Bu ob-
yektlər barədə əvvəlcədən yazılmış mətni kadr arxasında oxumaq olar.
b)
Hər hansı bir muzey haqqında telereportaj hazırlayın. Bunun üçün
muzeyə ekskursiyaya getmək, onun funksiyası, ekspozisiyası, mu zey
sərgilərinin fəaliyyətindəki yeniliklərlə tanış ola bilərsiniz. Öz aranız-
da iş bölgüsü aparın.
3.
“Televiziya mənim həyatımda” (“Mənim sevimli televiziya verilişim”
və s.) mövzusunda analitik (fərdi və kollektiv) araşdırmada televi-
ziyanın informasiya-ekran xüsusiyyətlərinin nə demək olduğunu,
onun tamaşaçıya və şəxsən sizə təsirini açın.
Məktəb televiziyası yaratmağa cəhd edin. Bu, məktəb mövzusunda
süjetin hazırlanma prosesində özünüzü ssenari müəllifi, rejissor, qu-
ruluşçu rejissor, rəssam, aparıcı, yaxud aktyor kimi sınamaq üçün
əla imkandır. Televiziya proqramlarının yaradılması üzərində iş
özünüzü fərd olaraq, yaxud qrupda göstərmək, öz işinizin nəticəsini
hamı ilə bölüşmək imkanı verir. Artıq bu gün məktəblərin əksəriy-
yətində şagirdlər belə layihələr üzərində çox aktiv çalışırlar. Məktəb
televiziyasındakı verilişlərin bir neçə rubrikası bunlardır: “Sinfimi-
zin həyatından”, “Maraqlıdır”, “Məktəbin həyatından”, “Əlamətdar
günlər” və s. Bayram tədbirlərinin, açıq dərslərin lent yazısı da mək-
təb televiziyasında nümayiş etdirilə bilər.
Təchizat: videokamera, smartfon və ya planşet, internet, kompüter
Sərbəst iş üçün tapşırıqlar
3
Kinofilm teleserialdan və ya tok-şoudan nə ilə fərqlənir?
3
Televiziya və internet müasir insan üçün niyə belə vacibdir?
Özünüzü yoxlayın
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
132
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
Verilmiş əsərlərin hansı sənət növünə aid olduğunu müəyyən edin.
Özünüzü yoxlayın
ƏZİZ DOST!
Dərsliyin səhifələrində təsviri sənətdəki yeni baxış və yeni anlayışlarla tanış oldunuz.
Siz bu tükənməz aləmi dərk etməyə doğru ilk addımlar atdınız. Bu addımlar – sizin bu
sənətləri gələcəkdə də dərk etməyinizin təməlidir.
Bütün təsviri sənət tarixində XIX əsrin sonu – XX əsrin əvvəlləri incəsənəti qav-
ramaq üçün ən mürəkkəb dövrlərdən biri hesab olunur. Heç bir əsr bu qədər faciəvi sosial
sarsıntı, belə dəhşətli dünya müharibələri, bu qədər heyrətləndirici elmi-texniki tərəqqi,
belə geniş milli-azadlıq hərəkatı görməmişdir. Bütün baş verənlər incəsənətdə dərin və
ciddi dəyişikliklərə səbəb oldu, onun yeni və orijinal inkişaf yollarını müəyyənləşdirdi.
Həmin vaxtın bədii situasiyasının unikal olması ondan ibarət idi ki, özündən
əvvəlki dövrlərdən fərqli olaraq realizmlə, demək olar ki, eyni vaxtda bəzən onunla
zidd olan yeni üslub, cərəyan və istiqamətlər meydana çıxır və formalaşırdı. XX əsrin
incəsənəti bir tərəfdən köhnə bədii ənənələrdən imtina, keçmişin klassik irsini yenidən,
yaradıcı şəkildə dərk etmək cəhdi kimi, digər tərəfdən isə heç bir çərçivə və şərtiliklə
məhdudlaşdırılmayan cəsarətli yeniliklər, eksperimentlər kimi qavranılır.
XX əsrdə hər bir rəssam öz üslubunu, öz tərzini yaratmağa, öz dəstxətini təs diq-
lə məyə can atırdı. O, ilk dəfə öz zövqünə və şövqünə yönəlmək üçün real imkan əldə
etmişdi. Heç vaxt rəssam öz yaradıcılığında bu qədər sərbəst və azad olmamışdı.
İncəsənətdə sintez ideyası XX əsrdə çox doğma göründü. O, yeni növlərlə zənginləşdi:
fotoqrafiya, kinematoqraf, televiziya, video, kompüter qrafikası, dizayn – bu dövrün
səciyyəvi əlamətlərinə çevrildi. Realist heykəltəraşlıq və rəngkarlığın əvəzinə kollaj, art-
obyekt, instalyasiya gəldi. Rəssamlar əsrlərlə yalnız fırça və boyalarla işləmişdilər, XX
əsrdə isə kompüter texnologiyalarından bəhrələnməyə başladılar. Bununla yanaşı, tarix
göstərdi ki, təsvirin heç bir növü özündən əvvəlkini ləğv etmir, əksinə, yalnız rəssamın
ifadə imkanlarını genişləndirir.
Gələcəkdə hansı sahəni seçəcəyinizdən asılı olmayaraq incəsənətin bədii ifadə
xüsusiyyətlərini bilmək sizin hər birinizə gərəklidir. Bu biliklər tamaşa və film
yaradıcılarının çatdırmaq istədiklərini daha yaxşı anlamaq üçün tamaşaçı olaraq sizə
lazımdır. Bu biliklər öz video, foto və internet bildirişlərin müəllifi kimi sizlərə gərək
olacaq. Mədəniyyət və incəsənət insan fəaliyyətinin bütün sahələrində yaradıcılığın
təməlidir.
Təsviri sənətin məktəbdə tədrisi başa çatır, amma bu sizin sonsuz İNCƏSƏNƏT
yolunda irəliləyişinizin yalnız başlanğıcıdır.
İncəsənət – sizin əbədi yol yoldaşınız və dostunuzdur!
133
134
LÜĞƏT
Təmiz rəng
– rəng dairəsindəki bütün əsas rənglər və onların çalarları.
Kubizm
– ( fr. cubisme, cube – kub) – XX əsrin əvvəllərində ilk nəhəng formalist
cərəyan. Klassik incəsənətin böhran keçirməsi kubizmin yaranmasını
şərtləndirmişdi. Rəssamlar naturanın əsasında sadə həndəsi formaların
durduğu fikrini əsas götürürdülər.
Monoxrom
– ( yun. – birrəngli) – bir rənglə işlənilmiş; bir rəng daşıyan.
Kollaj
– ( fr. collage) – təsviri sənətdə üsul və texnika. Rəng və fakturaya görə
fərqlənən hər hansı bir səth üzərinə yapışdırılmış müxtəlif materiallar.
Sürrealizm
– ( fr. surrealisme – realizmdən üstün) – XX əsrin birinci yarısında dün-
ya incəsənətindəki bədii istiqamət. Sürrealizm qəribəliyi, ağıla ziddiliyi,
ümumi qəbul olunmuş standartlara uğunsuzluğu ilə xarakterizə olunur.
Hərəkatın özü müxtəlif olsa da, ümumi məqsəd – şüuraltı yaradıcı qüv-
vənin azadlığı və ağıl üzərində üstünlüyündən ibarət idi.
Abstraksionizm (abstrakt
incəsənət), mücərrəd
incəsənət
– (lat. abstractio) – XX əsr təsviri sənətində formalist (rəsmiyyətçi)
cərəyan. Rəssamlar təsviri sənətin növlərində reallığın təsviri əlamətlə-
rindən imtina etmişlər. Bədii yaradıcılıqdan tamamilə uzaqlaşan rəssam
əsərlərinin kompozisiyası müxtəlif səthlərdən, rəngli hissələrdən, xət-
lərdən ibarət idi.
Modernizm
– ( ital. modernismo – müasir cərəyan) – XIX əsrin ikinci yarısı – XX yüz-
illiyin ortalarında incəsənətdə mövcud olan bədii cərəyanların məcmu-
su. İmpressionizm, postimpressionizm, kubizm, abstrakt incəsənət daha
mühüm modernist meyillər idi. Modernizm – klassik ənənələrə yenidən
baxışın başlanğıcı hesab olunur.
Avanqard (avanqardízm) – ( fr. avantgarde – irəli, mühafizə) – XIX–XX əsrlərdə dünyada, ən əsa-
sı – Avropa incəsənətində yaranmış cərəyanların ümumiləşdirilmiş adı.
“Avanqard” anlayışı fransız mənşəlidir, tərcümədə “irəli” və “mühafizə”
mənasını verən iki sözdən ibarətdir.
Ekspressionizm
– ( fr. expressionnisme – ifadə) – XX əsrin əvvəllərində Avropa incəsənə-
tində bədii cərəyan. I Dünya müharibəsinin dəhşətlərindən mənəvi sar-
sıntı keçirən rəssamlar əsərlərində bilərəkdən öz hislərini ifadə edirdilər.
Müharibəyə etirazın ifadəsi kimi meydana gəlmiş, I Dünya müharibəsin-
dən sonra Almaniya və Avstriyada xüsusilə geniş yayılmışdı. Əsərlərin
əsas motivləri və obrazları – şəhər mənzərəsinin fonunda dağıntılar,
ölüm, xəstəlik, faciə, dəhşət, dərin kədər idi.
Konstruktivizm
– ( fr. constructivisme, lat. constructio – tikili) – XX əsrin 20–30-cu illə-
rində inkişaf etmiş, bədii obrazın əsasını kompozisiyanın deyil, konst-
ruksiyanın təşkil etdiyi avanqard üslub (metod, istiqamət). Formaların
ciddiliyi, həndəsiliyi, lakonikliyi və zahiri görünüşün əzəmətliliyi ilə
səciyyələnir.
Kinetik sənət,
yaxud kinetizm
– ( yun. kinetikos – hərəkətə gətirən) – müasir incəsənətdə formanın
hərəkəti ideyasına əsaslanan, hərəkət edən obyektlərin geniş tətbiqi ilə
əlaqəli cərəyan. Kinetizm işıq və hərəkətin köməyi ilə sənət əsəri yarat-
mağın mümkünlüyü barədə təsəvvürə əsaslanır.
Nonkonformizm
– ( ing. nonconformism (non – yox + conformis – oxşar) – qeyri-oxşar)
– hamı tərəfindən qəbul edilmiş qaydaların, dəyərlərin, ənənələrin və qa-
nunların inkar edilməsi. “Neqativizm” anlayışının sinonimi.
135
LÜĞƏT
Tematik janr
– ( rus. тема – mövzu) – süjetli əsərlərin müxtəlifliyidir. Buraya tarixi,
məişət, batal, animalistik, mifoloji və digərləri daxildir.
Sərt üslub
– 1950-ci illərin sonu – 1960-cı illərin əvvəlində yaranmış rəngkarlıq üs-
lubu.
Biennale
– hər iki ildən bir keçirilən bədii sərgi, festival və ya yaradıcılıq müsa-
biqəsi.
Dəzgah qrafikası
– təsviri sənətin qrafika növünün inkişaf sahəsi, molbert üzərində yara-
dılan qrafik əsərlərdir. Onların yaradılmasında tuş, qara quaş, karandaş
və kömürdən istifadə edilir.
Səhnəqrafiya
– (teatr-dekor sənəti) – tamaşa tərtibatı və onun təsviri-plastik obrazının
yaradılmasının bədii fəaliyyət növü.
Fotoqrafiya
– ( yun. phos – işıq + grapho – yazıram) – təsviri sənətin yeni növüdür.
Burada işıq, rəng, format, kompozisiya, plan, çəkiliş rakursu – təsviri
ifadə vasitəsidir.
Obskura kámerası
– ( lat. camera obscūra – qaranlıq otaq) – obyektlərin optik təsvirini alma-
ğa imkan verən qurğunun (qutu) ən sadə növü. İşıq şüaları dəliyin için-
dən keçərkən ekranda çevrilmiş təsvir yaradır.
Qrafik redaktor
– istifadəçiyə kompüterin ekranında təsvir yaratmaq və onu redaktə et-
mək üçün proqram. Təsvirləri JPEG, PNG, GIF və bu kimi müxtəlif for-
matlarda saxlamaq olar.
Kinematoqraf
– ( yun. hərəkət, təsvir etmək) – insanın hərəkət edən təsvirlərin yaradıl-
masından ibarət fəaliyyət sahəsi. Bəzən həm də sinematoqraf və kinema-
toqráfiya da adlandırılır.
Animasiya
– ( fr. animation – canlandırma, diriltmə) – cizgi filminin Qərbdəki adı;
kino sənəti növü və onun əsəri (cizgi filmi), həmçinin cansız, hərəkətsiz
obyektlərin köməyi ilə hərəkət illüziyası yaratmaq imkanı verən müvafiq
texnologiya. Animasiya və ya cizgi filminin yaradılması ilə məşğul olan
rəssama animator deyilir.
Pantomim
– sözlərdən istifadə etmədən bədii obrazın yaradılmasında insan bədəni-
nin hərəkətləri (plastikası) əsas vasitə sayılan səhnə incəsənəti.
Anime
– (yap. anime) – yapon cizgi filmi və ya animasiyası. Anime bütün yaş
dövrləri üçün hazırlanır.
Komiks
– ( ing. comic – gülməli) – vahid hekayəni təşkil edən qısa mətnli şəkil sil-
siləsidir. Yumoristik, macəra, fantastik, tarixi və digər komikslər olur.
Qraffíti
– (tək halda – graffíto; ital. – graffito, cəm halda – graffiti) – XX əsrin son
rübündə avanqardizm cərəyanı, divarda və digər səthlərdə boya və yaxud
mürəkkəblə cızılmış, yazılmış və ya çəkilmiş təsvirlər, rəsmlər, ya da ya-
zılar. Adicə sözlərin yazılışından ta zərif rəsmlərədək küçə divarlarının
boyanmasının istənilən növünü qraffitiyə aid etmək olar. Bir incəsənət
növü kimi qraffitinin də öz üslubu və cərəyanları var.
Karikatura
– ( ital. caricatura – yükləmək, şişirtmək) – bilərəkdən komik effektin
yaradıldığı, adamları ifşa etmək, yaxud onlara gülmək məqsədilə vücu-
dun, sima nın, geyimin, davranış tərzinin xarakterik cəhətlərinin şişir-
dildiyi və qabardıldığı təsvirləri (çox zaman qrafikada, satirik formada)
birləşdirən xüsusi təsviri sənət janrıdır.
Şarj
– ( fr. charger – şişirtmək, artırmaq) – karikaturanın bir növü, insanın
xarakterik cizgilərinin dəyişdirildiyi və yaxud vurğulandığı yumoristik
və satirik təsvi ridir. Şarjın əsasında portret durur və o, inkişaf edən sü-
jet tələb etmir. Termindən bü tün incəsənət növlərində istifadə edilsə də,
təsviri sənət sahəsində maksimal istifadə olunur.
Təsviri incəsənət – 9
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
“Təsviri incəsənət” fənni üzrə dərslik
Tərtibçi heyət:
Müəllif
Kəmalə Əhməd qızı Cəfərzadə
Elmi redaktoru
Z.Əliyev, Azərbaycanın əməkdar incəsənət xadimi
Dil redaktoru
K.Cəfərli
Bədii redaktoru
N.Novruzov
Texniki redaktoru
G.Səfərova
Dizaynerləri
G.Səfərova, J.Muradova
Rəssamları
A.Dadaşov, T.Məmmədov
Korrektoru
A.Məsimov
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.06.2016-cı il tarixli 369 №-li
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Kağız formatı: 70 x 1001/16. Səhifə sayı 136. Fiziki çap vərəqi: 8,5.
Tirajı: 112500. Pulsuz.
“Çaşıoğlu” mətbəəsində çap edilmişdir.
Dostları ilə paylaş: |